Reading view

“Qarabağ” 5, “Sabah” 10…

Yazın gəlişinə rəğmən havalar hələ soyuq keçsə də, Azərbaycan Premyer Liqasında temperatur çox qalxıb.

Turnir cədvəlinin “zirzəmisində” də, avrokuboklara vəsiqə uğrunda da şiddətli mübarizə gedir. Kimisi APL-i tərk edəcək, kimisi Avropaya vəsiqənin sevincini yaşayacaq… və bu arada, çempionluq uğrunda mübarizə son illərdə ilk dəfə “erkən doğuş” yaşadı.

Sona 4 tur qalmış, 13 xallıq fərq yaradan “Sabah”ın kürsünü əldən verməyəcəyi dəqiqdir.

“Bayquşlar”la “atlılar” Azərbaycan Kubokunda münasibətlərinə aydınlı gətirdi.

Diqqətləri üzərinə çəkən bu çəkişmə illər sonra ölkə futboluna canlanma gətirib. Ona görə də son ərəfələrin əsas manşetləri məhz bu iki klubla bağlı olur.

Maraqlı məqamlardan biri də proseslərin baş rolunda olan bu klubların növbəti mövsümə necə keçəcəyidir.

“Futbolpress.az” araşdırıb, yay fasiləsində “Qarabağ”ın 5, “Sabah”ın isə 10 futbolçu ilə müqaviləsi bitir.

Adları təqdim edirik:

“Qarabağ”:

Ramil Şeydayev
Badavi Huseynov
Emanuel Addai
Amin Ramazanov
Samy Mmae (icaresi bitir)

“Sabah”:

Stas Pokatilov
Nicat Mehbalıyev
İqor Noqeyra
Tellur Mütəllimov
Cesse Sekidika
Coy-Lens Mikels
Pavol Şafranko
Velko Simiç (icarə)
Orfe Mbina (icarə)
Timoteuş Puxaç (icarə)

“Atlılar”ın nə qərar verəcəyi hələ tam məlum deyil, amma heyəti gücləndirməkçün ciddi səbəblərin qabardığı bir mövsüm yaşadı.

“Futuristlər” isə gələcəyə daha yaxşı getmək üçün siyahıdakıların əksəri ilə anlaşma əldə etməyə çalışır. Məlumata görə Mikels, Pokatilov, Sekidika, Simiç və Puxaçla danışıqlar başlayıb və əsasən razılıq əldə olunub.

Güclülərin daha da güclənməsi daimi ehtiyacdır. Reallaşması diləyilə…

Kamil Əhməd

Sabah Joins Forces with Tourism Malaysia for Visit Malaysia Year Extension Plans: Everything You Need to Know

Read full article: https://www.travelandtourworld.com/news/article/sabah-joins-forces-with-tourism-malaysia-for-visit-malaysia-year-extension-plans-everything-you-need-to-know/

Sabah Joins Forces with Tourism Malaysia for Visit Malaysia Year Extension Plans: Everything You Need to KnowSabah and Tourism Malaysia...

Read More

Source: Travel And Tour World

TTW-1664960-1777279504

Original Source: Travel And Tour World
Unauthorized copying or republishing is prohibited.

TTW-1664960-20260425141357

“Zirə” Tovuz səfərində, lider autsayderə qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçiriləcək.

Günün birinci matçında “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.

Lider “Sabah” autsayder “Karvan-Yevlax”la qarşılaşacaq.

Misli Premyer Liqası
XXIX tur

27 aprel

18:00 Turan Tovuz – Zirə
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00 Sabah – Karvan-Yevlax
Baş hakim: Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

Premyer Liqa: “Turan” “Zirə”yə, “Sabah” “Karvan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 29-сu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Turan Tovuz” ilə “Zirə” arasında keçiriləcək. Tovuz şəhər stadionunda təşkil ediləcək görüşə saat 18:00-da start veriləcək. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

Turun qapanış oyununda isə “Sabah” “Karvan”la üz-üzə gələcək. “Masazır Arena”da baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.

