Reading view

“Liverpul”dan 72 milyonluq transfer

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Mersisayd klubu “Renn”dən Jeremi Jakeni transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi mövsümün qalan hissəsini “Renn”də keçirəcək və yayda “Liverpul”a qoşulacaq.

İnsayder Fabrizio Romanonun xəbərinə görə, “qırmızılar” Jake üçün bonuslarla birlikdə 72 milyon avro ödəyəcək.

Müdafiəçi bu mövsüm Fransa təmsilçisi ilə 19 oyuna çıxıb.

“Liverpul” niderlandlı müdafiəçi ilə maraqlanır

“Liverpul” hazırda “Sanderlend”də icarə əsasında çıxış edən “Leyptsiq”in sağ cinah müdafiəçisi Lyutsxarela Qertreyd üçün danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın niderlandlı futbolçuyla maraqlanmalarının əsas səbəbi, baş məşqçi Arne Slotun onu “Feyenoord”dakı vaxtından tanımasıdır.

25 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb və qol vurmayıb. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Liverpul” niderlandlı müdafiəçi ilə maraqlanır appeared first on Komanda.az.

İngiltərəli futbolçu “İnter”ə keçməyə razılıq verib

“İnter” yarımmüdafiəçi Körtis Cons üçün “Liverpul”la danışıqları davam etdirir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı futbolçunu sonradan 40 milyon avroya almaq hüququ ilə icarəyə götürməyə hazırdır. Oyunçunun özü də artıq transferə razılıq verib, lakin “Liverpul” hələlik keçidi təsdiqləməyib. Transfer baş tutarsa, “İnter”in “Nottingem Forest”in futbolçu Davide Frattesi üçün təklifini qəbul etməsi ehtimalı yüksəkdir.

Cons bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

The post İngiltərəli futbolçu “İnter”ə keçməyə razılıq verib appeared first on Komanda.az.

Vircil Van Deyk “Qarabağ”la matçda unikal nailiyyətə imza atıb

İngiltərənin “Liverpul” komandasının mərkəz müdafiəçisi Vircil Van Deyk UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 34 yaşlı oyunçu buna ÇL-in Liqa mərhələsinin 8-ci turunda qarşılaşdıqları Azərbaycan çempionu “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalan Van Deyk qitənin bir nömrəli klub turnirində bir matçda 3 assist etmiş ilk mərkəz müdafiəçisi kimi tarixə düşüb.

Xatırladaq ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 352 oyun, 31 qol, 16 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020, 2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 88 oyuna çıxıb, 11 qol vurub.

“Transfermarkt” internet-portalı 34 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

ÇL: “Liverpul” – “Qarabağ” matçı 3-cü oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Liverpul” – “Qarabağ” oyunu 8-ci turda azarkeş sayına görə üçüncü olub.

Arena.az xəbər verir ki, “Enfild Roud” stadionunda baş tutmuş bu qarşılaşmada 60 043 tərəfdar qeydə alınıb.

“Borussiya” (Dortmund, Almaniya) – “İnter” matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81 365 tamaşaçı əyləşib.

“Benfika” (Portuqaliya) – “Real” (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64 305 fanat olub.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” matçında Azərbaycan çempionu 6 cavabsız qolla məğlub olub. ÇL-in Liqa mərhələsini 10 xalla 22 sırada bitirmiş Ağdam təmsilçisi pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Arne Slot : “Qarabağ”a hörmətlə yanaşırdıq”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə çempionları bu gün ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində Liverpul şəhərində üz-üzə gəliblər.

Oyun meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Arne Slot matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları qeyd edib:

“Maraqlı qarşılaşmaya şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. UEFA Çempionlar Liqasında ilk “8-lik”də yer almaq sevindiricidir”.

Xatırladaq ki, “Liverpul” ÇL-in Liqa mərhələsini 18 xalla 3-cü pillədə başa vurub və 1/8 finala birbaşa vəsiqə qazanıb. “Qarabağ” isə 10 xalla 22-ci olub və pley-offda mübarizə aparmaq hüququ əldə edib. Azərbaycan çempionu 1/8 final mərhələsinə vəsiqə uğrunda ya “Nyukasl” (İngiltərə), ya da PSJ (Fransa) ilə qarşılaşmalı olacaq. Buna yanvarın 30-da keçiriləcək püşkatma mərasimində aydınlıq gəlməlidir.

