Normal view

Today — 30 May 2026Main stream

Arteta: “Kuboku Londona aparmaq istəyirik”

30 May 2026 at 14:15

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının finalında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyunu şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Bütün diqqətimiz finaldadır. Burda olmağa layiqik. Kuboku qazanmaq üçün sona qədər mübarizə aparacağıq.

“Arsenal” kimi klubda tarix yazmağın necə çətin olduğunu bilirik. Hədəfimiz maksimumu etməkdir. Bunun üçün çox arzuluyuq. Kuboku Londona aparmaq istəyirik”.

PSJ – “Arsenal” oyunu saat 20:00-da başlayacaq.

PSG boss Luis Enrique responds to Mikel Arteta’s claim Arsenal will win Champions League final (Video)

Whether Arsenal boss Mikel Arteta is playing mind games with Paris Saint-Germain by expressing strong confidence about his team winning the Champions League final, of he’s simply that confident about the Gunners’ prospects in this clash, remains to be seen on Saturday. Meanwhile, PSG head coach Luis Enrique doesn’t feel his men need any additional […]

The post PSG boss Luis Enrique responds to Mikel Arteta’s claim Arsenal will win Champions League final (Video) appeared first on Soccer News.

The post PSG boss Luis Enrique responds to Mikel Arteta’s claim Arsenal will win Champions League final (Video) appeared first on Soccer News.

Before yesterdayMain stream

Mikel Arteta 2025/26 mövsümünün ən yaxşısı seçildi!

27 May 2026 at 14:00

“Arsenal”ının ispaniyalı baş məşqçisi Mikel Arteta futbol üzrə İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “Arsenal” geridə qalmış 2025/2026-cı illər mövsümünü çempion kimi başa vurub. Londonlular Artetanın rəhbərliyi altında 22 illik həsrətə son qoyublar.

“Topçular” mövsüm ərzində keçirdikləri 38 oyunda 26 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 5 məğlubiyyətə üzülüblər. Komanda 85 xalla rəqibləri üçün əlçatmaz olub. London təmsilçisi Premyer Liqa tarixində mövsümü qırmızı vərəqəsiz başa vurmuş ilk çempion olub. Bundan əlavə, mövsüm ərzində “topçular”ın qapısına 38 oyunun heç birində penaıti təyin edilməyib. Bu baxımdan londonlular daha bir ilki gerçəkəşdiriblər.

Mikel Artetanın rəhbərlik etdiyi komanda mövsüm ərzində yüksək səviyyədə intizam və müdafiə etibarlılığı nümayiş etdirib ki, bu da titul uğrunda mübarizədə əsas amillərdən biri olub. Arteta isə turnir tarixində əvvəllər oyunçu kimi çıxış etdiyi komanda ilə məşqçi olaraq da titul qazanmış ilk mütəxəssis kimi tarixə düşüb.

Xatırladaq ki, Premyer Liqa yekunlaşsa da, 2025/2026-cı illər mövsümü hələ “Arsenal” üçün tam bitməyib. Belə ki, İngiltərə çempionu UEFA Çempionlar Liqasının finalında mübarizə aparacaq. Sözügedən komanda mayın 30-da Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. O, bu müddət ərzində “topçular”ı 350 oyuna çıxarıb, 216 qələbə qazanıb, 60 heç-heçə edib, 74 məğlubiyyətə üzülüb.

İPL-də mövsümün ən yaxşı baş məşqçisi bilindi

27 May 2026 at 11:45

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mükafatı “Arsenal”ın çalışdırıcısı Mikel Arteta qazanıb.

İspan mütəxəssisin rəhbərlik etdiyi “topçular” Premyer Liqada 22 il sonra çempionluq yaşayıb.

Arteta karyerasında ilk dəfə ilin məşqçisi seçilib.

❌
❌