Reading view

“Sumqayıt” Ramalinqoma rəqib gətirir

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” artıq bir neçə oyunçuyla danışıqlar aparır. Baş məşqçi Saşa İliç irəlidə Aleksandr Ramalinqomun məhsuldarlığının aşağı olması səbəbindən mərkəz hücumçusu transferi istəyib.

Yeni hücumçu legioner olacaq. Adı məlum olmasa da, oyunçu böyük ehtimalla, Serbiyadan gələcək.

İliç ölkəsindən bu yay “Sumqayıt”a Nikola Ninkoviç, Aleksa Yankoviçi gətirib. Ninkoviç hələ formasını tam bərpa etməsə də, Yankoviç klubun bu ana qədər ən uğurlu yay transferidir.

“Sumqayıt” 18 turdan sonra 30 xalla 4-cü sıradadır.

Şahin Cəfərov

“Mövsümün əvvəlində oyunumdan razı deyildim” (MÜSAHİBƏ)

“Sumqayıt”ın futbolçusu Nikola Ninkoviçin “Futbolpress.az“a müsahibəsi:

-“Karvan-Yevlax” səfərində qazanılan qələbəni necə şərh edərdin?
-Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizədə çox mühüm qələbə idi. “Turan Tovuz”la oyunda məğlubiyyət yaşadıq və buna reaksiya verib, üç xal qazanmalıydıq. İstədiyimizə çatdıq və yaxşı oynayaraq, qələbə qazandıq.

– Avrokuboklardan söz açdın. Qarşıdan Azərbaycan Kubokunda “Zirə” ilə oyunlar gəlir. Kubok da avrokuboklara vəsiqə verən daha asan yol kimi görünür…
– Biz yarışlara yox, oyunlara baxırıq. Hədəfimiz hər oyunda maksimum nəticə əldə etməkdir. Ya Premyer Liqa, ya kubok, fərqi yoxdur. Önəmli olan oyunumuzla xallarımızı artırmaqdır. Sonda harda olacağımızı görəcəyik.

– Son oyunlarda start heyətdə yer alırsan. Artıq formanı tam bərpa etdiyini demək olar?
– Bura gəldiyim ilk gündən çox çalışıram, maksimumu edirəm. Məncə, formamı xeyli yaxşılaşdırmışam və hazırda yaxşı səviyyədəyəm. Buna baxmayaraq, inanıram ki, hələ də inkişaf edə bilərəm.

– Formanı yığmaq nə üçün çox zaman apardı?
– Mövsümün əvvəlində yaxşı deyildim və oynayanda da uyğunlaşa bilmirdim. Buna baxmayaraq, çox çalışdım, mübarizə apardım və formamı qaytardım. Mövsümün əvvəlində oyunumdan razı deyildim, bilirdim ki, artıra biləcəm. İndi isə yaxşı səviyyədəyəm və düşünürəm ki, gözləntiləri doğrulda bilirəm.

– Həmyerlin Aleksa Yankoviç oynadığı müddətdə çox effektivdir. Lakin bəzi matçlarda ehtiyat qüvvə kimi oyuna çıxır. Onunla danışırsınızmı? Təcrübəli biri kimi nə məsləhət verirsiniz?
– Yankoviç bu komandanın vacib oyunçusudur. Onun oyuna qoşulması ilə sürətimizi artırırıq. Driblinqləri ilə rəqibləri keçir, bizimçün şanslar yaradır. Yankoviç oyunun taleyini həll edə biləcək oyunçudur. Ona məsləhətim odur ki, hər gün çox çalışsın. O, liqada ən yaxşı oyunçulardan biri olduğunu sübut edəcək.

– Karyeranızda bir neçə klubda, ölkədə oynamışınız. Azərbaycan çempionatını digərlərindən fərqləndirən nədir?
– Əsas fərq keyfiyyətlə bağlıdır. Düzdür, burdan zəif və güclü liqalarda oynamışam. Amma hər çempionatın özünəxas cəhətləri var. Azərbaycanda komandalar demək olar, eyni səviyyədədir. Sonuncu sırada olan birinci sıradan xal almaq potensialındadır. Oyunların nəticələrini əvvəldən təxmin etmək olmur.

