Reading view

Andreas Kristensen yenə sıradan çıxdı

“Barselona”nın danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen yenidən zədə alıb və bir müddət komandasına kömək edə bilməyəcək Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir. Kristensenin zədəsinin ciddi olmadığı bildirilsə də, təfərrüatlar açıqlanmır. Danimarkalı futbolçunun sıraya nə vaxt dönəcəyi də bilinmir. Andreas Kristensen futbola “Skyal…

Source

Venger “Barselona”nın “el klasiko”dakı məğlubiyyətini şərh etdi

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger Madriddə keçirilmiş “el klasiko”da “Barselona”nın “Real”a 1:2 hesablı məğlubiyyətini şərh edib. Arena.az fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir: “Görünürdü ki, “Barselona”nın müdafiəsində, ən təcrübəli oyunçulardan biri olan İnyiqo Martines əskikdir… Gözə çarpırdı ki, müdafiənin Kilian Mbappe kimi bir oyunçuya qarşı yetkinliyi…

Source

“Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb

“Barselona”nın prezidenti Xuan Laporta komandanı “el klasiko”da “Real”a 1:2 hesabı ilə uduzduqdan sonra ruhlandırıb. La Liqanın 10-cu turunda baş tutan matçdan sonra Madrid klubunun xal fərqi 5-ə yüksəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Laporta növbəti gün klubun məşq bazasına gedərək, futbolçular qarşısında qısa, motivasiyaedici çıxış edib.

Prezident bu addımı ilə komandasına dəstəyini göstərib və “Real”a məğlubiyyətin onlara mənfi təsir göstərməməsini istəyib.

Laporta həm futbolçulara, həm də baş məşqçi Hans-Diter Flikə güvəndiyini və “Barselona”nın bütün turnirlərdə mükafat uğrunda mübarizə aparmaq gücündə olduğuna inandığını deyib.

The post “Barselona”nın prezidenti “Real”la oyundan sonra futbolçularla görüşüb appeared first on Komanda.az.

“Barselona”ya zədəlilərindən xoş xəbər

“Barselona”nın zədəli futbolçuları Robert Levandovski və Xoan Qarsiya komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu komandanın son məşqində iştirak edib.

Onlar şans veriləcəyi halda, noyabrın 2-də “Elçe” ilə La Liqa matçına çıxa bilər.

Karreras Yamalı ələ saldı, Rafinya isə onun səhvini açıqladı

“Real”ın müdafiəçisi Alvaro Karreras “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamalın qarşısını necə ala bildiyi ilə bağlı sualı cavablayıb. Arena.az ispan futbolçunun müvafiq cavabını təqdim edir: “Xüsusilə çalışmağıma gərək olmadı. Bizim məşqçimiz Xabi Alonsonun məşqlərdəki driblinqi ondan daha yaxşıdır”, deyə Karreras gülərək bildirib. “Barselona”nın braziliyalı ulduzu Rafinya…

Source

Levandovski qayıdır

“Barselona”nın hücumçusu Robert Levandovski zədədən sonra artıq noyabrın 2-də, La Liqanın 11-ci turunda “Elçe”yə qarşı oyunda meydana çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Polşalı forvard artıq əsas komanda ilə məşqlərin bir hissəsində iştirak edib. Həmçinin, kataloniyalıların qapıçısı Xuan Qarsiyanın da bərpa prosesi uğurla davam edir və onun da qarşıdakı görüşdə meydana çıxma ehtimalı var.

Qarsiyanın vəziyyəti oktyabrın 29-da, növbəti məşqdən öncə dəyərləndiriləcək. Klubun həkimləri onun səhhəti ilə bağlı risk etməyəcəklərini vurğulayıblar.

The post Levandovski qayıdır appeared first on Komanda.az.

Yamal “el klasiko”dan sonra profil şəklini silib

“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal son “el klasiko”da uğursuz çıxış edib və matçın ən aşağı qiymət alan oyunçularından biri olub.

Oktyabrın 26-da keçirilən La Liqanın 10-cu tur matçında “Real” doğma meydanda “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində Yamal yerli azarkeşlər tərəfindən fitə basılıb. Matçdan sonra isə gənc futbolçu sosial şəbəkədəki profil şəklini silərək, yerinə qara fon qoyub.

Qarşılaşma öncəsi Yamalın “Real” haqqında sərt açıqlamaları diqqət çəkmişdi və bu, matçdan sonra meydanda yaşanan gərginlikdə əsas səbəblərdən biri olub.

The post Yamal “el klasiko”dan sonra profil şəklini silib appeared first on Komanda.az.

Pedri: “Komandanın oyunundan razı deyiləm”

İspaniya yığma komandasının və “Barselona”nın 22 yaşlı mərkəz yarımmüdafiəçisi Pedri “blauqrana”nın oyun keyfiyyətindən narazıdır. Arena.az ispan futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Komandanın oyunundan razı deyiləm. Bir çox xüsusları yaxşılaşdırmalıyıq, xüsusən təpkini. Həmçinin topla oyunumuzu yaxşılaşdırmalıyıq ki, oyunun nəbzini artıraq və daha çox fürsət yaradaq”.

