Normal view

Yesterday — 3 April 2026Main stream

Yoahim Löv millidə?

3 April 2026 at 22:43

Almaniyalı məşqçi Yoahim Lövün işsiz günləri başa çata bilər.

Futbolpress.az xəbər verir ki, Qana Futbol Assosiasiyası təcrübəli mütəxəssisi milli komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə Afrika mətbuatı məlumat yayıb.

Tərəflər arasında danışıqlar davam edir.

Qana yığmasında bir neçə gün əvvəl baş məşqçi Otto Addo ilə yollar ayrılıb.

Löv 2006-2021-ci illərdə Almaniya yığmasına rəhbərlik edib.

Before yesterdayMain stream

Mario Götze “Ayntraxt”la yeni müqaviləyə imza atdı

2 April 2026 at 12:00

Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Mario Götze Frankfurt təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Frankfurtluların 30 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti isə 2026-cı ilin yayında bitəcəkdi.

Mario Götze 2022-ci ilin iyulundan “Ayntraxt”da çıxış edir. O, cari mövsümdə “Ayntraxt”ın heyətində 26 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib. Götze Frankfurt klubunda bütövlükdə 148 oyun keçirib, 12 qol və 18 məhsuldar ötürmə müəllifi olub.

Götze daha öncə “Borussiya” (Dortmund), “Bayern” və PSV kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 66 oyuna çıxıb, 17 qola imza atıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman futbolçunu 3,5 milyon avro məbləğində qiymətləndirir.

Yosip Stanişiç: “Cinahda oynamaq daha maraqlıdır”

31 March 2026 at 20:00

“Bayern”in sağ cinah müdafiəçisi Yosip Stanişiç müdafiənin cinahında və mərkəzində çıxış etməsi ilə bağlı təəssüratını paylaşıb.

Arena.az 25 yaşlı xorvat futbolçunu müvafiq açıqlamaısını təqdim edir:

“Çox qaçmağım və məndən daha sürətli rəqiblərlə tez-tez qarşılaşmağım gərək olur. Ona görə də mövqeləri düzgün seçməyimiz gərəkdir. Həm mərkəzdə və həm də cinahda oynamağı xoşlayıram, amma yəqin ki, cinahda oynamaq azacıq maraqlıdır. Çünki belə olanda hücumlarda daha çox iştirak etmək olar”, deyə Stanişiç vurğulayıb.

Yosip Stanişiç “Bayern”in öz yetirməsidir. Onun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Xorvat futbolçu indiyə qədər əsas komandada 97 oyuna çıxıb, 4 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Stanişiç bir mövsümü icarə əsasında Leverkuzen “Bayer”ində keçirib. O, bu komandanın heyətində 38 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xorvatiyalı futbolçu həm də ölkəsinin əsas milli komandasının üzvüdür. O, yığmada 28 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Vensan Kompani Maykl Oliseni təriflədi

29 March 2026 at 23:00

“Bayern”in baş məşqçisi Vensan Kompani münhenlilərin fransalı cinah hücumçusu Maykl Olise haqda qənaətini açıqlayıb.

Arena.az belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İşinə müvafiq münasibətlə Olisenin, dünyada ən yaxşı oyunçulardan biri olmaq üçün bütün imkanları var. O, xüsuslara çox diqqətcildir”, deyə Kompani vurğulayıb.

Vensan Kompani Münhen komandasının bütün heyətinin, milli komandalar üçün mart ayında nəzərdə tutulmuş yaz fasiləsindən sonra tam əlçatan olacağına ümid bəslədiyini də vurğulayıb:

“Ümidvaram, yaz fasiləsindən sonra bütün heyət tamamilə ixtiyrımızda olacaq”, deyə Kompani vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 94 oyuna çıxıb, 36 qol və 50 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 14 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Lennart Karl Almaniya millisində debüt etdi

28 March 2026 at 13:00

“Bayern”in 18 yaşlı yarımmüdafiəçisi Lennart Karl futbol üzrə Almaniya millisinin İsveçrə ilə yoxlama oyununda debüt edib.

Arena.az xəbər verir ki, matç Bazeldəki “Sankt Yakob Park” stadionunda baş tutub və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Karl meydana ikinci hissənin 63-cü dəqiqəsində Leroy Sanenin yerinə daxil olub. Həmin vaxt Almaniya yığması 3:2 hesabı ilə öndə olub.

