Reading view

“Neftçi” və “Zirə”də oynamış futbolçu “Xankəndi”də

“Xankəndi” klubu heyətini növbəti yarımmüdafiəçi ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, II Liqa təmsilçisi son klubu “Baku Sportinq” olan Əli Mürsəlovu transfer edib. Futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

“Neftçi”nin yetirməsi olan Mürsəlov “Turan Tovuz və “Zirə”də də çıxış edib.

“Qəbələ” – “Turan Tovuz” matçının başlama saatı bəlli oldu

Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün başlama saatı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma fevralın 24-də Qəbələ şəhər stadionu baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək.

Premyer Liqa
14-cü turun oyunu
24 fevral

“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 15:00.

Lider fərqi qorudu, “Qəbələ” “zirzəmi”dən uzaqlaşır, “Neftçi”dən “4-4″lük oyun

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Lider “Sabah” növbəti qələbəsini qazanıb, ikinci “Qarabağ” “Turan Tovuz”dan üstün olub.

“Neftçi” bu turda “Araz-Naxçıvan” səfərindən darmadağınla dönüb, “Şamaxı” “Kəpəz”ə, “Sumqayıt” isə “Karvan-Yevlax”a qalib gəlib. “Qəbələ” “İmişli”ni məğlub edib.

Karvan-Yevlax – Sumqayıt 0:2
Turun ilk matçında autsayder yenə xalsız qaldı. Yevlaxı təmsil edən “Karvan-Yevlax” uzun müddətdir, qələbəyə həsrət qalıb. Elitanı tərk etməyə əsas namizəd olan bölgə klubunun oyun planında çatışmazlıqları var. Son zərbələrdə uğursuzluq yaşayan “Karvan-Yevlax” müdafiədəki səhvləri də başqa problemdir. Gedişat yaxşı görünmür.

“Sumqayıt” isə avrokubok zonasında qalmaq yolunda mühüm qələbə qazandı. “Zirə”nin xal itirdiyi turda bu qələbə “kimyaçılar” üçün xüsusi önəm daşımış oldu. Saşa İliçin komandası hücumda yaxşı təsir bağışlasa da, bəzən yarımmüdafiə xəttindəki ötürmə səhvləri komandanın qapısı qarşısında təhlükəyə səbəb olur. “Kimyaçılar” bu problemi də yoluna qoysa, avrokuboklar zonasında qala bilər.

Qəbələ – İmişli 3:2
İkinci dövrənin ən yaxşı komandalarından biri “Qəbələ”dir. Kaxaber Sxadadzenin yetirmələri ardıcıl ikinci matçında qələbə qazanaraq, autsayderlər bölgəsindən uzaqlaşa bildi. Sonuncu sıradakı “Karvan-Yevlax”ı 8 xal qabaqlayan “qırmızı-qaralar” liqada qalmaq yolunda inamla irəliləyir. Hücumda realizasiya problemini həll etdiyi görünən bölgə klubu artıq iki oyuna yeddi qol vurmağı bacarıb.

“İmişli” isə eniş yaşayır. Qəbələ səfərində ikinci hissədə daha gümrah oyun göstərən bölgə klubu son dəqiqələrdə müdafiədəki boşluğa görə cəzalandı. “Qəbələ”nin qələbəsi tərəflər arasındakı xal fərqini 4-ə endirdi. “İmişli” gedişatı dəyişməlidir, yoxsa komanda təhlükəli zonaya düşə bilər.

Kəpəz – Şamaxı 0:2
Ötən turda “Qarabağ” səfərindən üç xalla dönən “Kəpəz” “şirlər”lə bacarmadı. Yevlaxda baş tutan matçda ilk hissədə buraxdığı qollarla xalsız qalan gəncəlilər autsayder “Karvan-Yevlax”ın uduzduğu turda yaxşı fürsəti boşa verdi.

“Şamaxı” isə “Qəbələ”yə 0:4 hesablı ağır məğlubiyyətdən sonra toparlanmağı bacardı. İki qol vuran və daha artığını vurmaqçün imkanları olan “şirlər” mövqeyini möhkəmləndirdi.

Zirə – Sabah 1:3
Lider “Sabah” çətin səfərdən inamlı qələbə ilə döndü. “Qarabağ”la 4 xallıq fərqi qoruyan “bayquşlar” çempionluq yolunda irəliləməkdədir. “Zirə” kimi intizamlı müdafiəsi ilə seçilən komandaya 30 dəqiqədə üç qol vuran “Sabah” oyunun taleyini məhz bu anlarda həll etdi.

“Zirə” isə rəqibin müqavimətini qıra bilmədi. Hər iki hissədə qol şansları yaradan “qartallar” qapıya düşməkdə çətinlik çəkdi. Hücumda realizasiya problemləri yaşayan “Zirə” azarkeşləri önündə ağır məğlubiyyət yaşadı.

