Reading view

Vüqar Məmməd: “4-5 top fərqlə qalib gəlməli idik”

Misli Premyer Liqasının XXVI turunun “Zirə” – “Şamaxı” oyunundan (1:1) sonra meydan sahiblərinin məşqçisi Vüqar Məmməd fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

“Çoxsaylı qol epizodlarını boşa verdik, demək olar ki, oyun 90 dəqiqə üstünlüyümüz şəraitində keçdi. Qırmızı vərəqədən əvvəl də, sonra da bu belə idi. 4-5 top fərqi ilə qələbə qazanmalı olduğumuz oyunda bərabərliklə kifayətləndik. Təəssüf ki, sonda 2 xal itirdik. Futbolçularımız qələbəni çox istəyirdi, kifayət qədər cəhd etdilər. Biz hər oyuna maksimum köklənirik. Yuxarı pillərdə yer tutmağı hədəfləyirik. Komandanın penalti istifadə edən futbolçuları Qismət və Ruandır. Topa bu gün Ruan yaxınlaşdı, lakin bəxti gətirmədi. İstər çempionat oyunu, istərsə də kubok oyunu olsun, eyni ciddiyyətlə yanaşırıq.”

Adil Nəhmətli

Ayxan Abbasov: “Rəqibi 1 xal münasibətilə təbrik edirəm”

Misli Premyer Liqasının XXVI turunun “Zirə” – “Şamaxı” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:

“Maraqlı və gərgin oyun oldu. İlk hissədə taktiki döyüş izlədik. Rəqibin ikinci hissədə fərqli oynayacağını bilirdik, amma ilk dəqiqələrdən qırmızı vərəqə almağımız işimizi çətinə saldı. 11 metrlik cərimə zərbəsi də əlavə zərbə oldu. Əsas olan odur ki, qol buraxdıqdan sonra belə, komandamız dağılmadı, şansımızı sona qədər saxladıq. 10 nəfərlə “Zirə” kimi komandadan səfərdə 1 xal almaq bizim üçün uğurdur. Məncə, “Şamaxı” bu mövsüm boyundan yuxarı atlandı, futbolçuların oyunu, çempionata yanaşması məni qane edir. Rəqibi 1 xal münasibətilə təbrik edirəm. Gələcək oyunlarda uğurlar arzu edirəm.”

Adil Nəhmətli

“Araz-Naxçıvan” – “Sabah”: Heyətlər

“Araz-Naxçıvan” Misli Premyer Liqasının XXVI turunda bu gün “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala

Ehtiyat oyunçular:12. Kristian Avram 34. Urfan Abbasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 86. İbrahim Piriyev 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 11. Kahim Parris 7. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 13. İvan Lepiniça 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda

Xorxe Kaskilya: “Qələbə qazanmağa layiq idik”

Misli Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Xorxe Kaskilya fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

“Oyunçularımı təbrik etmək istəyirəm. Komanda doyüşkən oyun üslubuna qayıdıb. Bu tempdə davam etsək, istənilən rəqibə çətinlik yarada bilərik. İlk qolu vurana qədər oyun bizim üçün çətin keçirdi. Bütün görüş boyu taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiədəki səhvlərimiz və Morqanın zədələnməsi səbəbilə qapımızda qol gördük. İkinci hissəyə daha rahat başladıq. 2:1 hesab ilə qalib gəlməli idik, buna layiq idik. Bu bir xal da bizim üçün çox vacibdir. İndi bütün diqqətimiz “Qəbələ” ilə oyuna yönəlib”.

Kurban Berdiyev: “Çox vacib xallar itirdik”

Misli Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:

“İlk hissədə çox pis oynadıq. Hissənin axırlarına yaxın demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq, amma ikinci qolu vurmaq üçün bəzi şeylər kifayət etmədi. Təəssüf ki, çox vacib xallar itirdik”.

Adil Nəhmətli

 

“Ayın qolu” layihəsinin qalibləri bilindi

Azərbaycan çempionatlarında “Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Eren Aydın, I Liqada Tərlan Quliyev və II Liqada Emil Quluzadə birinci olub.