Xatırladaq ki, Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu 2025-ci ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15, U-16, U-17 və U-21 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Yonas Urbiq də Almaniya millisindən kənarda qaldı

27 March 2026 at 14:00

Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in qapıçısı Yonas Urbiq aldığı zədə səbəbindən bir müddət oynamayacaq.

Arena.az bu barədə Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 22 yaşlı qolkiper yığmanın düşərgəsində sağ dizindən xəsarət alıb. Bu üzdən də o, bu gün İsveçrə yığmasına, eləcə də martın 30-da Qana seçməsinə qarşı keçirəcəkləri yoxlama matçlarında iştirak edə bilməyəcək.

Xatırladaq ki, “Köln”ün yetirməsi olan Yonas Urbiq karyerası ərzində “Yan Regensburq” və “Qroyter Fürt”da da oynayıb. “Bayern” onu 2025-ci ild 7 milyon avro müqabilində “Köln”dən transfer edib. 22 yaşlı qapıçı cari mövsümdə “Bayern”in heyətində 14 oyunda meydanda olub, 13 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb. Urbiqin “Bayern” karyerası bütövlükdə 26 oyun, 29 buraxılmış qol və 9 “quru” matçdan ibarətdir.

Almaniyalı qolkiper U-17, U-18, U-19, U-20 və U-21-də forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı qapıçının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Ceymi Levelinq Almaniya millisindən kənarda qaldı

25 March 2026 at 10:00

“Ştutqart”ın sağ vingeri Ceymi Levelinq aldığı əzələ zədəsi səbəbindən Almaniya milli komandasının düşərgəsini tərk edib.

Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

Levelinq martın 27-də İsveçrə və martın 30-da Qanaya qarşı keçiriləcək yoxlama görüşlərində iştirak edə bilməyəcək. Almaniya Futbol İttifaqından verilən məlumata görə, Ceyminin əvəzinə yığmaya yeni oyunçu dəvət olunmayacaq.

Xatırladaq ki, Almaniya yığmasında daha əvvəl Aleksandr Pavloviç və Feliks Nmeça da zədə səbəbindən sıradan çıxmışdı. Onları “Ştutqart”ın digər təmsilçiləri Kris Führix və Ancelo Ştiller əvəzləmişdi.

2023-cü ildən “Ştutqart”da çıxış edən 25 yaşlı Ceymi Levelinq cari mövsümdə 41 matçda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinə ilk dəfə 2024-cü ildə dəvət almış futbolçu yığmanın heyətində keçirdiyi 4 oyunda 1 qol vurub.

Peşəkar karyerasına “Qroyter Fürt”də başlamış Levelinq “Union Berlin”də də çıxış edib.

Nils-Ole Bok – “Borussiya”nın yeni idman direktoru

24 March 2026 at 11:00

Keçmiş almaniyalı futbolçu, 40 yaşlı mütəxəssis Nils-Ole Bok Dortmund “Borussiya”sının idman direktoru vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlum oludğu kimi, alman mütəxəssis Sebastyan Kel Dortmund klubu ilə qarşılıqlı razılaşma əsasında “Borussiya”nın idman direktoru vəzifəsindən istefa verib. “Borussiya” rəhbərliyi müvafiq vəzifəyə yeni təyinatını açıqlayıb. Dortmund klubu Ole Bokla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Nils-Ole Bok vaxtilə “Ahlen”, “Duysburq”, “Roy Vays Ahlen”, “Vehen” kimi klubların formasını geyinib. Keçmiş yarımmüdafiəçi Almaniyanın U-16 və U-21 yığmalarında da çıxış edib.

Xatırladaq ki, Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümündə 27 oyuna topladığı 61 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Bayern”dən 9 xal geri qalır.

Sebastyan Kel “Borussiya”dan getdi

22 March 2026 at 22:00

Dortmund “Borussiya”sının idman direktoru vəzifəsində çalışan sabiq futbolçusu Sebastyan Kel Almaniya klubu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa xitam veriblər.

