Reading view

Leandro Andrade “Qarabağ”da 60-cı qola sevindi

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Arena.az xəbər verir ki, portuqaliyalı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 30-cu turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.

Leandro 60-cı qolunu Ağdam klubunun heyətində çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), Azərbaycan Kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Xatırladaq ki, Leandro Andrade “Qarabağ”da ilk qolunu 2022-ci aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.

Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leo Ağdam klubunun heyətində bütövlükdə 211 oyun keçirib. O, bu oyunlarda 60 qola imza atıb, 61 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində 4 dəfə (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 7 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Ayaks”ın yetirməsi Azərbaycanda oynamaq istəmir

“Qarabağ” Kiprin “Pafos” klubunun qapıçısı Cey Korter ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Qolkiper “Pafos”dan ayrılmaq niyyətindədir. O, “Qarabağ”ın marağına baxmayaraq, Azərbaycanda oynamağa müsbət yanaşmır.

Korter Niderlanda qayıtmaq niyyətindədir. Onunla sabiq klubu “Qo İhed İqlz” da maraqlanır. Qapıçının seçimi məhz Erediviziya təmsilçisindən yanadır.

Korter “Ayaks”ın yetirməsidir. O, karyerası ərzində ölkəsində “Alkmaar”, “Qo İhed İqlz”,  Şotlandiyada “Aberdin” kimi klublarda çıxış edib. Qapıçının “Pafos”la müqaviləsi 2028-ci ilin yayına kimidir.

Yorğun “Qarabağ”ın “gümüş”ü

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz”u məğlub edib – 2:1.

“Qarabağ” oyunun son 10-15 dəqiqəsi istisna olmaqla, qalan vaxtlarda üstün tərəf kimi oynadı. İlk hissədə real şans yaratmaqda çətinlik çəkən “atlılar” fasilədən sonra 4 dəqiqə ərzində vurduğu 2 qolla oyunun taleyini həll etdi. Tovuzlular sonda təzyiqi artırıb, hesabı bərabərləşdirməyə çalışsa da, təsəlli qolundan artığına gücü çatmadı.

“Qarabağ” ümumi fonda yorğun görünür. Kamilo Duranın cəzalı olması, Musa Qurbanlının matçın əvvəlində zədələnməsi komandanının hücum gücünə təsirsiz ötüşmədi. Müdafiəçi Kevin Medina “atlılar”ın heyətində ön plana çıxan əsas oyunçu idi. Bəzən hücuma da qoşulan, geridə isə kritik müdaxilələrlə komandasına fayda verən kolumbiyalı qazanılan qələbədə pay sahiblərindən oldu.

Tovuz təmsilçisi isə oyun baxımından artırmalıdır. Komanda, sürpriz olmazsa, yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Heyətin gücləndirilməsi mütləqdir. Bəzi futbolçuların hücum potensialını artırmağa ehtiyac var. Kurban Berdıyev böyük avrokubok təcrübəsinə malikdir, ancaq heyətdəki oyunçuların əksəriyyəti ilk dəfə Avropa arenasında çıxış edəcək. Klub artıq yeni mövsümlə bağlı planlara başlamalıdır – gecikmə avrokuboklarda uğursuz nəticələrə və ya erkən vidaya zəmin yarada bilər.

“Qarabağ” qələbə sayəsində xallarını 62-yə çatdırıb. Komanda ən yaxın izləyicisi “Turan Tovuz”u 6 xal qabaqlayır. “Atlılar” bununla da sona üç tur qalmış liqada gümüş medalların taleyini böyük ölçüdə həll etdi.

Şahin Cəfərov 

“Qarabağ” – “Turan Tovuz” 2:1 – Video

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Qarabağ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 76.
Sarı vərəqələr: Pedro Bikalyo, 52 (qeyri-idman hərəkəti). Kevin Medina, 69 (qeyri-idman hərəkəti) – Rəhim Sadıxov, 18 (qeyri-idman hərəkəti). Joarlem Santos, 37 (qeyri-idman hərəkəti). Roberto Olabe, 52 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 19:30. Tofiq Bəhramov adına Respublika Stadionu, 2414 tamaşaçı.

Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (10. Abdullah Zubir, 11), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade (18. Dani Bolt, 90), 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (77. Ramil Şeydayev, 77).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 32. Hikmət Cəbrayılzadə, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji (10. Xəyal Nəcəfov, 66), 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe (11. Ayxan Hüseynov, 66), 2. Mark Rene Mampassi (5. Roderik Miller, 77).
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Qurban Qurbanov: “Hər mövqedə yeni oyunçuya ehtiyac var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar, böyük xarakter nümayiş etdirdilər.

Musa Qurbanlının zədəsinə gəlincə, bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

Ramil Şeydayev işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik”.

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

“Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunun baş hakimi Rəşad Əhmədov olub. Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi 3 xala sevinib.

30-cu tura sabah keçiriləcək “Karvan” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub, “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0) qalib gəlib.

Premyer Liqa
30-cu tur
4 may

“Qarabağ” – “Turan Tovuz” 2:1
Qollar: Leandro Andrade, 50. Mateus Silva, 54 – Ayxan Hüseynov, 77.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 18. Dani Bolt, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 5. Roderik Miller, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

“Bu ilki çempionat düşündüyümdən daha keyfiyyətli oldu” – Qurbanov

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar. Oyunçularım  böyük xarakter nümayiş etdirdilər.

