Venezuela Full Year 2025: JAC topples Toyota to 40.9% share, market up 119.9%
This content is for members only. Visit the site and log in/register to read.
This content is for members only. Visit the site and log in/register to read.
“Neftçi”nin 15 ilə yaxındır ev oyunlarını keçirdiyi “Neftçi Arena”nın ən böyük tribunası Anatoli Banişevskinin adını daşıyacaq.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
“Neftçi” bununla əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.
Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adı “Cənub” tribunasına verilib.
Xatırladaq ki, bu gün əfsanəvi futbolçu Anatoli Banişevskinin dünyaya gəlməsindən 80 il ötür. 1946-cı il fevralın 23-də Bakıda anadan olmuş Banişevski 1964-1978-ci illər ərzində “Neftçi”də 318 rəsmi oyun keçirib, 136 qola imza atıb. O, 1964-cü ildə SSRİ çempionatının ən yaxşı debütantı seçilib, 1965, 1966 və 1967-ci illərdə isə “33 ən güclü futbolçu” sırasına düşüb. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc mükafatçısı olan “Banya” SSRİ yığma komandasının heyətində 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medallarını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olub. 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunmuş əfsanə 1997-ci il dekabrın 10-da dünyasını dəyişib və İkinci Fəxri xiyabanda dəfn olunub.
“Gəncə” komandası basketbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi olub.
Arena.az xəbər verir ki, bu gün keçirilmiş final oyununda “Sabah” və “Gəncə” komandaları üz-üzə gəliblər
Bakı İdman Sarayında baş tutmuş qarşılaşma Gəncənin eyniadlı təmsilçisinin 89:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Finalın ən dəyərli oyunçusu (MVP) qalib komandann basketbolçusu Cervis Qarret seçilib.
“Gəncə” tarixində ikinci dəfə kubokun sahibi olub.
Xatırladaq ki, 2025-ci ildə NTD komandası Azərbaycan Kubokunun qalibi olmuşdu.
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, bu gün şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib – 1,5:0,5.
Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanmış Fətəliyeva karyerasında ilk dəfə bu uğura imza atıb.
Finalda Şəhriyar Məhəmmədova qalib gələn Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, bu gün şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5:0,5 hesabıyla qələbə qazanmış Məhəmməd Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov isə ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Bu gün kişilərin yarışında bürünc medalçı da müəyyənləşib. Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub edib. 2:0 hesablı qələbə qazanmış Aydın ölkə çempionatının bürünc medalçısı olub.
Qadınların yarışında isə Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı məğlub edib. İki görüşdən sonra hesab 1:1 olduğundan qadınlar arasında çempion sabah tay-brekdə məlum olacaq.
Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin görüşləri keçirilib.
Arena.az xəbər verir ki, hər iki finalçı eyni gündə müəyyənləşib.
Bakı İdman Sarayında “Ordu” ilə qarşılaşmış “Sabah” rəqibinə 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Yarımfinalın ikinci matçı isə “Gəncə” və “Şəki” komandaları arasında keçirilib. Bakı İdman Sarayında təşkil olunmuş matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması fevralın 22-də keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək həlledici oyuna saat 17:00-da start veriləcək.
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünün 14-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Turan” Tovuzda UNEC kollektivini 3:0 (25:10, 25:18, 25:14) hesabı ilə üstələyib.
Ardınca isə “Murov” “Milli Aviasiya Akademiyası” komandasını 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10) hesabı ilə məğlub edib.
Turun ötən gün baş tutmuş görüşlərində “DH Volley” “Gənclər”ə 3:0, “Abşeron” isə “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlmişdi.
Yüksək Liqa
14-cü tur
20 fevral
“Turan” – UNEC 3:0 (25:10, 25:18, 25:14)
Tovuz Olimpiya İdman Kompleksi.
“Murov” – “Milli Aviasiya Akademiyası” 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10)
“Murov” VK-nın idman zalı.
Xallar: Turan – 34. DH Volley – 32. Milli Aviasiya Akademiya – 24. UNEC – 20. Gəncə – 20. Abşeron- 14. Azərreyl – 15. Murov – 9. Gənclər – 0.
Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə Bakı İdman Sarayında “Neftçi” ilə üz-üzə gəlmiş “Gəncə” 95:92 hesablı qələbə qazanıb. Bu nəticənin ardından qərb təmsilçisi yarımfinala yüksəlib.