Şahin Cəfərov

Pedro Pinto “Sumqayıt”ı Anqola klubuna dəyişdi

“Sumqayıt”ın portuqaliyalı mərkəz müdafiəçisi Pedro Pinto Azərbaycan klubundan ayrılaraq “Petro Luanda” komandasına keçib.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Klubun yaydığı məlumatda bildirilir ki, “Sumqayıt”la Anqolanın “Petroleos de Luanda” klubu arasında müdafiəçi Pedro Pintonun transferi ilə bağlı anlaşma əldə edilib. Razılaşmaya əsasən, Pedro “Petroleos de Luanda” klubuna transfer olunub. “Sumqayıt” futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Sumqayıt” Pedro Pintonu 2025-ci ilin yayında heyətinə qatmışdı. 30 yaşlı müdafiəçi ilə həmin vaxt 1+1 illik müqavilə imzalanmışdı.

Pedro “Sumqayıt”a elə Anqolanın “Petro Luanda” klubundan gəlmişdi. O, Azərbaycan təmsilçisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 18 oyun keçirib.

Pinto karyerası ərzində Portuqaliyanın “Leyşoynş”, “Vitoriya” (Setubal), “Aroka” kimi klublarının da şərəfini qoruyub.

“Karvan” – “Sumqayıt” 0:2 – Video

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Karvan” – “Sumqayıt” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
18-ci tur
30 yanvar

“Karvan” – “Sumqayıt” 0:2
Qollar: Aleksa Yankoviç, 20. Ronaldo Vaskes, 33.
Sarı vərəqələr: Araz Abdullayev, 28 (qeyri-idman hərəkəti). Elvin Yunuszadə, 60 (qeyri-idman hərəkəti) – Keffel Resende, 77 (oyunun bərpasının ləngidilməsi). Roi Kehat, 81 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 14:30. Yevlax şəhər stadionu, 700 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Zöhrab Abbasov.
Dördüncü hakim: Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Karvan: 99. Pedro Mateuş (1. Kamran İbrahimov, 46), 7. Araz Abdullayev (k) (17. Samir Abdullayev, 46), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli (32. Elvin Yunuszadə, 30), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels (14. Uğur Cahangirov, 76), 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni (33. Eltun Turabov, 46).
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Baş məşqçi: Füzuli Məmmədov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (71. Masaki Murata, 77), 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes (7. Rüstəm Əhmədzadə, 66), 80. Keffel Resende (97. Vüsal Paşayev, 84), 95. Nsane Simon (19. Roi Kehat, 46), 11. Aleksa Yankoviç (37. Nihad Orucəli, 66), 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev.
Baş məşqçi: Saşa İliç.

Saşa İliç: “Qalib gəlsək də, oyundan tam razı qalmadım”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxdakı qarşılaşması “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı qalmadım. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu. Bunun nəticəsində müəyyən problemlər yaşadıq. Bu problemləri aradan qaldırmaq lazımdır. İkinci hissədəki zəif oyun da bizim səhvlərimizdən irəli gələn bir şey idi. Ötürmələrdə səhvlər çox oldu. Buna görə də oyunun tempi aşağı düşdü.

Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçular aparmışdıq. Sevindirici haldır ki, bu gün Nihad Orucəliyə şans verdik. Döyüşdü, mübarizə apardı. Məncə, qənaətbəxş performans göstərdi”.

“Sumqayıt”ın baş məşqçisi Pedro Pinto ilə yolların ayrılmasının səbəbini də açıqlayıb:

“Bu, futboldur, belə şeylərin olması normaldır. Ona təklif gəldi və dəyərləndirdi. Pedronun mövqeyində oynada biləcəyimiz futbolçular var”.