ÇL: “Qarabağ” “Liverpul”a böyük hesabla uduzsa da, pley-offa çıxdı!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 8-ci turu çərçivəsində İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı oyun Liverpuldakı “Enfild Roud” stadionunda baş tutub. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edib.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu əsas mərhələdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 (səfərdə), Danimarka nəhəngi “Kopenhagen”ə 2:0 (evdə) və Almaniyanın “Ayntraxt” komandasına 3:2 (evdə) qalib gəlmiş, “Çelsi” (İngiltərə) ilə sülh bağlamışdı – evdə 2:2. Komandamız İspaniya təmsilçisi “Atletik”ə 1:3, “Napoli”yə (İtaliya) 0:2, “Ayaks”a (Niderland) 2:4 hesabıyla uduzmuşdu.

“Liverpul” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 7 oyunun 5-də qalib gəlmiş, 2-də məğlub olmuşdu. Bu oyundan öncə İngiltərə çempionu 15 xalla 4-cü sırada qərarlaşmışdı, “Qarabağ” isə 10 xalla 18-ci idi. Təmsilçimiz bu oyunda ən azı uduzmasa, pley-offa vəsiqəni təmin etmiş olacaqdı. İngiltərə çempionu isə ilk 8 komanda sırasında yer almaq üçün qalib gəlməyi hədəfləmişdi. Bu komandalar heç-heçə və ya məğlubiyyət halında da istəklərinə çata bilərdilər. Amma tərəflər işi şansa buraxmamaq üçün mütləq qələbə və heç-heçə barədə düşünürdülər.

Təəssüf ki, Azərbaycan çempionu bu görüşdə böyük hesabla məğlub olub. Amma güclü rəqibə məğlubiyyət Ağdam klubunun ÇL-in pley-off mərhələsinə vəsiqə qazanmasına mane olmayıb. Belə ki, ən güclü 24 komanda arasında yer almağı bacaran (22-ci yer) “Qarabağ” qitənin ən nüfuzlu klub turnirindəki mübarizəsini davam etdirəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
28 yanvar

“Liverpul” – “Qarabağ” 6:0
Qollar: Aleksis Makallister, 15; 61. Florian Virts, 21. Məhəmməd Salah, 50. Huqo Ekitike, 57. Federiko Kyeza, 90.
Baş hakim: İvan Krujlyak.
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya).
VAR: Pol van Bokel (Niderland).
AVAR: Yan Boterberq (Belçika).
Liverpul. “Enfild Roud” stadionu.

Liverpul: 1. Alisson Bekker, 4. Vircil van Deyk (k), 7. Florian Virts, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 18. Kodi Qakpo, 22. Huqo Ekitike, 26. Endryu Robertson, 30. Ceremi Frimponq, 38. Rayan Qravenberx.
Ehtiyat oyunçular: 25. Georgi Mamardaşvili, 28. Freddi Vudman, 3 Vataru Endo, 6. Miloş Kerkez, 14. Federiko Kyeza, 42. Trey Nyoni, 65. Amara Nallo, 68. Kiran Morrison, 73. Rio Nqumoha.
Baş məşqçi: Arne Slot.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Duqlas Luis yenidən “Aston Villa”da

Futbol üzrə Braziliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərənin “Nottingem Forest” klubundan ayrılıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Premyer Liqa təmsilçisi Duqlasla icarə müqaviləsinə vaxtından öncə xitam verib. Halbuki, sözügedən klub futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü.

Duqlas “Nottingem Forest”dən ayrılsa da, “Yuventus”a qayıtmayıb. Belə ki, İtaliya klubu futbolçusunu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Aston Villa”ya icarəyə verib. “Aston Villa” yarım mövsümlük icarə üçün Turin təmsilçisinə 2 milyon avro ödəyib. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması şərti də var.

