Normal view

Today — 29 October 2025Main stream

A Seriyası: “Napoli” qalib gəldi, “Milan” xal itirdi

29 October 2025 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış oyununda “Leççe” doğma meydanda son çempion “Napoli” ilə üz-üzə gəlib. Neapol təmsilçisi səfərdə çətin qələbəyə sevinib. “Atalanta” – “Milan” görüşündə isə tərəflər hərəyə 1 qol və…

Source

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 – Video

28 October 2025 at 23:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Kəpəz” – “Ağstafa Gəncləri” matçı meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Kəpəz” – “Ağstafa Gəncləri” 6:1 Qollar: Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov…

Source

“Dinamo” – “Turan Tovuz” 0:5 – Video

28 October 2025 at 23:00

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Dinamo” – “Turan Tovuz” matçı meydan sahiblərinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Dinamo” – “Turan Tovuz” 0:5 Qollar: İbrahima Vadji, 19; 51. Şəhriyar Əliyev, 24. Ayxan Hüseynov, 41.

Source

“Cəbrayıl” – “Şəfa” 0:3 – Video

28 October 2025 at 22:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Cəbrayıl” – “Şəfa” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Cəbrayıl” – “Şəfa” 0:3 Qollar: Amir Ebrahimzade, 25; 44. Amil Yunanov, 85. Sarı vərəqələr: Arsene Dauda…

Source

Yesterday — 28 October 2025Main stream

“Qaradağ Lökbatan” – “İmişli” 2:3 – Video

28 October 2025 at 21:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “İmişli” matçı meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Qaradağ Lökbatan” – “İmişli” 2:3 Qollar: Sabir Allahquliyev, 28-pen; 69 – Elmir Rəhimzadə, 66.

Source

“Göygöl” – “Baku Sportinq” 0:2 – Video

28 October 2025 at 19:30

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Göygöl” – “Baku Sportinq” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az sözügedən qarşılaşmanın yekun protokolunu və videoicmalını təqdim edir: Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi 28 oktyabr “Göygöl” – “Baku Sportinq” 0:2 Qollar: İlham Allahverdiyev, 40; 60. Sarı vərəqələr: Seymur Fərəci, 67 (qeyri…

Source

Super Liqa: “Fənərbağça” “Qaziantep”i 4 cavabsız qolla yendi

27 October 2025 at 23:00

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbağça” isə rəqibini 4 cavabsız qolla məğlub edib. Beləliklə, geridə qalmış 10 turdan sonra 28 xala malik…

Source

Before yesterdayMain stream

A Seriyası: “Yuventus” uduzdu, “Roma” zirvəyə şərik çıxdı

27 October 2025 at 01:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı məğlub yola salıbsa, “Sassuolo”nun qonağı olan “Roma” tək qolla 3…

Source

Super Liqa: “Beşiktaş” xal itirdi, “Qalatasaray” sevindi

26 October 2025 at 23:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub. “Antalyaspor” evdə “Başakşəhər”ə, “Gənclərbirliyi” isə “Konyaspor”a məğlub olub. Lider “Qalatasaray” bu dəfə “Göztəpə” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb. “Kasımpaşa” – “Beşiktaş”…

Source

Bundesliqa: “Ştutqart” və “Bayer”dən növbəti qələbə

26 October 2025 at 22:30

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Bayer” doğma meydanda “Frayburq”a 2 cavabsız qolla qalib gəlib. “Ştutqart” isə “Maynts”ı məğlub yola salıb. Beləliklə, geridə qalmış 8 turdan sonra itkisiz irəliləyən lider “Bayern”in 24 xalı var.

Source

“Qəbələ” – “Neftçi” 0:2 – Video

26 October 2025 at 18:30

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Qəbələ” – “Neftçi” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Qəbələ” – “Neftçi” 0:2 Qollar: İfeanyi Metyu, 72. Vensan Abubakar, 81. Sarı vərəqələr: Edvin Kuç, 40 (qeyri-idman hərəkəti). Elvin Camalov, 42 (qeyri-idman hərəkəti).

Source

Kristiano Ronaldo üçün 100-cü və 950-ci qol!

