Normal view

Yesterday — 4 May 2026Main stream

“Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil”

4 May 2026 at 11:15

“Sumqayıt” Misli Premyer Liqasının XXX turunda səfərdə “Kəpəz”ə uduzub – 1:2.

“Kimyaçılar”ın müdafiəçisi Danilo Beskorovoynı “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Süni örtüklü meydançada oynayırdıq və bu, performansımıza təsir etdi. Belə arenalarda zədə riski yüksəkdir. Amma ümumi baxanda pis oynamadıq, məğlubiyyətə layiq deyildik. Hakimin anlaşılmaz qərarları bizi xalsız qoydu”.

“Kəpəz” oyunun sonlarında ardıcıl qazandığı penaltilərlə geridönüş edib. İkinci “11 metrə” məhz Danilonun əlinə dəydiyi iddia edilən topa görə təyin edilib. Müdafiəçi epizodu belə şərh etdi:

“Top əlimə dəyməmişdi. Başa düşə bilmirəm ki, belə qərarlar necə asanlıqla verilir? Oynayırıq, əziyyət çəkirik, amma hakimlərin yanlışlıqlarına görə xallarımız alınır. Tək bu deyil, bundan öncə də bir neçə dəfə əleyhimizə qərarlar verilib. Bu, Azərbaycan çempionatına yaraşan hakimlik deyil. VAR qərarların daha düzgün qəbul edilməsi üçün köməkçi sistemdir, amma burda fərqli işləyir”.

Danilo icarə əsasında “Sumqayıt”da çıxış edir. O, yayda müqavilə ilə məxsus olduğu “Krivbass”a qayıdacağını dedi:

“Anlaşmamız bitir və Ukraynaya dönəcəyəm. Bundan sonra klubun rəhbərliyi ilə danışacağıq və gələcəyimlə bağlı qərarımı verəcəyəm”.

Şahin Cəfərov

Daha bir gərginlik “ocağı”…

4 May 2026 at 08:10

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra hakimlər otağına girib, onların idarəçiliyinə etiraz bildirib.

Baş hakim Əli Əliyevin penalti qərarına etiraz edən Rəfiyev əsəblərinə hakim ola bilməyib, səs-küy salıb.

Maraqlıdır, o, futbolda yeni deyil. Çox yaxşı bilir ki, hakimlərin otağına girmək ciddi məsuliyyətdir. Bilə-bilə bu addımı niyə atsın?…

Matçın AFFA nümayəndəsi Asif Əliyevin gözü qarşısında baş verən bu şeylər onun raportunda qeyd olunubmu?

Klub prezidentinin bu addımına AFFA-dan hansı reaksiya gələcək? Bunu maraqla gözləməyə dəyər.

Ümumiyyətlə, sıradan bir hadisə kimi baxmaq olmaz; bir tərəfdən illərlə futbol industriyasında olan bir şəxsin klub prezidenti kimi hakimlərin otağına girərək etiraz etməsi, digər tərəfdən son vaxtlar hərtərəfli hədəfə gətirilən AFFA…

Yeni qarşıdurma cəhdi?

Kimə və nəyə lazımdır?

Kamil Əhməd

Before yesterdayMain stream

“Kəpəz” – “Sumqayıt” 2:1 – Video

2 May 2026 at 20:00

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Kəpəz” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Yevlaxda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 63 (qeyri-idman hərəkəti). Luis Paçu, 90+2 (qeyri-idman hərəkəti) – Kənan Feyziyev, 43 (qeyri-idman hərəkəti). Emil Mustafayev, 54 (qeyriidman hərəkəti).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Saşa İliç, oyundan sonra (hakimin qərarına sərt formada etiraz etdiyi üçün).
Artırılan vaxt: Birinci hissədə 4 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 16:00. Yevlax şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev.
Dördüncü hakim: Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev (7. Ehtiram Şahverdiyev, 46), 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa (88. Şakir Seyidov, 33), 12. Mahamadu Ba, 14. Adama Fofana (6. Camal Cəfərov, 77), 4. Mate Abuladze, 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 77).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə (95. Nsana Simon, 76), 29. Emil Mustafayev (6. Sedrik Badolo, 61), 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç (23. Ronaldo Vaskes, 76), 33. Danilo Beskorovaynı, 80. Keffel Resende (72. Rayan Senhadji, 11), 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Kaplanoviç: “Kəpəz”lə matçın hakiminin gəncəli olması gülməlidir”

