“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin Ünsiyyət klubunun daun sindromlu və autizmli üzvləri Tovuz şəhər stadionuda qonaq olublar.
Futbolpress.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klub üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.
“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.
“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. “Bayquşlar” Tovuz səfərində “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəlib.
Görüşün startından sona qədər daha nizamlı vəüstün oynayan “futuristlər” qələbə sayəsində müvəqqəti liderliyə yüksəlib. ValdasDambrauskasçempionatda son ayların ən formada komandasıdır. Hücum fazasında daha aktiv olan və qısa ötürmələrlə rəqib müdafiəsinəçətinlik yaşatmağı bacaran “Sabah” Tovuzda qalib gəlməklə “Qarabağ“laoyunöncəsi xüsusi motivasiya qazandı.
“Turan Tovuz” isə enişdədir. Turnir cədvəlində 24 xalla 5-ci sırada qərarlaşan bölgə təmsilçisi nəticələr bir yana, sərgilədiyi oyunla ümid vermir. Baş məşqçi KurbanBerdıyev dəçətin situasiyanı qəbul edir. Mövsümün əvvəlindəçempionluq iddiası ilə yola çıxan tovuzlular artıq yarışdan yavaş-yavaşuzaqlaşmaqdadır.
Liqada ən yaxşı heyətə sahib kollektivlərdən olan tovuzlularda konkret problemin nədə/kimdə olduğu qeyri-müəyyəndir. Bu heyət mövsümün əvvəlində yaxşı nəticələrlə seçilib, bir müddət liderliyə yüksəlib. Lakin enişin konkret səbəbləri məlum deyil. Son turlardakı xal itkiləri komanda üçün gələcəkdəavrokubok zonasıüçün belə təhlükə yarada bilər.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə paytaxt təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədilər. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gəlmiş azarkeşlərimizi təbrik edirəm.
Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. “Qarabağ”la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir”.
Dambrauskas Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumundan da söhbət açıb:
“Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion barədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Amma bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil”.
“Bu, utancvericidir” – Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:
“Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik. Məşqçinin səhv etmədiyini desək, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu”.
Berdıyev tovuzlu azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib:
“Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir. İstefaya gəlincə, bu məsələləri bütün klublarda prezident həll edir”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Şamaxı” “Zirə”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Ayxan Abbasovun çalışdırdığı komanda doğma meydanda növbəti qələbəsini qazanmağa çalışacaq. Ötən tur lider “Qarabağ”la sülh bağladığı üçün ikinci pilləni “Sabah”a təhvil vermiş Rəşad Sadıqovun komandası da səfərdə uğurlu seriyasını davam etdirmək arzusundadır.
Günün digər oyunu avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda – “Turan Tovuz”la “Sabah” arasında keçiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq bu görüşün baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.
Premyer Liqa 15-ci tur
13 dekabr
“Şamaxı” – “Zirə” Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Şamaxı şəhər stadionu, 14:00.
“Turan Tovuz” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev VAR: Nicat İsmayıllı. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Seymur Səlimli. Tovuz şəhər stadionu, 16:30.
“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Matça saat 16:30-da start veriləcək.
“Turan Tovuz” 14 turdan sonra 24 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan KurbanBerdıyevin yetirmələri ikinci pillədəki “Sabah”dan dörd xal geridədir. “Bayquşlar”ın da ehtiyatda “Qarabağ“la bir matçı var. Həmin matç dekabrın 18-də keçiriləcək.
“Sabah” bu görüşdə qələbə qazanacağı halda, azı bir günlük liderliyə yüksələcək. ValdasDambrauskasın yetirmələri yaxşıformadadadır. Komanda son 5 oyunda cəmi 1 heç-heçə edib, 4 qələbə qazanıb.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisi isə son 5 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib. Tovuz təmsilçisi “Sabah”a qarşı keçirdiyi son beş ev oyununun cəmi 1-də uduzub. 2 qələbə qazanan komanda 2 dəfə də heç-heçə edib.
