Reading view

“Turan Tovuz” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçiriləcək. “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

Misli Premyer Liqası
XXV tur

21 mart

16:00 Turan Tovuz – Qəbələ
Baş hakim: Kamal Umudlu

Vernidub: “Səhv etməyə şansımız yoxdur”

Misli Premyer Liqasının XXV turunun “Neftçi” – “İmişli” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib…

– Meydana hücumçusuz çıxıb, 6 qol vurursunuz. Bu, necə alındı?
– Həm Sambu, həm Abubakar zədələnib. Bir Ağadadaş Salyanski və Alessio Kurçi qalmışdı. Kurçi cinahlarda daha effektiv olur. “Qəbələ” ilə matçda Freddi Varqası hücumda oynatmışdıq. Bu gün də yoxladıq və pis alınmadı. Futbolçulara təşəkkür edirəm, arzulu idilər və gözəl əhvalları var idi. Bundan əvvəl “İmişli”yə qalib gələ bilməmişdik. Borcumuzu qaytarmalıydıq. Futbolçulara minnətdaram. Həm də qarşıdan istirahət vaxtı gəlir. 3 gün dincələcəklər. Bundan sonra hazırlaşacağıq. Səhv etməyə şansımız yoxdur. Avrokuboklara vəsiqə qazana bilmək üçün səhv etməməliydik. Qarşıda əsas rəqiblərlə oyunlarımız var. Bu matçlarda xarakteri görəcəyik.

– Ağadadaş demək olar, şans qazanmır. Rəqabətdə çox geri qalır?
– Hamıya şans verilir, ona da veriləcək. Baş məşqçi mənəm. Gördüyüm odur ki, indiki rəqabətdə o, digər futbolçulara uduzur. Gənc futbolçudur. Karyerası hələ qabaqdadır. Ona ümidlərim var. Çox məşq edərək, şanslarını əldə edəcək. Bəzi anlarda səbr etmək lazımdır. Başa düşürəm, hamı oynamaq istəyir.

– “İmişli”yə iki oyunda 5 xal itirmişdiniz. Bu gün 6 qol vurdunuz. Əvvəlki matçlardakı nəticələrin günahkarı kimdir?
– Komanda uduzursa, məşqçidir. Qələbə olarsa, səbəbkar futbolçulardır. Burda işə başlayandan cəmi bir dəfə uduzmuşuq. Əlimizdən gələni edirik. Məğlubiyyətlər futbolun bir parçasıdır. Lakin əsas odur ki, məğlubiyyətləri həzm edəsən və yoluna davam edəsən. Komandanın reaksiyası da buna önəmlidir. Məğlubiyyətdən sonra ardıcıl iki oyunu qazanmışıq.

– “İmişli” sıx müdafiəsi ilə bilinən komandadır. Bu gün onlara 6 qol vurdunuz. Növbəti matçlarda Abubakar və Sambu hazır olsalar belə, bugünkü taktikanı görə bilərik?
– Hər rəqibimizi təhlil edirik. Baxırıq, rəqib 4, ya 5 müdafiəçi ilə oynayır. Bunlar arasında fərqlər var. Strategiyamızı da bunlara uyğun qururuq. Rəqibləri ciddi araşdırırıq. Hətta, gecə 2-3-ə kimi təhlillər aparırıq. Heç də asan iş deyil. Kənardan asan görünə bilər, amma çətindir. Futbolu sevirsənsə, çalışmalısan.

– Freddi Varqas bu gün ən yaxşılardan idi. Həmişə belə oynamağa nəyi çatmır?
– Bu sualı ona verin. Çox texnikalı və istedadlı oyunçudur. Öz işinə daha ciddi və əzmlə yanaşsa, gözəl oyun sərgiləyər. Hər futbolçunun öz xasiyyəti var. Onlarla fərdi danışmaq lazımdır. Varqas çox çalışdı və göstərdi ki, istedadlı oyunçudur. Emil Səfərov da onun kimidir. Dayanmasa, o da çox gözəl futbolçu olacaq.

