“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani “Bayern”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 23 yaşlı kosovolu futbolçunu 2026/27 mövsümündən başlayaraq Harri Keynin əvəzedicisi kimi nəzərdən keçirir.
Asllani bu mövsüm “Hoffenhaym”ın heyətində 9 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.
Daha əvvəl Asllani ilə “Barselona”nın maraqlandığı haqda xəbərlər yayılmışdı.
Almaniyanın “Bayer” klubunun dayaq yarımmüdafiəçisi Ezekyel Fernandes bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı argentinalı futbolçu Almaniya Bundesliqasının 8-ci turunda “Frayburq”a qarşı keçirdikləri matçda (2:0) sol dizinin bağlarını zədələyib. Bu üzdən də o…
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Bayern”in transfer hədəfləri arasındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu klubu ilə müqaviləsinin müddəti bitəndə yeniləməyəcək və bu da ona gələn yay “Kristal Pelas”dan azad agent kimi ayrılmağa imkan verəcək.
“Bayern”lə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq Dayot Upamekanonu da oxşar gələcək gözləyir. Münhen klubu artıq Upamekanonun potensial əvəzedicisi kimi gördüyü Quehinin nümayəndələri ilə danışıqlar aparır.
25 yaşlı müdafiəçi üçün eyni zamanda, “Liverpul”, “Real” və Avropanın digər aparıcı klubları mübarizə aparacaq.
“Bayern”in yarımmüdafiəçisi Aleksandar Pavloviç İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunu almaqda maraqlıdır. Lakin Münhen klubunun Pavloviç üçün yüksək transfer tələbi bu sövdələşməyə mane ola bilər. “Bayern”in rəhbərliyi oyunçunun satışı üçün 80 milyon avro tələb edir.
21 yaşlı yarımmüdafiəçinin Almaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Bayer” doğma meydanda “Frayburq”a 2 cavabsız qolla qalib gəlib. “Ştutqart” isə “Maynts”ı məğlub yola salıb. Beləliklə, geridə qalmış 8 turdan sonra itkisiz irəliləyən lider “Bayern”in 24 xalı var.
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” bu gün növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Nürnberq”lə qarşılaşıb. Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” xal itirib – 1:1. Mahir bu oyunun iştirakçısı…
“Bayern”in niderlandlı keçmiş hücumçusu Aryen Robben Münhen komandasının cari mövsümdəki çıxışını qiymətləndirib. Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Bayern”də işlər yaxşı gedir. Mənə, onların yatımlı oyunu xüsusilə xoş gəlir. Komanda işləyir, hamı əla müdafiə olunur. “Bayern” demək olar ki, məğlubedilməzdir”, deyə Robben vurğulayıb. Xatırladaq ki, “Bayern”…
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub. Səfərdə “Auqsburq”la qarşılaşmış “Leypsiq” rəqibini 6 cavabsız qolla yenib. Çempion, cari mövsümdə də itkisiz irəliləyən “Bayern” bu dəfə səfərdə Mönhenqladbax “Borussiya”sını 3 cavabsız qolla…
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Verder” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Meydan sahibləri yekunda minimal hesabla üstün olublar. Qeyd edək ki, 8-ci turun qalan görüşləri şənbə və bazar…
Alman futbolunun əfsanəsi, keçmiş dayaq yarımmüdafiəçisi Lotar Matteus “Bayern”in ingilis hücumçusu Harri Keyn haqda söhbət açıb. Arena.az Matteusun müvafiq fikrini təqdim edir: “Hal-hazırda, mən dünyada Harri Keyndən yaxşı hücumçu görmürəm. Nəinki vurduğu qollara görə, həmçinin onun çoxyönlüyü və çıxış etdiyi mövqelər baxımından”, deyə Lotar Matteus vurğulayıb. Xatırladaq ki…
Almaniya çempionu “Bayern”in cinah hücumçusu, 17 yaşlı alman vinger Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Arena.az ESPN-ə istinadən xəbər verir ki, Lennart Münhen komandasının bu turnirdə qol vuran ən gənc futbolçusuna çevrilib. Almaniyalı oyunçu ÇL-in Liqa mərhələsinin 3-cü turunda “Brügge”yə (Belçika) qarşı keçirdikləri matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib.