Source

De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “el klasiko”dan (1:2) sonra “Real”ın kapitanı Dani Karvahalın Lamin Yamala etdiyi hərəkətə sərt reaksiya verib.

Matç bitdikdən sonra Karvahal əli ilə “sus” işarəsi göstərərək, Yamala “jest” edib. Bu hərəkət “Barselona” düşərgəsində narazılıq yaradıb.

Komanda.az xəbər verir ki, De Yonq ESPN-ə açıqlamasında onların bir-birini yaxşı tanıdıqlarını bildirib:

“Karvahal Yamalla danışmaq istəyirdisə, bunu təkbətək edə bilərdi. Belə hərəkətlər etmək lazım deyil deyirsə, qoy zəng etsin, axı onlar İspaniya millisində bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Meydanda səhnə qurmağın nə mənası var?”

18 yaşlı Yamal matçdan öncə Jerar Pike (“Barselona”nın keçmiş futbolçusu) tərəfindən təşkil olunan “Medialiqa”nın “YouTube” yayımında “Real”ı saxtakarlıqda ittiham etmişdi.

The post De Yonq: “Meydanda səhnə qurmağın nə mənası var?” appeared first on Komanda.az.

Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır

“Barselona”nın hücumçusu Lamin Yamal tanınmış keçmiş cütlük – Jerar Pike (“Barselona”nın sabiq futbolçusu) və müğənni Şakiranın əvvəllər yaşadığı malikanəni almağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Yamal yeni evi hazırkı sevgilisi Niki Nikolla birlikdə paylaşmağı planlaşdırır. O, bu addımı ilə “Barselona”dakı komanda yoldaşları Alexandro Balde və Ronald Arauxonun qonşusu olacaq.

Malikanə Barselona yaxınlığında, Espluges-de-Ljobreqat rayonundakı “Ciutat Diagonal” yaşayış kompleksində yerləşir. Bura öz məxfiliyi və eksklüzivliyi ilə tanınır.

İspaniyalı futbolçu cari mövsümdə “Barselona”nın heyətində La Liqa və UEFA Çempionlar Liqasında 8 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

The post Yamal Pike ilə Şakiranın keçmiş evini almağa hazırlaşır appeared first on Komanda.az.

“Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub

“Real” dünən La Liqanın 10-cu turunda doğma meydanda “Barselona”nı məğlub edib.

“Santyaqo Bernabeu”da keçirilən qarşılaşma madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Barselona” köməkçi-məşqçisi Markus Sorqun rəhbərliyi altında keçirdiyi bütün üç oyunda məğlub olub.

Kataloniyalılar daha əvvəl Sorqun idarəçiliyi altında “Atletiko”ya və “Leqanes”ə də uduzmuşdular. Hər iki qarşılaşma ötən ilin dekabrında baş tutmuşdu.

Baş məşqçi Hans-Diter Flik “el klasiko”da iştirak edə bilməyib. O, “Jirona” ilə oyunda qırmızı vərəqə aldığı üçün diskvalifikasiya olunmuşdu.

“Barselona” növbəti turda doğma meydanda “Elçe”ni qəbul edəcək.

The post “Barselona” onun başçılığı altında bütün oyunlarda uduzub appeared first on Komanda.az.

Raul: “Yamal əngəlləri vurub-yıxan əntiqə bir oyunçudur”

“Real”ın əfsanəsi, ispan kemiş hücumçu Raul Qonsales, “Barselona”nın 18 yaşlı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal haqda fikrini bildirib. Arena.az Raulun müvafiq fikrini təqdim edir: “Yamal əngəlləri vurub-yıxan əntiqə bir oyunçudur. Fikrimcə, o, həm klubu və həm də İspaniya yığması üçün çox vacib oyunçu ola biləcək”, deyə Raul vurğulayıb. Xatırladaq ki, Lamin Yamal “Barselona”…

Source

Raul və Fiqodan “el klasiko” ilə bağlı proqnoz

“Real”ın sabiq hücumçusu Raul Qonsales İspaniya La Liqasının 10-cu turunun “Real” – “Barselona” oyunundan gözləntisini açıqlayıb. Arena.az ispaniyalı veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Komandaların bu oyuna hansı vəziyyətdə yaxınlaşmaları vacib deyil – bu, həmişə xüsusi oyundur. Fikrimcə, “Real” azacıq üstünlüyə malikdir, belə ki, evdə oynayacaq və azarkeşlərinin…

Source

Hansi Flik “Real”la matçda texniki zonada olmayacaq

“Barselona”nın alman baş məşqçisi Hansi Flik La Liqanın 10-cu turunda qarşılaşacaqları “Real”la matçda texniki zonada yer ala bilməyəcək. Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir. Bildirilir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçisinin qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini qəbul etməyib.

Source

Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Olimpiakos”la ev oyunu “Barselona”nın futbolçusu Lamin Yamal üçün əlamətdar olub. Arena.az xəbər verir ki, gənc vinger 6:1 hesablı qələbəyə sevindikləri və bir qol vurduğu bu görüşdə meydana çıxmaqla ÇL-in tarixinə düşüb. Belə ki, 18 yaşlı ispan oyunçu qitənin bir nömrəli klub turnirində 25 matçda meydana çıxmış ən gənc futbolçu…

Source

❌