Şahin Cəfərov

 

“Neftçi” – “İmişli”: heyətlər

“Neftçi” Misli Premyer Liqasının XXV turunda bu gün “İmişli”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 77. Falaye Sako 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 47. Orxan Fərəcov 5. İdris İnqilablı 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya

 

“Futbolçularıma “5” düşür” – Bağırov

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Şükürlər olsun, əziyyət çəkdik, qələbə qazandıq. “Qarabağ” dominantlıq etdi, futbolçularıma təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq.

– Yusif İmanov oyunun qəhrəmanlarından idi…
– Heç kimi fərqləndirmək istəmirəm. Qapıçı komandanın yarısıdır. Bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Futbolçularıma “5” düşür.

– Bu mövsüm ikinci dəfə “Qarabağ”ı məğlub etdiniz. Onlar üçün keçilməz sədd olmusunuz.
– Bəzi situasiyalarda bəxtimiz gətirdi. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə qələbə var imiş.

– Komandanın liqada qaldığını demək olar?
– Hələ yox. Qarşıda turlar var. Milli fasilədən sonra mübarizə daha çətin olacaq. Komandalar son dövrədə fərqli yanaşacaqlar.

– Oyunun sonlarında futbolçular sanki ötürmələr etmirdi…
– Oyunun yorğunluğundan irəli gələn qərarlar idi.

– Yeni mövsümün planları baxımından rəhbərliklə danışıq olub?
– Bu yaxınlarda oturub, daha detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız yaxşı olsun. Bu gün gördüyümüz iş sabahımız üçün “kart”dır.

– Söhbətlər var ki, mövsümün son oyunu Gəncədə olacaq. Sizdə belə məlumat var?
– Mənim səlahiyyətimdə yoxdur ki, deyim harda oynayaq. Hava şəraitinin də meydançanın hazır olması üçün önəmi var. Çalışırlar ki, mayın sonuna kimi meydançanı çatdırsınlar. Biz də azarkeşlərimiz önündə oynamaq istəyirik.

Şahin Cəfərov

Qurban Qurbanov: “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür”

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Kəpəz” çox yaxşı qalibiyyət əldə etdi. Meydanda yaxşı atmosfer var idi. Futboldur, belə nəticələr olur. Məğlub olduq, deyiləcək çox söz yoxdur.

– Məğlubiyyətə səbəb nə oldu?
– Pis hazırlaşmamışdıq. Futbolçular da istəkli idi. Xeyli sayda epizodlarımız oldu. Rəqibin bir epizou qolla nəticələndi. Günümüz deyildi.

– Quba stadionundan sonra ən çox narazılıq yaradan arena Yevlax stadionudur. Meydança amili nə dərəcə təsir etdi?
– İndi meydançanı səbəb gətirmək düzgün deyil. Ümumi götürəndə süni örtüklüdür. Amma pis deyildi.

– Bu mövsüm ikinci dəfə “Kəpəz”ə uduzdunuz. Rəqib sizə qarşı xüsusi motivasiya ilə çıxır?
– Ola bilər, birinci oyunda komandada yorğunluq var idi. İstədiyimiz oyunu oynaya bilməmişdik. Bu gün çox yaxşı hazırlaşmışdıq. İki tərəf də istəkli idi. Epizodlarımızdan istifadə edə bilmədik.

– Təyin olunmayan penalti ilə bağlı fikirləriniz?
– Narazılıq edəndə çox böyüyür. Meydandakı hakim görmədi, VAR 3-4 dəfə baxdı, görmədi…

– Siz baxdınız?
– Məncə, penalti idi. Kamilodan da soruşdum ki, ayağına dəyişmişdi, dedi, hə. Penalti yoxdursa, görək nə deyəcəklər. Rauf Cabarov da sağ olsun.

