Reading view

“Neftçi” və “Zirə”də oynamış futbolçu “Xankəndi”də

“Xankəndi” klubu heyətini növbəti yarımmüdafiəçi ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, II Liqa təmsilçisi son klubu “Baku Sportinq” olan Əli Mürsəlovu transfer edib. Futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Neftçi”nin yetirməsi olan Mürsəlov “Turan Tovuz və “Zirə”də də çıxış edib.

Lider fərqi qorudu, “Qəbələ” “zirzəmi”dən uzaqlaşır, “Neftçi”dən “4-4″lük oyun

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Lider “Sabah” növbəti qələbəsini qazanıb, ikinci “Qarabağ” “Turan Tovuz”dan üstün olub.

“Neftçi” bu turda “Araz-Naxçıvan” səfərindən darmadağınla dönüb, “Şamaxı” “Kəpəz”ə, “Sumqayıt” isə “Karvan-Yevlax”a qalib gəlib. “Qəbələ” “İmişli”ni məğlub edib.

Karvan-Yevlax – Sumqayıt 0:2
Turun ilk matçında autsayder yenə xalsız qaldı. Yevlaxı təmsil edən “Karvan-Yevlax” uzun müddətdir, qələbəyə həsrət qalıb. Elitanı tərk etməyə əsas namizəd olan bölgə klubunun oyun planında çatışmazlıqları var. Son zərbələrdə uğursuzluq yaşayan “Karvan-Yevlax” müdafiədəki səhvləri də başqa problemdir. Gedişat yaxşı görünmür.

“Sumqayıt” isə avrokubok zonasında qalmaq yolunda mühüm qələbə qazandı. “Zirə”nin xal itirdiyi turda bu qələbə “kimyaçılar” üçün xüsusi önəm daşımış oldu. Saşa İliçin komandası hücumda yaxşı təsir bağışlasa da, bəzən yarımmüdafiə xəttindəki ötürmə səhvləri komandanın qapısı qarşısında təhlükəyə səbəb olur. “Kimyaçılar” bu problemi də yoluna qoysa, avrokuboklar zonasında qala bilər.

Qəbələ – İmişli 3:2
İkinci dövrənin ən yaxşı komandalarından biri “Qəbələ”dir. Kaxaber Sxadadzenin yetirmələri ardıcıl ikinci matçında qələbə qazanaraq, autsayderlər bölgəsindən uzaqlaşa bildi. Sonuncu sıradakı “Karvan-Yevlax”ı 8 xal qabaqlayan “qırmızı-qaralar” liqada qalmaq yolunda inamla irəliləyir. Hücumda realizasiya problemini həll etdiyi görünən bölgə klubu artıq iki oyuna yeddi qol vurmağı bacarıb.

“İmişli” isə eniş yaşayır. Qəbələ səfərində ikinci hissədə daha gümrah oyun göstərən bölgə klubu son dəqiqələrdə müdafiədəki boşluğa görə cəzalandı. “Qəbələ”nin qələbəsi tərəflər arasındakı xal fərqini 4-ə endirdi. “İmişli” gedişatı dəyişməlidir, yoxsa komanda təhlükəli zonaya düşə bilər.

Kəpəz – Şamaxı 0:2
Ötən turda “Qarabağ” səfərindən üç xalla dönən “Kəpəz” “şirlər”lə bacarmadı. Yevlaxda baş tutan matçda ilk hissədə buraxdığı qollarla xalsız qalan gəncəlilər autsayder “Karvan-Yevlax”ın uduzduğu turda yaxşı fürsəti boşa verdi.

“Şamaxı” isə “Qəbələ”yə 0:4 hesablı ağır məğlubiyyətdən sonra toparlanmağı bacardı. İki qol vuran və daha artığını vurmaqçün imkanları olan “şirlər” mövqeyini möhkəmləndirdi.

Zirə – Sabah 1:3
Lider “Sabah” çətin səfərdən inamlı qələbə ilə döndü. “Qarabağ”la 4 xallıq fərqi qoruyan “bayquşlar” çempionluq yolunda irəliləməkdədir. “Zirə” kimi intizamlı müdafiəsi ilə seçilən komandaya 30 dəqiqədə üç qol vuran “Sabah” oyunun taleyini məhz bu anlarda həll etdi.

“Zirə” isə rəqibin müqavimətini qıra bilmədi. Hər iki hissədə qol şansları yaradan “qartallar” qapıya düşməkdə çətinlik çəkdi. Hücumda realizasiya problemləri yaşayan “Zirə” azarkeşləri önündə ağır məğlubiyyət yaşadı.