Araz-Naxçıvan – Neftçi 0:4
Andrey Demçenkonun gəlişindən sonra Premyer Liqada ikinci oyunda da xal itirən naxçıvanlıların oyun planında çatışmazlıqları var. Müdafiədə və hücumda dişsiz görünən “Araz-Naxçıvan” yekunda layiq olduğu məğlubiyyəti yaşadı. Elmar Baxşıyevlə vidalaşan klub hələ uğursuz seriyadan çıxa bilmir. Sanki Baxşıyevin “ahı tutub”. Gedişat yaxşı görünmür, nəticələr belə davam etsə, Demçenkonun da Bakı günləri qısa çəkəcək.

“Neftçi” isə mövsümün ən yaxşı oyunlarından birini keçirdi. “Futbol ili”ndə ilk dəfə böyükhesablı qələbəyə sevinən “ağ-qaralar” pozitiv siqnallar verir. Avrokubok zonasından komanda çox uzaq deyil və qələbə seriyasının davam etməsi komandanı “beşlik” mübarizəsinə qoşa bilər.

Qarabağ – Turan Tovuz 1:0
Çempionlar Liqasında tarix yazan “Qarabağ” liqadakı “Kəpəz” məğlubiyyətindən sonra tovuzlular üzərində mühüm qələbəyə sevindi. “Sabah”ın öncədən üç xalı qazanması oyundan əvvəl təzyiqi daha artırmışdı. Xal itkisi fərqi böyüdə bilərdi. Lakin “Qarabağ” oyunboyu üstün olduğu matçda qələbəyə sevindi və xal fərqinin böyüməsinə imkan vermədi.

“Turan Tovuz” isə son dəqiqələrini daha basqılı oynadığı matçda xalsız qaldı. İlk hissədə bir neçə imkan yaradan tovuzlular qol vura bilmədi. “Qarabağ”ı geridə qəbul edən, bəzən ani hücuma çıxan bölgə təmsilçisinin oyunu göstərirdi ki, komanda bir xala razıdır. Son dəqiqələrdə dirəyə dəyən top komandanı xaldan məhrum etdi. Məğlubiyyətdən qaçmağa çalışan tovuzluların hesabı bərabərləşdirməyə gücü çatmadı.

Şahin Cəfərov

“Qarabağ” – “Turan Tovuz” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
18-ci tur
1 fevral

“Qarabağ” – “Turan Tovuz” 1:0
Qol: Abdullah Zubir, 41.
Sarı vərəqələr: Xoni Montiel, 35 (qeyri-idman hərəkəti). Marko Yankoviç, 47 (qeyri-idman hərəkəti) – Faiq Hacıyev, 11 (qeyri-idman hərəkəti). Filip Ozobiç, 35 (qeyri-idman hərəkəti). İbrahima Vadji, 44 (qeyri-idman hərəkəti). Roderik Miller, 55 (qeyri-idman
hərəkəti).
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 90 (hakimin qərarına etiraz). Yevgeni Şetinin (“Turan Tovuz”), 90+3 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Tofiq Bəhramov adına Respublika Stadionu, 2617 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 84), 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç (20. Kadi Borges, 84), 2. Mateus Silva, 9. Xoni Montiel (11. Emmanuel Addai, 66), 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 84), 35. Pedro Bikalyo, 17. Kamilo Duran (22. Musa Qurbanlı, 90+2).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (19. Roberto Olabe, 62), 17. Rəhim Sadıxov (10. Xəyal Nəcəfov, 90), 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 75), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 62), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Kurban Berdıyev: “Qarabağ” Azərbaycanı layiqincə təmsil edir”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Tovuz təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə “Qarabağ”ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu, bütün Azərbaycan futbolunun uğurudur. “Qarabağ” da bir lider kimi ölkəni layiqincə təmsil edir.

Bu gün keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin məğlubiyyətdən xilas olmağı bacarmadıq.

Qol zamanı oyundankənar vəziyyətlə bağlı etirazımız var idi. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Amma bu, məğlub olduğumuza görə bəhanə deyil.

Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik. Yeni futbolçulara vaxt lazımdır. Fikrimcə, bizə kömək edəcəklər”.

Premyer Liqa: “Qarabağ” “Turan”ı tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion “Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib.

Elçin Məsiyevin idarə etdiyi oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Qarşılaşma Ağdam təmsilçisinin çətin qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
18-ci tur
1 fevral

“Qarabağ” – “Turan Tovuz” 1:0
Qol: Abdullah Zubir, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 27. Toral Bayramov,22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borges, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

“Elə başa düşülməsin ki, bəhanədir, buna görə uduzduq”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ”ı Çempionlar Liqasındakı uğuruna görə təbrik edirəm. Bu, Azərbaycan futbolunun uğurudur. Oyuna gəlincə, yaxşı məqamlar var idi. Ümumilikdə isə məyusedici nəticə oldu. Sonda imkanlar yaratsaq da, dəyərləndirə bilmədik.

