“Gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam” – “Çelsi”nin baş məşqçisi
Son günlər mətbuatda “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın yaxın zamanda vəzifəsindən uzaqlaşdırıla biləcəyi ilə bağlı iddialar geniş müzakirə olunur.
İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən postunu itirə biləcəyi bildirilir. Mareska da son açıqlamalarında bu məsələyə üstüörtülü şəkildə toxunmuşdu.
Londonlular dünən Liqa kubokunda “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Oyundan sonra jurnalistlər Mareskadan mümkün gedişi ilə bağlı sualı cavablandırmasını istəyiblər.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Mareska klubun sahibləri ilə danışmadığını bildirib:
“Klubun sahibləri ilə danışmamışam. Dünən də deyildiyi kimi, “Everton”la oyundan bir gün sonra “Kardiff Siti” ilə görüşə hazırlaşmağa başlamışam və gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam”.
“Çelsi” həftəsonu İngiltərə Premyer Liqası çərçivəsində səfərdə “Nyukasl”la görüşəcək. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
The post “Gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam” – “Çelsi”nin baş məşqçisi appeared first on Komanda.az.