AFFA-dan Əli Mürsəlova 3 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının 10-cu turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Mingəçevir” – “Cəbrayıl” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
“Baku Sportinq” – “Şahdağ Qusar” oyununun 15-ci dəqiqəsində “Baku Sportinq”in futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə birbaşa vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Baku Sportinq” buna görə 900 manat cərimə edilib. “Şahdağ Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Qusar komandası 210 manat cərimə edilib.
MOİK – “Şimal” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
“Şəfa” – “Zaqatala” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
“Səbail” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.