Xatırladaq ki, Sebastyan Kel uzun illər “Borussiya”da çıxış edib. 46 yaşlı mütəxəssis 2018-ci ildən bu klubda peşəkar futbol şöbəsinə rəhbərlik etməyə başlayıb. O, 2022-ci ildən isə idman direktoru vəzifəsində çalışırdı. Kelinn fəaliyyəti dövründə komanda mütəmadi olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb və 2024-cü ildə turnirin finalına yüksəlib.

Kel futbolçu kimi də Dortmund klubunun uğurlarında mühüm pay sahibi olub. O, komandada çıxış etdiyi illərdə 3 dəfə Almaniya çempionu olub, 1 dəfə Almaniya Kubokunu, 2 dəfə Almaniya Super Kubokunu qazanıb.

Bundesliqa: “Ştutqart” “Auqsburq”u 5 qolla yendi

23 March 2026 at 01:00

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Maynts” doğma meydanda “Ayntraxt”a qalib gəlib. “Sankt Pauli” evdə “Frayburq”a, “Auqsburq” isə “Ştutqart”a məğlub olub.

Beləliklə, cari mövsümün geridə qalmış 27 turundan sonra 70 xal toplamış “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 61 xalla ikinci, “Ştutqart” 53 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”lə “Hoffenhaym”ın 50, “Bayer”in 46 xalı var.

Almaniya, Bundesliqa
27-ci tur
20 mart

Leypsiq – Hoffenhaym 5:0
Qollar: Qruda, 17; 44. Baumqartner, 21; 30. Henriks, 78.

21 mart

Bayern – Union Berlin 4:0
Qollar: Olise, 3. Qnabri, 45+1; 67. Keyn, 49.

Köln – Borussiya (Mönhenqladbax) 3:3
Qollar: El-Mala, 4. Açe, 7. Martel, 84 – Kastrop, 1; 60. Sander, 20.

Haydenhaym – Bayer 3:3
Qollar: Behrens, 56. Pyeringer, 72-pen; 85 – Tillman, 22. Şik, 35; 79.

Volfsburq – Verder 0:1
Qol: Njinmah, 68.

Borussiya (Dortmund) – Hamburq 3:2
Qollar: Bensebaini, 73-pen; 84-pen. Girassi, 78 – Otele, 19. Lokonqa, 38.

22 mart

Maynts – Ayntraxt 2:1
Qollar: Nebel, 6; 89 – Braun, 20.

Sankt Pauli – Frayburq 1:2
Qollar: Sinani, 24 – Matanoviç, 65; 78.

Auqsburq – Ştutqart 2:5
Qollar: Rieder, 57. Kade, 71 – Undav, 12; 58. Tomas, 29. Nartey, 31. Demiroviç, 83.

Bundesliqa: “Bayern” “Union Berlin”i 4 qolla yendi

21 March 2026 at 23:59

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Köln” – “Borussiya” (Mönhenqladbax) və “Haydenhaym” – “Bayer” matçlarında qalib müəyyənləşməyib. “Volfsburq” doğma meydanda “Verder”ə məğlub olubsa, Dortmund “Borussiya”sı “Hamburq”a qalib gəlib. Lider “Bayern” də “Union Berlin”lə ev oyununda 4 cavabsız qola sevinib.

27-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
27-ci tur
20 mart

Leypsiq – Hoffenhaym 5:0
Qollar: Qruda, 17; 44. Baumqartner, 21; 30. Henriks, 78.

21 mart

Bayern – Union Berlin 4:0
Qollar: Olise, 3. Qnabri, 45+1; 67. Keyn, 49.

Köln – Borussiya (Mönhenqladbax) 3:3
Qollar: El-Mala, 4. Açe, 7. Martel, 84 – Kastrop, 1; 60. Sander, 20.

Haydenhaym – Bayer 3:3
Qollar: Behrens, 56. Pyeringer, 72-pen; 85 – Tillman, 22. Şik, 35; 79.

Volfsburq – Verder 0:1
Qol: Njinmah, 68.

Borussiya (Dortmund) – Hamburq 3:2
Qollar: Bensebaini, 73-pen; 84-pen. Girassi, 78 – Otele, 19. Lokonqa, 38.

22 mart

18:30. Maynts – Ayntraxt
20:30. Sankt Pauli – Frayburq
22:30. Auqsburq – Ştutqart

❌
❌