Normal view

Today — 14 December 2025Main stream

Baxşıyev: “Bura özüm gəlməmişəm, dəvət ediblər”

14 December 2025 at 19:45

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz=Naxçıvan” oyunundan (5:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizim üçün ağır oyun alındı. Həftə ərzində düşündüyümüz plan var idi ki, onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən qol buraxdıq. Oyunu ümumi götürəndə, 2 penalti təyin edildi qapımıza, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bir oyunumuz qalıb. “Qarabağ” matçını unudub, o oyuna hazırlaşacağıq.

– Mətbuatda qışda rəhbərliyin sizinlə yollarını ayıracağı tirajlanır. Hər halda, futbolçular da bunu oxuyur. Sizcə, olmazdı ki, rəhbərlik açıqlama versin və göstərsin ki, baş məşqçinin arxasındadır?
– Bura özüm gəlməmişəm, dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanşacağıq.

Bağırov: “Səhvlər hamımızda var”

14 December 2025 at 17:00

Azərbaycan Premyer Liqasının XV turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü

– Maraqlı oyun alındı. “Qəbələ” də, “Kəpəz” də daim hücumda idi. Yenə qol epizodlarını dəyərləndirə bilmirik. Bu, məşqçilər korpusunu olaraq bizi yorur. Bugünkü oyun 9 xala bərabər idi. Həm “Qəbələ”ni keçdik, həm də “Karvan-Yevlax”dan uzaqlaşdıq.

– Yusif İmanovun oyunu sizi qane edir?
– Yusif 1 ildən çoxdur ki, oynamırdı. Meydanda olduğu matçlarda komandaya kömək edir. Səhvlər qaçılmazdır. Oyundan-oyuna daha yaxşı olur.

– Ohori son matçlarda fərqlənir. Onun oyununu necə dəyərləndirirsiz?
– Komandamızın çoxu yerli futbolçulardan ibarətdir. Səhvlər hamımızda var. Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir. Sevindirici hal odur ki, bir oyunçu inkişaf edir. Ohori də onlardan biridir. Onu bir çox mövqedə oynadırıq. O da öhdəsindən gəlir.

– Luis Paçunun ehtiyatda olmasının səbəbi nə idi?
– Taktiki qərar idi. “Qəbələ” arxadan topla çıxmağı yaxşı bacarıır. Ehtiram Şahverdiyev öndə daha yaxşı pressinq edir. Ona görə start heyətində ona şans verdik.

“Ağılsız insan deyiləm, reallığa baxıram” – Sxadadze

14 December 2025 at 16:38

Azərbaycan Premyer Liqasının XV turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– “Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar? “Kəpəz”in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün  pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.

– “Qəbələ”nin hədəfləri nədir?
– Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiz.

– Sanqare “Zirə” ilə matçda penaltini vura bilmədi, bu gün qırmızı vərəqə aldı. Onunla bağlı fikirləriniz necədir?
– Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır.

– Sizə elə gəlmir ki, Səlahət Ağayev rəqabətsizlikdən əziyyət çəkir?
– Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq.

– “Qəbələ”nin stadionunun ot örtüyü ölkədə ən yaxşılardandır. Sizcə, Yevlax şəhər stadionu Premyer Liqa səviyyəsindədir?
– Özünüz gördüz ki, top itkiləri çox olurdu. Sadəcə öyrəşmək lazımdır. Amma burada futbol oynamaq olar. Şamaxı stadionunda ümumiyyətlə top getmir. Ora baxanda, Yevlax şəhər stadionunun durumu yaxşıdır.

– Qış fasiləsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?
– Bu, daxili məsələdir. Hansı mövqelərə oyunçu cəlb etmək lazım olduğunu bilirik. Bunun üzərində çalışırıq.

– Hazırkı dövrə sizin üçün məşqşçi kimi ən ağır dönəmin olduğunu demək olar?
– Bəli, demək olar. Sona qədər mübarizə aparmalıyıq. Bəzi futbolçular iki qələbədən sonra bu matça köklənə bilməmişdilər.

“Qarabağ” – “Araz-Naxçıvan”: heyətlər

14 December 2025 at 16:34

“Qarabağ” Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 17:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

Yevlaxda heyətlər məlum oldu

14 December 2025 at 12:49

“Qəbələ” Premyer Liqanın XV turunda bu gün “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, 14:00-da Yevlax şəhər stadionunda start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Kəpəz” 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze

 

Tovuzdan lider qayıdanlar

14 December 2025 at 09:18

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. “Bayquşlar” Tovuz səfərində “Turan Tovuz”a 3:1 hesabıyla qalib gəlib.

Görüşün startından sona qədər daha nizamlı və üstün oynayan “futuristlər” qələbə sayəsində müvəqqəti liderliyə yüksəlib. Valdas Dambrauskas çempionatda son ayların ən formada komandasıdır. Hücum fazasında daha aktiv olan və qısa ötürmələrlə rəqib müdafiəsinə çətinlik yaşatmağı bacaran “Sabah” Tovuzda qalib gəlməkləQarabağ“la oyunöncəsi xüsusi motivasiya qazandı.

