Normal view

Yesterday — 28 October 2025Main stream

Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA

28 October 2025 at 16:33

“Neftçi” uzun müddət gözlənilən hücumçu mövqeyinə transferi ötən günlərdə nəhayət, reallaşdırdı. Bir müddət əvvəl adı “ağ-qaralar”la hallanan “Beşiktaş” və “Portu” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakar paytaxt təmsilçisi ilə müqavilə bağladı.

33 yaşlı futbolçunun debütü Premyer Liqanın son turuna – “Qəbələ” ilə səfər matçına (2:0) təsadüf etdi. Oyuna 70-ci dəqiqədə daxil olan kamerunlu forvard bir dəqiqə sonra məhsuldar ötürmə ilə hesabın açılmasında yaxından iştirak etdi və matçın sonlarına yaxın bir qol vurmağı da bacardı.

“Abubakarın transferi “Neftçi”ni uğursuzluq zolağından çıxara biləcəkmi” sualı ilə “ağ-qaralar”ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Sadıqovun Komanda.az-a açıqlaması belə oldu:

“Bilirsiz, mən hesab edirəm ki, bir futbolçu ilə hansısa uğursuzluq zolağından çıxmaq gündəmdə olmamalıdır. Ən vacibi odur ki, bu gün Abubakar da öz çıxışında bildirir ki, biz hamımız bir olsaq, bir nöqtəyə vursaq və bir yerdə çalışsaq, “Neftçi”nin ənənələrini nəzərə alaraq, əvvəlki əzəmətini qaytarmaqla istədiyimizə nail ola bilərik. Buna biz də – “Neftçi” rəhbərliyi, “Neftçi”sevərlər də ümid edirik. Və hamımız ümid edirik ki, tezliklə əzəmətini qaytaran, öz ənənəsinə sadiq olan güclü bir “Neftçi” görəcəyik. Bununla da ancaq və ancaq ümumi futbolumuz udacaq, gələcəkdə də bunun şahidi olacağıq”.

“Neftçi” Azərbaycan Premyer Liqasında 9 turdan sonra 12 xalla 8-ci pillədə yer alır.

Fəxri Rüstəmli

The post Abubakar “Neftçi”ni uğursuzluq zolağından çıxara bilər? – AÇIQLAMA appeared first on Komanda.az.

“Neftçi”nin oyununa giriş pulsuz olacaq

27 October 2025 at 21:36

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, “Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

Before yesterdayMain stream

Vensan Abubakar: “Neftçi”yə faydalı olmaq üçün gəlmişəm”

26 October 2025 at 20:00

“Neftçi”nin yeni transferi, kamerunlu mərkəz hücumçusu Vensan Abubakar paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib. Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ” üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra fikirlərini bölüşüb. Kamerunlu forvard “Neftçi” camiəsinin və azarkeşlərin onu Bakıda çox yaxşı qarşıladıqlarını bildirib: “Öncə…

Source

Samir Abasov: “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır”

26 October 2025 at 19:00

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Qəbələ” çox yaxşı komandadır. Burada oynamaq çətindir.

Source

“Qəbələ” – “Neftçi” 0:2 – Video

26 October 2025 at 18:30

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Qəbələ” – “Neftçi” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Qəbələ” – “Neftçi” 0:2 Qollar: İfeanyi Metyu, 72. Vensan Abubakar, 81. Sarı vərəqələr: Edvin Kuç, 40 (qeyri-idman hərəkəti). Elvin Camalov, 42 (qeyri-idman hərəkəti).

Source

Premyer Liqa: Abubakar qolla başladı, “Neftçi” qalib gəldi

26 October 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub. “Qəbələ” doğma meydanda “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Qəbələ şəhər stadionunda baş tutmuş qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edib. Paytaxt təmsilçisi bu oyunda…

Source

Premyer Liqa: “Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

26 October 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Qəbələ” ilə “Neftçi” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Turun qapanış matçında isə son çempion…

Source

Vensan Abubakar “Neftçi” ilə rəsmi müqaviləyə imza atdı

21 October 2025 at 18:00

Futbol üzrə Kamerun milli komandasının hücumçusu Vensan Abubakar Azərbaycan klubu “Neftçi” ilə rəsmi müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, Abubakar bu gün Bakıdakı özəl klinikalardan birində müayinədən keçib. Kamerunlu hücumçudan kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM…

Source

Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir”

19 October 2025 at 22:40

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra nədənsə, geriyə oturduq. Bunun səbəbi istəkdən irəli gəlmirdi, belə bir planımız da yox idi. Çox top itirdik. Xüsusilə də orta xətdə. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissədə çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Amma bu, bəhanə deyil.

1:0-dan sonra müdafiəyə oturmaq tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır”.

Samir Abasov Vensan Abubakarın transferinə də münasibət bildirib:

“Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq. Abubakar rəqiblər üçün də motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik”.

The post Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir” appeared first on ARENA.AZ.

“Neftçi” – “Araz-Naxçıvan” 2:2 – Video

19 October 2025 at 22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun bu gün keçirilmiş “Neftçi” – “Araz-Naxçıvan” matçı bərabərliklə (2:2) başa çatdı.

Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
8-ci tur
19 oktyabr

“Neftçi” – “Araz-Naxçıvan” 2:2
Qollar: Bassala Sambu, 19. Emin Mahmudov, 56 – Ba-Muaka Simakala, 36; 47.
Sarı vərəqələr: İqor Ribeyro, 28 (qeyri-idman hərəkəti). Sessi D Almeyda, 33 (qeyri-idman hərəkəti). Freddi Varqas, 62 (qeyri-idman hərəkəti). Luis Ortis, 78 (qeyri-idman hərəkəti) – Felipe Santos, 28 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəq.
Saat 18:30. “Palms Sports Arena ”, 2800 tamaşaçı.

Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.
Dördüncü hakim: İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi D Almeyda (18. İfeanyi Metyu, 60), 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu (19. Ağadadaş Salyanski, 89), 11. İmad Faraj (47. Murad Məmmədov, 89), 10. Freddi Varqas, 23. Cordan Rezabala (22. Luis Ortis, 77).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə (29. Vanderson Melo, 70), 5. Slavik Alxasov (77. Bruno Franko, 90+4), 8. Coşqun Diniyev (19. Bar Kohen, 66), 24. Mustafa Əhmədzadə (23. Nuno Rodriqes, 70), 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos (7. Hamidu Keyta, 66), 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado.
Baş məşqçi: Elmar Baxşıyev.

The post “Neftçi” – “Araz-Naxçıvan” 2:2 – Video appeared first on ARENA.AZ.

❌
❌