“Arsenal”da itki: İki ulduz “Sportinq”ə qarşı oynamayacaq
”Arsenal”ın baş məşqçisi Mikel Arteta sabah keçiriləcək Çempionlar Liqası matçı öncəsi komandadakı son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.
Futbolpress.az xəbər verir ki, insayder Fabrisio Romanonun verdiyi məlumata görə, “topçular” Portuqaliya səfərinə ciddi itkilərlə yola düşürlər.
Komandanın əsas simalarından olan Bukayo Saka və müdafiəçi Yurrien Timber zədə səbəbindən “Sportinq”ə qarşı keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəklər. Hər iki futbolçunun sabahkı oyunun heyətindən çıxarıldığı təsdiqlənib.
Arteta azarkeşləri sevindirəcək xəbərləri də paylaşıb. Belə ki, zədədən qayıdan Qabriel Maqalhaes, Deklan Rays və Leandro Trossard artıq tam hazırdırlar. Baş məşqçi hər üç futbolçunun “Alvalade” stadionunda keçiriləcək gərgin mübarizədə iştirak edə biləcəyini rəsmən bildirib.
Qeyd edək ki, “Sportinq” – “Arsenal” qarşılaşması sabah gecə keçiriləcək.