Xatırladaq ki, Duqlas Luis 2024-cü ilin yayında məhz “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçmişdi. 27 yaşlı futbolçunun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Braziliyalı futbolçu “Yuventus”un heyətində 27 oyuna çıxsa da, fərqlənə bilməyib. O, cari mövsümün geridə qalmış hissəsində “Nottingem Forest”də 14 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Duqlas Luis daha öncə “Jirona” və “Vasko da Qama”da da oynayıb.

Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb. Yarımmüdafiəçi millidə də məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

“Liverpul” – “Qarabağ”: Start heyətlər bəlli oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” matçının start heyətləri bəlli olub.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun bu gün Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq.

Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Sandro Şerer olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
28 yanvar

00:00. “Liverpul” – “Qarabağ”
Baş hakim: İvan Krujlyak.
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya).
VAR: Pol van Bokel (Niderland).
AVAR: Yan Boterberq (Belçika).
Liverpul. “Enfild Roud” stadionu.

Liverpul: 1. Alisson Bekker, 4. Vircil van Deyk (k), 7. Florian Virts, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 18. Kodi Qakpo, 22. Huqo Ekitike, 26. Endryu Robertson, 30. Ceremi Frimponq, 38. Rayan Qravenberx.
Ehtiyat oyunçular: 25. Georgi Mamardaşvili, 28. Freddi Vudman, 3 Vataru Endo, 6. Miloş Kerkez, 14. Federiko Kyeza, 42. Trey Nyoni, 65. Amara Nallo, 68. Kiran Morrison, 73. Rio Nqumoha.
Baş məşqçi: Arne Slot.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

ÇL: “Qarabağ” “Liverpul” ilə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 8-ci turu çərçivəsində İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Krujlyak olacaq. Ona yan xətt hakimləri Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət çəkir. Ağdam klubu əsas mərhələdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 (səfərdə), Danimarka nəhəngi “Kopenhagen”ə 2:0 (evdə) və Almaniyanın “Ayntraxt” komandasına 3:2 (evdə) qalib gəlib, “Çelsi” (İngiltərə) ilə sülh bağlayıb – evdə 2:2. Komandamız İspaniya təmsilçisi “Atletik”ə 1:3, “Napoli”yə (İtaliya) 0:2, “Ayaks”a (Niderland) 2:4 hesabıyla uduzub.

“Liverpul” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 7 oyunun 5-də qalib gəlib, 2-də məğlub olub. İngiltərə çempionu hazırda 15 xalla 4-cü sırada qərarlaşıb. “Qarabağ” isə 10 xalla 18-ci pillədə yer alıb. Təmsilçimiz bu oyunda ən azı uduzmasa, pley-offa vəsiqəni təmin etmiş olacaq. İngiltərə çempionu isə ilk 8 komanda sırasında yer almaq üçün qalib gəlməyi hədəfləyib. Bu komandalar heç-heçə və ya məğlubiyyət halında da istəklərinə çata bilərlər. Amma tərəflər işi şansa buraxmamaq üçün mütləq qələbə və heç-heçə üçün çalışacaqlar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 8-ci tur
28 yanvar

00:00. “Liverpul” – “Qarabağ”
Baş hakim: İvan Krujlyak.
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç (Hamısı Slovakiya).
VAR: Pol van Bokel (Niderland).
AVAR: Yan Boterberq (Belçika).
Liverpul. “Enfild Roud” stadionu.

Arne Slot: “Qarabağ” asanlıqla məğlub ediləcək rəqib deyil”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında (ÇL) “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində İngiltərədə üz-üzə gələcəklər.

Arne Slot bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsini ilk “dördlük”də bitirməyi planlaşdırırıq. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim.

“Qarabağ”ın heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. “Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında “Çelsi”yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm UEFA Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Ceremi Frimponq: “Qarabağ” tam ÇL səviyyəsinə uyğundur”

“Liverpul”un müdafiəçisi Ceremi Frimponq UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində İngiltərədə üz-üzə gələcəklər.

Ceremi Frimponq bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında Azərbaycan çempionunun onun üçün tanış komanda olduğunu bildirib:

“Almaniyanın “Bayer” klubunda oynayarkən “Qarabağ”a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı mübarizə aparmışdılar. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. “Qarabağ” tam olaraq UEFA Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik”.

Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

❌