Reading view

Lennart Karl – “Bayern”in ÇL-dəki yeni rekordçusu!

Almaniya çempionu “Bayern”in cinah hücumçusu, 17 yaşlı alman vinger Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Arena.az ESPN-ə istinadən xəbər verir ki, Lennart Münhen komandasının bu turnirdə qol vuran ən gənc futbolçusuna çevrilib. Almaniyalı oyunçu ÇL-in Liqa mərhələsinin 3-cü turunda “Brügge”yə (Belçika) qarşı keçirdikləri matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib.

Source

Quruseta: “Qarabağ”la matç finala bərabər görüş oldu”

“Atletik”in hücumçusu Qorka Quruseta Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bilbaoda baş tutmuş bu qarşılaşmada İspaniya təmsilçisi 3:1 hesablı əzmkar qələbəyə sevinib. Komandasının qələbəsinə 2 qolla töhfə vermiş Qorka Quruseta matçdan sonra…

Source

“Qarabağ”ın rəqibi olan “Ayaks” antirekordunu təkrarladı

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan Niderlandın “Ayaks” klubu 67 ildən sonra antirekordunu təkrarlayıb. Arena.az xəbər verir ki, bu, Amsterdam təmsilçisinin İngiltərədə “Çelsi”yə uduzduğu oyunda (1:5) gerçəkləşib. Komanda 1958-ci ilin fevralından bu vaxtadək ilk dəfə bu turnirdə matçın ilk hissəsində dörd qol buraxıb. Sonuncu belə hadisə 67 il əvvəl…

Source

“Çelsi” “Qarabağ”la oyundan öncə ÇL-in tarixinə düşdü

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində üz-üzə gələcəyi İngiltərənin “Çelsi” klubu bu turnirin tarixinə düşüb. Arena.az xəbər verir ki, “zadəganlar” buna ÇL-in Liqa mərhələsinin 3-cü turunda Niderland təmsilçisi “Ayaks”ı məğlub etdikləri (5:1) matçda nail olublar. London komandasının üç gənc futbolçusu (U-20) sözügedən qarşılaşmada fərqlənib. 19 yaşlı Mark Qiu ilə…

Source

ÇL-də yeni qol rekordu qeydə alındı

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün 3-cü turunda yeni qol rekordu qeydə alınıb. Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, ÇL-in əsas mərhələsinin 3-cü turu çərçivəsində 21 və 22 oktyabr tarixlərində keçirilmiş 18 oyunda komandalar ümumilikdə 71 qol vurublar. Bu göstərici turnirin tarixində məhsuldarlıq…

Source

ÇL: “Qarabağ” yalnız “Yunion”dan geri qalır

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları geridə qalmış matçlarda 150 dəfə buna nail olublar. Belçikanın “Yunion” (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi “Atletik” (146) isə üçüncüdür. Xatırladaq ki, “Qarabağ”…

Source

Leandro Andrade ilkə imza atdı, Yan Sorenseni geridə qoydu

UEFA Çempionlar Liqasının “Atletik”lə səfər matçı “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade üçün əlamətdar olub. Arena.az xəbər verir ki, kabo-verdeli futbolçu unikal nailiyyətə imza atıb. O, bunu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”lə oyunun 48-ci saniyəsində qol vurmaqla bacarıb. 26 yaşlı oyunçu Bilbaodakı matçın startında hesabı açıb.

Source

ÇL: “Çelsi”, “Bayern” və “Liverpul”dan darmadağın

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub. Azərbaycan çempionu “Qarabağ”ın səfərdə İspaniya “Atletik”inə məğlub olduğu gündə ÇL-dəki digər rəqiblərindən “Çelsi” də evdə “Ayaks”la qarşılaşıb. London klubu bu oyunda darmadağına…

Source

Valverde: “Qarabağ”ın bizə qol vurmasını sakit qarşıladım”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. İspaniya təmsilçisi bu görüşdə 3:1 hesablı əzmkar qələbəyə sevinib.

Source

Qurban Qurbanov: “Məğlub olmamaq şansımız var idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsiylə yekunlaşıb.

Source

ÇL: “Qarabağ” Bilbaodan xalsız qayıdır

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutub. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Qurban Qurbanovun kollektivi qitənin…

Source

“Atletik” – “Qarabağ”: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Atletik” – “Qarabağ” matçının start heyətləri müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun Bilbaoda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək. “Atletik” – “Qarabağ” Baş hakim: İqor…

Source

Erlinq Haland Kristiano Ronaldonun rekorduna şərik oldu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının əsas mərhələsində “Vilyarreal”a vurduğu qolla yeni göstəriciyə imza atıb. Arena.az xəbər verir ki, norveçli forvard həm klub və həm də millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kristiano Ronaldonun rekorduna şərik olub. Xatırladaq ki, “Vilyareal” – “Mançester Siti” matçında “şəhərlilər”…

Source

Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Olimpiakos”la ev oyunu “Barselona”nın futbolçusu Lamin Yamal üçün əlamətdar olub. Arena.az xəbər verir ki, gənc vinger 6:1 hesablı qələbəyə sevindikləri və bir qol vurduğu bu görüşdə meydana çıxmaqla ÇL-in tarixinə düşüb. Belə ki, 18 yaşlı ispan oyunçu qitənin bir nömrəli klub turnirində 25 matçda meydana çıxmış ən gənc futbolçu…

Source

ÇL: Bir gündə vurulmuş qollara görə ikinci ən yaxşı göstərici!

