Reading view

“Milan” “Atalanta” ilə bacarmadı

İtaliya A Seriyasında 9-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Leççe”nin qonağı olan “Napoli” çətin qələbəyə sevinib. “Atalanta” – “Milan” görüşündə isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
9-cu tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol: Anqissa, 69.

Atalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4.

29 oktyabr

21:30. Roma – Parma
21:30. Komo – Verona
21:30. Yuventus – Udineze
23:45. Bolonya – Torino
23:45. Cenoa – Kremoneze
23:45. İnter – Fiorentina

30 oktyabr

21:30. Kalyari – Sassuolo
23:45. Piza – Latsio

The post “Milan” “Atalanta” ilə bacarmadı appeared first on Komanda.az.

A Seriyası: “Napoli” qalib gəldi, “Milan” xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış oyununda “Leççe” doğma meydanda son çempion “Napoli” ilə üz-üzə gəlib. Neapol təmsilçisi səfərdə çətin qələbəyə sevinib. “Atalanta” – “Milan” görüşündə isə tərəflər hərəyə 1 qol və…

Source

Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi

“Yuventus”un futbolçusu Kənan Yıldız komandadan qovulan baş məşqçi İqor Tudora minnətdarlıq edib.

Komanda.az xəbər verir ki, türkiyəli oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Hər şey üçün təşəkkür edirəm, cənab. Gələcəkdə uğurlar arzulayıram”.

Xorvatiyalı mütəxəssis A Seriyasında cari mövsümdə postunu itirən ilk baş məşqçi olub. O, komandanı bu mövsüm 8 oyunda çalışdırıb və sentyabrın 13-dən bəri heç bir turnirdə qələbə qazana bilməyib.

Tudor 2025-ci ilin martında “Yuventus”un “sükanı arxasına” keçmişdi və onun rəhbərliyi altında komanda ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.

The post Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi appeared first on Komanda.az.

“Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb”

“Çelsi”nin müdafiəçisi Malo Qusto karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Calcimercato”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Yuventus” maraq göstərir.

Fransalı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 35 milyon avro civarındadır.

Qusto cari mövsümdə “Çelsi”nin heyətində 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Yuventus” “Qarabağ”ın rəqibinin futbolçusunu “qaralayıb” appeared first on Komanda.az.

“Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıtmaq arzusundadır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

28 yaşlı futbolçu 2024-cü ilin yayında İngiltərəni tərk edərək “Napoli”yə keçib. Ancaq o, Neapolda meydandan kənardakı həyat tərzindən narazıdır və bu səbəbdən geri dönməyi düşünür.

Şotlandiyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

The post “Qarabağ”ın rəqibinin futbolçusu İtaliyadakı həyatından narazıdır appeared first on Komanda.az.

Del Pyero: “Yuventus”un problemi baş məşqçidə deyil”

İtaliyanın “Yuventus” klubunun əfsanəsi, keçmiş hücumçu Alessandro Del Pyero “byankoneri”nin uğursuzluqlarını şərh edib. Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Məncə, məsələ yalnız İqor Tudorda deyil. Bu, daha mürəkkəb fəsaddır: məsələ, komandanın necə təşkilində, oyunçuların oyun ahəngində, onların çıxışlarının keyfiyyətindədir.

Source

“Qarabağ”ın rəqibində Kevin De Bröyne şoku

Futbol üzrə İtaliya çempionu olan “Napoli”nin aparıcı futbolçularından olan belçikalı yarımmüdafiəçi Kevin De Bröyne zədələnib. Arena.az bu barədə Neapol klubunun mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, belçikalı futbolçu A Seriyasının 8-ci turunda “İnter”lə oyunda (3:1) sıradan çıxıb. 33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an…

Source

Kapello “İnter”in “Napoli”yə qarşı oyununu tənqid etdi

Təcrübəli futbol mütəxəssisi Fabio Kapello İtaliya A Seriyası çərçivəsində keçirilmiş “Napoli” – “İnter” oyunu ilə bağlı qənaətini açıqlayıb. Arena.az xatırladır ki, A Seriyasının 8-ci turunun oyunu Neapol təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kapello oyundan sonra ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib: “Doğrudan da, olmayan penalti ilə oyunun tarazlığı…

Source

“Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq

“Yuventus” rəhbərliyi İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar bu gün olacaq.

Turin klubu 66 yaşlı mütəxəssisə mövsümün sonuna qədər müqavilə, əlavə olaraq isə müddətin uzadılma imkanını təklif etməyi düşünür.

“Yuventus” son turda səfərdə “Latsio”ya 0:1 hesabı ilə məğlub olub və bütün turnirlərdə qələbəsiz oyunlar seriyasını 8-ə çatdırıb. Komanda A Seriyasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

The post “Yuventus” bu gün Spaletti ilə danışıqlara başlayacaq appeared first on Komanda.az.

“Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli komandanın son oyunlardakı çətinlikləri barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhvlər üzərində çalışmalı olduqlarını deyib:

“Komanda hər məşqdə əlindən gələni edir. Çox çalışırıq, amma səhvlər etməyə davam edirik. Problemin nə olduğunu anlamalıyıq. Təcili olaraq təkmilləşməli və matçlarda qalib gəlməyə başlamalıyıq. Çətinliklərin öhdəsindən gəlmək üçün birlik və həmrəyliyi qorumaq xüsusilə vacibdir”.

Turin komandası A Seriyasında oktyabrın 29-da “Udineze” ilə qarşılaşacaq. Komanda 8 oyundan sonra 12 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

The post “Çox çalışırıq, amma səhvlər etməyə davam edirik” – “Yuventus”un futbolçusu appeared first on Komanda.az.

“Yuventus” baş məşqçisini qovdu – Rəsmi

İtaliya təmsilçisi “Yuventus” İqor Tudoru baş məşqçi postundan qovub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onu bu postda müvəqqəti olaraq Massimo Brambilla əvəz edəcək.

Tudor 2025-ci ilin martından “Yuventus”a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda cari mövsüm 8 turdan sonra 12 xalla səkkizincidir.

The post “Yuventus” baş məşqçisini qovdu – Rəsmi appeared first on Komanda.az.

“Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda

“Udineze”nin yarımmüdafiəçisi Artur Atta “Yuventus”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 22 yaşlı futbolçunu yaxından izləyir və qış transfer pəncərəsində onunla bağlı rəsmi təklif göndərə bilər.

Atta bu yay “Mets”dən “Udineze”yə keçib və qısa müddətdə İtaliya A Seriyasında özünü göstərib. O, cari mövsümdə 9 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” fransalı yarımmüdafiəçinin dəyərini təxminən 12 milyon avro qiymətləndirir.

The post “Yuventus” fransalı futbolçu üçün təklif göndərə bilər – Qışda appeared first on Komanda.az.

“Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın bu mövsümdəki uğursuzluqlarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bunu deyib:

“Mənim fikrimcə, bu, təkcə baş məşqçi İqor Tudorla bağlı deyil. Bu, daha mürəkkəb bir məsələdir: komandanın təşkili, oyunçuların kimyası və performanslarının keyfiyyəti. Oyunçular acınacaqlı nəticələrin arasında özlərini getdikcə daha pis hiss edirlər”.

Turin komandası bazar günü “Latsio” ilə oyundan (0:1) sonra ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda səkkiz oyundur ki, qələbə qazana bilmir. Mediada isə artıq baş məşqçi İqor Tudorun qovulduğu xəbərləri yayılıb.

The post “Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi appeared first on Komanda.az.

Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb

“Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Turin klubunun rəhbərliyi Tudoru qovulması barədə bu gün səhər məlumatlandırıb.

“Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla yaxın gələcəkdə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Yuventus” son vaxtlar uğursuz seriya ilə diqqət çəkir. Komanda ardıcıl 4 oyundur qol vura bilmir və son 8 matçda qələbə üzünə həsrət qalıb.

Turinlilər hazırda A Seriyasının turnir cədvəlində 12 xalla 8-ci pillədə qərarlaşıb.

The post Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

A Seriyası: “Yuventus” uduzdu, “Roma” zirvəyə şərik çıxdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı məğlub yola salıbsa, “Sassuolo”nun qonağı olan “Roma” tək qolla 3…

Source

A Seriyası: “Napoli”dən “İnter” üzərində inamlı qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. “Parma” – “Komo” matçında qapılara qol vurulmayıb. “Kremoneze” – “Atalanta” görüşündə də qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı…

Source

A Seriyası: “Milan” “Piza” ilə bacarmadı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Milan” doğma meydanda “Piza” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf…

Source

“Roma” 14 ildən sonra bu aqibəti yenə yaşadı

2025/2026-cı illər mövsümündə qeyri-sabiq çıxışı ilə seçilən İtaliyanın “Roma” klubu 14 ildən sonra antirekordunu təkrarlayıb. Arena.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin keçirdiyi ardıcıl üç ev oyununda məğlub olması ilə reallaşıb. “Canavarlar” son olaraq Avropa Liqasının 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində Çexiya təmsilçisi “Viktoriya”ya (1:2)…

Source

Rafael Leao: “Milan” bu mövsüm çox şeyə müvəffəq ola bilər”

“Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao İtaliya klubunun indiki heyətinin çox şeyə qadir ola biləcəyi qənaətindədir. Arena.az portuqaliyalı futbolçunun müvafiq qənaətini təqdim edir: “Mən ay yarım müddətinə zədə səbəbilə sıradan çıxmışdım, amma indi çox məmnunam. Cari mövsümdə biz çox şeyə müvəffəq ola bilərik. Paltardəyişmə otağımızda əla əhval hökm sürür”…

Source

“İnter” – “Roma”nı “Olimpiko”da ardıcıl 5 dəfə yenən ilk klub!