“Sabah” Tovuz səfərində sonuncu dəfə 2023-cü ildə qələbə qazanıb. Komandaların son duelində “Sabah” azarkeşləri önündə inamlı qələbəyə sevinib.
“Turan Tovuz”un zədəli futbolçusu David Tavareş komandanın qış toplanışına qoşula bilər.
Futbolpress.az–ın məlumatına görə, yarımmüdafiəçi bu yay heyətə cəlb olunsa da, hələ rəsmi oyuna çıxmayıb. Yay hazırlığında ciddi zədə alan və 6 aylıq sıradan çıxan Davidin yanvardan sonra hazır olacağı ehtimal edilir.
“Turan Tovuz” Tavareşi Rumıniyanın “Buzau” klubundan heyətə cəlb edib.
Premyer Liqanın 14-cü turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunu bu il keçirilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, sözügedən matç 2026-cı ildə keçiriləcək. Belə ki, məsələ ilə bağlı PFL-in İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL-in İdarə Heyəti bir sıra qərarlar qəbul edib.
Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək və görüş 2026-cı ildə baş tutacaq.
Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Azərbaycan Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.
Xatırladaq ki, “Qəbələ” – “Turan Tovuz” matçı dekabrın 8-də keçirilmiş, lakin əlverişsiz hava şəraiti səbəbindən yarıda qalmışdı.
Premyer Liqanın XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu (08.12.2025) qatı duman səbəbindən 23-cü dəqiqədən dayandırılıb. Daha sonra Peşəkar Futbol Liqası (PFL) oyunun keçirilməsinin mümkün olmadığını bildirərək, matçı təxirə salıb.
Əsasnaməyə görə, başlayan, ancaq yarımçıq dayandırılan oyun ən geci bir gün sonra baş tutmalıdır.
Lakin Qəbələdəki matçın keçirilmə vaxtı açıqlanmayıb və qeyri-müəyyən durum hökm sürür. Duman kimi fors-major hallarda bəs hansı qayda tətbiq edilir?
Oyunun baş tutmama səbəbinin əsasları ilə bağlı hər iki kluba müraciət etdik:
“Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli: “Növbəti gün iki oyun var idi. Buna görə VAR və canlı yayım olmayacaqdı. Çünki “CBC Sport”un maşınları Bakıya qayıtmalı idi. Klublar da VAR-sız və canlı yayımsız oynamaq istəmədiyi üçün məsələ belə oldu”.
“Turan Tovuz” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev: “Səhəri Premyer Liqanın 2 oyunu var idi. Hər şey öncədın planlaşdırılır – VAR, canlı yayım və sairə. Həm VAR, həm də “CBC Sport” oyunlardan xeyli öncə təyin olunan yerdə olmalıdırlar”.
PFL təfsil açıqlama verməyib, təxirəsalmanın detalları bilinmir. Bu da haqlı şübhələrə, suallara şərait yaradır.
Güman edilir ki, “CBC Sport”un PTS-i və VAR sistemi Bakıya qayıtdığından ertəsi gün oyunu davam etdirmək mümkün olmayıb.
Əsasnamə pozuntusudur və maraqlıdır ki, məsələ nə geniş müzakirə olunur, nə aydınlıq verilir.
Xatırladaq ki, 2023/2024 mövsümündə, 2023-cü ilin dekabrında “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu Tovuz stadionunda işıq dirəyinin aşması səbəbindən 81-ci dəqiqədə yarımçıq dayanmış, fors-major hal olsa da, növbəti gün oyun VAR və canlı yayım olmadan qaldığı yerdən davam etdirilmişdi. Matçdan sonra isə hər iki klubun baş məşqçiləri analoji durumdan narazılığını bildirmişdi. Bəlkə bu “təcrübədən” çəkindiyinə, əlavə söz-söhbət istəmədiyinə görə PFL ertəsi oyunun davam etməsinə göstəriş verməyib. “Bəlkələr” çoxdur, izah isə yoxdur.
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 14-cü turunun yarıda qalmış “Qəbələ” – “Turan Tovuz” matçı ilə bağlı yeni açıqlama yayıb.
Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.
Turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib. Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib.
Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.
Xatırladaq ki, bu gün Qəbələdə keçirilən bu matç qatı duman səbəbindən yarıda dayandırılmış, daha sonra təxirə salındığı açıqlanmışdı.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunu keçirilib.
Lakin Qəbələdə təşkil edilmiş qarşılaşma yarıda qalıb.
Arena.az xəbər verir ki, oyun 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb.
Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb. Prosedur qaydalarına uyğun olaraq, stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun bu gün davam etdirilməsinə imkan verməyib. Qarşılaşmanın nə vaxt keçiriləcəyi barədə əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında və sosial media hesablarında veriləcək.
Premyer Liqa 14-cü tur
8 dekabr
“Qəbələ” – “Turan Tovuz” 0:0 Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov. Qəbələ şəhər stadionu, 17:00.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. Əyalət təmsilçilərinin Qəbələdə baş tutacaq görüşünü Tural Qurbanov idarə edəcək. Hazırda 24 xalla 4-cü olan Tovuz təmsilçisi qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənməyə çalışacaq. Amma Kurban Berdıyevin komandası ardıcıl 3 oyundur 1 xalla kifayətlənir. 8 xalla 10-cu olan “Qəbələ” isə növbəti qələbəsini qazanmaq arzusundadır.
Günün digər oyunu iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” arasında keçiriləcək. Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma “Masazır Arena”da keçiriləcək. 25 xalla 3-cü olan “Sabah” qalib gəlsə, ikinci sıraya yüksələcək. Son üç oyununda 2 məğlubiyyət, 1 heç-heçə görmüş “Neftçi” isə 16 xalla 8-cidir.
14-cü turun qalan görüşləri dekabrın 9-da keçiriləcək.
“Sumqayıt” – “İmişli” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov. VAR: Əli Əliyev. AVAR: Zöhrab Abbasov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
“Şamaxı” və “Sumqayıt” komandaları futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmaqla yubileyə imza atıblar.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün bütün 1/4 finalçıları müəyyənləşib. Bu mərhələdə yeni komandalar olmayacaq. Belə ki, 8 ən yaxşı sırasına yüksəlmiş bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıblar.
Onlardan ikisi yubiley uğuruna imza atıb. “Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə bu raundda iştirak edəcək. 1/4 finalçılar arasında ən yüksək göstərici “Qarabağ”dadır. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atmış “Neftçi” ilə fərqi azaldacaq.
Mərhələnin digər iştirakçılarından “Qəbələ” və “Kəpəz” 17-ci, “Zirə” 11-ci, “Sabah” 7-ci, “Turan Tovuz” 2-ci dəfə 1/4 finalda oynayacaq.
Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 finalında “Şahdağ Qusar”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 2:1 hesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, klassik kubok oyunu idi. Adətən belə matçlar gərgin keçir. Bu oyun da istisna deyildi. Bəzi futbolçularımıza da oynamaq şansı verdik. Bu oyun üçün motivasiyamız çatışmırdı”.
Tovuz təmsilçisinin təcrübəli çalışdırıcısı yerli futbolçulara daha çox şans verməsinin Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun son açıqlamaları ilə bağlı olmadığını vurğulayıb:
“Azərbaycan milli komandasının baş məşqçisinin nə deməsi məni narahat etmir. Yerli oyunçulara sonradan səhvlərini təhlil etmək üçün daha çox vaxt verdik ki, onlar çempionatda eyni səhvləri təkrarlamasınlar”.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun Sumqayıtda baş tutub.
Mərhələnin ilk oyununda Birinci Liqada mübarizə aparan “Şahdağ Qusar” elita təmsilçisi “Turan Tovuz”u qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda qapılara üç qol vurulub. Çətin qələbəyə sevinən Tovuz təmsilçisi ilk 1/4 finalçı olub.
Günün digər oyununda iki paytaxt təmsilçisi – “Zirə” və “Neftçi” üz-üzə gələcək. Zirədə keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 3-də və 4-də keçiriləcək.