Normal view

Today — 30 May 2026Main stream

“Montsa” yenidən A Seriysına qayıtdı

30 May 2026 at 14:00

İtaliyanın “Montsa” komandası 2026/2027-ci illər mövsümündən etibarən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, İtaliya A Seriyasına yüksəlmiş sonuncu – 3-cü komanda ötən gecə müəyyənləşib.

Bu, B seriyasında pley-off mərhələsinin cavab oyunundan sonra dəqiqləşib. Elitaya vəsiqə uğrunda qarşılaşmada “Montsa” və “Katanzaro” komandaları üz-üzə gəliblər. Görüş “Katanzaro”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda montsalılar eyni hesabla qalib gəldikləri üçün pley-offun ümumi hesabı bərabərləşib – 2:2. Turnirin reqlamentinə əsasən, bu mərhələdə əlavə vaxt və penalti seriyası olmayıb. B Seriyasında mövsümü rəqibindən daha yüksək pillədə (3-cü yer) başa vurmuş “Montsa” çempionatı 5-ci sırada bitirən rəqibini qabaqlayaraq elitaya vəsiqə qazanıb.

Xatırladaq ki, bu komanda ötən mövsüm B Seriyasına düşmüşdü. Amma sözügedən kollektiv cəmi bir mövsümlük fasilədən sonra yenidən A Seriyasına qayıtmağı bacarıb.

Xatırladaq ki, daha öncə “Venetsiya” və “Frozinone” B Seriyasında ilk iki pillənin sahibi kimi elitaya vəsiqə qazanmışdılar.

2025/2026-cı illər mövsümünün yekunlarına görə A Seriyasını “Kremoneze”, “Verona” və “Piza” tərk ediblər.

“Monza” qayıtdı

30 May 2026 at 09:27

İtaliya A Seriyasına vəsiqə qazanan üçüncü komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, B Seriyasının pley-off mərhələsinin finalında “Katansaro”nu keçən “Monza” elitaya qayıdıb.

Komandalar arasında ilk oyunda “Monza”, cavab görüşündə isə “Katansaro” eyni hesabla – 2:0-la qalib gəlib. Lakin reqlamentə görə, tərəflər arasındakı oyunlarda eyni nəticə qeydə alınarsa, mərhələni turnir cədvəlini daha üst pillədə bitirmiş komanda keçir.

“Monza” müntəzəm mövsümü 3-cü, “Katansaro” isə 5-ci sırada başa vurub.

Before yesterdayMain stream

Alleqri “Milan”ın ÇL-dən kənarda qalmasına aydınlıq gətirdi

26 May 2026 at 19:00

“Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqri komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsinə aydınlıq gətirib.

Arena.az xatırladır ki, “Milan” İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünü 5-ci pillədə başa vuraraq, UEFA Çempionlar Liqasında iştirakdan məhrum olub.

“Rossoneri”nin məhz bu səbəbdən istefaya göndərilmiş baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri müvafiq uğursuzluğa belə şərh verib:

“5 ev oyununda məğlub olduqdan sonra, yüksəkdə mövqe tutmağa layiq deyilik. Yarış cədvəli yalan danışmır, layiq olduğumuzu aldıq”, deyə təcrübəli məşqçi vurğulayıb.

“Milan”dan ayrılmış Alleqrinin işsiz günləri elə də uzun sürməyə bilər. Onun başqa bir yüksək səviyyəli komandanı çalışdıra biləcəyi haqda məlumat var. Söhbətin, “Napoli”dən getdiyi vurğulanır. “Milan” rəhbərliyi isə yayda “Bornmut”dan ayrılacaq ispan mütəxəssis Andoni İraola ilə maraqlanır. “Milan”ın İraola ilə əlaqəyə çıxdığı haqda məlumat var, amma təfərrüat açıqlanmır.

Geridə qalmış mövsümdəki uğursuzluq “Milan” rəhbərliyini qəti addımlar atmağa təhrik edib. Vurğulanır ki, yayda “rossoneri”nin heyətində “böyük inqilab” gözlənilir: “yaramaz” oyunçuların satışının gerçəkləşdiriləcəyi bildirilir.

