Reading view

Premyer Liqa: MY “Brentford”la sülhə razılaşdı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Bornmut” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. “Mançester Siti” – “Kristal Pelas” matçı təxirə salınıb. “Vulverhempton” – “Arsenal” görüşü (2:2) isə fevralda keçirilmişdi.

İngiltərə, Premyer Liqa
31-cu tur
20 mart

Bornmut – Mançester Yunayted 2:2
Qollar: Kristie, 67. Krupi, 81-pen – B.Fernandes, 61-pen. Hill, 71-öz qapısına.

21 mart

16:30. Brayton – Liverpul
19:00. Fulhem – Börnli
21:30. Everton – Çelsi
00:00. Lids – Brentford

22 mart

16:00. Nyukasl – Sanderlend
18:15. Aston Villa – Vest Hem
18:15. Tottenhem – Nottingem Forest

Harri Keyn – Çempionlar Liqasında 50 qol vurmuş ilk ingilis!

Almaniyanın “Bayern” klubunun ingiltərəli hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsi çərçivəsində “Atalanta”ya qarşı keçirdikləri cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.

Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirmiş Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatmış ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.

Təcrübəli hücumçu 2023-cü ildə “Tottenhem”dən Münhen təmsilçisinə keçdikdən sonra “Bayern” forması ilə UEFA Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıtmış Keyn UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.

Harri Keyn 2025/2026-cı illər mövsümündə “Bayern”in heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Premyer Liqa: “Brentford”la “Vulverhempton”dan heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Brentford” doğma meydanda “Vulverhempton”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Beləliklə, cari mövsümün geridə qalmış 30 turundan sonra 70 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” 61 xalla ikinci, “Mançester Yunayted” 54 xalla üçüncü pillədə qərarlaşıb. “Aston Villa” 51, “Liverpul” 49, “Çelsi” 48, “Brentford” 45, “Everton” 43 xal toplayıb.

İngiltərə, Premyer Liqa
30-cu tur
14 mart

Börnli – Bornmut 0:0

Sanderlend – Brayton 0:1
Qol: Minteh, 58.

Çelsi – Nyukasl 0:1
Qol: Qordon, 18.

Arsenal – Everton 2:0
Qollar: Dyökereş, 89. Douman, 90+7.

Vest Hem – Mançester Siti 1:1
Qollar: Mavropanos, 35 – B.Silva, 31.

15 mart

Kristal Pelas – Lids 0:0

Nottingem Forest – Fulhem 0:0

Mançester Yunayted – Aston Villa 3:1
Qollar: Kazemiro, 53. Kunya, 71. Şeşko, 81 – Barkli, 64.

Liverpul – Tottenhem 1:1
Qollar: Soboslai, 18 – Riçarlison, 90.

16 mart

Brentford – Vulverhempton 2:2
Qollar: Kayode, 22. Tyaqo, 37 – Armstronq, 44. Arokodare, 77.

Premyer Liqa: MY “Aston Villa”ya da qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Kristal Pelas” – “Lids” və “Nottingem Forest” – “Fulhem” oyunlarında qapılara qol vurulmayıb. “Liverpul”la “Tottenhem” arasındakı matçda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Mançester Yunayted” isə “Aston Villa” üzərində inamlı qələbəyə sevinib.

30-cu tura martın 16-da keçiriləcək “Brentford” – “Vulverhempton” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
30-cu tur
14 mart

Börnli – Bornmut 0:0

Sanderlend – Brayton 0:1
Qol: Minteh, 58.

Çelsi – Nyukasl 0:1
Qol: Qordon, 18.

Arsenal – Everton 2:0
Qollar: Dyökereş, 89. Douman, 90+7.

Vest Hem – Mançester Siti 1:1
Qollar: Mavropanos, 35 – B.Silva, 31.

15 mart

Kristal Pelas – Lids 0:0

Nottingem Forest – Fulhem 0:0

Mançester Yunayted – Aston Villa 3:1
Qollar: Kazemiro, 53. Kunya, 71. Şeşko, 81 – Barkli, 64.

Liverpul – Tottenhem 1:1
Qollar: Soboslai, 18 – Riçarlison, 90.

16 mart

00:00. Brentford – Vulverhempton

Premyer Liqa: “Arsenal” qalib gəldi, MS büdrədi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Börnli” – “Bornmut” matçında qapılara qol vurulmayıb. “Vest Hem”in qonağı olan “Mançester Siti” də turu xal itkisi ilə başa vurub. Lider “Arsenal” evdə “Everton”u son dəqiqə qolları ilə məğlub edibsə, “Sanderlend” “Brayton”a, “Çelsi” də “Nyukasl”a uduzub.

