“Napoli” ondan əl çəkmir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Napoli”nin prioritet transfer hədəfləri sırasında qalmaqda davam edir.
20 yaşlı futbolçu Ruben Amorimin rəhbərlik etdiyi komandadakı mövqeyindən narazıdır. Portuqaliyalı mütəxəssis ona start heyətində nadir hallarda şans verir.
Perspektivli yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə getməyi düşünür. Onun məqsədi dünya çempionatı öncəsi daha çox oyun praktikası qazanmaqdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” ingilis futbolçunu icarə əsasında heyətinə qatmaq üçün fəal danışıqlar aparır. Yaxın günlərdə klub nümayəndələrinin Mainunun agenti ilə birbaşa görüş keçirməsi gözlənilir.
Kobbi Mainu cari mövsümdə 11 oyunda iştirak edib. Hələlik “qırmızı şeytanlar”ın öz yetirməsi ilə müvəqqəti də olsa yollarını ayırmağa hazır olub-olmadığı məlum deyil.
The post “Napoli” ondan əl çəkmir appeared first on Komanda.az.