“Zirə” – “Şamaxı”: heyətlər

“Zirə” Misli Premyer Liqasının XXVI turunda bu gün “Şamaxı”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 22. Eren Aydın
Məşqçi: Vüqar Məmməd

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 88. Rodriqo Fernandeş 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Qubada heyətlər məlum oldu

“Turan Tovuz” Misli Premyer Liqasının XXVI turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Quba OİK stadionunda, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya

“Turan Tovuz”: 1. Oleq Baklov 88. Faiq Hacıyev (k) 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman  32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 99. İbrahima Vadji 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

 

“Neftçi”nin sıçrayışı

“Neftçi” Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv son olaraq Sumqayıtda yerli komandaya qalib gəlib – 3:1.

“Ağ-qaralar” yüksəlişdədir. Vernidubun gəlişindən sonra oyun planında artıran bakılılar son üç oyunda 12 qol vurub. “İmişli”ni 6 qolla məğlub edən “Neftçi” “Sumqayıt” və “Qəbələ”yə də eyni hesabla qalib gəlib – 3:1.

Xallarını artıran paytaxt klubu turnir cədvəlində beşinci sıraya yüksəlib. Komanda “Zirə”dən iki xal geri qalır. Üçüncü “Turan Tovuz”la xal fərqi isə 8-dir.

Sıralanan qələbələrlə avrokubok iştahası artan “Neftçi” üçün bu ay həlledici olacaq. Əsas rəqiblər, “Araz-Naxçıvan” və “Zirə” ilə oyunlar, ardıcıl “Qarabağ”la iki duel komandanın mühüm sınaqlarıdır. Vernidub özü də bu qrafiklə “ağ-qaralar”ın nəyə qadir olduğunu görmək üçün yaxşı fürsət yarandığını bildirib.

Bu mövsüm avrokuboklara vəsiqə qazanılmasa belə, Vernidub “Neftçi” üçün doğru seçim olduğunu sübut edib. Həm nəticələr, həm də komandanın sərgilədiyi oyun bunun bariz sübutudur. İlin əvvəlində gözləntiləri qarşılaya bilməyən Bassala Sambu, İmad Faraj, Fredi Varqas kimi adlar artıq komandanın əsas silahlarına çevrilib. “Pafos”la razılaşan Murad Məmmədov da hər oyunda öz keyfiyyətini nümayiş etdirməkdədir. İqor Ribeyro və Elvin Bədəlov tandemi müdafiənin mərkəzində inamlı çıxışı ilə seçilib. Qapıçı Kenan Piriçin də kritik seyvlərini xüsusi qeyd etmək lazımdır.

Heyətin özəyi qorunsa və yeni mövsüm üçün bəzi mövqelərdə güc artırılsa, “Neftçi” çoxdandır arzuladığı çempionluq yarışının əsas adlarından birinə çevrilə bilər. Düzdür, indiki məqamda iddialı danışmaq tezdir, lakin gedişatın göstərdiyi məhz budur. “Neftçi”nin nə göstərəcəyini isə zamanla məlum olacaq.

Şahin Cəfərov

“Qarabağ” belə rahat olmamışdı…

“Qarabağ” Misli Premyer Liqasının XXVI turunda autsayder “Karvan-Yevlax”ı darmadağın edib – 7:0.

Oyundan öncə proqnozlaşdırıldığı kimi rahat qələbə qazanan “atlılar” liqanın sonuncusu qarşısında çətinlik çəkmədi. İlk hissədə vurduğu ardıcıl qollarla oyunun taleyini həll edən Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsini qazanıb.

Rahat hücumlar təşkil edən, qısa və bəzən də uzun ötürmələrdə qol şansları yaradan “Qarabağ” bəlkə də, bu “futbol ili”ndə ilk dəfə şanslarından bu qədər maksimum yararlanmağı bacardı. Rəqib müdafiəsinin kobud səhvlərini də qeyd etmək yerinə düşər. “Karvan-Yevlax” son çempion qarşısında məhəllə komandası təsirini bağışlayırdı.

Autsayder “Karvan-Yevlax” 11-ci sırada yer alan “Qəbələ”dən 11 xal geri qalır. Qarşıda 7 tur var və yevlaxlıların bu fərqi bağlayacağı inandırıcı görünmür. Komandanın sərgilədiyi oyun ümid vermir. “Qarabağ”la matçda alınan böyükhesablı məğlubiyyət bölgə klubu üçün əlavə zərbə oldu. Oyuna baxsaq, artıq autsayderin də taleyi ilə barışdığını demək olar. Heyət baxımından “Qəbələ” və “Kəpəz”dən geri qalan “Karvan-Yevlax”ın liqada qalması üçün artıq möcüzəyə ehtiyacı var.