30-cu turun qalan görüşləri martın 15-də və 16-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
30-cu tur
14 mart

Börnli – Bornmut 0:0

Sanderlend – Brayton 0:1
Qol: Minteh, 58.

Çelsi – Nyukasl 0:1
Qol: Qordon, 18.

Arsenal – Everton 2:0
Qollar: Dyökereş, 89. Douman, 90+7.

Vest Hem – Mançester Siti 1:1
Qollar: Mavropanos, 35 – B.Silva, 31.

15 mart

18:00. Kristal Pelas – Lids
18:00. Mançester Yunayted – Aston Villa
18:00. Nottingem Forest – Fulhem
20:30. Liverpul – Tottenhem

16 mart

00:00. Brentford – Vulverhempton

Xosep Qvardiola – Premyer Liqada fevralın ən yaxşısı!

“Mançester Siti”yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

“Şəhərlilər” fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

Qvardiola bu mükafatı 12-ci dəfə qazanıb. O, hazırda “Everton”u çalışdıran Devid Moyesi (11 dəfə) üstələyib. “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) bu göstəricidə birinci yerdə qərarlaşıb. “Arsenal”da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.

Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda “Çelsi”ni çalışdırmış Entso Mareska, dekabrda “Aston Villa”nın çalışdırıcısı Unai Emeri, yanvarda isə “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik ən yaxşı seçilmişdi.

55 yaşlı Xosep Qvardiola “Mançester Siti”yə 2016-cı ilin yayından rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 579 oyuna çıxarıb, 414 qələbə, 74 heç-heçə və 91 məğlubiyyət görüb.

Qvardiola “Mançester Siti” ilə bütün mümkün titulları qazanıb. O, daha öncə “Barselona” və “Bayern”ə də rəhbərlik edib.

Antuan Semenyo – Premyer Liqada fevralın ən yaxşısı!

“Mançester Siti”nin cinah hücumçusu Antuan Semenyo İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

26 yaşlı futbolçu ötən ay İngiltərə çempionatında 5 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Mükafata Semenyonun komanda yoldaşı Niko ORayli, həmçinin Benyamin Şeşko (“Mançester Yunayted”), Viktor Dyökereş (“Arsenal”), Danqo Uattara (“Brentford”) və Vircil van Deyk (“Liverpul”) də namizəd idilər.

Semenyo karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin, yanvarda isə İqor Tyaqo (“Brentford”) bu ada layiq görülmüşdü.

Qana millisinin də üzvü olan Antuan Semenyo “Mançester Siti”yə bu ilin qışında “Bornmut”dan 72 milyon avro müqavilində keçib. Onun Mançester klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var.

Semenyo “şəhərlilər”in heyətində 14 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Semenyo “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. “Bornmut” onu 2023-cü ilin yanvarında 10,25 milyon avro müqabilində heyətinə qatmışdı.

Semenyo 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 32 matç keçirmiş futbolçu 3 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Matis Tel Tomas Frankı tənqid etdi

İngiltrənin “Tottenhem” komandasının hücumçusu Matis Tel “mahmızlar”ın keçmiş baş məşqçisi Tomas Frankı tənqid edib.

Arena.az 20 yaşlı fransalı mərkəz hücumçunun 52 yaşlı danimarkalı mütəxəssis haqqındakı müvafiq fikrini təqdim edir:

“Tomasla, komandadakı roluma dair fikir ayrılıqlarım vardı və bu, ona xoş gəlmirdi. Amma o, vəziyyəti təshih etmək üçün hətta cəhd belə, etmirdi. Ehtiyat oyunçular skamyasında tez-tez oturmağımın səbəbini analmırdım”, deyə Matis Tel ürəyini boşaldıb.

Xatırladaq ki, Tomas Frank 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb. O, bu ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.

Cari mövsümdə bərbad nəticələri ilə gündəmdə olan “Tottenhem” Tomas Frankı İqor Tudorla əvəz edib. Amma Tudorun gəlişindən sonra da komanda özünə gələ bilmir. London təmsilçisi hazırda 29 oyuna topladığı 29 xalla Premyer Liqanın yarış cədvəlində 16-cı pillədə qərarlaşıb.

Kayl Uoker milli karyerasını bitirdi

“Börnli”nin 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uoker İngiltərə millisindəki karyerasını başa vurduğunu bəyan edib.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını növbəti dünya çempionatına 3 ay qalmış açıqlayıb.