Lautaro Martines – A Seriyasının ən sərrast qolçusu!

25 May 2026 at 21:00

“İnter”in kapitanı, argentinalı hücumçu Lautaro Martines İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün bombardiri olub.

Arena.az xəbər verir ki, Martines rəqiblərinin qapılarını 17 dəfə dəqiq nişan alıb.

Milan təmsilçisi ilə bu mövsüm A Seriyasının qalib olan argentinalı hücumçu çempionatda iştirak etdiyi 30 oyunda 17 qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə də verib.

Qeyd edək ki, Lautaro bombardir olmaqla yanaşı, A Seriyasında geridə qalmış mövsümün ən yaxşı hücumçusu da elan edilib.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 41 oyuna çıxıb, 22 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 376 oyun, 175 qol, 56 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 3 dəfə İtaliya A Seriyasını, 3 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

A Seriyası: 2025/26 mövsümü sürprizlərlə bitdi

25 May 2026 at 02:00

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

“Parma” doğma meydanda “Sassuolo”nu, “Napoli” “Udineze”ni, “Leççe” isə “Cenoa”nı tək qolla üstələyib.

“Roma” səfərdə “Verona”nı, “Komo” isə “Kremoneze”ni yenməklə üst pillələrə qalxıb. Əvəzində “Milan” evdə “Kalyari”yə uduzub, “Yuventus” isə Turin derbisində “Torino” ilə bərabərə qalıb.

Beləliklə, cari mövsümün yekunlarına əsasən “İnter” 78 xalla çempion olub, “Napoli” 76 xalla gümüş, “Roma” 73 xalla bürünc medallara sahib çıxıb. 71 xal toplamış “Komo” da mükafatçılarla birgə növbəti mövsümdə İtaliyanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Milan”la (70) “Yuventus” (69) Avropa Liqasına, “Atalanta” (59) Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

“Kremoneze” (34), “Verona” (21) və “Piza” (18) komandaları isə elita ilə vidalaşıblar.

İtaliya, A Seriyası
38-ci tur
22 may

Fiorentina – Atalanta 1:1
Qollar: Pikkoli, 39 – Komusso, 82-öz qapısına.

23 may

Bolonya – İnter 3:3
Qollar: Bernardeski, 25. Pobeqa, 42. Zelinski, 48-öz qapısına – Dimarko, 22. Espozito, 64. Diuf, 86.

Latsio – Piza 2:1
Qollar: Dele-Başiru, 33. Pedro, 35 – Moreo, 23.

24 may

Parma – Sassuolo 1:0
Qol: Pelleqrino, 80.

Napoli – Udineze 1:0
Qol: Höylund, 24.

Milan – Kalyari 1:2
Qollar: Salemakers, 2 – Borelli, 20. J.Rodriqes, 57.

Kremoneze – Komo 1:4
Qollar: Bonassoli, 55-pen – X.Rodriqes, 36. Duvikas, 51. Da Kunya, 74-pen; 81.

Leççe – Cenoa 1:0
Qol: Banda, 6.

Torino – Yuventus 2:2
Qollar: Kasadey, 60. Adams, 84 – Vlahoviç, 24; 54.

Verona – Roma 0:2
Qollar: Malen, 56. El Şaaravi, 90+3.

A Seriyası: “İnter” mövsümün son matçında 1 xalla kifayətləndi

24 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Bolonya” – “İnter” matçı çempionun xal itkisi ilə yekunlaşıb. “Latsio” isə evdə “Piza”ya çətinliklə qalib gəlib.

Mövsümün qalan oyunları mayın 24-də keçiriləcək.

İtaliya, A Seriyası
38-ci tur
22 may

Fiorentina – Atalanta 1:1
Qollar: Pikkoli, 39 – Komusso, 82-öz qapısına.