– Musa Qurbanlının zədəsi nə dərəcə ciddidir?
– Bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

– Buraxdığınız qolda Koxalskinin səhvi var idi, ya rəqibin ustalığı?
– Hər ikisi. Ayxan baxımlı zərbə endirdi, amma qapıçı da belə toplara reaksiya verməlidir.

– Sanki zərbəyə hazır deyildi…
– Sanki ciddiyə almırdı. Təkrar epizoda baxdım, zərbə də keyfiyyətli idi.

– Ramil Şeydayev bu il cəmi bir oyuna çıxıb və 9 dəqiqə şans qazanıb. Alternativ yox idi oynadı, ya məşqlərdə özünü göstərir?
– Ramil işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

– AFFA İntizam Komitəsi kubokun “Sabah”la yarımfinal oyunu ilə bağlı cəzaları açıqlamayıb. Araşdırmanın bu qədər uzun çəkməsi haqda nə düşünürsünüz?
– Bu barədə heç nə fikirləşmirəm.

Yayda yeni istədiyiniz hücumçular alınmazsa, Juninyonu geri qaytarmaq variantını nəzərdən keçirərsiniz?
– İnanmıram ki, Meksika çempionatından bura qayıtsın. Üstəlik, orda dünya çempionatı da keçiriləcək. Gəlsə, yox demərəm. Son oyunlarda da formadadır. Az qol vursa da, vacib anlarda önə çıxır. Onun gəlişi isə çətin görünür.

– Yerli “bazar”da diqqətinizdə olan legionerlər var?
– Var, amma klublarındadırlar.

– Çox qol vurub, az qol buraxan komandalardansınız. Yayda transferlərdə vacib mövqe hansı olacaq?
– Ümumi baxırıq. Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

– Kuboku “Sabah”ın, yoxsa “Zirə”nin qazanmasını istərdiniz?
– Hər ikisinə uğurlar arzu edirəm.

– Sizcə, bu ilki tempi saxlaya bilsəniz, Konfrans Liqasında yarımfinala qədər yüksəlmək ehtimalı var?
– Bizə Konfrans Liqasını arzu edirsiniz? (gülür) Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, bir il əvvəl Avropa Liqasında bir qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk.

“Dinamo” (Zaqreb) ilə düşdüyümüz mövsüm içimdə rahatlıq var idi ki, ÇL-də qruplara düşəcəyik. Amma baxırsan ki, nəticə başqa cür olur. Həmin il Avropa Liqasında yaxşı çıxış etsək də, cəmi bir qələbə qazandıq. Ölkədən çıxanda fərqli stress, fərqli futbol, fərqli yanaşma olur. Hər komandanın böyük potensialı və iddiası var. Onlar da bizim kimi yaxşı nəticəyə can atırlar. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik.

Şahin Cəfərov

“Şanslardan yararlana bilsəydik, başqa cür olardı”

Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Ümumilikdə, ağır oyun keçdi. “Qarabağ” daha çox üstün tərəf idi. İkinci hissənin əvvəlində buraxılan iki qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı.

– Denis Marandiçinin durumu nə yerdədir? 
– Əməliyyat olunub. Ümid edirik ki, növbəti mövsümə qayıdacaq.

– Çoxsaylı qol epizodlarınızı əldən buraxmağınızı necə şərh edərdiniz?
– Məncə, həyəcanla bağlı idi. Şanslardan yararlana bilsəydik, başqa cür olardı.

– Buraxdığınız qollarda rəqibin ustalığı çox idi, ya qapıçınızın səhvi?
– İkinci qol rikoşet, ilk qol isə rəqibin ustalığı ilə bağlı idi.

– İkincilik yolunda həlledici matç idi. Futbolçularınızın motivasiyasının kifayət qədər olduğunu düşünürsünüz?
– Bayaq qeyd etdim, həyəcan var idi və bu, məhz təzyiqlə bağlıydı.

Şahin Cəfərov

Musa Qurbanlı “Turan Tovuz”la matçda zədələndi

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri matçda zədə alıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün keçirilən matçın 8-ci dəqiqəsində ayaq əzələsindən zədə alıb.

Hücumçuunun zədələnməsi zamanı rəqib müdaxiləsi olmayıb. Amma oyunu davam etdirə bilməyən futbolçu Abdullah Zubirlə əvəzlənib.

Musanın zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, Musa Qurbanlı cari mövsümdə meydana çıxdığı 38 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Qarabağ” bir müddət öncə yarımmüdafiəçi Xoni Montieli də zədə səbəbindən itirmişdi. İspaniyalı futbolçu üçün cari mövsüm artıq başa çatıb. Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə isə artıq uzun müddətdir zədə səbəbindən komandasına kömək edə bilmir.

“Qarabağ” – “Turan Tovuz”: heyətlər

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 18. Dani Bolt 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Qarabağ” – “Turan Tovuz”: statistika nə deyir?

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda bu gün “Turan Tovuz”u qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, cari mövsümdə komandalar arasında baş tutan iki oyunu da “Qarabağ” qazanıb. “Atlılar” 1:0 və 2:1 hesablı qələbəyə sevinib. Ümumiyyətlə, tərəflərin son 5 duelində üstünlük “Qarabağ”dadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu görüşlərdə 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Tovuz klubu sonuncu dəfə 2025-ci ilin yanvarında “Qarabağ”a qalib gəlib – 2:1.

“Qarabağ” liqada 59 xalla ikinci sıradadır. “Turan Tovuz” isə 56 xalla üçüncü pillədə qərarlaşıb. “Atlılar” son 5 çempionat oyununda 2 qələbə qazanıb, 2 dəfə uduzub, 1 heç-heçə edib.

