Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, 13 may tarixində saat 20:00-da başlayacaq “Sabah” – “Zirə” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından əldə etmək mümkündür.
“Palms Sports Arena”da baş tutacaq matçın biletlərinin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 (“VIP Gold”) manatdır.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Toplantıda “Neftçi”nin şikayəti təmin edilməyib:
“Neftçi” Peşəkar Futbol Klubunun (Misli Premyer Liqası) “Neftçi” – “Turan Tovuz” oyunu ilə bağlı AFFA İntizam Məcəlləsinin 52.6-cı maddəsinə əsasən verilən qərardan şikayətə baxılmasına dair:
9 mart 2026-cı il tarixində Misli Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15 000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarından verilmiş şikayətə, əlavə sübutların toplanılması və tədqiq edilməsi zərurəti nəzərə alınaraq, baxılması təxirə salınsın”.
“Sabah”ın U-16 komandası vaxtından öncə çempionluğunu təmin edib.
Futbolpress.az xəbər verir ki, Asif Mirilinin baş məşqçisi olduğu komanda “Neftçi”ni 2:0 hesabıyla məğlub edib. Matçda qollara Ruslan Əbilov və Ayxan İbadov imza atıblar.
Bu qələbə ilə “bayquşlar” mövsümün başa çatmasına 2 tur qalmış çempionluğunu təmin edib.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” lider “Sabah”la üz-üzə gəlib. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununu Kamal Umudlu idarə edib. “Bayquşlar” 3 cavabsız qol sayəsində növbəti 3 xala seviniblər.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də baş tutacaq. Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) məğlub olub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
“Şamaxı” lider “Sabah”ı qəbul edəcək. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununa saat 16:00-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.
Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında ən çox qol vuran futbolçu məlum olub.
Futbolpress.az-ın məlumatına görə, bu, bombardir Coy-Lens Mikelsdir. “Sabah”ın alman hücumçusu səfər matçlarında 11 qola imza atıb. Mikels ümumilikdə çempionatda 18 qolla ən çox fərqlənən oyunçudur. O, qollarının 7-ni isə ev matçlarında vurub.
Bu göstəricidə onu komanda yoldaşı Velko Simiç, “Neftçi”nin forvardı Bassalu Sambu və “Turan Tovuz”un futbolçusu Joarlem Santos izləyir. Hər üç oyunçunun aktivində 6 səfər qolu var.
5 və 6-cı pillədə isə “Şamaxı”dan Kərim Rossi və “Neftçi”dən Vensan Abubakar qərarlaşıb. Hər iki oyunçu səfər oyunlarında 5 dəfə fərqlənməyi bacarıb.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.
21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin aktivində 59 xal qalıb. Bununla da 72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. “Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.
Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi. “Sabah”a qədər sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 21-ci turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu keçirilib.
Arena.az xəbər verir ki, qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.
Ona yan xətt hakimləri Rəhman İmami ilə Müslüm Əliyev kömək ediblər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib.
Tərəflər “Neftçi Arena”da üz-üzə gəliblər. Sözügedən komandalar bir neçə gün öncə də oxşar məkanda üz-üzə gəlmişdilər. Həmin qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı. Bu dəfə isə “Neftçi” əzəli rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib. Nəticədə həm paytaxt klubu yarış cədvəlində 4-cü pilləyə yüksəlib, həm də “Sabah” cari mövsümün sonuna 4 tur qalmış Azərbaycan çempionu olub.
“Sabah” klubunun bu gün Misli Premyer Liqasında çempionluğu rəsmiləşə bilər.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın ən yaxın izləyicisi “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşacaq. “Atlılar” bu matçda məğlub olacağı halda, “Sabah”ın sona 4 tur qalmış qızıl medalları təmin olunacaq.