Araz-Naxçıvan – Neftçi 0:4
Andrey Demçenkonun gəlişindən sonra Premyer Liqada ikinci oyunda da xal itirən naxçıvanlıların oyun planında çatışmazlıqları var. Müdafiədə və hücumda dişsiz görünən “Araz-Naxçıvan” yekunda layiq olduğu məğlubiyyəti yaşadı. Elmar Baxşıyevlə vidalaşan klub hələ uğursuz seriyadan çıxa bilmir. Sanki Baxşıyevin “ahı tutub”. Gedişat yaxşı görünmür, nəticələr belə davam etsə, Demçenkonun da Bakı günləri qısa çəkəcək.

“Neftçi” isə mövsümün ən yaxşı oyunlarından birini keçirdi. “Futbol ili”ndə ilk dəfə böyükhesablı qələbəyə sevinən “ağ-qaralar” pozitiv siqnallar verir. Avrokubok zonasından komanda çox uzaq deyil və qələbə seriyasının davam etməsi komandanı “beşlik” mübarizəsinə qoşa bilər.

Qarabağ – Turan Tovuz 1:0
Çempionlar Liqasında tarix yazan “Qarabağ” liqadakı “Kəpəz” məğlubiyyətindən sonra tovuzlular üzərində mühüm qələbəyə sevindi. “Sabah”ın öncədən üç xalı qazanması oyundan əvvəl təzyiqi daha artırmışdı. Xal itkisi fərqi böyüdə bilərdi. Lakin “Qarabağ” oyunboyu üstün olduğu matçda qələbəyə sevindi və xal fərqinin böyüməsinə imkan vermədi.

“Turan Tovuz” isə son dəqiqələrini daha basqılı oynadığı matçda xalsız qaldı. İlk hissədə bir neçə imkan yaradan tovuzlular qol vura bilmədi. “Qarabağ”ı geridə qəbul edən, bəzən ani hücuma çıxan bölgə təmsilçisinin oyunu göstərirdi ki, komanda bir xala razıdır. Son dəqiqələrdə dirəyə dəyən top komandanı xaldan məhrum etdi. Məğlubiyyətdən qaçmağa çalışan tovuzluların hesabı bərabərləşdirməyə gücü çatmadı.

Şahin Cəfərov

Rəşad Sadıqov: “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 hesabıyla məğlub durumda idik. Halbuki, oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə, rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belə olan halda ilk hissədən sonra gözlənilməz hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyunlarımızdan birini keçirdik.

3 qol buraxsaq da, burada rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə.

Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə də qələbə qazandılar”.

“Zirə” – “Sabah” 1:3 – Video

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Zirə” – “Sabah” matçı meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
18-ci tur
31 yanvar

“Zirə” – “Sabah” 1:3
Qollar: Davit Volkov, 83 – Velko Simiç, 9. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27.
Sarı vərəqələr: Qismət Alıyev, 70 (qeyri-idman hərəkəti) – İvan Lepinitsa, 82 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə (77. Yeqor Boqomolski, 46), 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels (9. Davit Volkov, 62), 30. Rikardo Martins (10. Georgi Papunaşvili, 62), 93. Brahim Konate (8. İsmayıl İbrahimli, 43), 5. Ange Mutsinzi, 11. Junior Martins (7. Rövlan Muradov, 76), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev (6. Abdulla Xaybullayev, 82), 9. Xəyal Əliyev (83. Stefen Ende, 82), 21. Velko Simiç (11. Kahim Parris, 90+1), 40. İqor Noqeyra, 80. Akim Zedadka (2. Amin Seydiyev, 82), 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda (70. Jesse Sekidika, 73).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Zinədin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Premyer Liqa: “Sabah” “Zirə”ni səfərdə məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə paytaxt derbisi baş tutub.

“Zirə” lider “Sabah”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmş qarşılaşmanın baş hakimi Kamal Umudlu olub. Dörd qolun qeydə alındığı matçda “bayquşlar” inamlı qələbə qazanmaqla zirvədəki mövqeyini qoruyub.

Premyer Liqa
18-ci tur
31 yanvar

“Zirə” – “Sabah” 1:3
Qollar: Davit Volkov, 83 – Velko Simiç, 10. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinədin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Premyer Liqa: “Kəpəz” “Şamaxı”ya, “Zirə” “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçiriləcək. Cavid Cəlilovun idarə edəcəyi görüş Yevlax şəhər stadionunda baş tutacaq.

Bu gün həm də paytaxt derbisinə şahidlik edəcəyik. “Zirə” lider “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.

Premyer Liqa
18-ci tur
30 yanvar

“Karvan” – “Sumqayıt” 0:2
Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 14:30.

“Qəbələ” – “İmişli” 3:2
Qollar: Domi Massumo, 27; 45+1; 87 – Dioqo Almeyda, 7; 60.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

31 yanvar

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:30.

“Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

1 fevral

“Araz – Naxçıvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

❌