Şahin Cəfərov

Bakıda ikinci hissə başladı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə üç qarşılaşma keçiriləcək.

“Zirə” evdə “Şamaxı”nı qəbul edib, ilk hissə qolsuz bərabərliklə bitib. Oyunun 52-ci dəqiqəsində qonaqların futbolçusu Dioqo Balau qırmızı vərəqə alıb. 66-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Ruan Renato penaltini qola çevirə bilməyib. Bununla belə, 69-cu dəqiqədə Mikkels komandasını hesabda irəli çıxarmağı bacarıb. “Zirə” azlıqda qalmış rəqibinə qarşı hesab üstünlüyünü qoruya bilməyib, 90+2-ci dəqiqədə Edqar Adilxanov hesabı bərabərləşdirib – 1:1.

“Turan Tovuz” Qubada “İmişli”nin qonağı olub. Oyun Kardozo və Mampassinin qolları ilə bərabərliklə yekunlaşıb – 1:1.

Lider “Sabah” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlir.

Misli Premyer Liqası
XXVI tur

7 aprel

15:00 İmişli – Turan Tovuz 1:1

Qol: Kardozo, 45+1 – Mampassi, 53

Quba OİK stadionu

17:15 Zirə – Şamaxı 1:1

Qol: Mikkels, 69 – Adilxanov, 90+2

Zirə İK stadionu

19:30 Araz-Naxçıvan – Sabah 2:2

Qol: F. Santos, 7, H. Keyta 26 – V. Simiç, 14, J. L. Mikkels, 38

Liv Bona Dea Arena

Qurban Qurbanov: “Hər oyuna hazır olmalıyıq”

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını belə cavablandırıb:

– Adətən “Qarabağ” liqada üstün olur və bu qədər xal fərqi ilə geriyə düşmür. Komanda hazırkı vəziyyətə lazımi reaksiyanı verə bilir? 

– Əlbəttə ki, verir. Komandada xarakter olduğu üçün nəticə qazanırıq. Bəzən uğursuz gedişatdan sonra geridönüş edə bilmişik, amma alınmayan zamanlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Potensiallı futbolçularımız var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. “Sabah” yaxşı balanslaşmış komandadır. “Neftçi”, “Zirə”, “Turan Tovuz” da oyunlarını inkişaf etdiriblər, stabil oyun göstərir, nəticə qazanırlar. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.

– Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var? 

– Fikir bildirmək bəlkə, düzgün deyil. Amma ümumən kənardan görünür ki, hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm, tələb çoxdur, yoxsa dünya futbolunda da hansısa yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsi az olan futbolçudan oyunda çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Konkret qayda olmalıdır, futbolun da, hakimliyin də dili birdir. Ola bilər ki, tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də özümüzə aid dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan da onlardır. Allah işlərini asanlaşdırsın.

Adil Nəhmətli

Füzuli Məmmədov: “Hər şey göz önündədir”

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Oyun haqqında çox danışmağa ehtiyac yoxdur, hər şey göz önündədir. Komandamız bu gün ağır məğlubiyyət aldı, “Qarabağ”ı təbrik edir, qarşıdakı oyunlarda onlara uğurlar arzulayıram”.

Adil Nəhmətli

“Qarabağ” – “Karvan-Yevlax”: heyətlər

“Qarabağ” Misli Premyer Liqasının XXVI turunda bu gün “Karvan-Yevlax”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

“Sabah”ın futbolçuları “üçlüy”ü ələ keçirib

Azərbaycan Premyer Liqasında ən çox məhsuldar ötürmə edən futbolçu Aleksey İsayevdir.

Futbolpress.az xəbər verir ki, “Sabah”da çıxış edən yarımmüdafiəçi 16 matçda 10 məhsuldar ötürmə edib.

İkinci və üçüncü sırada da “bayquşlar”ın futbolçuları yer alıb. Timoteuş Puxaç 9, Velko Simiç isə 8 assistlə “üçlüy”ü tamamlayır.

Dördüncü pillənin sahibi isə Kamilo Durandır. “Qarabağ”ın legioneri 23 oyunda 7 assist edib. Beşinci sırada isə “Neftçi”nin kapitanı Emin Mahmudov qərarlaşıb – məhsuldar ötürmə.

“Qarabağ” darmadağınla qələbə qazandı – YENİLƏNİB

Misli Premyer Liqasında bu gün XXVI turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” autsayder “Karvan-Yevlax”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə meydan sahibləri turnir cədvəlinin autsayderinə 7 cavabsız qolla qalib gəlib.