– Hakimlər Komitəsinin sədri qərarları təsdiqləyir…
– Təsdiqləyər də… Nəsə demək olmaz.

– Qarşıda 9 oyun var. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Mübarizəmizi davam etdirəcəyik. Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşlərimizə hər matçda qalibiyyət vermək istəyirik. Azarkeşlərimiz qələbə, bol qollu oyun üçün gəlirlər. Hər oyuna belə çıxacağıq. Çempionluq titulu elədir ki, bəzən sənin qazanmağından sonra rəqibin xal itirməyi həlledici olur. “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür. Yaxşı formadadırlar. Sona kimi mübarizə aparacağıq.

– Şahruddin milliyə dəvət alıb. Onun oyun forması necədir? 
– Texniki məşqlər edir. Tam hazır deyil. Amma oyun məşqlərində iştirak etmir. Qarşıdakı fasilədə komandaya qoşulmalıdır.

– Gənclərə nə üçün şans vermirsiniz?
– İndi elə perioddayıq ki, komandanın formasını qaytarmalıyıq. Ona görə bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik. Qarşıdakı matçlarda gənclərə də şans ola bilər.

Şahin Cəfərov

Azərbaycan Premyer Liqasında “Trionda”

2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.

“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə “Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlər ilə əldə ediləcək.

I Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, “Fussballiebe” toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq.

“Kəpəz” – “Qarabağ”: heyətlər

“Qarabağ” Misli Premyer Liqasının XXV turunda bu gün “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 30. Ruslan Quliyev
Baş məşqçi: Azər Bağırov

Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 9. Joni Montiel 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

 

“Qarabağ” “Kəpəz”ə uduzdu, “Neftçi”dən darmadağın

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qarabağ” səfərdə “Kəpəz”ə uduzub.

“Neftçi” isə bu turda “İmişli”ni darmadağın etdi.

Misli Premyer Liqası
XXV tur

20 mart

15:00 Kəpəz – Qarabağ 1:0
Qol:
Nəbiyev, 45
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

19:15 Neftçi – İmişli 6:0
Qollar:
B.Almeyda, 13, Faraj, 14, 51, Səfərov, 19, 60, E.Mahmudov, 54
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”

“Onlardan 3-4 günlük futbolu unutmaqlarını istəyirəm” – Dambrauskas

Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (3:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Komandamı, məşqçilər heyətini, azarkeşləri, rəhbərliyi təbrik edirəm. Bilirdik ki, asan oyun olmayacaq. Ola bilər ki, futbolçuların düşüncəsi fasilədə olsun. Lakin deyə bilərəm ki, oyunçularımın davranışından, köklənməsindən çox məmnun qaldım. İlk hissədə 1:0 öndə olanda çoxlu qol fürsətlərimizdən yararlana bilmədik. İkinci hissəyə sürətli başladıq və fərqləndik. Bundan yararlanmağa başladıq. Hesab 3:0 olanda nəzarəti itirdik və son dəqiqədə lazımsız qol buraxdıq. Geniş baxsaq, deyə bilərəm ki, bugünkü oyundan razı qaldım. Futbolçulara istirahət veriləcək. Onlar istirahətlərini düşünməlidir. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq.

– Qarşıda 13-14 günlük fasilə var. Fiziki formanın itməməsi üçün hansısa işlər olacaq?
– Bu müddətdə xüsusi təlimat olmayacaq. Onlardan 3-4 günlük futbolu unutmaqlarını istəyirəm. İnanıram ki, yaxşı formadayıq və hazırıq. Dönərkən də hazır olacaqlar.

– Özünüz futbolu unuda biləcəksiniz? 
– Futbolu bir az düşünməyəcəyəm. Amma qayıdandan sonra düşünməyə başlayacağıq. Açığı, fasilənin olmasını istəməzdim. Çünki ritmdən uzaqlaşmaq olur. Bəzən oyunçuları itirə bilirik. Qayıdandan sonra düşünürəm ki, “Qarabağ”la oyuna yaxşı hazırlaşa biləcəyik.