“Turan Tovuz” isə 5 matçdır məğlub olmur. Kurben Berdıyevin yetirmələri bu görüşlərdə 3 heç-heçə edib, 2 dəfə qələbə qazanıb.

“Turan Tovuz” bu mövsüm səfər oyunlarında ən yaxşı nəticə göstərən üçüncü komandadır. Qərb təmsilçisi qonaq olduğu 15 matçda 8 qələbə qazanıb, 2 dəfə uduzub. “Qarabağ” isə ev oyunlarındakı nəticələrə görə çempionatda ən yaxşı ikinci kollektivdir. Qurbanovun tələbələri 15 ev matçında 9 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

“Qarabağ” ilə “Turan Tovuz” arasında birincilərin ev sahibi olduğu son beş dueldə də üstünlük “atlılar”dadır – 3 qələbə, 2 məğlubiyyət.

Oyunöncəsi statistikaya nəzər salsaq, rəqəmlər “Qarabağ”ın xeyrinədir. Lakin “Turan Tovuz” bu gün qələbə qazanacağı halda, xallar bərabərləşəcək və gümüş medallar uğrunda mübarizə son tura qədər davam edəcək. “Qarabağ”ın qələbəsi isə demək olar, intriqanı bitirəcək.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 19:30-da start veriləcək.

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutacaq.

“Qarabağ” “Turan Tovuz”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli” 0:1
Qol: Dioqo Kardozo, 18.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah” 0:3
Qollar: Stiv Solvet, 37. Coy Lens Mikels, 77. Umarali Rahmonaliyev, 90+1-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Martins Junior, 78.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi

Bu gün Misli Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin ikincisi “Qarabağ” azarkeşləri önündə “Turan Tovuz”la üz-üzə gəlib.

Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXX tur

4 may

19:30 Qarabağ – Turan Tovuz 2:1
Qollar:
Andrade, 50, Mateus, 54 – Ayxan Hüseynov, 76
Baş hakim: Rəşad Əhmədov
T.B. – Respublika st.

Xoni Montiel üçün mövsüm bitdi

Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Xoni Montiel əməliyyat olunub.

Arena.az xəbər verir ki, ayaq barmağı sınan və ötən gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.

Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

Xatırladaq ki, Montiel “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, əvəzləndikdən dərhal sonra birbaşa xəstəxanaya aparılmışdı.

Xoni Montiel 2025-ci ilin avqust ayında İspaniyanın “Rayo Valyekano” klubundan azad agent kimi ayrıldıqdan sonra “Qarabağ”a keçib. 27 yaşlı ispan futbolçunun Ağdam klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, Azərbaycan klubunun heyətində 25 oyuna çıxıb, 5 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Montiel daha öncə “Rayo Valyekano”, “Toledo”, “Deportivo”, “Real Ovyedo”, “Levante”, “Valyadolid” və “Burxos” kimi klubların da şərəfini qoruyub. İspan yarımmüdafiəçi ölkəsinin U-17, U-18 və U-19 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Qarabağ” 12 il sonra bunu yaşadı

“Qarabağ” Misli Premyer Liqasında bu mövsüm 6 dəfə məğlub olub.

Futbolpress.az-ın məlumatına görə, “atlılar” iki dəfə “Sabah”a, bir dəfə “Neftçi”yə, iki dəfə “Kəpəz”ə, bir dəfə də “Sumqayıt”a uduzub. Komanda 64 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.

“Qarabağ” sonuncu dəfə 2013/14 mövsümündə çempionatda bu qədər məğlubiyyətlə üzləşib. “Atlılar” həmin ildə liqanı 72 xalla birinci sırada bitirmişdi.

“Qarabağ” bu mövsüm turnir cədvəlinin üçüncüsü “Turan Tovuz” və beşincisi “Zirə”dən daha çox uduzub. Hər iki kollektiv 5 oyunda meydanı məğlubiyyətlə tərk edib.

Qurban Qurbanovun yetirmələri çempionatda 29 turda 18 qələbə qazanıb. Bu, çempionatın ən yaxşı ikinci göstəricisidir. Birincilik isə çempion “Sabah”a məxsusdur – 22 qələbə.

Şahin Cəfərov

AFFA “Qarabağ”ı 8000 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqanın 21-ci turundan təxirə salınmış bir oyunla bağlı qərarlar açıqlanıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 21-ci tur

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Ağdam komandası 8000 manat cərimə edilib.

“Neftçi” ruhu və son çempionun enişi

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1. “Ağ-qaralar” bununla da “atlılar”a qarşı 18 oyunluq qələbəsizlik seriyasını bitirib.

Ötən həftə 1:5 hesabıyla uduzan “Neftçi” bu dəfə dərsinə yaxşı hazırlaşdı. Müdafiədə kompakt oynayan, yarımmüdafiədə yüksək pressinqlə rəqibi səhvlərə məcbur edən “ağ-qaralar” ilk hissədə balansı qoruya bildi. Fasilədən sonra qonaqlar üstünlüyü artırsa da, sürətli əks-hücumlarla təhlükəli gələn “Neftçi” standart vəziyyətdən fərqləndi. Qoldan sonra da rəqibini geridə qəbul edən “ağ-qaralar” hesabı qorumağa çalışırdı. Lakin oyunun sonlarına yaxın Elvin Bədəlovun avtoqolu hesaba tarazlıq gətirdi.

