Normal view

Today — 5 February 2026Main stream

Sxadadze: “Bunu hörmətsizlik kimi qəbul edirəm”

4 February 2026 at 22:11

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı, sürətli oyun oldu. Rəqibi yaxşı təhlil etmişdik. Heyətlərində kifayət qədər səviyyəli futbolçular var, çempionatın liderləridir. Uşaqlar tapşırıqları yaxşı yerinə yetirdi, təhlükəli epizodumuz da oldu. Təəssüf ki, penaltidən yararlana bilmədik. İki qələbədən sonra liderə qarşı necə oynayacağımız maraqla gözlənilirdi. Göstərdik ki, hər komandaya qarşı oynaya bilərik.

– Fasilədən sonra iki oyunu qazandınız, bu gün heç-heçə etdiniz. Görünür, komanda artıq yaxşı oyunu nəticə çevirə bilir. Fasilədə nəyi dəyişdiniz?
– Onu qeyd edim ki, transferlərimiz oldu, heyəti gücləndirdik. Akinade və Keytanı, Turan Manafovu transfer etdik. İnanıram ki, Manafov da qısa zamanda uyğunlaşacaq. Səhvlərimizi düzəltdik, müdafiədə daha inamlı oynamağa başladıq. Eşitmişdim ki, fikirlər yaranıb ki, bu gün “Sabah” “Qəbələ”yə üç qol vuracaq. Bunu hörmətsizlik kimi qəbul edirəm. Göstərdik ki, oynaya bilirik. İndi vacib məqamlardan biri odur ki, arxayınlıq yaranmasın. Özünəinam olsun, balansı qorumalıyıq. Rza Cəfərov debüt etdi və çox yaxşı oyun göstərdi. Turan Manafov da ilk oyununa çıxdı. İnanıram ki, üzərlərində daha çox işləyəcəklər. Daha bir transfer edəcəyik. Bununla da transferi bağlayacağıq.

– Kuboka əsas heyətlə çıxmaq komandanın fiziki gücünə necə təsir edəcək?
– Məqsədimiz Premyer Liqada qalmaqdır. Gücümüz çatacaqmı, sualdır. “Neftçi” ilə oyuna altı günümüz var, bərpa üçün vaxt olacaq. Bu ay sıx qrafikimiz var. Ayın sonu “Karvan-Yevlax”la vacib görüşümüz var. Bizimçün vacib olan yeni transferlərin formaya düşməsidir. Düşünürəm ki, oyunlar üçün gücümüz çatacaq. İndi “Neftçi” ilə oyun haqda düşünməyə başlamışam.

Şahin Cəfərov

Yesterday — 4 February 2026Main stream

Kaxabar Sxadadze: “Sabah”la matçda müdafiədə yaxşı oynadıq”

4 February 2026 at 22:30

“Qəbələ”nin baş məşqçisi Kaxabar Sxadadze Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.

Kaxabar Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun oldu. Azarkeşlərin zövq aldığını düşünürəm. Çempionatın liderinə qarşı futbolçularımın yaxşı oynadığını, tapşırıqları düzgün yerinə yetirdiklərini düşünürəm. Müdafiədə yaxşı oynadıq. Təəssüf ki, penaltini yerinə yetirə bilmədik. Güclü rəqiblərə qarşı da oynaya bildiyimizi göstərdik.

Qış fasiləsində bəzi transferlər oldu, heyəti gücləndirdik. Öz səhvlərimiz üzərində çox işlədik. Daha əvvəl müdafiədə çox səhv edirdik. Oyundan öncə belə bir fikir var idi ki, “Sabah” “Qəbələ”nin qapısına 3 qol vuracaq. Mən bu fikri komandama qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Göstərdik ki, biz hamıya qarşı oynaya bilərik. Ən vacib tərəflərdən biri də bundan sonra futbolçularda arxayınlıq yaranmamasıdır. Balansı qorumaq lazımdır. Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. Daha bir transferimiz olacaq. Daha öncə bildirmişdik ki, 5 transferimiz olacaq.

Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunu bacaracağıq, ya yox, bilmirəm. “Neftçi” ilə matça kifayət qədər vaxtımız var. Düşünürəm ki, yeni transferlərimiz də komandaya tam uyğunlaşandan sonra rotasiyaya getmək olar”.

Tsxadadze: “Sabah”ı yaxşı təhlil etmişdik”

4 February 2026 at 21:40

“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Çox yaxşı bir oyun oldu. Düşünürəm ki, azarkeşlər zövq ala bildilər. Sürətli oyunun şahidi olduq. Rəqibi yaxşı təhlil etmişdik. Futbolçularımız yaxşı təsir bağışladılar. Göstərdilər ki, çempionatın liderinə qarşı yaxşı oyun nümayiş etdirmək olar. Penaltidən fərqlənə bilmədik. “Sabah” çox güclü komandadır. Heyətində yaxşı oyunçular var.

Bizdə transferlər oldu, heyəti gücləndirdik. Səhvlərimiz üzərində çox işlədik. Müdafidə çoxlu səhvlər buraxırdıq. Bunların üzərində işlədik.

Bu oyundan əvvəl eşitmişdim ki, “Sabah” guya bizə üç qol vuracaq, bunu da özümüzə qarşı hörmətsizlik kimi qəbul edirəm. Rəqibə hörmətlə yanaşmalısan, həmçinin, özünə.

Rza Cəfərovdan danışmaq istərdim. Uzun müddət idi ki, oynamırdı. Bu gün isə yaxşı çıxışı ilə yadda qaldı. Həmçinin, yeni transferlərdən Turan Manafovu da təbrik edirəm. İlk oyununa çıxdı bu gün.

Transfer danışıqları gedir. Komandaya daha bir oyunçu cəlb etmək istəyirik.

Həqiqətən də, bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Gücümüz çatacaq, ya yox, bilmirəm. “Neftçi” ilə oyuna 6 gün vaxtımız var. Bundan əlavə, təxirə salınmış oyunumuz var. Hazırda kubok oyunu barədə fikirləşmirəm. Mənim üçün ən vacibi “Neftçi” ilə qarşıdan gələn oyundur”.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Sabah”ı yaxşı təhlil etmişdik” appeared first on Komanda.az.

❌
❌