“Futuristlər” 29 turdan sonra 72 xalla birinci sıradadır və “Qarabağ”ı 13 xal qabaqlayır. Mövsümün sonuna 4 tur qalıb və bu gün “atlılar” məğlub olsa, onların “bayquşlar”a çatması mümkünsüz olacaq.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 29-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çox çətin, ağır oyun alındı. Bu da gözlənilən idi. Çünki “Qarabağ”a qarşı iki vacib oyun keçirmişdik. Həmin matçlarda çox enerji itirmişdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə istədiyimizdən zəif oynadıq. İkinci yarıda daha çox qol fürsətimiz oldu. Fasilədən sonra oyuna enerji ilə daxil olduq. Qələbəni daha çox istəyən tərəf biz idik. Hər iki komanda 10 nəfərlə qalanda daha çox top saxlamağa çalışdı. Rəqibin risk edəcəyini gözləyirdim. Amma riskə getmədilər. Yenə 5-4 sisteminə sadiq qaldılar, hücumçusuz çıxış etdilər. Azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı. Hər oyunu eyni şəkildə keçirə bilmərik. Ən önəmlisi odur ki, 3 xal qazandıq. Yolumuza davam edirik. Qısa müddətdə bərpa olub “Şamaxı” ilə oyuna köklənməliyik.
Komandada rəqabət var. Çox yaxşı komandayıq. Hücumda güclü oyunçulara sahibik. Qələbə qazanırsansa, hücumçunu dəyişmək çətindir. Amma onu deyə bilərəm ki, Xəyal Əliyev bu mövsüm bizə çox fayda verib. Mikelsin yoxluğunda o çox yaxşı çıxış etdi. Çalışmağa davam etməlidir. öz üzərində daha çox işləməlidir ki, komandada əsas hücumçuya çevrilsin. Amma bu da asan deyil. Komandada çox yaxşı hücumçular var. Xəyalı başa düşürəm. Onun davranışı, yanaşması, döyüşkənlik ruhu çox xoşuma gəlir. Bəzən bizə başla yaxşı oynayan hücumçu lazım olur. O zaman lazım olan oyunçudan istifadə edirik. Bu, mənim qərarımdır və qərarımın arxasındayam. İnanıram ki, öz üzərində çalışmağa davam etsə, həmişə oynamaq imkanı əldə edəcək”.
Azərbaycan Premyer Liqasının 29-cu turunun “Sabah” – “Karvan” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası 29-cu tur 27 aprel
“Sabah” – “Karvan” 2:0 Qollar: Patrik Mbina, 49. Aaron Maluda, 55. Sarı vərəqələr: Akim Zedadka, 75 (qeyri-idman hərəkəti) – Tompson Qavi, 15, 36 (qeyri-idman hərəkəti). Qırmızı vərəqələr: Aleksey İsayev, 64 (ciddi qayda pozuntusu) – Tompson Qavi, 36. Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 2 dəqiqə. Saat 20:00. “Masazır Arena”, 1000 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov. Baş hakimin köməkçiləri: Rəhman İmami, Kərim Zeynalov. Dördüncü hakim: İslam Məmmədov. VAR: Əli Əliyev. AVAR: Zöhrab Abbasov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Elman Musayev.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Turun qapanış oyununda lider “Sabah” çempionatın aşkar autsayderi “Karvan”la üz-üzə gəlib. “Masazır Arena”da baş tutmuş görüşü Kamranbəy Rəhimov idarə edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, daha öncə keçirilmiş “Qəbələ” – “Araz-Naxçıvan” və “Turan Tovuz” – “Zirə” matçlarında qalib müəyyənləşməyib – 1:1. “Şamaxı” “Kəpəz”ə (2:0) qalib gəlib, “İmişli” “Sumqayıt”a (0:2), “Neftçi” “Qarabağ”a (1:5) məğlub olub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Turan Tovuz” ilə “Zirə” arasında keçiriləcək. Tovuz şəhər stadionunda təşkil ediləcək görüşə saat 18:00-da start veriləcək. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.
Turun qapanış oyununda isə “Sabah” “Karvan”la üz-üzə gələcək. “Masazır Arena”da baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Premyer Liqa 29-cu tur 25 aprel
“İmişli” – “Sumqayıt” 0:2 Qollar: Aleksandr Ramalinqom, 35; 85. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov. VAR: Elvin Bayramov. AVAR: Müslüm Əliyev. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qəbələ” – “Araz-Naxçıvan” 1:1 Qollar: Ömər Buludov, 75-öz qapısına – İssuf Paro, 82. Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev. VAR: Vüqar Həsənli. AVAR: Əkbər Əhmədov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Elçin Məmmədov. Qəbələ şəhər stadionu, 18:30.