“Turan Tovuz” isə enişdədir. Turnir cədvəlində 24 xalla 5-ci sırada qərarlaşan bölgə təmsilçisi nəticələr bir yana, sərgilədiyi oyunla ümid vermir. Baş məşqçi Kurban Berdıyev də çətin situasiyanı qəbul edir. Mövsümün əvvəlində çempionluq iddiası ilə yola çıxan tovuzlular artıq yarışdan yavaş-yavaş uzaqlaşmaqdadır.

Liqada ən yaxşı heyətə sahib kollektivlərdən olan tovuzlularda konkret problemin nədə/kimdə olduğu qeyri-müəyyəndir. Bu heyət mövsümün əvvəlində yaxşı nəticələrlə seçilib, bir müddət liderliyə yüksəlib. Lakin enişin konkret səbəbləri məlum deyil. Son turlardakı xal itkiləri komanda üçün gələcəkdə avrokubok zonası üçün belə təhlükə yarada bilər.

Şahin Cəfərov

“Kəpəz”dən qələbə, Suraxanıda darmadağın

14 December 2025 at 19:28

Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. 

“Kəpəz” Yevlaxda “Qəbələ“ni məğlub edib.

Digər matçda “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib.

Azərbaycan Premyer Liqası
XV tur

14 dekabr

14:00 Kəpəz – Qəbələ 1:0
Qol: Ohori, 56
Qırmızı vərəqə:
İbrahim Sanqare, 38 (“Qəbələ”)
Baş hakim: Rəvan Həmzəzadə
Yevlax şəhər stadionu

17:30 Qarabağ – Araz-Naxçıvan 5:1
Qollar:
Toral Bayramov, 31, 90+5 (pen.) Nəriman Axundzadə, 41, Montiel, 57 (pen.), Leandro Andrade, 72 – Ramon Maçado, 75 (pen.)
Baş hakim: Rəşad Əhmədov
Azersun Arena”

Yesterday — 13 December 2025Main stream

Berdıyev: “Bu səhvləri etməməli idik”

13 December 2025 at 19:40

Azərbaycan Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.

– Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?
– Desək ki, məşqçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir.  Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu.

– Oyundan əvvəl rəqibi təhlil edirsiz?
– Əlbəttə.

– Bu gün azarkeşlər sizin ünvanınıza “istefa” şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.

– Bu gün “Turan Tovuz”un sərgilədiyi oyun idi?
– Xeyr.

Şahin Cəfərov

“Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil”

13 December 2025 at 19:36

Azərbaycan Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də möhtəşəm oyun sərgilədik. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Onların müdafiəsini yarmaq çox çətindir. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik. Bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizi təbriik edirəm.

– “Sabah”ın çempionluq hədəfi var?
– Bizim sadəcə bir niyyətimiz var, o da növbəti oyuna hazırlaşmaqdır. 4 gün sonra bizi çox önəmli qarşılaşma gözləyir. Belə qələbələrdən sonra rahatlaşmaq olmaz. “Qarabağ”la matç çox ağır olacaq. Ölkənin ən yaxşı komandasına qarşı oynayacağıq. Avropada da sürprizlərə imza atıblar. Məşqlər və oyunlara hazırlaşmaq bizim üçün çox önəmlidir.

– Tovuz şəhər stadionundakı atmosfer və ot örtüyünün durumu ilə bağlı nə deyə bilərsiz?
– Azərbaycanda qonağam. Burada işləmək mənim üçün böyük üstünlükdür. Azarkeşlər, stadion baarədə xoş sözlər deyə bilərəm. Möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Ancaq bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil.

Şahin Cəfərov

“Bir həftə onu ələ salanlar olmuşdu” – Ayxan Abbasov

13 December 2025 at 16:20

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Zirə” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm idilər. Komandamı, futbolçuları təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan bir kollektivdir. Onlar da ağır qrafikdən çıxmışdılar. Hər iki komandanın epizodları oldu. Mühüm qələbə qazandıq, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm.

– Avrokubok zonasına yaxınsınız. Belə hədəf var?
– Avroliqaya oynamaq üçün geniş heyət lazımdır. Mühüm amillər var. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən il qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə artıq 20 xal var, kubokda irəliləmişik. Möhkəmlənmiş heyətimiz var. Eyni zamanda avroliqa üçün büdcə lazımdır.

– Msanqa Afrika Millətlər Liqasında oynayacaq…
– Msanqa Serbiya I Liqasından gəlib. Bir həftə onu ələ salanlar olmuşdu. Deyirdilər, “Şamaxı” Tanzaniyadan futbolçu gətirib. Amma indi milliyə də dəvət alır, özünü doğruldur. Bu gün qol vurub getməsi də daha sevindirir.

– Premyer Liqada qalmağı təmin etmisiz?
– 25 xalın bəs edəcəyini düşünürəm. İndi 20 xalımız var. Hər yer bizim üçün önəmlidir. Ötən ildən daha yaxşı olmaq istəyirik.

