Noyer ili başa vurdu
“Bayern”in əsas qapıçısı Manuel Noyer zədə səbəbindən 2025-ci ildə komandasına kömək edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, dekabrın 14-də “Maynts”la keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra Noyer sağ ayağının bud nahiyəsində diskomfort hiss edib. Tibbi müayinədən sonra 39 yaşlı qolkiperə əzələ dartılması diaqnozu qoyulub.
Gözləntilərə görə, Noyer Bundesliqada qış fasiləsindən sonra – yanvarın 11-də “Volfsburq”a qarşı keçiriləcək oyunda yenidən meydana qayıda bilər.
Almaniyalı futbolçu cari mövsümdə “Bayern”in heyətində 20 oyunda iştirak edib və 21 qol buraxıb.
The post Noyer ili başa vurdu appeared first on Komanda.az.