23 may

Bolonya – İnter 3:3
Qollar: Bernardeski, 25. Pobeqa, 42. Zelinski, 48-öz qapısına – Dimarko, 22. Espozito, 64. Diuf, 86.

Latsio – Piza 2:1
Qollar: Dele-Başiru, 33. Pedro, 35 – Moreo, 23.

24 may

17:00. Parma – Sassuolo
20:00. Napoli – Udineze
22:45. Milan – Kalyari
22:45. Kremoneze – Komo
22:45. Leççe – Cenoa
22:45. Torino – Yuventus
22:45. Verona – Roma

A Seriyasında 2025/2026 mövsümünün ən yaxşıları açıqlandı

23 May 2026 at 15:00

Futbol üzrə İtaliya A Seriyasında sona bir tur qalmış 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçularının siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“İnter”in müdafiəçisi Federiko Dimarko İtaliya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib. Müdafiəçi bu mövsüm 18 məhsuldar ötürmə edərək, Alexandro Qomesin (16) turnir rekordunu qırıb.

“İnter”in hücumçusu Lautaro Martines liqanın ən yaxşı hücumçusu seçilib. Argentinalı futbolçu 29 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Komo”nun hücumçusu Nikolas Pas isə mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib. Argentinalı futbolçunun hesabında 35 oyunda 12 qol və 6 məhsuldar ötürmə var.

“Roma”nın qapıçısı Mile Svilar 37 oyunda 31 qol buraxaraq və 17 matçda qapısını toxunulmaz saxlayaraq öz mövqeyində ən yaxşı oyunçu olub.

“Kalyari”nin futbolçusu Marko Palestra mövsümün müdafiəçisi adına layiq görülüb. İtaliyalı futbolçu 36 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Yuventus”un türkiyəli vingeri Kenan Yıldız isə 10 qol və 6 məhsuldar ötürmə ilə mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

Xatırladaq ki, daha öncə Kristian Kivu da (“İnter”) A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan edilmişdi.

Kristian Kivu A Seriyasında mövsümün ən yaxşısı seçildi

23 May 2026 at 10:00

Milan “İnter”inin baş məşqçisi, rumıniyalı futbol mütəxəssisi Kristian Kivu İtaliya A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

Gənc mütəxəssis mövsümün başa çatmasına bir neçə tur qalmış “İnter”i çempion edib. Komanda onun rəhbərliyi altında həm də İtaliya Kubokunu qazanaraq “qızıl dubl”a imza atıb. Bütün bunlar onun mövsümün ən yaxşı məşqçisi seçilməsində həlledici olub.

Xatırladaq ki, Kristian Kivu cari mövsümün əvvəlində “İnter”ə baş məşqçi təyin edilib. Onun Milan təmsilçisi ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

“İnter” Kivunun rəhbərliyi altında 57 oyun keçirib, 38 qələbəyə sevinib, 7 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Kivu daha öncə İtaliyada “Parma”ya da rəhbərlik edib. Rumıniyalı məşqçi buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında da çalışıb.

A Seriyası: “Fiorentina” və “Atalanta”dan son oyunda heç-heçə

23 May 2026 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün sonuncu – 38-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Fiorentina” doğma meydanda “Atalanta” ilə üz-üzə gəlib. İki qolun qeydə alndığı oyunda qalib müəyyənləşməyib. Nəticədə komandalar mövsümü hərəyə 1 xalla başa vurublar.

Mövsümün qalan oyunları mayın 23-də və 24-də keçiriləcək.

İtaliya, A Seriyası
38-ci tur
22 may

Fiorentina – Atalanta 1:1
Qollar: Pikkoli, 39 – Komusso, 82-öz qapısına.

23 may

20:00. Bolonya – İnter
22:45. Latsio – Piza

24 may

17:00. Parma – Sassuolo
20:00. Napoli – Udineze
22:45. Milan – Kalyari
22:45. Kremoneze – Komo
22:45. Leççe – Cenoa
22:45. Torino – Yuventus
22:45. Verona – Roma

❌
❌