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) bir gündə vurulmuş qolların sayına görə ən yaxşı ikinci göstərici qeydə alınıb. Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir. Bu, qitənin bir nömrəli klub turnirinin 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turu çərçivəsində ötən gecə baş tutmuş 9 matçdan sonra gerçəkləşib.

Source

ÇL-də Liqa mərhələsinin 3-cü turunun son 9 oyunu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turuna yekun vurulacaq. Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”ın səfərdə İspaniya “Atletik”i ilə üz-üzə gələcəyi gündə rəqiblərindən “Çelsi” də evdə “Ayaks”la qarşılaşacaq. “Liverpul” səfərdə “Ayntraxt”ın qonağı…

Source

ÇL: “Qarabağ” Bilbaoda “Atletik”lə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxacaq. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat…

Source

ÇL: “Atletiko”, “Napoli” və “Bayer” darmadağına üzüldülər

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 3-cü tura start verilib. Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub. London “Arsenal”ı doğma meydanda Madrid “Atletiko”sunu, “Barselona” isə “Olimpiakos”u qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər. Azərbaycan çempionu “Qarabağ”ın…

Source

Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ağdam klubunun təcrübəli müdafiəçisi bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında…

Source

Qurban Qurbanov: “Atletik”in tempinə davam gətirməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Qurban Qurbanov bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında fikirlərini…

Source

Aytor Paredes: “Özümüzü “Qarabağ”la matçda favorit saymırıq”

“Atletik”in müdafiəçisi Aytor Paredes Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Aytor Paredes bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları…

Source

Ernesto Valverde: “Hədəf “Qarabağ”la matçda 3 xal qazanmaqdır”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ernesto Valverde bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında…

Source

“Arsenal” – “Atletiko” matçı öncəsi isti su qalmaqalı

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Arsenal” – “Atletiko” oyunundan əvvəl İspaniya klubu UEFA-ya şikayət ünvanlayıb.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

İspanların şikayətinə London klubunun “Emireyts” stadionundakı məşqdən sonra qonaq komandanın futbolçularını isti su ilə təmin etməməsi səbəb olub. Nəticədə İspaniya nəhənginin oyunçuları duş ala bilməyiblər. Klub məsələ ilə bağlı stadion işçilərinə məlumat versə də, buna məhəl qoyulmayıb. Futbolçular duş almadan Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.

Madrid klubunun rəhbərliyi üzləşdikləri problemlə bağlı dərhal UEFA-ya da şikayət ediblər. Böyük ehtimalla, ali futbol qurumu İngiltərə klubunu buna görə cərimə edəcək.

Qeyd edək ki, “Arsenal” – “Atletiko” matçı bu gün “Emireyts” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

The post “Arsenal” – “Atletiko” matçı öncəsi isti su qalmaqalı appeared first on ARENA.AZ.

ÇL: Liqa mərhələsində 3-cü tura start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 3-cü tura start veriləcək.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

London “Arsenal”ı doğma meydanda Madrid “Atletiko”sunu, “Barselona” isə “Olimpiakos”u qəbul edəcək.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Napoli” səfərdə PSV-nin qonağı olacaq.

ÇL-in sonuncu qalibi PSJ Almaniyada “Bayer”lə, “Mançester Siti” isə İspaniyada “Vilyarreal”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
21 oktyabr

20:45. Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan)
20:45. Kayrat (Qazaxıstan) – Pafos (Kipr)
23:00. Arsenal (İngiltərə) – Atletiko (İspaniya)
23:00. Bayer (Almaniya) – PSJ (Fransa)
23:00. Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə)
23:00. PSV (Niderland) – Napoli (İtaliya)
23:00. Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya)
23:00. Yunion (Belçika) – İnter (İtaliya)
23:00. Nyukasl (İngiltərə) – Benfika (Portuqaliya)

The post ÇL: Liqa mərhələsində 3-cü tura start verilir appeared first on ARENA.AZ.

“Qarabağ” Bilbaoya yollanır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”in qonağı olacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.

Arena.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.

Sabah – oktyabrın 21-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Tədbirdə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Yeri gəlmişkən, Bilbao təmsilçisi oyun üçün Azərbaycan klubuna 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.

Bu vacib oyun ərəfəsində Ağdam klubunun heyətində itki var. Musa Qurbanlı zədə səbəbindən “Atletik”lə matçı buraxacaq. 23 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində ağrılar hiss edib və iki həftəlik müalicəyə ehtiyacı olduğu müəyyənləşib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaodakı “Estadio de San Mames”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

The post “Qarabağ” Bilbaoya yollanır appeared first on ARENA.AZ.

“Atletik” – “Qarabağ” oyunu xorvat hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zobenitsa və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək. VAR-da İvan Bebek, AVAR-da isə Fedayi San əyləşəcək.

Xatırladaq ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də Bilbao şəhərində keçirləcək. “San Mames” stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində geridə qalmış 2 turdan sonra Azərbaycan çempionu 6 xalla 6 şərikli liderdən biridir. Bilbao təmsilçisi isə əvvəl keçirdiyi hər iki oyunda uduzub və turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb.

The post “Atletik” – “Qarabağ” oyunu xorvat hakimə tapşırıldı appeared first on ARENA.AZ.

❌