Normal view

Yesterday — 22 May 2026FutbolPress.Az

“Sabah” yenə “bakılı balası”nı itirdi?

22 May 2026 at 15:30

Coy Lens Mikelsin “Sabah”la davam etmək ehtimalı azdır. “Futbolpress.az”ın əldə etdiyi məlumata görə, “bayquşlar”ın ruandalı legioneri ilə maliyyə məsələsində anlaşma əldə olunmur.

Klub ona məvacibini iki dəfəyədək artırmağı təklif etsə də, qoleador hələ də razılıq verməyib.

Tərəflər arasında danışığın hələ yekunlaşmadığı bildirilir.

Mikels 2021-2023-cü illərdə “Sabah”da forma geyindikdən sonra Səudiyyə Ərəbistanı klubu “Əl Faysal”a keçib. Bir mövsüm sonra “futuristlər”ə qayıdan forvard 2024-cü ilin iyulundan komandadadır. O, bu mövsüm çempionatda 19 qolla bombardirdir.

Kamil Əhməd

Arda Turandan “Beşiktaş”la bağlı AÇIQLAMA

22 May 2026 at 12:16

“Şaxtyor”un baş məşqçisi Arda Turan adının “Beşiktaş”la hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, Türkiyə mətbuatına danışan mütəxəssis xəbərlərin doğru olmadığını söyləyib:

“Adımın “Beşiktaş”la hallanması mənim üçün qürurdur. Ancaq rəhbərliklə böyük xəyallar qurmuşuq və harda olacağım dəqiqdir”.

Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” Ukrayna Premyer Liqasında 2025/26 mövsümünün qalibi olub.

Jezuşdan ayrılıq qərarı

22 May 2026 at 09:26

Portuqaliyalı mütəxəssis Jorje Jezuş “Əl Nəsr”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə o, çempionluqlarını elan etdikləri “Əl Damak”la matçdan sonra yerli mətbuata açıqlamasında bildirib. Jezuş gələn ay klubla yollarını ayıracağını bildirib.

71 yaşlı mütəxəssisin “Fənərbağça”ya təyinatı gözlənilir.

Before yesterdayFutbolPress.Az

Azərbaycan güləşçisi AÇ-nin finalında

21 May 2026 at 22:50

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşində 3, qadın güləşində isə 5 çəkidə finalçılar müəyyənləşib.

Yunan-Roma güləşi

İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10.

Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabıyla uduzub.

Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzunla görüşdən məyus ayrılıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Fikrət təsəlliverici görüşə çıxacaq.

Qadın güləşi

Ülviyyə Musayeva (33 kq) polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə sıxaraq “tuş”la qələbə qazanıb. Həmyerlimiz sabah finalda türkiyəli Yağmur Minazla güləşəcək.

Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya minimal fərqlə (8:9) məğlub olub.

Mədinə Kərimova (46 kq) debütdə moldovalı Rusalina Portaruya 3:9 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Mədinə sabah təsəlliverici görüşə çıxacaq.

Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişinlə (0:10), Aylin Həsənli (62 kq) isə eyni mərhələdə yunanıstanlı Elli Brousayla (1:6) baacarmayıb.

“Ağdaş”a lisenziya verildi

21 May 2026 at 22:38

Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə (“Ağdaş” FK-ya Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, II Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilməməsi məsələsi ilə bağlı) və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.

Müzakirələrdən sonra “Ağdaş”a 2026/2027-ci il mövsümündə II Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilsin.

Neymar dünya çempionatını buraxa bilər

21 May 2026 at 10:25

“Santos”un futbolçusu Neymar zədələnib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı hücumçu “Koritiba” ilə matçda zədə alıb. Bu barədə “Globo” nəşri məlumat yayıb.

Daha əvvəl Braziliya yığmasının dünya çempionatı üçün heyətinə çağırılan Neymarın mundialda iştirakı sual altındadır.

Braziliya millisi ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi turnirdə C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq. “Sambaçılar” ilk oyunu iyunun 14-də Mərakeşə qarşı keçirəcək.

“Trabzonspor”dan rekord transfer

21 May 2026 at 09:26

“Trabzonspor” icarə əsasında komandada çıxış edən Ernest Muçinin transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qaradəniz təmsilçisi alban hücumçu üçün “Beşiktaş”a 8.5 milyon avro ödəyəcək.

Muçi “Trabzonspor” tarixinin ən bahalı transferi olub.

Alban oyunçu bu mövsüm komandada 40 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.

“Atletiko” “Portu” ilə danışıqlara başladı

20 May 2026 at 11:30

“Portu”nun futbolçusu Villiam Qomes karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” 20 yaşlı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Madrid klubu Qomes üçün “Portu” ilə danışıqlara başlayıb.

Braziliyalı hücumçu 2025-ci ilin yanvarından Portuqaliya klubunda çıxış edir. O, bu mövsüm liqada 28 oyunda 8 qol vurub. Qomesin “transfermarkt”da dəyəri 30 milyon avrodur.

“İnter”in futbolçusu “Liverpul”un hədəfində

19 May 2026 at 22:16

“İnter”in futbolçusu Denzel Dumfris karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Mersisayd klubu yayda Dumfris üçün danışıqlara başlayacaq.

Niderlandlı müdafiəçi bu mövsüm Premyer Liqada A Seriyasında 20 oyunda 3 qol vurub.

Güləşçilərin qələbə təəssüratları

19 May 2026 at 21:19

Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatında sərbəst güləş üzrə çempion olan güləşçilərimiz qələbə təəssüratını bölüşüb.

Futbolpress.az idmançıların açıqlamalarını təqdim edir:

Hüseyn Rzazadə:

“Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi. Qələbəmdə əməyi olan məşqçilərə – Röyal Ağamalıyev, Ceyhun Ağamalıyev, Xəyal Ağamalıyevə, eləcə də Ramal Qəniyevə və Fərid İsmayılova dərin təşəkkürümü bildirirəm. Həmçinin yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzova, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevə minnətdaram. Bu yolda dəstəyini, dualarını məndən əsirgəməyən valideynlərimə və hər zaman yanımda olan yaxınlarıma təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq – dünya çempionatı gözləyir. İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək düya çempionatında da təkrarlamağa çalışacağam”.

Nihad Süleymanlı:

“İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim. Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm. Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm. Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq”.

İbrahim Həsənov:

“Yarış çox yaxşı keçdi. Çox şükür ki, U17 yaş qrupunda debütümü çempionluqla qeyd etdim. Üstümdə böyük əməyi olan şəxsi məşqçim Rauf Xəlilova və ailəmə dərin minnətdarlığımı bildirirəm. Milli komandanın məşqçilərinə təşəkkür edirəm. İnşallah, eyni nəticəni Bakıda keçiriləcək dünya çempionatında təkrarlamağa çalışacağam. Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq”.

Martines: “Özümü başqa yerdə təsəvvür edə bilmirəm”

19 May 2026 at 17:30

“İnter”in futbolçusu Lautaro Martines açıqlama verib.

Futbolpress.az “Gazetta” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu klubdakı gələcəyindən danışıb:

“Karyeramı “İnter”də bitirmək istəyirəm. Burda çox xoşbəxtəm. Özümü başqa yerdə təsəvvür edə bilmirəm. Məni qovmazsalar, həmişə burda qalacağam”.

Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm A Seriyasında 29 oyunda 17 qol vurub.

❌
❌