Normal view

Today — 15 May 2026Main stream

“Zirə” legioneri ilə vidalaşacaq

15 May 2026 at 09:15

“Zirə” yayda müdafiəçi Stefan Aka ilə vidalaşacaq.

Futbolpress.az-ın məlumatına görə, 35 yaşlı futbolçu ilə müddəti bitən anlaşma yenilənməyəcək.

Aka 2023-cü ilin avqustundan “Zirə”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 13 oyunda forma geyinib. Müdafiəçinin müqaviləsi yayda başa çatır.

Stefan karyerası ərzində Rumıniyada “Krayova”, Türkiyədə “Erzurumspor”, İsraildə “Kiryat”, “Ness Ziona” klublarında çıxış edib.

Şahin Cəfərov

Yesterday — 14 May 2026Main stream
Before yesterdayMain stream

UEFA “Şaxtyor”la AEK-i sərt cəzalandırdı

13 May 2026 at 20:00

UEFA Konfrans Liqasında azarkeşlərin arzuolunmaz davranışlarına görə “Şaxtyor” və AEK klublarını sərt şəkildə cəzalandırıb.

Arena.az xəbər verir ki, ali futbol qurum hər iki komandanı “Kristal Pelas”la matçlardakı intizamsızlıq səbəbindən sanksiyalara məruz qoyub.

Kiprin AEK klubu mart ayında 1/8 final mərhələsi çərçivəsində baş tutmuş görüşdə azarkeşlərin təhqiramiz şüarlarına görə 50 min avro cərimə edilib. Bununla yanaşı, komanda UEFA bayrağı altında keçirəcəyi növbəti ev oyununda stadionun bir hissəsinin bağlanması cəzası ilə də üzləşib.

Ukrayna təmsilçisi “Şaxtyor” isə aprel ayında Polşanın Krakov şəhərində keçirilmiş yarımfinalın ilk oyunundakı qadağan olunmuş pankartlara və şüarlara görə 30 min avro cərimələnib. Donetsk təmsilçisinə kəsilən stadionun qismən bağlanması cəzası isə iki illik sınaq müddəti şərti ilə təxirə salınıb. Klub həmçinin stadionda pirotexniki vasitələrdən istifadəyə görə əlavə olaraq 4 min avro cərimə ödəməyəcək.

City Express by Marriott debuts in Asia Pacific with two hotels in Osaka, Japan

13 May 2026 at 16:30
Modern lobby interior at City Express by Marriott Shin-Imamiya hotel in Osaka, JapanCity Express by Marriott has announced the opening of City Express by Marriott Shin-Imamiya and City Express by Marriott Osaka Namba South, marking the brand’s highly anticipated debut in the Asia Pacific region. The simultaneous […]
❌
❌