– Şəxsi deyilsə, harda istirahət etməyi düşünürsünüz?
– Litvaya qayıdacağam.

Şahin Cəfərov

İliç: “Oyunçular məsuliyyətli davranmalıdır”

Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– İlk növbədə “Sabah”ı təbrik edirəm. Onlar çempionluq uğrunda oynayan komandadır. Bizdən güclüdürlər və bunu qəbul edirlər.

– Müdafiədəki fərdi səhvlər nədən qaynaqlanır?
– Vüsal Paşayev gəncdir, təcrübəsizdir. Lakin yenədə oyunçular məsuliyyətli davranmalıdır.

Şahin Cəfərov

Rəşad Sadıqov: “Əcnəbi, əcnəbi…”

Misli Premyer Liqasının XXV turunun “Karvan-Yevlax” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda “Karvan-Yevlax”a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda “Karvan-Yevlax”ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.

– “Zirə” əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?
– Arxayınlıq deməzdim. İki dəfə “İmişli” ilə, bir dəfə “Kəpəz”lə, bir dəfə də “Şamaxı” ilə matçda xal itirmişik. “Şamaxı”nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var. Bu il həqiqətən, bütün komandaların ustalığı, bacarığı yüksəkdir.

– “Araz-Naxçıvan” və “Neftçi”nin yaxınlaşması sizdə təzyiq yaradır?
– Təbii olaraq. Bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Futbolçuları buna hazırlayırdıq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək. Dünən “Araz-Naxçıvan”ın oyunu ağır keçdi, xarakter göstərib, qələbə qazandılar. Bu gün də bizimçün ağır keçdi. Xal itirə bilərdik.

– “Zirə” 4-cü yeri tutmasa, necə dəyərləndirəcəksiz?
– Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq özümü uğursuz hesab edəcəm. Düşünəcəm ki, nələrisə düz etmədik, qarşımıza qoyulan hədəfə çatmadıq.

– Nəyi necə etməlisiniz ki, avrokuboklara vəsiqə qazanasız?
– Əvvəlki illərdə necə etmişiksə, təkrarlayırıq. Nəsə yeni bir şey yoxdur. Sadəcə yeni olan şey odur ki, bu il rəqiblərimiz daha güclüdür. Elə futbolçular var ki, oyun pis gedəndə oyunu çevirə bilərlər. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb – standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir. Məsələn, “Kəpəz”lə oyunda qolları standart vəziyyətlərdən buraxdıq.

– Növbəti oyun “Turan Tovuz”a qarşı səfərdə olacaq. Oyun Sumqayıtda olacaq…
– Bir faktdır ki, Tovuzda qələbə qazanıb, Bakıda uduzmuşuq. Bu, bizə üstünlük vermir. Tovuzda bizi nə gözləyirsə, Sumqayıtda da ol olacaq.

– Milli fasilə xeyrinizədir?
– Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə olaraq zədədən dönən futbolçularımız var. Qismət bu gün tam hazır deyildi, amma oynadı Bu baxımdan bəlkə faydası ola bilər. Digər tərəfdən bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça ən yaxşı formada hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.

– Rəqibin qolunda dərhal dördüncü hakimə etiraz etdiz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsüz?
– Son oyunumuza baxmısınız? Orda mübahisəli epizodlar var. VAR təsdiqləsəydi, deyiləcəkdi ki, düzdür. Əvvəl Hakimlər Komitəsinin sədri əcnəbi idi. Sədr elə şərhlər verir ki, hakimləri qorusun. VAR-a baxılan 4 dəqiqədə çox stress yaşadım. Düşünürdüm ki, oyunu dəyişmək çətin olar. Planlar qurmuşdum əvəzləmələrlə bağlı. Bizə köməklik edilir demək düz olmaz. 6 ildir, komandadayam. Bizim xeyrimizə verilən qərarların 1-2-si müzakirə edilə bilər. Amma bizə qarşı səhvlərdən 6 saatlıq videorolik hazırlamaq olar.

