Türkiyə klubu Ter Ştegenlə maraqlanır
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin xidmətində “Beşiktaş” maraqlıdır.
Türkiyə təmsilçisi Kataloniya klubuna Ter Ştegenin icarəyə götürülməsi ilə bağlı təklif göndərib. Ancaq qapıçının özü La Liqanı daha aşağı statuslu çempionatla dəyişmək niyyətində deyil.
Almaniyalı futbolçu 2014-cü ilin yayından “Barselona”nın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdir.
The post Türkiyə klubu Ter Ştegenlə maraqlanır appeared first on Komanda.az.