Bu mövsüm “Börnli”nin heyətində Premyer Liqada 27 oyuna çıxmış müdafiəçi son vaxtlar Tomas Tuxelin rəhbərlik etdiyi milli komandaya dəvət almırdı. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Ölkəmi 10 ildən artıq təmsil etdikdən sonra milli karyeramı sonlandırmağa qərar verdim. İngiltərə millisinin formasını geyinmək karyeramın ən böyük şərəfi idi və bununla hər zaman qürur duyacağam. Bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərə bu səyahətdə yanımda olduqları üçün təşəkkür edirəm. İndi mən də azarkeşlərə qoşulub dünya çempionatında uşaqları dəstəkləyəcəyəm”.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də Uoker haqqında xoş sözlər deyib:

“Onunla az müddət işləməyimə baxmayaraq, Kaylın İngiltərə futbolunun əfsanələrindən biri olduğunu bilirdim. 14 illik beynəlxalq karyera və 5 böyük turnir onun fədakarlığının sübutudur”.

2011-ci ildə debüt etdiyi İngiltərə millisinin heyətində 14 il çıxış etmiş Uoker 100 oyunluq yubiley həddinə cəmi 4 matç qalmış millidən getmək qərarı verib. O, yığmanın heyətində 96 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib. Karyerası ərzində 5 böyük turnirdə iştirak etmiş futbolçu iki dəfə Avropa çempionatının gümüş medalını qazanıb (AÇ-2021 və AÇ-2024).

Uoker məzunu olduğu “Şeffild Yunayted”, həmçinin “Northempton Taun”, “Tottenhem”, “Kuinz Park Reyncers”, “Aston Villa” və “Milan”da çıxış edib. Kayl karyerasının ən parla dövrünü isə “Mançester Siti”də keçirib. O, “şəhərlilər”in heyətində 319 oyuna çıxıb, 6 qol və 23 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

MS Federasiya Kubokunda “Liverpul”a rəqib oldu

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin cütləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, ötən gün baş tutmuş 1/8 final mərhələsinin sonuncu qarşılaşmasından sonra müəyyənləşib.

“Vest Hem” doğma meydanda “Brentford”a penaltilər seriyasında qalib gəlməklə “Lids”ə rəqib olub.

“Çelsi” yarımfinala vəsiqə uğrunda “Port Veyl” ilə mübarizə aparacaq. Premyer Liqanın lideri “Arsenal” 1/4 finalda “Sauthempton”u sınağa çəkəcək.

Yarımfinala vəsiqə uğrunda ən maraqlı görüş isə “Mançester Siti” ilə “Liverpul” arasında baş tutacaq.

Federasiya Kubokunda 1/4 finalın oyunları aprelin əvvəlində keçiriləcək.

İngiltərə, Federasiya Kuboku
1/4 final

Çelsi – Port Veyl
Mançester Siti – Liverpul
Sauthempton – Arsenal
Vest Hem – Lids

“Brentford” bir əsr sonra “Qarabağ”ın rəqibini səfərdə məğlub edib

“Brentford” İngiltərə Premyer Liqasının 25-ci turunda “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Nyukasl” üzərində tarixi 3:2 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu uğur komandanın 21-ci əsrdə “Nyukasl”ın meydanında ilk qələbəsi olub. “Brentford” sonuncu dəfə təxminən bir əsr əvvəl, 1934-cü ildə “Nyukasl”ı səfərdə 5:2 hesabıyla məğlub edib. Klublar az hallarda qarşılaşıblar və bu, 1934-cü ildən bəri “Nyukasl”ın meydanında keçirdikləri 10-cu liqa matçı olub.

Qələbənin nəticəsi olaraq, “Brentford” Premyer Liqanın turnir cədvəlində 7-ci yerə yüksəlib. “Nyukasl” isə hələ də 13-cü yerdədir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Brentford” bir əsr sonra “Qarabağ”ın rəqibini səfərdə məğlub edib appeared first on Komanda.az.

“Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır”

“Mançester Siti”nin yeni transferi Antuan Semenyo fərdi hədəfləri ilə bağlı danışıb. 26 yaşlı futbolçu yanvarda “Bornmut”dan 72 milyon avro qarşılığında Pep Qvardiolanın komandasına transfer olunub.

Komanda.az “City Report”-a istinadən xəbər verir ki, qanalı forvard, yeni klubundakı məsuliyyətin fərqində olduğunu gizlətməyib:

“Özümə qarşı müəyyən tələblərim var. Bilirdim ki, “Mançester Siti”də üzərimdə təzyiq olacaq və məndən Erlinq Haland səviyyəsində məhsuldarlıq gözləniləcək. Amma bu məqsədləri mövsümün əvvəlində özüm üçün müəyyən etmişdim. Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır. Onunla eyni komandada çıxış etmək böyük şansdır. Qollar mənim genetikamın bir hissəsidir və sadəcə, eyni tempdə davam etmək istəyirəm”.

Semenyo “Mançester Siti”nin heyətində keçirdiyi 6 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır” appeared first on Komanda.az.

❌