26 October 2025 at 12:00

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb. Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində keçirilmiş “Əl-Hazem”lə oyunun iştirakçısı olub. Ronaldo səfərdə baş tutmuş bu oyunda “Nəcd cəngavərləri”nin 2:0 hesablı qələbəsinə…

Source

A Seriyası: “Napoli”dən “İnter” üzərində inamlı qələbə

26 October 2025 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. “Parma” – “Komo” matçında qapılara qol vurulmayıb. “Kremoneze” – “Atalanta” görüşündə də qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı…

Source

Super Liqa: “Trabzonspor” və “Kocaelispor”dan inamlı qələbə

25 October 2025 at 23:59

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. “Kocaelispor” doğma meydanda “Alanyaspor”la, “Trabzonspor” isə “Eyüpspor”la qarşılaşıb. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. 10-cu turun qalan görüşləri oktyabrın 26…

Source

Bundesliqa: “Bayern”dən ardıcıl 8-ci qələbə!

25 October 2025 at 23:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub. Səfərdə “Auqsburq”la qarşılaşmış “Leypsiq” rəqibini 6 cavabsız qolla yenib. Çempion, cari mövsümdə də itkisiz irəliləyən “Bayern” bu dəfə səfərdə Mönhenqladbax “Borussiya”sını 3 cavabsız qolla…

Source

“Zirə” – “Sumqayıt” 1:0 – Video

25 October 2025 at 22:00

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Zirə” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Zirə” – “Sumqayıt” 1:0 Qol: Brahim Konate, 37. Sarı vərəqələr: Brahim Konate, 90 (qeyri-idman hərəkəti) – Rüstəm Əhmədzadə, 45+1 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə…

Source

“Araz-Naxçıvan” – “Sabah” 2:2 – Video

25 October 2025 at 19:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun bu gün keçirilmiş “Araz-Naxçıvan” – “Sabah” matçı bərabərliklə (2:2) başa çatdı. Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir. “Araz-Naxçıvan” – “Sabah” 2:2 Qollar: İssuf Paro, 59. Ba-Muaka Simakala, 90+9 – Stiv Solvet, 55. Coy Lens Mikels, 73-pen. Sarı vərəqələr: Coşqun Diniyev…

Source

Olivye Jiru vurduğu ən gözəl qolu açıqladı – Video

25 October 2025 at 16:00

Fransanın “Lill” klubunun 39 yaşlı mərkəz hücumçusu Olivye Jiru, karyerası ərzində vurduğu ən gözəl qoldan söhbət açıb. Arena.az xəbər verir ki, Jiru “Arsenal”da çıxış edərkən “Kristal Pelas”ın qapısına “əqrəb zərbəsi” ilə vurduğu qolu səciyyələndirib: “Ən yaxşı qolum, həmin “əqrəb zərbəsi” ilə “Arsenal”da ikən vurduğum qoldur. Hörmətlə, sizlər belə bir şeyi heç vaxt görməyəcəksiniz”…

Source

Lionel Messi “Neşvil”ə 2 qol vurdu, “Qızıl buts” aldı – Video

25 October 2025 at 11:00

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb. Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 1/8 final mərhələsi çərçivəsində “Neşvil”lə qarşılaşıb. “Vağlar” doğma meydanda baş tutmuş bu oyunda növbəti qələbəyə seviniblər – 3:1. Messi 90 dəqiqə meydanda olub, 2 qolla, 1 məhsuldar ötürməylə yadda qalıb.

Source

Super Liqa: “Karagümrük”lə “Kayserispor”dan məhsuldar heç-heçə

24 October 2025 at 23:55

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Fatih Karagümrük” doğma meydanda “Kayserispor”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. 10-cu turun qalan görüşləri oktyabrın 25-də…

Source

“Kəpəz” – “İmişli” 0:3 – Video

24 October 2025 at 21:00

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Kəpəz” – “İmişli” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Kəpəz” – “İmişli” 0:3 Qollar: Luis Silvestr, 45+3. Dioqo Almeyda, 60. Rafael Vieqaş, 85. Sarı vərəqələr: Olavale Onanuqa, 44 (hakimin qərarına etiraz). Dioqo Verdaska…

Source

“Karvan” – “Turan Tovuz” 1:2 – Video

24 October 2025 at 18:30

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Karvan” – “Turan Tovuz” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Şamaxıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Karvan” – “Turan Tovuz” 1:2 Qollar: Şakil Sno, 69 – Alexandro Serrano, 71. Filip Ozobiç, 77. Sarı vərəqələr: Eltun Turabov, 10 (qeyri-idman hərəkəti). Şakil Sno…