Mərhələnin sonuncu qalibi “Abşeron Lions” – “Şəki” qarşılaşmasından sonra bəlli olub. Sözügedən matçda 93:85 hesabı ilə qalib gələn şəkililər yarımfinala adlayan sonuncu kollektiv olublar.
Xatırladaq ki, ötən gün baş tutmuş matçlarda “Ordu” “Sumqayıt”ı (93:74), “Sabah” “Quba”nı (113:76) məğlub edərək növbəti raunda adlamışdı.
Beləliklə, basketbol üzrə Azərbaycan çempionatının yarımfinalında “Şəki” və “Gəncə” komandaları qarşılaşacaqlar. Bu mərhələnin digər matçında “Sabah” “Ordu” ilə qarşılaşacaq.
Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə, “Sumqayıt” “Ordu” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutmuş görüş “Ordu”nun 93:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Saat 19:00-da isə eyni məkanda “Sabah” “Quba” ilə üz-üzə gəlib. Bu oyunda da “Sabah” 113:76 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Ordu” növbəti mərhələdə məhz “Sabah”la oynayacaq.
Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin qalan iki oyunu sabah keçiriləcək. “Gəncə” – “Neftçi” duelində sevinən tərəf “Abşeron Lions” – “Şəki” qarşılaşmasının qalibinə rəqib olacaq.
Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 14-cü turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
“Azərreyl”lə qarşılaşan “Ordu” 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbə qazanıb. “Xilasedici” isə “Neftçi”ni 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstələyib.
Xatırladaq ki, ötən gün Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş ilk oyunda da “Muro” “Gənclər” üzərində 3:0 hesablı qələbəyə sevinmişdi.
Yüksək Liqa
14-cü tur
18 fevral
“Ordu” – “Azərreyl” 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
“Neftçi” – “Xilasedici” 0:3 (23:25, 18:25, 21:25)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadə ilə bağlı paylaşım edib.
Arena.az xəbər verir ki, səfirlik Azərbaycan milli komandasının hücumçusunun “Qarabağ”dan Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubuna transfer olması münasibətilə təbrik ünvanlayıb.
Səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bunlar qeyd edilib:
“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanmış istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) Liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”.
Səfirlik həmçinin “Qarabağ” klubuna bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəyi ev oyununda uğurlar və inamlı qələbə də arzu edib.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 20-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 20-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib. Rəhim Həsənov ümumilikdə 5 matçda qeydə alınmış epizodlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis referi Rauf Cabbarovun “Qəbələ” – “Sabah” görüşündə mübahisəli penalti epizodu ilə bağlı doğru qərar qəbul etdiyini təsdiqləyib.
Əvəzində o, Elçin Məsiyevin “Araz-Naxçıvan” – “Sumqayıt” matçında penalti vermədiyini və qırmızı vərəqə göstərmədiyini bəyan edib. Bir sözlə, Məsiyevin sözügedən matça nəticəyə təsir edən iki böyük səhvi olub.
Komitə sədri “Kəpəz” – “Neftçi” matçında da Əli Əliyevin penalti qərarının səhv olduğunu bildirib.
AFFA Hakimlər Komitəsinin sədrinin 20-ci turun oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Volyebol üzrə üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün növbəti oyunları keçirilib
Arena.az xəbər verir ki, qadın voleybolçuların yarışında 13-cü tura yekun vurulub.
Turun son oyunu Gəncə şəhərində baş tutub. Gəncə İdman Sarayında “Gənclər” komandası “Gəncə”nin qonağı olub. Oyun 3:0 hesabı ilə ev sahibinin qələbəsi ilə başa çatıb.
Kişi voleybolçuların yarışında isə 14-cü tura start verilib. Turun ilk oyun günündə “Murov” və “Gənclər” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində baş tutmuş matç “Murov”un 3:0 (25:16, 25:14, 25:14) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 14-cü turun növbəti qarşılaşmaları sabah baş tutacaq.
Yüksək Liqa
17 fevral
Qadınlar, 13-cü tur
“Gəncə” – “Gənclər” 3:0 (25:10, 25:10, 25:9)
Gəncə İdman Sarayı.
Kişilər, 14-cü tur
“Murov Az Terminal” – “Gənclər” 3:0 (25:16, 25:14, 25:14)
Abşeron Olimpiya İdman Kompleksi.
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.
Arena.az bu barədə sözügedən qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, bu gün Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.
Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.
İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.
Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.