2 May 2026 at 18:30

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bu oyunda qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib. Əvəzində onun köməkçisi Kaplanoviç jurnalistlər önünə çıxıb:

“Oyun barədə danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Hakimdən danışmalıyam. Nəyə görə penalti verildiyini başa düşmədim. Aydındır ki, turnir cədvəlində rahat yerdəyik. Amma yenə də bizə qarşı belə hərəkəti anlaya bilmirəm. Hər dəfə “Sumqayıt”ın oyununda belə hallar olur. Hər dəfə qırmızı vərəqə… Saşa İliç bir neçə dəfə qırmızı vərəqə alıb. Mənim özümə də verilib. Başa düşmürəm ki, bu, nə ilə bağlıdır. Top bədəndən ələ dəyib. Belə penaltini başa düşə bilmirəm. Bu, birinci dəfə deyil. Belə şeylərə görə xallar itiririk. Bir az həyəcanlıyam, hisslərimə hakim ola bilmirəm. Amma belə olmaz.

İkinci penalti təmiz idi. Buna nəsə demirəm. Bəli, səhv etdik. Bunu təhlil edəcəyik. Bizim üçün problemli məsələ birinci penaltidir. Hər dəfə “Sumqayıt”a qarşı belə halların niyə baş verməsini başa düşmürəm. Baş məşqçi Saşa İliç hakimə heç nə demədi. Amma birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.

Oyunun baş hakiminin əslən gəncəli olması gülməlidir. Məncə, haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Gənc oyunçunu da fikirləşmək lazımdır. 18 yaşlı futbolçu belə haqsızlıqla qarşılaşırsa, onun gələcəyinə təsir edə bilər”.

“Sumqayıt”ın məşqçisi: “Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm”

2 May 2026 at 19:14

Misli Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Bu gün oyundan yox, hakimdən danışmaq lazımdır, ancaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Amma penaltinin nə üçün verildiyini anlamadım. Düzdür, liqada yerimizi təmin etmişik, amma bizə qarşı verilən qərarları başa düşmürəm. Hər dəfə bizə – məşqçilərə qırmızı vərəqə verilir. Anlamıram nə üçün bunlar baş verir. Top bədənə dəyir, sonra ələ, amma penalti verilir. Bizə qarşı artıq neçənci dəfədir bu cür qərarlar verilir. Həyəcanlıyam, əsəblərimə hakim ola bilmirəm. Belə də olmaz… Niyə bizə gələndə qaydalar fərqli olur?

– İkinci penaltidə müdafiəçiniz Danilonun kobud səhvi oldu. Bunu necə şərh edərdiniz?
– Bu epizod penaltidir, bəli, səhv etdik. Saşa İliçi tez-tez cəzalandırırlar, bu gün nəsə demədi axı, nə üçün sərt qərar verilir?

– Rüstəm əvəzlənəndə narazı idi və birbaşa paltardəyişmə otağına yollandı. Onu cəzalandıracaqsınız?
– Bunu mən də başa düşmədim. Sevinməlidir ki, meydana çıxıb. Mənim üçün bu, qeyri-peşəkar hərəkətdir. Hər kəs komandaya faydalı olmağa çalışmalıdır. Futbol fərdi oyun deyil.

– İki komanda da fərqli məkanda oynayır. Amma matçın baş hakimi səhv etmirəmsə, əslən gəncəlidir. Bunu nə dərəcə doğru hesab edirsiniz? Həm də “Kəpəz”in sabiq futbolçusu olub…
– Bu, hamı üçün gülməlidir. Haqsızlıqdır, peşəkar olmaq lazımdır. Belə oyunlara ciddi yanaşılmalıdır. Gənc oyunçuları da fikirləşməyə ehtiyac var.

– Təyinatlar açıqlananda baxırsınız?
– Təhlil etmirik. Biz oyunçuların analizlərinə üstünlük veririk. Hakimlər barədə danışmaq bizim işimiz deyil. Bizim üçün referilərin fərqi yoxdur.

