Normal view

Yesterday — 3 February 2026Main stream

“Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”

3 February 2026 at 13:19

“Kəpəz” Premyer Liqanın XVIII turunda “Şamaxı”ya uduzub – 0:2.

Gəncə təmsilçinin hücumçusu Paçu “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Oyuna yaxşı başlamadıq. Qollar buraxdıq və reaksiya verməyə gecikdik. İkinci hissədə geridönüş etməyə çalışsaq da, alınmadı. Bir qol vura bilsəydik, hər şey fərqli olardı amma alınmadı. İndi bu matçı unudub, növbəti görüşlərə daha yaxşı hazırlaşmalıyıq”.

Paçu “Qarabağ” üzərində qələbənin “Şamaxı” ilə görüşə təsir etmədiyini bildirdi. O, eyforiyaya qapılmadıqlarını qeyd etdi:

“Yenə deyirəm, ikinci hissədə tez bir qol vursaydıq, fərqli şeylər olardı. Lakin oyuna pis başlamağımız və “Şamaxı”nın bundan yaxşı istifadə etməsi nəticəni belə etdi. “Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”.

Hücumçu mövsümlə bağlı fikirlərini bölüşdü:

“Liqada qalmaq üçün yaxşı şansımız var. Hər şey özümüzdən asılıdır, maksimum yaxşı nəticə göstərib, yuxarı pillələrə qalxmaq istəyirik. Qarşıda oyun çoxdur, hər şey dəyişə bilər. İşimizə fokuslanmışıq”.

Şahin Cəfərov

Veysəl Rzayev bıçaqlandı

3 February 2026 at 11:00

Gəncənin “Kəpəz” komandasının 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda futbolçunun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Futbolçunun formasını geyindiyi “Kəpəz” klubu da hadisə ilə bağlı rəsmi açıqlama yayıb:

“Rzayev insident nəticəsində xəsarət alıb. Klubumuzun üzvü hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur. Futbolçuya cərrahi müdaxilə edilib, hazırda vəziyyəti stabildir”.

Xatırladaq ki, Veysəl bu qış fasiləsində “Turan Tovuz”dan azad agent kimi ayrılaraq “Kəpəz”lə müqavilə bağlayıb. Tərəflər cari mövsümün sonunadək anlaşıblar. Rzayev Gəncə təmsilçisinin heyətində 2 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Qəbələ”nin yetirməsi olan Rzayev karyerası ərzində “Turan Tovuz” və “Sabah”ın da formasını geyinib.

Azərbaycanın U-16, U-17, U-19 və U-21 yığmalarının da şərəfini qorumuş 23 yaşlı futbolçuya əsas millimizdə debüt etmək qismət olmayıb.

“Kəpəz”in futbolçusu bıçaqlandı

3 February 2026 at 08:31

“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

Futbolpress.az xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib. Kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən Rzayev əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır. (Qafqazinfo)

Veysəl Rzayev ötən ay “Turan Tovuz”dan “Kəpəz”ə keçib.

Before yesterdayMain stream

“Kəpəz” 700-cü oyununu keçirdi

2 February 2026 at 12:30

Premyer Liqada mübarizə aparan “Kəpəz” komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 18-ci turuna təsadüf edib.

Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. Sözügedən komanda 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinmiş komanda 889 top buraxıb.

Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirmiş Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.

Hazırda Azər Bağırovun rəhbərlik etdiyi qərb təmsilçisi Premyer Liqada keçirdiyi 18 oyunda 4 qələbə qazanıb, 14 məğlubiyyətə üzülüb. 12 xalı olan kollektiv 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

“Kəpəz”in yubileyi

2 February 2026 at 12:25

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Gəncə klubunun yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Qərb təmsilçisi “Şamaxı” ilə ev matçında 0:2 hesabı ilə uduzub. “Kəpəz” 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə uduzub. 1040 qola sevinən komanda 889 top buraxıb.