Source

Birinci Liqa: “Səbail” xal itirdi, “Cəbrayıl”la “Mingəçevir” sevindi

23 October 2025 at 17:00

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Şəfa” – “Səbail” matçında qalib müəyyənləşməyib. Beş qolluq “Zaqatala” – “Mingəçevir” oyunu qonaqların çətin qələbəsiylə yekunlaşıb. “Cəbrayıl” isə “Şahdağ Qusar”la ev…

Source

Super Liqa: “Beşiktaş” Konyada 2 cavabsız qola sevindi

23 October 2025 at 00:30

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, “Rizəspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Bu komandaların görüşü qolsuz yekunlaşıb. Günün digər oyununda cari mövsümə uğursuz start vermiş “Beşiktaş” səfərdə “Konyaspor”la üz-üzə gəlib. “Qara qartallar” bu oyundan inamlı…

Source

Birinci Liqa: “Difai” “Şimal”ı 4 qolla məğlub etdi

22 October 2025 at 16:30

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. MOİK – “Baku Sportinq” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Şimal” – “Difai” oyununda isə qonaqlar darmadağına seviniblər. Turun qalan matçları oktyabrın 23-də keçiriləcək.

Source

İkinci Liqa: “Xankəndi” “Araz Saatlı”nı 14 cavabsız qolla yendi

21 October 2025 at 17:30

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Yeddi qolun qeydə alındığı “Şirvan” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş”ın qonağı olan “Şəki” 3 cavabsız qola sevinib. “Xankəndi” isə “Araz Saatlı” ilə səfər matçından 14…

Source

A Seriyası: “Yuventus” ilk məğlubiyyətini aldı, “Milan” sevindi

20 October 2025 at 00:40

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Cenoa” – “Parma” və “Atalanta” – “Latsio” matçlarında qapılara qol vurulmayıb. “Kalyari” doğma meydanda “Bolonya”ya məğlub olubsa, “Yuventus” da “Komo” ilə səfər matçında 2 cavabsız qola üzülüb. Bu, Turin təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

Üç qolun qeydə alındığı “Milan” – “Fiorentina” görüşündə isə meydan sahibləri qələbə qazanıblar.

Tura oktyabrın 20-də keçiriləcək “Kremoneze” – “Udineze” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
7-ci tur

18 oktyabr

Leççe – Sassuolo 0:0

Piza – Verona 0:0

Torino – Napoli 1:0
Qol: C.Simeone, 32.

Roma – İnter 0:1
Qol: Bonni, 6.

19 oktyabr

Komo – Yuventus 2:0
Qollar: Kempf, 4. N.Pas, 79.

Kalyari – Bolonya 0:2
Qollar: Holm, 31. Orsolini, 80.

Cenoa – Parma 0:0

Atalanta – Latsio 0:0

Milan – Fiorentina 2:1
Qollar: Leao, 63; 86-pen – Qosens, 55.

20 oktyabr

22:45. Kremoneze – Udineze

The post A Seriyası: “Yuventus” ilk məğlubiyyətini aldı, “Milan” sevindi appeared first on ARENA.AZ.

Bundesliqa: “Hoffenhaym” “Sankt Pauli”ni 3 qolla yendi

20 October 2025 at 00:20

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Frayburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib.

Səfərdə “Sankt Pauli” ilə qarşılaşan “Hoffenhaym” isə 3 xalı 3 cavabsız qolla qazanıb.

Beləliklə, 7 turdan sonra 21 xalı olan son çempion “Bayern” itkisiz irəliləyən yeganə komandadır. “Leypsiq” 16 xalla ikinci, “Ştutqart” 15 xalla üçüncüdür. Dortmund “Borussiya”sı ilə “Bayer”in 14, “Köln”ün 11 xalı var.

Almaniya, Bundesliqa
7-ci tur

17 oktyabr

Union Berlin – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Doexi, 3; 26. Xedira, 81 – Tabakoviç, 33.

18 oktyabr

Köln – Auqsburq 1:1
Qollar: Mala, 76 – Rider, 54-pen.

Haydenhaym – Verder 2:2
Qollar: Şimmer, 67. Fohrenbax, 83 – Qrüll, 50. Stage, 69.

Maynts – Bayer 3:4
Qollar: Li, 34. Amiri, 71-pen. Sieb, 90 – Qrimaldo, 11-pen; 45+3. Kofane, 24. Terrye, 87.