– Sizcə, Rəhim Həsənovun şərhlərinə ehtiyac var?
– Əvvəl tələb var idi. Bilirəm nə vaxt yarandı. Hamı soruşurdu ki, qərar düzdür, ya səhv. Bunu da fərdi olaraq klublara demək olmur. Sonra qərar qəbul etdilər ki, epizodları şərh etsinlər. Ehtiyac varmı? Deyə bilmərəm. Bugünkü gün də hakimlikdən narazı deyiləm.

– Limitin ləğv olunmasının tərəfdarlarından idiniz… 
– Yox, demişəm ki, klub məşqçilərinə sərf edir. Amma tərəfdarı olmamışam. Başqa prizmadan demişəm. Bir azərbaycanlı, uzun müddət yığmanın kapitanı olaraq demərəm ki, limit ləğv olunsun. Lakin klub məşqçisi kimi mənə sərf edir. Amma futbolumuza, millimizə necə təsir edəcək, böyük sualdır. Bu gün klub üçün 7 və 11 legioner çox fərqdir. Legionerlərimiz az deyil, bunu ona görə etdik ki, heyətimiz geniş olsun. Yayda yaxşı futbolçular almışıq, amma iddialı klublardan gətirməmişik. 7 legionerlə bu gün “İmişli”nin, “Karvan-Yevlax”ın mübarizə aparması çox çətin olardı. Görün, seleksiyalar oldu və komandalar çempionata tab gətirir. “Qəbələ”yə arxayın idik. Təcrübəli idilər. Amma “İmişli” və “Karvan-Yevlax”la bağlı suallar var idi. Sərgilədikləri oyunlar bu sualları dağıtdı. Sadəcə infrastruktur məsələsi var.

– Sanki bir dönəm komandanın uğurlu yolunun sirrini tapmışdız. Liqada zirvə yarışı, kubokda final oynamaq və s. Amma bu mövsüm sanki geriləmisiz…
– Digər komandalar da artırıb. Bu gün “Turan Tovuz”un cinahlarına baxın, Silva və Enrike. Bu iki oyunçunu limit olmasa, demək olar, eyni anda oynada bilməzsən. Amma ötən il bu mövqelərdə yerlilər oynayırdı. Bu mövsüm 3 yerli oyunçu ilə meydana çıxırıq. Bəzən də “Araz-Naxçıvan” 4-5 yerli oynadır. Avrokuboklara mübarizə aparan komandalarla rəqabət çətindir.  Yerli məşqçi olaraq, limitin 7+4 və ya 8+3 olmasını da istərdim. Yerli oyunçuların oynamasının tərəfdarıyam. Daha yaxşısı hansıdır, bilmirəm. Amma vəziyyətə uyğunlaşmağa çalışırıq. 11 legionerin fərqini gördük.

– Yerli futbolçulardan danışdınız. Əcnəbi məşqilər gəlib, yerli məşqçilərin bacarmadığını bacarır. Necə olur ki, komandalar yerli məşqçilərlə uduzur, əcnəbilərlə qazanır?
– Fakt deyin, hansı komandada yerli pis olub, əcnəbi yaxşı olub?