Məlum olduğu kimi, “İnter” İtaliya A Seriyasının 7-ci turu çərçivəsində “Roma”nı “Olimpiko”da 1:0 hesabı ilə məğlub edib. Arena.az məlumat verir ki, bu qələbə sayəsində Milan klubu İtaliya A Seriyasında mütləq rekord müəyyənləşdirib. Belə ki, “neradzurri” ölkə çempionatlarında “canavarlar”ı “Olimpiko”da ardıcıl 5 dəfə məğlub etməyi bacarmış ilk klub ünvanına sahib olub.

Source

Sesk Fabreqas: “Nikolas Pasın gələcəyindən arxayınam”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas “göl adamları”nın argentinalı hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas haqda qənaətini açıqlayıb. Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir: “Niko – çempiondur. Onun gələcəyindən arxayınam. O, bu ruhda davam edərsə, istədiyi hər şeyə müvəffəq ola bilər. Niko istedada və yaxşı fiziki hazırlığa malikdir”…

Source

A Seriyası: “Kremoneze” və “Udineze”dən hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kremoneze” “Udineze”ni qəbul edib. Komandalar yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, geridə qalmış 7 turdan sonra 16 xala malik “Milan” vahid liderdir. “İnter”, “Napoli” və “Roma”nın 15, “Bolonya”nın 13, “Komo” və “Yuventus”un 12, “Atalanta”nın 11 xalı var.

İtaliya, A Seriyası
7-ci tur

18 oktyabr

Leççe – Sassuolo 0:0

Piza – Verona 0:0

Torino – Napoli 1:0
Qol: C.Simeone, 32.

Roma – İnter 0:1
Qol: Bonni, 6.

19 oktyabr

Komo – Yuventus 2:0
Qollar: Kempf, 4. N.Pas, 79.

Kalyari – Bolonya 0:2
Qollar: Holm, 31. Orsolini, 80.

Cenoa – Parma 0:0

Atalanta – Latsio 0:0

Milan – Fiorentina 2:1
Qollar: Leao, 63; 86-pen – Qosens, 55.

20 oktyabr

Kremoneze – Udineze 1:1
Qollar: Terraççano, 4 – Zaniolo, 51.

The post A Seriyası: “Kremoneze” və “Udineze”dən hərəyə 1 qol, 1 xal appeared first on ARENA.AZ.

Daniele Ruqani “Yuventus”la yeni müqaviləyə imza atdı

Futbol üzrə İtaliya milli komandasının və “Yuventus”un mərkəz müdafiəçisi Daniele Ruqani Turin klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşmə 2028-ci ilin iyununa qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki müavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Xatırladaq ki, Daniele Ruqani İtaliyanın digər klubu “Empoli”nin yetirməsidir. O, 2012-ci ildə icarə əsasında “Yuventus”un U-19 komandasına cəlb olunub. 2015-ci ildə isə Turin klubu 4,2 milyon avro ödəməklə italyan müdafiəçini transfer edib. “Yuventus” vaxtilə onu “Empoli”nin özünə, həmçinin “Renn”, “Kalyari” və “Ayaks”a icarəyə verib.

Ruqani “Yuventus”un əsas komandasında 152 oyun keçirib. 31 yaşlı müdafiəçi bu oyunlarda 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə də 3 oyuna çıxıb.

İtalyan futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib. 2016-cı ildə əsas millidə debüt etmiş müdafiəçi İtaliya yığmasının heyətində 7 oyun keçirib.

“Transfermarkt” internet-portalı 31 yaşlı italyan müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

The post Daniele Ruqani “Yuventus”la yeni müqaviləyə imza atdı appeared first on ARENA.AZ.

A Seriyası: “Yuventus” ilk məğlubiyyətini aldı, “Milan” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Cenoa” – “Parma” və “Atalanta” – “Latsio” matçlarında qapılara qol vurulmayıb. “Kalyari” doğma meydanda “Bolonya”ya məğlub olubsa, “Yuventus” da “Komo” ilə səfər matçında 2 cavabsız qola üzülüb. Bu, Turin təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

Üç qolun qeydə alındığı “Milan” – “Fiorentina” görüşündə isə meydan sahibləri qələbə qazanıblar.

Tura oktyabrın 20-də keçiriləcək “Kremoneze” – “Udineze” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
7-ci tur

18 oktyabr

Leççe – Sassuolo 0:0

Piza – Verona 0:0

Torino – Napoli 1:0
Qol: C.Simeone, 32.

Roma – İnter 0:1
Qol: Bonni, 6.

19 oktyabr

Komo – Yuventus 2:0
Qollar: Kempf, 4. N.Pas, 79.

Kalyari – Bolonya 0:2
Qollar: Holm, 31. Orsolini, 80.

Cenoa – Parma 0:0

Atalanta – Latsio 0:0

Milan – Fiorentina 2:1
Qollar: Leao, 63; 86-pen – Qosens, 55.

20 oktyabr

22:45. Kremoneze – Udineze

The post A Seriyası: “Yuventus” ilk məğlubiyyətini aldı, “Milan” sevindi appeared first on ARENA.AZ.

❌