Leypsiq – Hamburq 2:1
Qollar: Baumqartner, 45; 50 – Lokonqa, 48.

Volfsburq – Ştutqart 0:3
Qollar: T.Tomas, 35. Mittelştadt, 55. Ştiller, 80.

Bayern – Borussiya (Dortmund) 2:1
Qollar: Keyn, 22. Olise, 79 – Brandt, 84.

19 oktyabr

Frayburq – Ayntraxt 2:2
Qollar: Şerhant, 2. Qrifo, 87 – Burkardt, 18; 38.

Sankt Pauli – Hoffenhaym 0:3
Qollar: B.Ture, 54. Kramariç, 59. Promel, 79.

The post Bundesliqa: “Hoffenhaym” “Sankt Pauli”ni 3 qolla yendi appeared first on ARENA.AZ.

Super Liqa: “Fənərbağça” “Karagümrük”ü xalsız yola saldı

19 October 2025 at 23:20

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kayserispor” – “Samsunspor” matçında qonaqlar inamlı qələbə qazanıblar. “Alanyaspor” “Göztəpə”ni, “Qaziantep” isə “Antalyaspor”u məğlub yola salıb. “Fənərbağça” da bu turda “Karagümrük”ü məğlub edib.

Tura oktyabrın 20-də keçiriləcək “Eyüpspor” – “Kasımpaşa” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
9-cu tur

18 oktyabr

Konyaspor – Kocaelispor 2:3
Qollar: Pedrinyo, 51-pen. U.Nayir, 77 – T.Bingöl, 44; 71. H.Keyta, 63.

Rizəspor – Trabzonspor 1:2
Qollar: Rak-Sakyi, 27 – F.Auqusto, 2. Onuaçu, 19.

Beşiktaş – Gənclərbirliyi 1:2
Qollar: C.Ünder, 47 – Yuraşek, 79-öz qapısına. Tonqya, 81.

Başakşəhər – Qalatasaray 1:2
Qollar: Şomurodov, 59 – Sane, 45+3; 61.

19 oktyabr

Kayserispor – Samsunspor 1:3
Qollar: Onuqxa, 83 – Holse, 45; 64. Van Drongelen, 72.

Alanyaspor – Göztəpə 1:0
Qol: U.Akdağ, 83.

Qaziantep – Antalyaspor 3:2
Qollar: D.Kamara, 4. Kozlovski, 17. Bayo, 31 – Qeye, 84; 86.

Fənərbağça – Karagümrük 2:1
Qollar: Talişka, 23-pen. Asensio, 41 – Serjinyo, 59.

20 oktyabr

21:00. Eyüpspor – Kasımpaşa

The post Super Liqa: “Fənərbağça” “Karagümrük”ü xalsız yola saldı appeared first on ARENA.AZ.

“Neftçi” – “Araz-Naxçıvan” 2:2 – Video

19 October 2025 at 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun bu gün keçirilmiş “Neftçi” – “Araz-Naxçıvan” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
8-ci tur
19 oktyabr

“Neftçi” – “Araz-Naxçıvan” 2:2
Qollar: Bassala Sambu, 19. Emin Mahmudov, 56 – Ba-Muaka Simakala, 36; 47.
Sarı vərəqələr: İqor Ribeyro, 28 (qeyri-idman hərəkəti). Sessi D Almeyda, 33 (qeyri-idman hərəkəti). Freddi Varqas, 62 (qeyri-idman hərəkəti). Luis Ortis, 78 (qeyri-idman hərəkəti) – Felipe Santos, 28 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəq.
Saat 18:30. “Palms Sports Arena ”, 2800 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi D Almeyda (18. İfeanyi Metyu, 60), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu (19. Ağadadaş Salyanski, 89), 11. İmad Faraj (47. Murad Məmmədov, 89), 10. Freddi Varqas, 23. Cordan Rezabala (22. Luis Ortis, 77).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə (29. Vanderson Melo, 70), 5. Slavik Alxasov (77. Bruno Franko, 90+4), 8. Coşqun Diniyev (19. Bar Kohen, 66), 24. Mustafa Əhmədzadə (23. Nuno Rodriqes, 70), 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos (7. Hamidu Keyta, 66), 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado.
Baş məşqçi: Elmar Baxşıyev.

The post “Neftçi” – “Araz-Naxçıvan” 2:2 – Video appeared first on ARENA.AZ.

❌
❌