Premyer Liqa
29-cu tur
25 aprel

“İmişli” – “Sumqayıt” 0:2
Qollar: Aleksandr Ramalinqom, 35; 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Qollar: Ömər Buludov, 75-öz qapısına – İssuf Paro, 82.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

26 aprel

“Şamaxı” – “Kəpəz” 2:0
Qollar: Rikardo Apolinario, 68. Andrey Tırkovyanu, 75.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Emin Əliyev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ” 1:5
Qollar: Elvin Bədəlov, 20 – Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Arena”, 19:00.

27 aprel

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

“Sabah” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Masazır Arena”, 20:00.

Final oyununun nominal meydan sahibi bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Mərasimdə Peşəkar Futbol Liqasının, “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” mətbuat katibi Elmar Abdullazadə, “Sabah” isə klubun meneceri İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Neftçi Arena”da keçiriləcək. Həlledici matça saat 20:00-da start veriləcək.

“Zirə” 3-cü, “Sabah” 2-ci dəfə finalda oynayacaq

Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün finalında “Zirə” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, “Zirə” yarımfinalda “Turan Tovuz”u (2:0, 0:0), “Sabah” “Qarabağ”ı (2:2, 2:1) mübarizədən kənarlaşdırıb.

Qəsəbə klubu tarixində 3-cü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/2022 və 2023/2024 mövsümlərində həlledici matçın iştirakçısı olub.

“Sabah” isə həm tarixində, həm ardıcıl ikinci dəfə finalda oynayacaq. Ötən mövsümün qalibi titulunu qorumağa çalışacaq. Mayın 13-də qarşılaşacaq rəqiblərin əvvəlki final oyunlarında eyni komanda ilə – “Qarabağ”la qarşılaşıblar.

Ümumilikdə isə 1992-ci ildən keçirilən yarışda 19 komanda final oynayıb: “Qarabağ” – 12, “Neftçi” – 11, “Şamaxı” – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı”, “Zirə” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Sabah” – 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” L, “İnşaatçı” Sb – 1.

“Sabah” kubokda 20-ci qolunu vurdu, 30-cu oldu

2025/2026-cı illər mövsümündəki uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb.

Arena.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.

O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vurmuş 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, Azərbaycan Kuboku çərçivəsində evdə ən çox qola imza atmış komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

“Qarabağ” üzərindəki qələbə ilə (2:1, ilk oyun 2:2) finala yüksəlmiş “bayquşlar” finalda “Zirə” ilə üz-üzə gələcəklər. Həlledici oyun mayın 13-də keçiriləcək.

Dambrauskas: “Hakimlik də inkişaf etməlidir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncə “Sabah” ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Bir-birinə yaxın iki komandanın mübarizəsi idi. Oyunda demək olar ki, hər şey var idi. Əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışdıq. Düzdür, çətin anlarımımız oldu. Birinci hissədə bəzən topa nəzarət rəqibə keçirdi. Oyunda önəmli an buraxdığımız qol idi. Qoldan sonra çox yaxşı reaksiya verdik. Heç vaxt təslim olmadıq, sona qədər mübarizə apardıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bu qələbəni bir az qeyd edib, sabahdan bərpaya başlayacağıq. Bazar ertəsi bizi çox önəmli matç gözləyir. Düzdür, kubokda finala çıxdıq. Amma kuboku qazanmadıqca finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda beş çempionat oyunu var. Hələ görəcəyimiz işlər çoxdur.

akim qərarları barədə şərh verməyi xoşlamıram. Epizodlara ekrandan yox, planşetdən baxdım. Bu, artıq hakimlərin işidir, özləri deməlidir. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu haqda danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bütün bunlardan nəticə çıxarmaq lazımdır.