– Saşa İliç yaxşı gəlmişdi…
– Samir, Ayxan, Elmar Baxşıyev, Aftandil Hacıyev kimi məşqçilərimiz liqada yaxşı nəticələr qazanıb. Məşqçi həyatı belədir, işləyirsən, sonra anidən işsiz qalırsan. Məşqçi işi belədir. Qurban Qurbanov elə yerdə olardı, iki ildən bir komanda dəyişərdi. Məşqçi işi belədir. Sabah mən 5 il işləyə bilmərəm… Sirr nədir? Bizim klub rəhbərləri əcnəbilərə üstünlük verir. Məsələ budur. Kim kimdənsə üstün və ya zəifdir yox. İllərboyu bizdə əcnəbilərə sevgi çox olub. Yerliləri nə vaxt gətiriblər? Kimin büdcəsi az olub, gətirib ki, nəsə et. İmkanları yüksək olan klub rəhbərləri əcnəbilərə üstünlük verib. 20 ildir, futbolumuzda var. Gördülər ki, əcnəbilər tənqid edilir, yerlilərə üz tutdular. Yenə tendensiya dəyişmək üstündür. Səbəbi nədir, bilmirəm. Bunu klub rəhbərləri bilər. Samir Abasov “Neftçi” ilə çempion olub. Elmar Baxşıyev “Qəbələ” ilə kubok qazanıb. Sənan Qurbanov iki dəfə kubok udub. Ani sual verdiniz, gərək saatlarla danışaq. Yerli məşqçilər əcnəbilərdən geri qalmır. Milli komandaya yerli gəldi, qısa müddətdə fərqi gördünüz. Futbolçu da olmuşam, məşqçi də. Futbolumuzda ən çox inkişaf edən məşqçi mövqeyidir. Yerli oyunçumuz hansısa türk ulduzla mübarizə apara bilməz bəlkə də, amma məşqçilərimiz onların mütəxəssisləriylə başabaş gələ bilər.

– Ölkə futbolunda Qriqorçukdan başqa böyük uğuru olan əcnəbi olmayıb. Maraqlıdır, bəs niyə əcnəbilərə çox güvənirlər? Məşqçiləri, futbolçuları dəyişirik, amma rəhbərlik qalır. Bəlkə, doğrudan problem rəhbərlərlə bağlıdır?
– Murad Musayev, Kaxaber Sxadadzeni də danışmaq olar. Lakin son dönəmlərdə yerli məşqçilərin nailiyyətləri var. Bu günün söhbəti deyil. Uzun illərboyu legioner hakim gətirildi, əcnəbi baş məşqçi gətirildi, futbolçular gətirildi. Amma bir dəfə millini idarə etməyə əcnəbi gətirilmədi. Bütün mövqelərə əcnəbi təyin olundu, amma əsas idarəedici adam əcnəbi olmadı. Bu tendensiya illərdir, davam etdi. Bu təfəkkür bizdə həmişə olub. Əcnəbi, əcnəbi… Məndən yaxşıdırsa, olsun. Məsələn, bu il Dambrauskas, Vernidub, Berdıyev kimi məşqçilər var. Onların bizim çempionatda olmasına sevinirəm. Faydaları olacaq. Lakin illərlə o qədər faydasız əcnəbilər gəlib ki… Həmişə də tənqid olunan yerli məşqçi, futbolçulardır.

Şahin Cəfərov

“Karvan-Yevlax” – “Zirə”: heyətlər

“Zirə” Misli Premyer Liqasının XXV turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov16. Rauf Rüstəmli
Baş məşqçi: Füzuli Məmmədov

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 19. Rüfət Abdullazadə 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 5. Ange Mutsinzi 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 20. İssa Cibrila 93. Brahim Konate 11. Junior Martins 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

“Zirə” Yevlaxda, “Sabah” Masazırda qazandı

Bu gün Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci gündə iki görüş baş tutacaq.

Günün ilk matçında “Zirə” Yevlaxda autsayder “Karvan-Yevlax”ı məğlub edib.

Digər görüşdə lider “Sabah” “Sumqayıt”la üz-üzə gələcək.

Misli Premyer Liqası
XXV tur

19 mart

15:00 Karvan-Yevlax – Zirə 0:1
Qol:
Anatoli Nuriyev, 79
Baş hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu

19:15 Sabah – Sumqayıt 3:1

Qollar: K.Parris, 24, Mikels, 49, Simiç, 71 – Simon, 90+2
Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”

❌