Əslində, bərabərlik də “Neftçi” üçün pis nəticə sayılmazdı, lakin son dəqiqədə Sambunun başla vurduğu qol bakılılar üçün əlavə motivasiya, uzunmüddətli seriyanın qırılması ilə əlamətdar oldu. “Neftçi” bu qələbə ilə çoxdandır arzulanan ruhunun oyanışını göstərdi.

Vernidubun komandası turnir cədvəlində də bir pillə irəlilədi. İndi mühüm olan mövqeni qorumaqdır. Kubokda da “Sabah” çempion olacağı halda, “Neftçi” Konfrans Liqasına vəsiqə qazanacaq.

Mövsüm ərzində xüsusilə, Çempionlar Liqasında böyük güc sərf edən “Qarabağ” indi bunun acısını yaşayır. Son çempion “taxtdan düşdü”, qızıl medallar “Sabah”ın olacaq. Matçdan sonra baş məşqçi Qurban Qurbanov da qeyd etdi, komanda bu mövsümdən dərs çıxarmalıdır. Ehtiyat qüvvəsi zəifləyən “atlılar” elə büdrədiyi ilk ildəcə çempionluğu qaçırdı. “Sabah”ın yüksəlişi, “Neftçi”nin dönüşü, “Turan Tovuz”, “Zirə” kimi komandaların mübarizliyi qarşıdakı illərdə liqada maraqlı rəqabətin xəbərçisidir.

Şahin Cəfərov

“Neftçi” – “Qarabağ” 2:1 – Video

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Neftçi” – “Qarabağ” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
21-ci tur
30 aprel

“Neftçi” – “Qarabağ” 2:1
Qollar: Emil Səfərov, 55. Bassala Sambu, 90+2 – Elvin Bədəlov, 86-öz qapısına.
Sarı vərəqələr: Sessi Dalmeyda, 24 (qeyri-idman hərəkəti). Emil Səfərov, 39
(qeyri-idman hərəkəti). Freddi Varqas, 74 (qeyri-idman hərəkəti). Emil Balayev, 90 (oyunun bərpasının ləngidilməsi). Bassala Sambu, 90+2 (qeyri-idman hərəkəti) – Xoni Montiel, 41 (hakimin qərarına etiraz). Kadi Borges, 90+1 (qeyri-idman hərəkəti). Kamilo Duran, 90+4 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 20:00. “Neftçi Arena”, 7800 tamaşaçı.

Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Müslüm Əliyev.
Dördüncü hakim: Rəşad Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k) (23. Cordan Rezabala, 89), 15. Elvin Bədəlov, 7. Emil Səfərov (18. İfeanyi Metyu, 74), 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj (28. Alessio Kurçi, 74), 10. Freddi Varqas (9. Bassala Sambu, 74), 22. Luis Ortis (24. Mustafa Sek, 83).
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 70. Andrey Ştoqrin.
Baş məşqçi: Yuri Vernidub.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç (35. Pedro Bikalyo, 71), 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel (22. Musa Qurbanlı, 42), 15. Leandro Andrade (11. Emmanuel Addai, 71), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Qurban Qurbanov: “Premyer Liqaya tam hazır deyildik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Neftçi” ilə oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə “Neftçi”ni təbrik edirəm. Bu gün qələbəyə çox istəkli idilər, sonadək vuruşdular və yaxşı müdafiə olundular. Eyni zamanda öz futbolçularımdan da razı qaldım. Çünki yaxşı xarakter göstərdilər və məğlub durumda olmağımıza baxmayaraq, daim rəqibin üzərinə getdilər.

Oyundan əvvəl futbolçularıma da bildirmişdim ki, bu matçda rəqib daha hazırlıqlı və aktiv olacaq. Ümumilikdə, meydanda çox yaxşı futbol ab-havası var idi. Hazırda bizə xeyli istirahət lazımdır, lakin cəmi 4 gündən sonra növbəti oyunumuz var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ də sıx qrafiklə mübarizə aparırıq. Bu mövsüm həm futbolçularımız, həm də biz məşqçilər üçün böyük təcrübə oldu. Oyunçularımızın ümumi fiziki potensialını daha yaxından tanımaq imkanı əldə etdik. Onlar çox ağır mövsüm keçirərək həddindən artıq yoruldular. Ona görə də bu məğlubiyyətə rəğmən, bütün futbolçularıma təşəkkür edirəm”.

Təcrübəli mütəxəssis əvvəlki turda qazandıqları 5:1 hesablı qələbənin “Neftçi”yə əlavə motivasiya verdiyini təsdiqləyib:

“Yüz faiz belədir. Onlar bu matç üçün yaxşı hazırlıq proqramı keçmişdilər. Gözləyirdim ki, bu gün “Neftçi”nin futbolçuları daha hazırlıqlı və əzmli olacaqlar. Əvvəlki matçdakı böyükhesablı qələbəmiz böyük ehtimalla rəqibə əlavə ciddiyyət və motivasiya vermişdi. Onlar bu gün qələbəyə tam layiq idilər.

Qurban Qurbanov həmin böyükhesablı qələbənin öz futbolçularında yaratdığı ehtimal olunan arxayınlıq hissindən də bəhs edib:

“İstər-istəməz müəyyən rahatlıq yaranır. Maksimum çalışdıq ki, futbolçular o nəticə barədə düşünməsinlər. Oyunçularımız kifayət qədər təcrübəlidirlər, “Neftçi”nin gücünü və fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulara sahib olduğunu yaxşı bilirlər. Buna rəğmən, nə qədər konsentrasiya olsalar da, daxilən rahatlıq hissi var idi. Bu, təbiidir, çünki hamısı insandır”.