Final bir oyundan ibarətdir. Həyatımda hələ asan final görməmişəm. Nələrin baş verəcəyini indidən demək çətindir. Məncə, işimizi görməli və qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Finallarda hətta aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. İnanıram ki, final günü maraqlı olacaq. Kim güclüdürsə, o da qalib gəlsin. Hazırda bunları unuduruq. Qarşıdan gələn çempionat oyununa fokuslanacağıq”.

“Sabah” – “Qarabağ” 2:1 – Video

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” cavab matçı (ilk oyun 2:2) meydan sahiblərinin qələbəsi ilə (2:1) bitdi.

Arena.az bu gün Masazırda baş tutmuş oyunun videoicmalını və yekun protokolunu təqdim edir:

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 79. Patrik Mbina, 88 – Kamilo Duran, 59.
Sarı vərəqələr: İqor Noqeyra, 11 (hakimin qərarına etiraz). Stiv Solvet, 11 (qeyri-idman hərəkəti). Stas Pokatilov, 17 (hakimin qərarına etiraz). Aaron Maluda, 44 (hakimin qərarına etiraz) – Kamilo Duran, 90+5 (hakimin qərarına etiraz). Marko Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz). Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz).
Qırmızı vərəqələr: Mateus Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə). Marko Yankoviç, oyundan sonra (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Namiq Hüseynov (“Sabah”), 44 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 20:00. “Masazır Arena”, 8730 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev (99. Patrik Mbina, 74), 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges (10. Abdullah Zubir, 90), 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade (97. Fabian Buntiç, 41), 35. Pedro Bikalyo, 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 90), 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Azərbaycan Kubokunda 2-ci finalçı “Sabah” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

İkinci finalçının adına “Sabah” – “Qarabağ” matçında aydınlıq gəlib. “Masazır Arena”da baş tutmuş oyunu Rəvan Həmzəzadə idarə edib. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə hesabı Ağdam təmsilçisi açıb. Buna qədər sözügedən komanda qapıçısı meydandan qovulduğu üçün azlıqda da qalıb. “Sabah” isə qalan dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbə qazanmağı bacarıb. Düzdür, matçın son saniyələrində hakim Rəvan Həmzəzadə meydan sahiblərinin qapısını əllə oyuna görə penaltini təyin etməyib. Buna görə matçdan sonra ciddi narazılıq da yaranıb. Amma bu, vəziyyəti dəyişməyib və “Sabah” finala yüksəlib.

Beləliklə, Azərbaycan Kubokunda “Sabah” – “Zirə” finalı olacaq. Həlledici qarşılaşma mayın 13-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
22 aprel

“Sabah” – “Qarabağ” 2:1
Qollar: Velko Simiç, 7. Patrik Mbina, 87 – Kamilo Duran, 59.
Qırmızı vərəqə: Mateus Koxalski, 36.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 9. Xoni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Azərbaycan Kubokunda 2-ci finalçı bəlli olur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutacaq.

İkinci finalçının adına “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək. “Masazır Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan Kubokunda digər finalçının “Zirə” olacağı artıq dəqiqləşib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
21 aprel

“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.

22 aprel

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 20:00.
İlk oyun – 2:2.

Premyer Liqa: Son 10 mövsümün rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyuna qədər əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. 22-ci turun 3:3 hesabı ilə bitmiş qarşılaşmasını 10 min 361 tamaşaçı seyr etmişdi.

28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016-cı illər mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

Coy-Lens Mikels sıradan çıxdı: Üzündə sınıq aşkarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümünün lideri “Sabah”ın alman hücumçusu Coy-Lens Mikels sıradan çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşmış paytaxt təmsilçisi bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılaraq çempionluğa daha da yaxınlaşıb.

Amma turun mərkəzi qarşılaşması “bayquşlar”ın əsas qol silahı üçün uğursuz başa çatıb. Belə ki, o, Ağdam təmsilçisi ilə matçda üzündən zədə alıb. İlkin müayinənin nəticəsinə görə, hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mikelsin nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcuddur. O, “Sabah”da bütövlükdə 134 oyuna 70 qol və 32 məhsuldar ötürmə müəllifi olub.

Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.

❌