Gəncə klubu evdə 342, səfərdə 346, neytral meydanda 12 oyun keçirib. “Kəpəz” oyun sayında yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”dan geri qalır.

Qeyd edək ki, ilk matçını 1992-ci il mayın 3-də keçirən Gəncə təmsilçisi evdə “Turan”a 2:1 hesabı ilə qalib gəlib.

Azər Bağırov: “Şamaxı” səhvlərimizdən yaxşı yararlandı”

31 January 2026 at 17:30

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra “Şamaxı”nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik. Təəssüf ki, səhvlər etdik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqib bunlardan yararlanıb fərqləndi. Səhvlərimiz əsasən ortadakı boşluqlar idi. Futbolda qaydalar var, səhv buraxdınsa, rəqib cəzalandıracaq. “Şamaxı” əks-hücumda oynayır. Ona görə də, cərimə meydançası ətrafında səhvlər buraxmamalı idik.

Rəqibi təbrik edirəm. Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. Kubokda da yolumuza davam edirik. Heç bir rəqibə asan təslim olmayacağıq. İnanıram ki, öhdəsindən gələcəyik”.

“Kəpəz” – “Şamaxı” 0:2 – Video

31 January 2026 at 17:00

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Kəpəz” – “Şamaxı” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
18-ci tur
31 yanvar

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Arsen Ağcabəyov, 12. Karim Rossi, 45+1.
Sarı vərəqələr: Şakir Seyidov, 54 (qeyri-idman hərəkəti). Dioqo Verdaska, 79 (qeyri-idman hərəkəti) – Rikardo Apolinario, 24 (qeyri-idman hərəkəti). Abdulla Rzayev, 41 (qeyri-idman hərəkəti). Rikardo Fernandes, 87 (oyunun bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə yoxdur, ikinci hissədə 3 dəqiqə.
Saat 14:30. Yevlax şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev (77. Fərid Nəbiyev, 46), 7. Ehtiram Şahverdiyev (9. Luis Paçu, 46), 5. Rauf Hüseynli, 8. Veysəl Rzayev (11. Rəhman Hacıyev, 46), 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (20. Elcan Əbilov, 72), 12. Mahamadu Ba (88. Şakir Seyidov, 46), 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 23. Fərid Kələntərov, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov.
Baş məşqçi: Azər Bağırov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 61), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov (27. Emil Süleymanov, 81), 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 81), 13. Rikardo Apolinario (8. Alfons Msanqa, 58), 11. Dioqo Balau (10. Andrey Tirkovyanu, 81), 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov.
Baş məşqçi: Ayxan Abbasov.

Premyer Liqa: “Kəpəz” “Şamaxı”ya da uduzdu

31 January 2026 at 16:30

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşü “Kəpəz”lə “Şamaxı” arasında baş tutub.

Cavid Cəlilovun idarə etdiyi görüş Yevlax şəhər stadionunda baş tutub. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Premyer Liqa
18-ci tur
31 yanvar

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Arsen Ağcabəyov, 12. Karim Rossi, 45+1.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:30.

Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 8. Veysəl Rzayev, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 80. Şahnur İsmayılov, 9. Luis Paçu.
Baş məşqçi: Azər Bağırov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Premyer Liqa: “Kəpəz” “Şamaxı”ya, “Zirə” “Sabah”a qarşı

31 January 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçiriləcək. Cavid Cəlilovun idarə edəcəyi görüş Yevlax şəhər stadionunda baş tutacaq.

Bu gün həm də paytaxt derbisinə şahidlik edəcəyik. “Zirə” lider “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.

Premyer Liqa
18-ci tur
30 yanvar

“Karvan” – “Sumqayıt” 0:2
Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 14:30.

“Qəbələ” – “İmişli” 3:2
Qollar: Domi Massumo, 27; 45+1; 87 – Dioqo Almeyda, 7; 60.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

31 yanvar

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:30.

“Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

1 fevral

“Araz – Naxçıvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

❌
❌