“Bu vəziyyət bizi narahat edir”

Baş məşqçi Xoni Montielin zədələnməsinin matçın gedişatına və taktiki planlara necə təsir etdiyini belə izah edib:

“Bəli, bu, bizim üçün gözlənilməz bir hal oldu. Matçdan öncə əvəzetmələrlə bağlı tamamilə fərqli planlarımız var idi. Məsələn, Pedro Bikalyo 9 oyun idi ki, fasiləsiz çıxış edirdi və onu meydana buraxmaqda ehtiyatlı davranırdıq. Montiel isə əvvəlki görüşdə oynamamışdı deyə, ona şans vermişdik. Zədə səbəbindən məcburi dəyişikliklər etməli olduq və bu da düşünülmüş addımlarımızın pozulmasına gətirib çıxardı”.

Qurban Qurbanov tarixində ilk dəfə çempionluq sevinci yaşayan “Sabah”ı təbrik edərək çempionatdakı rəqabətin artmasını müsbət qiymətləndirib:

“Mən onları bu münasibətlə təbrik edirəm. İstənilən komandamızın uğurunu təqdir etməli və onları təbrik etməyi bacarmalıyıq. Bu, futbolun yazılmamış qanunlarından biridir. Son bir-iki ay ərzində çempionatda çox gərgin oyunlar keçirdik. Qısa müddətdə “Sabah”la üç, “Neftçi” ilə iki dəfə üz-üzə gəldik. Həm azarkeş marağı, həm də oyunun tempi baxımından sanki tamamilə fərqli bir Azərbaycan çempionatının şahidi olduq. İlboyu davam edən psixoloji və fiziki yorğunluğa baxmayaraq, futbolçularımız əsl xarakter göstərdilər. Düzdür, ümumi nəticələr bizim üçün o qədər də ürəkaçan olmaya bilər, lakin meydanda göstərilən dözümlülük təqdirəlayiqdir. Nəticələrin belə dəyişməsi və rəqabətin artması futbola olan marağı daha da çoxaldır. Azarkeş kütləsi artdıqca intriqa böyüyür, bu isə hər kəsin məsuliyyətini daha da artırır”.

Məşqçi ikincilik şanslarının təhlükə altında olmasına toxunaraq qarşıdakı oyunlarda maksimum mübarizə aparacaqlarını bildirib:

“Sözsüz ki, bu vəziyyət bizi narahat edir. Qarşıda bizi çox yaxşı və hazırlıqlı “Turan Tovuz”la matç gözləyir. Onların özünəməxsus oyun üslubu var və rəqiblər üçün həmişə ciddi çətinliklər yaradırlar. Biz buna tam hazır olmalıyıq. Son oyunlara qədər mübarizəmizi davam etdirəcəyik. Bayaq da qeyd etdiyim kimi, futbolçularım bu il əlavə xarakter nümayiş etdirdilər. Sıx qrafikə baxmayaraq, məqsədimizə çatmağa çalışacağıq. Öz komandama arxayınam və inanıram ki, qalan matçlarda meydanda maksimum güclərini qoyacaqlar”.

“Daim çempion olmalıyıq deyə qayda yoxdur”

Qurban Qurbanov “Qarabağ”ın bu mövsüm çempionluqdan uzaq düşməsinin əsas səbəblərini həm daxili amillər, həm də rəqiblərin gücü ilə izah edib:

“Bunun bir neçə səbəbi var. Bəlkə də, bu çempionata tam şəkildə hazırlaşa bilməmişdik. Əvvəlcədən daxili birinciliyin bu qədər gərgin keçəcəyini və rəqabətin gücünü tam proqnozlaşdırmamışdıq. Eyni zamanda Çempionlar Liqasındakı uzun marafon bizi çox yordu. Bundan əlavə, mövsüm ərzində futbolçularımıza gələn təkliflər və digər xırda detallar da ölkə çempionatına olan motivasiyaya müəyyən qədər təsir göstərdi. Digər tərəfdən, qarşımızda çox yaxşı formalaşmış “Sabah” komandası var idi. Onlar bütün diqqətlərini yalnız çempionata yönəltmişdilər və heç bir oyunda rəqiblərə boşluq vermədilər. Biz isə gücümüzü cəbhələr arasında düzgün bölüşdürə bilmədik. Həm də daim çempion olmalıyıq deyə qayda yoxdur. İstənilən ölkənin futbolunda belə hallara rast gəlinir. Güclü olsan belə, bəzən çempion ola bilmirsən. Burada müəyyən incə nüanslar var ki, onları normal analiz edib düzgün qəbul etməliyik. Daxilimizdə hansı çatışmazlıqların olduğunu da yaxşı bilirəm. Çempionatda “Sabah”, “Neftçi”, “Zirə” kimi çox istəkli komandalar var və onlar titul üçün böyük işlər görürlər. Sonda nəticə də belə oldu. Bütün bunlardan düzgün nəticə çıxararaq qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Bununla belə, komandamın ümumi gedişatından və futbolçularımın performansından tamamilə razıyam”.

