Normal view

Today — 10 June 2026Sport-AZ

Kiran Trippyer rəsmən “Vulverhempton”da!

10 June 2026 at 09:00

Bu yay “Nyukasl”dan azad agent kimi ayrılmış sağ cinah müdafiəçisi Kiran Trippyer bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Vulverhempton” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Təcrübəli futbolçu ilə 2 illik (2028-ci ilin yayına qədər) müqavilə imzalanıb.

Xatırladaq ki, “Vulverhempton” 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Premyer Liqadan Çempionşipə düşüb.

Kiran Trippyer “Mançester Siti”nin yetirməsidir. O, “şəhərlilər”in heyətində olarkən “Barnsli” və “Börnli” kimi klublarda icarədə olub. 2012-ci ildə “Börnli” onu birdəfəlik transfer edib. Müdafiəçi 2015-2019-cu illər aralığında “Tottenhem”də, 2019-2022-ci illər aralığında isə Madrid “Atletiko”sunda forma geyinib.

Trippyer 2022-ci ilin yanvarında İspaniyanın “Atletiko” (Madrid) klubundan 14 milyon avro qarşılığında “Nyukasl”a keçib. 35 yaşlı futbolçu bu komandanın heyətində 160 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Trippyer 2017-ci ilin iyun ayında, özünün 26 yaşı olarkən İngiltərə yığmasında debüt edib. O, millinin heyətində 54 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. Müdafiəçinin hesabında 5 qol ötürməsi də var. Kiran İngiltərə millisi ilə AÇ-2020 və AÇ-2024-də gümüş medal qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Yesterday — 9 June 2026Sport-AZ

Trippye Çempionşip klubunda

9 June 2026 at 15:29

“Nyukasl”dan ayrılan Kiran Trippyenin yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Vulverhempton”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu ilə iki illik müqavilə imzalanıb.

Trippye azad agent kimi “canavarlar”a keçib.

“Vulverhempton” yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

❌
❌