Premyer Liqa: “Karvan” “Sumqayıt”a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Karvan” “Sumqayıt”la üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı Əli Əliyev idarə edib. Çempionatın aşkar autsayderi bu oyunda xal həsrətinə son qoymağa çalışsa da, yenə də istəyinə çata bilməyib. Qonaqlar bu oyunda 2 cavabsız qolla qələbə qazanıblar.

Premyer Liqa
18-ci tur
30 yanvar

“Karvan” – “Sumqayıt” 0:2
Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 14:30.

Karvan: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Baş məşqçi: Füzuli Məmmədov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsane Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

Premyer Liqa: “Karvan” “Sumqayıt”a, “Qəbələ” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Karvan” “Sumqayıt”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı Əli Əliyev idarə edəcək. Çempionatın aşkar autsayderi bu oyunda xal həsrətinə son qoymağa çalışacaq.

Günün digər oyunu “Qəbələ” ilə “İmişli” arasında baş tutacaq. Kamranbəy Rəhimovun idarə edəcəyi görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Premyer Liqa
18-ci tur
30 yanvar

“Karvan” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 14:30.

“Qəbələ” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

31 yanvar

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:30.

“Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

1 fevral

“Araz – Naxçıvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

“Turan Tovuz” – “Sumqayıt” 2:1 – Video

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Turan Tovuz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
17-ci tur
25 dekabr

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Hayderson Hurtado, 13. Rəhim Sadıxov, 69 – Hayderson Hurtado, 61-öz qapısına.
Sarı vərəqələr: Xorxe Silva, 71 (qeyri-idman hərəkəti). Faiq Hacıyev, 80 (qeyri-idman hərəkəti) – Pedro Pinto, 52 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yunis Hüseynov (“Turan Tovuz”), 90+3 (texniki zona qaydalarını pozduğuna görə).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3000 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (19. Roberto Olabe, 89), 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 81), 11. Ayxan Hüseynov (8. David Tavareş, 89), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 66), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 2. Abdulla Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 75), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsana Simon (29. Emil Mustafayev, 75), 25. Abdul Raşid Mumini (11. Aleksa Yankoviç, 56).
Ehtiyat oyunçular: 56. Aftandil Arixov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Məşqçi: Veliçko Kaplanoviç.

Kaplanoviç: “Çox sadə qollar buraxdığımıza görə məyusuq”

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 17-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Veliçko Kaplanoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərlə bağlı problemimiz oldu. “Turan Tovuz” da bundan istifadə edə bildi. Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha 2 qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, gedişatı dəyişə bilmədik. Bu cür oyunlarda çox sadə qollar buraxdığımıza görə məyusuq. Hətta birinci hissədə pis oynasaq da, Aleksander Ramalinqomun şansı var idi, o da dirəkdən döndü. Belə komandalarla oyunda gərək hər iki hissədə yaxşı oynayasan ki, nəticə qazanasan.

Biz artıq mərkəz müdafiəçisi gətirmişik. Problemimizi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik. Qış fasiləsində çarə tapmaq asan deyil. Təcrübəli oyunçularımız var. Amma bu duruma nəyə görə düşdüyümüzü bilmirəm. Qış fasiləsindən sonra adaptasiya üçün vaxt lazım gələ bilər”.

Premyer Liqa: “Turan Tovuz” 2026-cı ilə qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk turun sonuncu oyun günündə əvvəlcə “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib.

Məlum səbəblərdən bu oyun Sumqayıtda keçirilib və Tovuz təmsilçisi nominal meydan sahibi olub. Kamal Umudlunun idarə etdiyi qarşılaşma “Turan Tovuz”un çətin qələbəsiylə başa çatıb.

Turun qapanış matçında isə lider “Sabah” çempionatın aşkar autsayderi “Karvan”ı sınağa çəkəcək.

Premyer Liqa
17-ci tur
25 yanvar

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Hayderson Hurtado, 13. Rəhim Sadıxov, 69 – Hayderson Hurtado, 61-öz qapısına.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 2. Abdulla Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 3. Enrike Silva, 90. Joarlem Santos, 19. Roberto Olabe, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 56. Aftandil Arixov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 71. Masaki Murata, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.

❌