– Burdan xal və ya xallar qazanmaq üçün nə çatmadı?
– Realizasiya.

– Transferlər bitib, ya axtarışdasınız?
– Axtarışdayıq.

– Vadjinin ilk hissədəki müdaxiləsinə qırmızı vərəqə verilə bilərdi. Bu haqda fasilədə onunla danışdınız?
– Xeyr, söhbət olmayıb. Pis niyyəti olmayıb. Oyun epizodu idi. Vadji sonra yaxınlaşıb, üzr istədi.

– “Qarabağ”ın qolundan sonra nəyə etiraz edirdiniz?
– Ofsaydla bağlı şübhələrimiz var idi. Nədənsə, VAR da xətti göstərmədi. Hər oyun göstərir, bu gün yox. Bəlkə də, mən də səhv edirəm. Elə başa düşülməsin ki, bəhanədir, buna görə uduzduq.

– Stadionla bağlı tez-tez yer dəyişirsiniz. Bu, komandanın oyununa təsir edir?
– Stadionumuzun hazır olmasını gözləyirik. Azarkeşlərimiz önündə oynamaq istəyirik.

– Avrokuboklara getməkçün kuboku, ya liqanı düşünürsünüz?
– İkisini də.

– Qolda müdafiəçiniz Zubirə ötürmə etdi. Bu səhvi necə qarşılayırsınız?
– Futboldur, ola bilər.

– Yeni hücumçunuz Çinellidən gözləntiləriniz nədir?
– Vaxt lazımdır. Düşünürəm ki, kömək edəcək.

Şahin Cəfərov

Premyer Liqa: “Araz” “Neftçi”yə, “Qarabağ” “Turan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə, “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Rauf Cabbarov olacaq.

Turun qapanış matçında son çempion “Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Premyer Liqa
18-ci tur
30 yanvar

“Karvan” – “Sumqayıt” 0:2
Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu, 14:30.

“Qəbələ” – “İmişli” 3:2
Qollar: Domi Massumo, 27; 45+1; 87 – Dioqo Almeyda, 7; 60.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

31 yanvar

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Arsen Ağcabəyov, 12. Karim Rossi, 45+1.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu, 14:30.

“Zirə” – “Sabah” 1:3
Qollar: Davit Volkov, 83 – Velko Simiç, 9. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

1 fevral

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30.

Abdulla Rzayev “Turan Tovuz”dan ayrıldı, “Sabah”a qayıtdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un sağ cinah müdafiəçisi Abdulla Rzayev Tovuz klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İcarə əsasında bu komandada çıxış edən Abdulla müqavilə ilə məxsus olduğu “Sabah” klubuna qayıdıb.

Xatırladaq ki, “Turan Tovuz” “Sabah”a məxsus olan müdafiəçini cari mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Abdulla Tovuz klubunun heyətində cəmi 4 oyuna çıxıb. Böyük ehtimalla, Rzayev az oyun şansı qazandığı üçün “Turan Tovuz”dan ayrılıb.

Abdulla Rzayev karyerası ərzində “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinib.

Rzayev Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Raul Məmmədov “Səbail”də!

“Turan Tovuz”un və Azərbaycanın U-21 millisinin üzvü Raul Məmmədov bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Səbail” PFK dövrələrarası fasilədə növbəti futbolçunu heyətinə qatıb. “Turan Tovuz”un gənc futbolçusu Raul Məmmədov mövsümün sonuna qədər “Səbail”də çıxış edəcək. “Dənizçilər” 21 yaşlı futbolçunu yarım mövsümlük icarəyə götürüblər.

Raul “Turan Tovuz”un yetirməsidir. O, daha öncə “Mingəçevir”də və “Kəpəz”də də çıxış edib. 2025-ci ildən Azərbaycanın U-21 yığmasına dəvət almağa başlamış mərkəz müdafiəçisi meydanda çıxdığı 8 oyunda 1 qol vurub.

“Səbail” bu qış fasiləsində Qurban Səfərov, Roman Hüseynov və Ruslan Voronsovu da heyətinə qatmışdı. Paytaxt klubu öz futbolçusu Emin Rüstəmovu da “Karvan”a icarəyə verib.

Premyer Liqa: Hurtado Orxan və Saldanyanı yada saldı

Azərbaycan çempionatının (Premyer Liqa) 17-ci turu Hayderson Hurtadonun bir oyunda hər iki qapıya qol vurması ilə yadda qalıb.

