Normal view

Today — 15 April 2026Main stream

“Qapı”da gözləyən təhlükə – “Qarabağ” axtarışdadır

15 April 2026 at 10:24

“Qarabağ” mövsümün sonunda iki qapıçısı – Mateuş Koxalski və Fabian Buntiçlə vidalaşa bilər.

Futbolpress.az-ın məlumatına görə, polşalı qolkiper Koxalskiyə Avropanın TOP-5 Liqa klublarından maraq var. 25 yaşlı qapıçı Azərbaycan təmsilçisindən ayrılmağa müsbət yanaşır.

Buntiç isə oyun praktikasının azlığından narazıdır. 2024-cü ilin yayında heyətə cəlb olunan, ancaq gözləntiləri doğrultmayan qolkiper daha çox ehtiyatda qalır. Bu səbəbdən o, yayda klubunu dəyişmək niyyətindədir. Buntiçə ölkəsi Xorvatiyadan  maraq var.

Koxalski bu mövsüm 34, Buntiç isə 6 oyunda meydana çıxıb.

“Qarabağ” yayda heyətini ən azı iki legioner qolkiperlə gücləndirmək niyyətindədir. Komandanın kapitanlarından Şahruddin Məhəmmədəliyevin tez-tez zədələnməsi bunu zəruri edir.

Daha əvvəl “İmişli”nin qapıçısı Andrey Sinenkanın “atlılar”ın diqqətində olduğu bildirilmişdi. “Qarabağ”ın maraqlandığı digər qolkiper isə “Şamaxı”dan Rikardo Fernandesdir. Sinenkanın müqaviləsi yayda bitir. Rikardonun isə “Şamaxı”yla sözləşməsi 2027-ci ilin yayına kimidir.

Şahin Cəfərov

Before yesterdayMain stream

Andrey Sinenka bir müddət “İmişli”yə kömək edə bilməyəcək

8 April 2026 at 15:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun əsas qapıçısı Andrey Sinenka zədələnib.

Arena.az xəbər verir ki, Belarusdan olan qolkiper Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la ev oyununda sıradan çıxıb.

Onu matçın 83-cü dəqiqəsində Hüseynəli Quliyev əvəzləyib. Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Artıq Sinenkanın durumuna aydınlıq gəlib. Bölgə təmsilçisindən verilən məlumata görə, Belarusdan olan futbolçunun tibbi müayinəsi zamanı aşağı ətrafın addüktor əzələlərinə aldığı zərbə nəticəsində ağrı, şişlik və hərəkət məhdudiyyəti aşkarlanıb. Ona “bud addüktor əzələlərinin kontuziyası” diaqnozu qoyulub. Mövcud kliniki vəziyyət nəzərə alınaraq, funksional bərpanın təmin edilməsi və idmançının optimal fiziki vəziyyətə qaytarılması məqsədilə qapıçı 5-8 seanslıq fizioterapiya müalicəsinə cəlb olunub.

Xatırladaq ki, Andrey Sinenka cari mövsümün əvvəlindən formasını geyindiyi “İmişli”nin heyətində 29 oyuna çıxıb, 40 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

❌
❌