Normal view

Yesterday — 6 March 2026Main stream

Yevlaxda 350, Qəbələdə 300

6 March 2026 at 09:00

Azərbaycan Kubokunda dünən 1/4 final mərhələsinin cavab oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, yarımfinal uğrunda keçirilən iki görüşdə ümumilikdə 650 tamaşaçı olub.

Yevlaxda “Turan Tovuz”un “Kəpəz”ə qalib gəldiyi matçda tribunalada 350 tamaşaçı yerini alıb.

Qəbələdə baş tutan “Qəbələ” – “Sabah” duelində isə 300 tamaşaçı qeydə alınıb.

“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” isə “Qəbələ”yə qalib gəlib.

Before yesterdayMain stream

Qələbəyə həsrət qalan Premyer Liqa klubları

4 March 2026 at 11:23

Azərbaycan Premyer Liqasında 22 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, çempionatda üç komanda uzun müddətdir, qələbə qazana bilmir.

Bunlar autsayder “Karvan-Yevlax”, “Qəbələ” və “İmişli”dir.

Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” bu mövsüm cəmi 1 qələbə qazanıb. Yevlax təmsilçisinin yeganə üç xal qazancı 20 tur əvvəl – II turda “Kəpəz”lə matçda olub – 3:2. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv bu mövsüm cəmi 7 xal toplayıb.

“Qəbələ” son beş oyunda qələbə qazana bilməyib. Mövsümün ikinci dövrəsinə yaxşı başlayan və ardıcıl iki qələbə qazanan “qırmızı-qaralar” daha sonra 3 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib. “Qəbələ” 16 xalla 10-cu sıradadır.

Premyer Liqanın debütantı “İmişli” isə 10 oyundur, qələbəyə həsrətdir. Komanda sonuncu dəfə ötən ilin noyabrında “Neftçi” səfərində üç xala sevinib. Jorj Kaşkilyanın rəhbərlik etdiyi komanda qələbə qazana bilməsə də, heç-heçələr hesabına xallarını artırmağı bacarır. “İmişli” 21 xalla 9-cu sıradadır.

Şahin Cəfərov

❌
❌