Reading view

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 – Video

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” – “Ağstafa Gəncləri” matçı meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 Qollar: Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov…

Source

“Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 6:1 hesabıyla bitən matçla bağlı fikirlərini bölüşüb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardı. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

Azər Bağırov: “Daha yaxşı “Kəpəz” görmək istəyirik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov futbol üzrə Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”nə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, kubokun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Qəbələ şəhər stadionunda baş tutmuş bu görüş Gəncə təmsilçisinin 6:1 hesablı qələbəsiylə yekunlaşıb. Azər Bağırov oyundan sonra komandasının çıxışı ilə bağlı fikirlərini jurnalistlərlə…

Source

“Bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm” – Ohori

“Kəpəz” Premyer Liqanın IX turunda “İmişli”yə uduzub – 0:3.

Gəncə təmsilçisinin futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Düşünürəm ki, məğlubiyyətə əsas səbəb keçidlərimizin yavaş olması idi. Həm hücuma, həm də müdafiəyə ləng hərəkət edirdik. Bundan başqa, əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Azlıqda qalmağımıza baxmayaraq, pis oynamadıq. Ruhdan düşmədik, qələbə üçün çalışdıq, amma olmadı”.

Azər Bağırovun gəlişindən sonra komandada müsbət atmosfer olduğunu deyən yarımmüdafiəçi hədəflərindən söz açdı:

“Bağırovun gəlişindən sonra komandadakı ab-hava həqiqətən, çox müsbət olub. Pis oynamırıq və daha yaxşı olacağıq. Liqada qalacağımıza əminəm”.

Mövsümün əvvəlində “Neftçi”də əsas komandadan kənarlaşdırılan Ohori “Kəpəz”ə keçib. Asiyalı futbolçu “ağ-qaralar”a qarşı növbəti turun matçının onun üçün xüsusi olacağını bildirdi:

“Bu yay “Neftçi”yə çoxlu legionerlər gəldi və mənə şans düşmədi. Onlara hörmətlə yanaşıram. Düzdür, “Neftçi”də məyusedici anlarım olub. Ona görə bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm. Mənimçün xüsusi oyundur və qələbə üçün əlimizdən gələni edəcəyik”.

Şahin Cəfərov

Otar Aptsiauri “Kəpəz”ə lazım olmadı – Rəsmi

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Kəpəz” mərkəz yarımmüdafiəçisi Otar Aptsiauri ilə yollarını ayırıb. Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir. Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Source

“Kəpəz” öz meydanında 20-ci darmadağına üzüldü

“Kəpəz” futbol üzrə Azərbaycan çempionatlarında öz meydanında 20-ci dəfə böyükhesablı məğlubiyyətini alıb. Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir. Gəncə klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 9-cu turunda “İmişli”yə evdə 0:3 hesabı ilə uduzub. Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi…

Source

MOİK, “Sumqayıt”, “Kəpəz”

“Kəpəz” Azərbaycan Premyer Liqasının IX turunda “İmişli” ilə ev görüşündə 0:3 hesabı ilə uduzub.

Futbolrpess.az PFL-ə istinadən xəbər verir ki, bu, Gəncə klubunun Premyer Liqada öz meydanında aldığı 20-ci böyükhesablı yenilgidir.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

Qeyd edək ki, “Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

“Kəpəz” “Gəncənin futbol əfsanələri” şurası yaratdı

Cari mövsümə uğursuz start vermiş “Kəpəz” Peşəkar Futbol Klubunun nəzdində yeni şura – “Gəncənin futbol əfsanələri” təsis edilib. Arena.az xəbər verir ki, bununla əlaqədar bu gün Gəncə klubunda iclas keçirilib. Tədbirdə “Kəpəz” PFK-nın infrastruktur rəhbəri Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, köməkçi məşqçi Zaur Əsədov…

Source

“Kəpəz” – “İmişli” 0:3 – Video

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Kəpəz” – “İmişli” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Kəpəz” – “İmişli” 0:3 Qollar: Luis Silvestr, 45+3. Dioqo Almeyda, 60. Rafael Vieqaş, 85. Sarı vərəqələr: Olavale Onanuqa, 44 (hakimin qərarına etiraz). Dioqo Verdaska…

Source

Azər Bağırov: “Bu gün susmaq lazımdır”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çox ağır məğlubiyyətdir.

Source

Premyer Liqa: “Kəpəz” “İmişli”yə böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması “Kəpəz”lə “İmişli” arasında keçirilib. Qəbələ şəhər stadionunda baş tutmuş bu görüşün baş hakimi Kamal Umudlu olub. Gəncə təmsilçisi ilk hissədə azlıqda qaldığı bu matçın yekununda darmadağına üzülüb.

Source

Premyer Liqa: “Karvan” “Turan”a, “Kəpəz” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış oyununda “Karvan” ev oyunlarını keçirdiyi Şamaxıda “Turan Tovuz”la qarşılaşacaq. Oyunu Elvin Bayramov idarə edəcək. Günün digər oyunu “Kəpəz”lə “İmişli” arasında keçiriləcək.

Source

❌