Təcrübəli mütəxəssis yay transfer pəncərəsində komandada gözlənilən dəyişikliklərə və yeni transferlərə də aydınlıq gətirib:

“Bəli, hazırda yeni oyunçularla bağlı danışıqlar gedir və belə görüşlər çoxdur. Bəlkə də, gündəlik işimizin 60-70 faizini məhz transfer məsələlərinə yönəltmişik. Bu, o demək deyil ki, hazırkı futbolçulardan narazıyam və kimlərisə mütləq göndərəcəyik. Sadəcə olaraq, gələcək üçün daha geniş bir heyətə ehtiyacımız var. Çalışacağıq ki, yeni transferlər edək. Bəlkə 5-6 nəfər olacaq, dəqiq sayını hələ bilmirəm. Hər şey istədiyimiz kimi rəvan getsəydi, işləmək daha asan olardı, lakin bəzən son anda hansısa transfer baş tutmur. Komandada mütləq dəyişikliklər olacaq, lakin əsas məqsəd heyəti genişləndirmək və növbəti mövsümdəki gərgin qrafikə tam hazır olmaqdır”.

“Ayrılıqlar yeni transferlərin reallaşmasından asılı olacaq”

Baş məşqçi mövsümün sonunda kimlərlə yolların ayrılacağı barədə verilən sualı cavablandırarkən komandadakı yorğunluq amilini ön plana çəkib:

“Hazırda heç bir futbolçunu qəti şəkildə göndərmək barədə düşünməmişəm. Çünki hələ rəsmən komandaya qatılan yeni oyunçu yoxdur. Qərarlar mövsümün sonunda veriləcək. Marko Yankoviçə gəldikdə, o, həddindən artıq yorulmuşdu. Ümumiyyətlə, həm klubda, həm də milli komandada mütəmadi oynayan futbolçularımızda ciddi yorğunluq yaranır. Milliyə getməyənlər isə nisbətən dincəlmək fürsəti tapırlar. Biz Yankoviçə xüsusi istirahət verdik ki, fiziki formasını bərpa edə bilsin. Gələcəkdə bəlkə də bir neçə futbolçu ilə yollarımızı ayırmaq istədiyimizi bildirəcəyik, lakin bu da birbaşa yeni transferlərin reallaşmasından asılı olacaq. Bütün futbolçuların klubla qüvvədə olan müqavilələri var və istənilən ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutmalıdır. Böyük ehtimalla, gedənlər də olacaq, amma eyni zamanda yeni gələnlər də olmalıdır”.

Qurban Qurbanov əsas komandadan uzaqlaşdırılmış Elvin Cəfərquliyevin taleyi və əvəzedici heyətə göndərilən futbolçuların durumu ilə bağlı məsələlərə də münasibət bildirib:

“Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır. Özü də mənimlə görüşmək üçün hər hansı bir cəhd etməyib. Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm, çünki qarşıda hələ bir neçə oyunumuz var. Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm. Əgər istəsələr, çıxıb oynaya bilərlər”.

Premyer Liqa tarixində 9-cu çempion: 18 ildə ilk

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.

21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.

Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.

Azərbaycan çempionları:

  1. “Neftçi”
  2. “Qarabağ”
    1993/1994. “Turan”
    1994/1995. “Kəpəz”
    1995/1996. “Neftçi”
    1996/1997. “Neftçi”
    1997/1998. “Kəpəz”
    1998/1999. “Kəpəz”
    1999/2000. “Şəmkir”
    2000/2001. “Şəmkir”
    2001/2002. Yarımçıq qalıb
    2002/2003. Keçirilməyib
    2003/2004. “Neftçi”
    2004/2005. “Neftçi”
    2005/2006. “Bakı”
    2006/2007. “Xəzər Lənkəran”
    2007/2008. “İnter”
    2008/2009. “Bakı”
    2009/2010. “İnter”
    2010/2011. “Neftçi”
    2011/2012. “Neftçi”
    2012/2013. “Neftçi”
    2013/2014. “Qarabağ”
    2014/2015. “Qarabağ”
    2015/2016. “Qarabağ”
    2016/2017. “Qarabağ”
    2017/2018. “Qarabağ”
    2018/2019. “Qarabağ”
    2019/2020. “Qarabağ”
    2020/2021. “Neftçi”
    2021/2022. “Qarabağ”
    2022/2023. “Qarabağ”
    2023/2024. “Qarabağ”
    2024/2025. “Qarabağ”
    2025/2026. “Sabah”

Qurban Qurbanov: “Həmişə çempion olası deyilik”

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Neftçi”ni təbrik edirəm. Qarşımızda əzmkar, istəkli rəqib var idi. Futbolçularıma da təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Futbolda belə hallar olur. Qələbə “Neftçi”nin haqqı sayılır. İlk oyundan sonra da demişdim ki, bu matç daha çətin keçəcək.  Stadionda yaxşı atmosfer vardı, azarkeşlərə təşəkkür edirəm. Düzü, bizə istirahət lazımdır, amma qarşıda oyunlarımız var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ sıx qrafikdəyik. Futbolçularım üçün bu mövsüm çox faydalı, təcrübə baxımından əhəmiyyətli oldu. Onu da qeyd edim ki, ağır bir mövsüm keçirdik. Məğlubiyyətlər də yaşandı, amma buna baxmayaraq futbolçulara təşəkkür edirəm.

– “Neftçi”yə qarşı iki fərqli oyun oldu. Sizcə, ilk matçdakı məğlubiyyət onlara motivasiya baxımından necə təsir göstərdi?
– “Neftçi”nin daha hazırlıqlı olacağını gözləyirdik. Bu dəfə ciddi və motivasiyalı idilər.

– İlk oyundakı böyükhesablı qələbəniz futbolçularda rahatlıq yaratmadı?
– Ola bilər, ancaq çalışdıq ki, oyunçular bu barədə çox düşünməsin. “Neftçi”nin keyfiyyətli və sürətli futbolçuları var. Komandam nə qədər köklənməyə çalışsa da, müəyyən rahatlıq hiss olunurdu. İlk dəqiqələrdən bunu görmək mümkün idi.