Arena.az xəbər verir ki, “Turan Tovuz”un futbolçusu “Sumqayıt”la ev oyununda (2:1) əvvəl hesabı açıb, ardınca avtoqolla bərabərliyə səbəb olub.

Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl – ötən mövsüm yaşanmışdı. 2024-cü il noyabrın 24-də Orxan Əliyev “Sabah” – “Kəpəz” görüşündə (2:2) hər iki mənada fərqlənib. “Kəpəz”in futbolçusu 13-cü turda həm hesabı açıb, həm avtoqolla bərabərlik topunu vurub. Lakin Hurtadodan fərqli Əliyev bunu ilk 45 dəqiqədə gerçəkləşdirib.

Haydersona qədər belə halla üzləşən sonuncu legioner isə Mateus Saldanya olub. O, 999 gün əvvəl – 2023-cü il mayın 2-də keçirilmiş “Neftçi” – “Qarabağ” görüşündə (2:4) 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.

Rəhim Sadıxov 30-cu qolunu vurdu, 100-ə şərik oldu

“Turan Tovuz”un yarımmüdafiəçisi Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turuna təsadüf edib.

Rəhim Sadıxov “Sumqayıt”a qarşı keçirdikləri ev oyununda qələbə topunun müəllifi olub – 2:1. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da 3 dəfə fərqlənib.

Sadıxov çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vurmuş 104-cü futbolçudur. O, eyni sayda fərqlənmiş Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla birgə 100-cü yerə şərikdir.

Rəhim 2025-ci ilin əvvəlindən “Turan Tovuz”da çıxış edir. 29 yaşlı futbolçu Tovuz klubunun heyətində 35 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Sol vinger olan Sadıxov Moskva “Spartak”ının yetirməsidir. Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo”nun da şərəfini qorumuş Rəhim Azərbaycana 2019-cu ildə “Sumqayıt” tərəfindən gətirilib. O, 2022-ci ildə “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçsə də, 2024-cü ilin iyulunda yenidən “Sumqayıt”a qayıdıb. Sadıxov “Sumqayıt”ın heyətində 98 oyunda 21 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Onun “Zirə” karyerası isə 81 oyun, 12 qol və 12 assistdən ibarətdir.

Rəhim Sadıxov Azərbaycanın U-17 və U-19 yığmalarında da oynayıb. O, 2020-ci ilin sentyabr ayında debüt etdiyi əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Turan Tovuz” – “Sumqayıt” 2:1 – Video

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Turan Tovuz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
17-ci tur
25 dekabr

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Hayderson Hurtado, 13. Rəhim Sadıxov, 69 – Hayderson Hurtado, 61-öz qapısına.
Sarı vərəqələr: Xorxe Silva, 71 (qeyri-idman hərəkəti). Faiq Hacıyev, 80 (qeyri-idman hərəkəti) – Pedro Pinto, 52 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yunis Hüseynov (“Turan Tovuz”), 90+3 (texniki zona qaydalarını pozduğuna görə).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3000 tamaşaçı.

Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç (19. Roberto Olabe, 89), 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k) (3. Enrike Silva, 81), 11. Ayxan Hüseynov (8. David Tavareş, 89), 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji (90. Joarlem Santos, 66), 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 2. Abdulla Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat (71. Masaki Murata, 75), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsana Simon (29. Emil Mustafayev, 75), 25. Abdul Raşid Mumini (11. Aleksa Yankoviç, 56).
Ehtiyat oyunçular: 56. Aftandil Arixov, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Məşqçi: Veliçko Kaplanoviç.

Kurban Berdıyev: “İkinci qolu tez vursaydıq…”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev nominal meydan sahibi olduqları bu matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər. Qış fasiləsində futbolçularımız yaxşı məşq ediblər. Komandaya yaradılmış şərait də yaxşı idi”.

Xatırladaq ki, “Turan Tovuz” bu qələbədən sonra 30 xalla 3-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 16 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Premyer Liqa: “Turan Tovuz” 2026-cı ilə qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 17-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk turun sonuncu oyun günündə əvvəlcə “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib.

Məlum səbəblərdən bu oyun Sumqayıtda keçirilib və Tovuz təmsilçisi nominal meydan sahibi olub. Kamal Umudlunun idarə etdiyi qarşılaşma “Turan Tovuz”un çətin qələbəsiylə başa çatıb.

Turun qapanış matçında isə lider “Sabah” çempionatın aşkar autsayderi “Karvan”ı sınağa çəkəcək.

Premyer Liqa
17-ci tur
25 yanvar

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Hayderson Hurtado, 13. Rəhim Sadıxov, 69 – Hayderson Hurtado, 61-öz qapısına.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 2. Abdulla Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 3. Enrike Silva, 90. Joarlem Santos, 19. Roberto Olabe, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 56. Aftandil Arixov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 71. Masaki Murata, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.

❌