– Hakimliklə bağlı AFFA-ya şikayətiniz olacaq?
– Klub olaraq, heç vaxt hakimliklə bağlı geniş etirazımız olmayıb. Həmişə “hakim də insandır, səhv edər” aspekti ilə yanaşmışıq. Ancaq bu hallar təkrarlananda artıq təbii vəziyyətdən çıxır. Səsimiz çıxmadıqca, belə fikir formalaşır ki, bizi əzmək olar. Bugünkü oyunla bağlı da etirazımız olacaq. (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev)

Şahin Cəfərov

Premyer Liqa: “Sumqayıt” “Kəpəz”ə Yevlaxda uduzdu

2 May 2026 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Kəpəz” “Sumqayıt”ı sınağa çəkib.

Yevlax şəhər stadionunda keçirilmiş oyunu Əli Əliyev idarə edib. Üç qolun qeydə alındığı görüş Gəncə təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 16:00.

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.

“Kəpəz” – “Sumqayıt”: heyətlər açıqlandı

2 May 2026 at 14:54

“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç

Yevlaxda kimin seriyası pozulacaq?

2 May 2026 at 13:31

“Kəpəz” Misli Premyer Liqasının XXX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv çempionatda son 4 oyunu uduzub. “Qarabağ”a qalib gələndən sonra “qara zolağ”a düşən gəncəlilər “Sumqayıt”la matçda uğursuz seriyanı sonlandırmaq istəyir.

Komandalar arasında bu mövsüm baş tutan iki oyunda da 3:0 hesablı nəticə qeydə alınıb. Tərəflər hərəyə bir dəfə üç xala sevinib.

Ümumiyyətlə, “Kəpəz” ilə “Sumqayıt” arasında keçirilən son 5 matçda komandalar hərəyə iki dəfə qələbə qazanıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.

Bu gün, Yevlax şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

Premyer Liqa: “Kəpəz” “Sumqayıt”a, “Araz” “İmişli”yə qarşı

2 May 2026 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Kəpəz” “Sumqayıt”ı sınağa çəkəcək. Yevlax şəhər stadionunda keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanı Əli Əliyev idarə edəcək.

Günün digər oyunu “Araz-Naxçıvan”la “İmişli” arasında təşkil ediləcək. “Sumqayıt Arena”da keçiriləcək oyunun start fiti 18:30-da səslənəcək. Matçın baş hakimi Vüqar Həsənli olacaq.

Premyer Liqa
30-cu tur
2 may

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena”, 18:30.

3 may

“Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.

5 may

“Karvan” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Yevlax şəhər stadionu, 16:00.

“Kəpəz”dən geridönüş, “İmişli”yə bir qol bəs etdi

2 May 2026 at 20:27

Bu gün Misli Premyer Liqasında XXX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Matç gəncəlilərin qələbəsiylə başa çatıb.

Digər görüşdə isə “Araz-Naxçıvan” “İmişli”yə uduzub.

Misli Premyer Liqası
XXX tur

2 may

16:00 Kəpəz – Sumqayıt 2:1
Qollar: Rauf Hüseynli, 86 (pen.), 90 (pen.) – Yusif İmanov, 64 (avtoqol)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

18:30 Araz-Naxçıvan – İmişli 0:1
Qol:
Diequ Kardosu, 17
Baş hakim: Vüqar Həsənli
“SOCAR Polymer Arena”

“Sumqayıt” əsrin antirekorduna imza atdı

28 April 2026 at 15:00

“Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 5-ci dəfə penaltidən yararlana bilməyib.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 29-cu turunun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

“Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/2002 mövsümündə 5, “Qarabağ” 2020/2021, “Sabah” isə 2022/2023 mövsümündə eyni sayda – 9 imkandan dördündən istifadə edə bilməyib. “İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.

“Sumqayıt” 50-ci səfər qələbəsinə sevindi

28 April 2026 at 12:00

Futbol üzrə Azərbaycan çempionatında mübarizə aparan “Sumqayıt” Premyer Liqa çərçivəsində 50-ci səfər qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 29-cu turuna təsadüf edib. “Gənclik şəhəri” təmsilçisi “İmişli” ilə görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Yubiley qələbəsi 233-cü səfər matçına təsadüf edib. “Sumqayıt” turnirin tarixində rəqib meydanında ən azı 50 və daha çox qələbə qazanmış 12-ci komanda olub və bu göstəricidə “Şəmkir”ə çatıb.

Xatırladaq ki, Sumqayıtın eyniadlı təmsilçisinin ilk səfər qələbəsi 2011/2012-ci illər mövsümünə təsadüf edib. Sözügedən komanda 2011-ci il noyabrın 5-də “Qarabağ”a qalib gəlib – 2:1.

❌
❌