– Montielin zədəsi oyuna necə təsir etdi?
– Gözlənilməz dəyişiklik oldu. Oyundan əvvəl planlarımız fərqli idi. Bu gün Pedro Bikalyonu ehtiyatda saxladıq, çünki son 9 oyunda daim meydanda qaldı. Montielə çox şans vermək istədik, lakin o da zədələndi. Planlarımızda olmayan əvəzetmələr etdik. Sonradan oyuna daxil olan futbolçular da pis təsir bağışlamadı. Futbolda son dəqiqə qolları azarkeşlərin ən çox gözlədiyi anlardandır. Bu gün “Neftçi”nin günü idi.

– “Sabah” ilk dəfə çempion oldu. Bu barədə nə deyə bilərsiniz?
– Onları təbrik edirəm. İstənilən komandamızın uğurlarını qeyd etməliyik. Son bir ay – ay yarımı nəzərə alsaq, çempionatın bütün matçları sıx qrafikdə baş tutdu. “Sabah”a 3, “Neftçi”yə qarşı 2 oyun keçirdik. Həm azarkeş sayı, həm də oyun tempi baxımından fərqli qarşılaşmalar oldu. İlboyu yığılan yorğunluğa baxmayaraq, bu matçlarda yaxşı təsir bağışladıq. Nəticələrin dəyişməsi futbol ictimaiyyətinin marağını da artırır. Bu isə intriqanın böyüməsinə və  məsuliyyətin artmasına səbəb olur. “Sabah”ı bir daha təbrik edirəm.

– İkinci pilləni itirmək təhlükəsi sizi narahat etmir?
– Qarşıda “Turan Tovuz”la matç var. Onlar da yaxşı hazırlaşıb, müəyyən narahatlıq isə normaldır. Bu il futbolçularım böyük xarakter nümayiş etdirib. İnanıram ki, onlar yenə maksimum nəticə üçün mübarizə aparacaqlar.

– Bu mövsüm çempion ola bilməməyinizin səbəbini nədə görürsünüz?
– Bir neçə səbəb var. Ola bilər ki, çempionata tam hazırlaşa bilmədik. Digər tərəfdən, Çempionlar Liqası bizi xeyli yordu. Bəzi detallar da var – oyunçulara gələn təkliflər, diqqətin yayınması və s. Bunları qabartmağa ehtiyac yoxdur, amma motivasiyaya təsir edirdi. Eyni zamanda, qarşımızda yaxşı hazırlaşmış “Sabah” var idi. Onlar bütün diqqətlərini çempionata yönəltmişdilər və demək olar ki, heç bir oyunda boşluq vermədilər. Görünür, bu çempionata tam hazır deyildik, gücümüzü düzgün bölüşdürə bilmədik. Hər zaman çempion olası deyilik ki.

İstənilən ölkədə bu hallar olur. Bəzi nüanslar var, onları düzgün təhlil etməliyik. Çempion ola bilməməyimizi qəbul edirəm. Futbolçuların hansı əziyyətlərdən keçdiyini anlayıram. Bu mövsüm rəqiblər çox istəkli idilər – istər “Neftçi”, istər “Sabah”, istərsə də “Zirə”. Onlar da hədəflərinə çatmaq üçün böyük işlər gördülər. Bu mövsümdən nəticə çıxarıb, qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Ümumilimdə isə futbolçulardan razıyam.

– Yayda klubda ciddi dəyişikliklər gözlənilir. Hazırda transfer məsələləri ilə bağlı durum nədir?
– Danışıq apardığımız futbolçular çoxdur. İşimizin 60-70 faizini transfer məsələlərinə yönəlib. Dəyişikliklərə ehtiyac var. Nə qədərinin alınacağını demık çətindir. Hər şey istədiyimiz kimi getsəydi, iş də daha rahat alınardı.

– Bəzi futbolçular son oyunlarda performans baxımından artırıb. Hansısa oyunçu var ki, onlarla bağlı fikriniz dəyişib?
– Hələ konkret bir qərar yoxdur. Milli komandalarda oynayan futbolçular da çox yorulur. Marko Yankoviçə istirahət verdikdən sonra özünə gəldi, performansını bərpa etdi. Bir neçə oyunçu ilə bağlı ilkin planlarımız var -bəzilərinin getməsi normaldır. Lakin müqaviləsi davam edənlər də var və onlarla razılığa, gəlməliyik.

– Elvin Cəfərquliyevlə bağlı son durum nədir?
– Hələ yenilik yoxdur. Planımı tam tutmamışam. Qarşıda bir neçə oyun var.

– Onunla görüş planlaşdırırsınız?
– Hələ görüşməmişik.

– Abbas və Elvin əvəzedici komandaya göndərilsələr də, orada da oynamırlar.
– İstəsələr, oynaya bilərlər.

Şahin Cəfərov

Premyer Liqa: “Neftçi” “Qarabağ”ı yendi, “Sabah”ı çempion etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib.

Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.

Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək ediblər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.

Tərəflər “Neftçi Arena”da üz-üzə gəliblər. Sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu dəfə isə “Neftçi” əzəli rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib. Nəticədə həm paytaxt klubu yarış cədvəlində 4-cü pilləyə yüksəlib, həm də “Sabah” cari mövsümün sonuna 4 tur qalmış Azərbaycan çempionu olub.