Futbol üzrə Almaniya Bundesliqasının 7-ci turunun “Maynts”la səfər oyunu “Bayer”in yarımmüdafiəçisi Robert Andrix üçün əlamətdar olub. Arena.az xəbər verir ki, almaniyalı futbolçu 4:3 hesabıyla qalib gəldikləri bu matçda yeni rekorda imza atıb. Belə ki, 31 yaşlı yarımmüdafiəçi ardıcıl 38-ci səfər oyununda uduzmamaqla yeni uğur əldə edib. Bu göstərici ilə Andrix Dante və Filipp Lama…
Futbol üzrə Almaniya çempionu “Bayern” baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Vensan Kompani 2024-cü ilin may ayının sonunda “Bayern”ə baş məşqçi təyin edilmişdi. Həmin vaxt belçikalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanmışdı.
Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 67 oyuna çıxarıb, 49 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 194:66 nisbətindədir.
Kompani ötən mövsüm “Bayern”i Almaniya çempionu edib. Münhen təmsilçisi 2025/2026-cı illər mövsümünə də möhtəşəm başlayıb. Almaniya nəhəngi Bundesliqada keçirdiyi 7 oyunun hamısından qələbə ilə ayrılıb.
Xatırladaq ki, Kompani daha öncə “Anderlext” və “Börnli”də baş məşqçi kimi çalışıb.
“O, böyük imkanlara malik, həqiqətən yaxşı oyunçudur. İndi o, yəqin ki, daha çox oyun dəqiqələri almaq istəyir, amma bu, yüksək səviyyədə artımın bir hissəsidir. Onun böyük gələcəyi var – bunun üçün bütün gərək olanı – işləməyə davam etməkdir”, deyə Harri Keyn vurğulayıb.
Xatırladaq ki, Cob Bellingem bu ilin yayında İngiltərənin “Sanderlend” klubundan Dortmund “Borussiya”sına keçib. 19 yaşlı yarımmüdafiəçinin transferi yeni klubuna 30,5 milyon avroya başa gəlib. İngilis futbolçu “Borussiya” ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.
Bu keçid, “Sanderlend”in tarixən ən bahalı satış əməliyyatı olaraq əlamətdardır.
Cob Bellingem İngiltərənin digər klubu “Birmingem”in yetirməsidir. O, “Sanderlend”ə 2023-cü ilin iyulunda 1,75 milyon avro müqabilində keçmişdi. Gənc futbolçu bu komandanın heyətində 90 oyuna çıxıb, 11 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
“Borussiya”da isə Cob 14 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Cob İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qimətləndirir.
Xatırladaq ki, Cob hazırda Madrid “Real”ında çıxış edən Cud Bellingemin doğma qardaşıdır. Cud da vaxtilə Dortmund “Borussiya”sında forma geyinib.
Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Frayburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib.
Səfərdə “Sankt Pauli” ilə qarşılaşan “Hoffenhaym” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
Beləliklə, 7 turdan sonra 21 xalı olan son çempion “Bayern” itkisiz irəliləyən yeganə komandadır. “Leypsiq” 16 xalla ikinci, “Ştutqart” 15 xalla üçüncüdür. Dortmund “Borussiya”sı ilə “Bayer”in 14, “Köln”ün 11 xalı var.
Almaniya, Bundesliqa 7-ci tur
17 oktyabr
Union Berlin – Borussiya (Mönhenqladbax) 3:1 Qollar: Doexi, 3; 26. Xedira, 81 – Tabakoviç, 33.