Kamilo Duranın het-trik, Leandro Andradenin dubl etdiyi oyunda Dani Bolt və Abdulla Zubir hərəyə bir dəfə fərqləniblər.

Bununla da “Qarabağ” ikinci pillədəki yerini möhkəmləndirib, “Karvan-Yevlax” isə sonuncu pillədə qərarlaşmağa davam edir.

Misli Premyer Liqası 
XXVI

6 aprel

19:00 Qarabağ – Karvan-Yevlax 7:0

Qollar: Leandro Andrade 23′, 64′, Kamilo Duran 31′, 45′, 48′ Dani Bolt 40′, Abdulla Zubir 43′

Baş hakim: Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika stadionu

İliç: “Neftçi” belə səhvləri bağışlamır”

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Bunun nəticəsində məğlub olduq.

– Komanda 10 oyundur, qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdir və istefa vermək haqda düşünürsünüz?
– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdur. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.

– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?
– Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhidir, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır.

– “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ”yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?
– “Kəpəz”lə oyunu izləmisiniz? Buraxdığımız qollara baxmısınız?

– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?
– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın birinci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

– Rəhbərliyi dediniz, futbolçuların səhvlərini bildirdiniz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiniz? 
– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri çalışmaqdır. Futbolda daha çox səhv edən komanda uduzur. Böyük problemimizdir, asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. “Qarabağ” eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdır…

– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcədə düzgündür?
– Mənim üçün inanılmazdır. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydir. Səbuhi bu klubun yetirməsidir. Onun oynamaq istəmədiyinə inanmıram.

– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?
– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmaq lazımdır. Demirəm ki, bütün səhvlər futbolçularn üzərinə düşür, hamının səhvləri var. Futbolçuların səhvi mənim də səhvim deməkdir. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.

Şahin Cəfərov

Vernidub: “Komandamın nəyə qadir olduğunu görmək istəyirəm”

Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz.

– Bu gün qələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişdinizmi?
– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə heyəti seçməliyəm. Özünüz də görürsünüz, bu gün komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budur.

– Qarşıda “Qarabağ”la 2 oyun var. Digər rəqiblər isə “Zirə” və “Araz-Naxçıvan”dır. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara hansı dərəcədə hazırsınız?
– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə qarşılaşacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları uğurla başa vura  bilsək, yaxşı olacaq.

– Emin Mahmudovun durumu necədir?
– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Bilirsiniz, kapitandır. Kapitanla oyun bir cürdür, kapitansız tam başqa. Meydandakı idarəetmə baxımından onsuz da çətinliklər ola bilir. Emin gün keçdikcə daha da yetkinləşir.

– Turnir cədvəlində sizdən aşağıda olan komandalara xal itirirsiniz. Qarşıda da onlara qarşı duellər olacaq. Hansısa fərqli planınız var?
– Hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.

– Plan eynidirsə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?
– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planımız da var.

– Bəzi taktiki dəyişikliklər etmişdiniz. Abubakar ehtiyatda olsa da, start “11-lik”də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdır?
– Varqas ikinci oyundur, hücumçu kimi oynayır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar hələ tam formasını yığmayıb. Buna görə startda Varqas oynadı və pis də alınmadı.

– “Turan Tovuz” – “Zirə” oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?
– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandır, səhv edə bilərlər. Məğlub olan komanda üçün qərarlar bəzən ağır olur. Gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.

Şahin Cəfərov

Bağırov: “Qəbələ” qələbəni daha çox istədi”

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Düzü, belə nəticəni gözləyirdim. Nə vaxtsa uduzacağımızı bilirdim. Hiss olundu ki, bu gün “Qəbələ” qələbəni daha çox istədi. Xırda səhvlərimiz qolla nəticələndi. Çempionat davam edir, növbəti oyunlara köklənəcəyik.

– Özünüzdən güclü rəqiblərə qarşı daha yaxşı oynayırsınız. Amma eyni mövqelərdə olduğunuz rəqiblərə xal itirirsiniz. Köklənmə problemi var?
– 4-5 oyundan sonra bir matçda zəif oynamaq normaldır. Ən az legioneri olan komandayıq. Əlimizə düşən fürsətləri dəyərləndirə bilməyəndə çətinlik olur. Bu gün adi epizodları vura bilmədik.