Premyer Liqa
21-ci turun oyunu
30 aprel

“Neftçi” – “Qarabağ” 2:1
Qollar: Emil Səfərov, 55. Bassala Sambu, 90+2 – Elvin Bədəlov, 85-öz qapısına.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 20:00.

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Derbiyə doğru: “Neftçi” oyuna son şans kimi baxmalıdır”

“Neftçi” Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək.

Bakı klubunun keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Neftçi” dördüncü yer üçün mübarizə aparmağa davam etmək istəyirsə, mütləq qələbə qazanmalıdır. Məğlubiyyət şanslarını çox azaldacaq. Buna görə, komanda matça maksimum şəkildə hazır olmalıdır”.

Komandalar arasında ötən həftə baş tutan görüşdə “Qarabağ” 5:1 hesablı qələbə qazanıb. Əsədov bu nəticənin bugünkü oyuna mümkün təsirindən söz açdı:

“1:5-in təsiri ola bilər. Belə məğlubiyyətin komandada inamsızlıq yaratmaq ehtimalı var. Amma bəzən də görürük ki, ağır nəticələr geridönüş üçün bir məqama çevrilir. “Neftçi” oyuna son şans kimi baxmalıdır. “Qarabağ”ın gücü isə bəllidir. Komandada daxili atmosfer nə qədər yaxşı olmasa da, meydanda sərgilənən oyun bunları arxa planda qoyur”.

Mütəxəssis “Neftçi”nin durumuna da toxundu:

“Ötən matç göstərdi ki, “Neftçi” hələ yüksək səviyyədə oyun üçün hazır deyil. Vernidubun işi çox olacaq. Məsələ tək taktiki vəziyyətdən getmir, oyunçu profili önəmlidir, komandada bəzi mövqelər gücləndirilməlidir. “Qarabağ”la oyun “Neftçi” üçün test oldu. Gələcək planları qurmaq üçün bu görüşlərdən nələrsə götürmək olar”.

“Neftçi” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək.

Şahin Cəfərov

Derbidə qələbənin vacibliyi

“Neftçi” Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edəcək. “Palms Sports Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Komandalar aprelin 26-da, XXIX tur çərçivəsində bu arenada üz-üzə gəlmiş və “Qarabağ” 5:1 hesablı qələbə qazanmışdı.

“Neftçi” əzəli rəqibinə qarşı keçirdiyi son 11 oyunda uduzub. Bakılılar bu gün seriyanı qırmaq arzusundadır. Oyunu vacib edən daha bir detal ilə “ağ-qaralar”ın liqada dördüncü pilləyə yüksəlmək şansının olmasıyla bağlıdır.

“Neftçi” bu gün “Qarabağ”la matçda üç xal qazansa, turnir cədvəlində dördüncü olan “Zirə”ni keçəcək və bir xallıq üstünlük yaranacaq. Dördüncü pillənin sahibi “Sabah”ın ölkə kubokunu qazanacağı halda, Konfrans Liqasına yollanacaq.

 

Premyer Liqa: “Neftçi” “Qarabağ”la üz-üzə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.

Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

“Neftçi Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.

“Qarabağ” hazırda Premyer Liqanın yarış cədvəlində 59 xalla ikinci pillədə qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.

Premyer Liqa
21-ci turun oyunu
30 aprel

“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 20:00.

“Neftçi” “Qarabağ”ı məğlub etdi, “Sabah” çempionluğunu rəsmiləşdirdi

Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edib. “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra “Sabah” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Bayquşlar” ikinci “Qarabağ”ı 13 xal qabaqlayır.

Misli Premyer Liqası
XXI turdan təxirə salınmış oyun

30 aprel

20:00 Neftçi – Qarabağ 1:1
Qol:
Emil Səfərov, 55 – Elvin Bədəlov, 85 (avtoqol)
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”

“Neftçi” – “Qarabağ” matçı Rəhimova tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sabah – aprelin 30-da “Neftçi Arena”da baş tutacaq.

Xatırladaq ki, sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Premyer Liqa
21-ci turun oyunu
30 aprel

“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 20:00.

“Qarabağ” “700”ə Musa Qurbanlı ilə çatdı

Sonuncu ölkə çempionu olan “Qarabağ” futbol üzrə Azərbaycan çempionatları tarixində 700-cü səfər qoluna imza atıb.

Arena.az xəbər verir ki, Ağdam kluunun yubiley topuna Musa Qurbanlı imza atıb.

O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 29-cu turunun “Neftçi” ilə səfər oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxmış Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan “Qarabağ”ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

Xatırladaq ki, ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının cari mövsümündə 28 oyuna topladığı 59 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ağdam təmsilçisi 28 oyunda 18 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

“Qarabağ” rəqib meydanlarında 60-cı darmadağına sevindi

“Qarabağ” komandası futbol üzrə Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb.

Arena.az xəbər verir ki, Ağdam klubu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 29-cu turunda yubileyi gerçəkləşdirib.

“Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.

“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəliblər.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının cari mövsümündə 28 oyuna topladığı 59 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ağdam təmsilçisi 28 oyunda 18 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Kevin Medina “Qarabağ”da 200-cü oyununa çıxdı

“Qarabağ”ın Kolumbiyadan olan mərkəz müdafiəçisi Kevin Medina Ağdam klubunun heyətində 200-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 29-cu turunun “Neftçi” ilə səfər görüşünə (5:1) təsadüf edib.

O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyur. 30 yaşlı futbolçu indiyə qədər Ağdam təmsilçisinin heyətində keçirdiyi 200 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.

Medinanın Ağdam klubu ilə ilə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir.

❌