– Yusif İmanovun milliyə dəvət almamasına münasibətiniz nədir?
– Ayxan müəllimin futbolu, beynindəki düşüncələri və buna uyğun qapıçı seçimi – bu, normal bir haldır. Hətta biz görmüşük ki, öz klubunda oynamayan, millidə daha yaxşı oyunlar nümayiş etdirib. Normaldır. Hər məşqçinin futbola baxışı var. Ayxan müəllimin fikirlərinə və düşüncələrinə, futbola baxışına hörmətlə yanaşıram. Mən necə olardım? Başqa məsələdir.

– Rəhbərliklə yeni müqavilə haqda danışmısınız?
– Xeyr, yeni müqavilə imzalamamışıq. Amma bəzi söhbətlərimiz olub. Maliyyə tərəfləri tam bilinəndən sonra digər məsələlərə də aydınlıq gələcək. Yəni büdcəmizin nə qədər olacağı bəlli olduqdan sonra rəhbərliklə müzakirə aparacağıq. Bizim planımız var və ona uyğun da işimizə davam edirik.

Sxadadze: “Futbolçulara dedim ki…”

Misli Premyer Liqasının XXVI turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar, yaxşı nəticə qazandılar. Birinci hissədə oyunçularda gərginlik hiss olunurdu. Fasilədən sonra rəqibə imkan vermədik. Demək olar, şans yarada bilmədilər. İlk hissənin sonunda futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz. Bizim üçün hər oyun finala bərabərdir. Bu gün də göstərdik ki, oynaya bilirik.

– Ardıcıl məğlubiyyətlərdən sonra azarkeşlər sizi istefaya səsləyir, artıq klubun yeni baş məşqçi axtarması ilə bağlı xəbərlər çıxırdı. Bu, sizə necə təsir edirdi?
– Hər yerdə belədir. Komanda uduzursa, günahkar məşqçidir. İşimiz belədir. Azarkeşləri də başa düşürəm, nəticə istəyirlər. Onlarla görüşdüm və xahiş etdim ki, belə etməsinlər. Çünki onda komanda daxilində də atmosfer pozulur. Klubda görüş oldu, rəsmilər iştirak etdi. Bu, komandaya müsbət təsirini göstərdi.

– Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Sizcə, bu qələbəni şişirtməyə dəyər, ya necə? Nə düşünürsünüz?
– Yaxşı oyunlar oldu. Ayxan Abbasov komandanı toparlaya bilib. Psixoloji baxımdan belə qələbələr vacibdir. Komandanı indiki məqamda tənqid etmək olmaz. Bu, millidir və hər kəs onlara azarkeşlik etməlidir.

“Sumqayıt” – “Neftçi”: heyətlər

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda bu gün “Sumqayıt”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 24. Sənan Muradlı 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadjic 6. Sedrik Badolo 95. Nsana Simon
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç

“Neftçi”: 13. Kenan Piriç (k) 4. Elvin Camalov 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”ın oyunu 3 manata

Premyer Liqanın XXVI turu çərçivəsində keçiriləcək “Karvan-Yevlax” ilə oyunun biletləri bu gün satışa çıxıb.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymətlər isə 3 və 20 manat aralığındadır.

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Sabah keçiriləcək matça saat 19:00-da start veriləcək.

“Kəpəz” – “Qəbələ”: heyətlər

“Kəpəz” Misli Premyer Liqasının XXVI turunda bu gün “Qəbələ”ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 15:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov

“Qəbələ”: 1. Səlahət Ağayev  28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 8. Sambu Sissoko
Baş məşqçi: Kaxaber Sxadadze

 

“Qəbələ”dən qələbə, “Neftçi” səfərdə qazandı

Bu gün Misli Premyer Liqasında XXVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.

Günün birinci matçında “Kəpəz” Yevlaxda “Qəbələ”yə uduzub.

Digər görüşdə “Neftçi” “Sumqayıt”a qalib gəlib.

Misli Premyer Liqası
XXVI tur

5 aprel

15:30 Kəpəz – Qəbələ 0:2
Qollar:
Akinade, 74, Massumo, 90
Baş hakim: Vüqar Həsənli
Yevlax şəhər stadionu

18:00 Sumqayıt – Neftçi 1:3
Qollar:
Ninkoviç, 53 – Varqas, 36 (pen.), Metyu, 65, Abubakar, 89
Baş hakim: Kamal Umudlu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

❌