Şahin Cəfərov

Sadıqov: “Paltardəyişmə otağında danışdıq ki…”

13 December 2025 at 16:14

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Zirə” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bunları deyib:

“Gərgin oyun keçdi. Çempionatda rahat matç yoxdur. İlk dəqiqələrdən hər iki komanda əzmkar oynadı. Qol vurduq, fasiləyə öndə yollandıq. Paltardəyişmə otağında danışdıq ki, daha diqqətli olmalıyıq. Rəqibin ilk qolu gözlədiyimiz hücumlardan biri ilə oldu. Sonra penaltidən fərqləndilər. Geriyə düşəndən sonra çoxsaylı qol epizodlarımız oldu. Bir matçda belə epizodlar qol olmursa, qələbə müşkülə çevrilir. Qarşıdakı oyunlara köklənməliyik. Hücum xəttində itkilərimiz var. Bir çox oyunlarda bunun problemini yaşadıq. Rotasiya imkanlarımız aşağı idi. Bu oyunu unudub, növbəti oyuna köklənməliyik”.

Şahin Cəfərov

Tovuzda “11-lik”lər bilindi

13 December 2025 at 15:50

“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 1. Oleq Baklov, 10. Xəyal Nəcəfov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

“Sabah”: 92. Stas Pokatilov (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmiro, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

 

Şamaxıda heyətlər məlum oldu

13 December 2025 at 12:56

ŞamaxıPremyer Liqanın XV turunda bu gün “Zirə“ni qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, saat 14:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 6. Antonio Lara 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k)29. Ceyhun Nuriyev 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 30. Rikardo Martins5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov16. Fuad Bayramov 14. Elçin Əlicanov 48. Ramiz Muradov 33. Əkbər Eyubov 43. Əhliman Süleymanzadə 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Sabah” üçün liderlik oyunu

13 December 2025 at 11:00

“Sabah” Premyer Liqanın XV turunda bu gün “Turan Tovuz”un qonağı olacaq. Matça saat 16:30-da start veriləcək.

“Turan Tovuz” 14 turdan sonra 24 xalla turnir cədvəlinin beşinci sırasında qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Kurban Berdıyevin yetirmələri ikinci pillədəki “Sabah”dan dörd xal geridədir. “Bayquşlar”ın da ehtiyatda “Qarabağ“la bir matçı var. Həmin matç dekabrın 18-də keçiriləcək.

“Sabah” bu görüşdə qələbə qazanacağı halda, azı bir günlük liderliyə yüksələcək. Valdas Dambrauskasın yetirmələri yaxşı formadadadır. Komanda son 5 oyunda cəmi 1 heç-heçə edib, 4 qələbə qazanıb.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisi isə son 5 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib. Tovuz təmsilçisi “Sabah”a qarşı keçirdiyi son beş ev oyununun cəmi 1-də uduzub. 2 qələbə qazanan komanda 2 dəfə də heç-heçə edib.

“Sabah” Tovuz səfərində sonuncu dəfə 2023-cü ildə qələbə qazanıb. Komandaların son duelində “Sabah” azarkeşləri önündə inamlı qələbəyə sevinib.

Şahin Cəfərov

“Zirə” uduzdu, “Sabah”dan qələbə

13 December 2025 at 18:29

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start verili.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Şamaxı” “Zirə“ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

Günün digər oyununda “Sabah” “Turan Tovuz”un qonağı olub. Matç qonaqların qələbəsiylə bitib. 

Azərbaycan Premyer Liqası
XV tur

13 dekabr

Şamaxı – Zirə 2:1
Qollar: Msanqa, 54, Rossi, 61 (pen.) – Papunaşvili, 8
Baş hakim: İnqilab Məmmədov
Şamaxı şəhər stadionu

Turan Tovuz – Sabah 0:1
Qollar:
F.Ozobiç, 82 – V.Simiç, 68, U.Rahmonaliyev, 79, Mikels, 31
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu

Before yesterdayMain stream

“Şamaxı”nın “Zirə” sindromu

12 December 2025 at 20:00

“ZirəPremyer Liqanın XV turunda sabah “Şamaxı“nın qonağı olacaq. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:00-da start götürəcək.

“Zirə” 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü sırasındadır. “Şamaxı” isə 17 xalla 7-ci sıradadır.

“Zirə” son 7 oyunda məğlub olmayıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sonuncu dəfə oktyabrda “Sabah”a uduzub – 0:2. “Qartallar” bundan sonrakı 7 matçda 2 heç-heçə edib, 5 qələbə qazanıb.

Şamaxı” isə son iki rəsmi oyunu qələbə ilə başa vurub. Kubokda “Baku Sportinq”ə qalib gələn “şirlər” çempionatda autsayder “Karvan-Yevlax”ı üç cavabsız qolla məğlub edib.

Şamaxı” ilə “Zirə” arasında baş tutan son beş görüşdəqartallar”ın aşkar üstünlüyü var. “Zirə” 4-ü Premyer Liqa, 1-i kubok olmaqla 5 matçın hər birini qazanıb.

Şahin Cəfərov

Dumana görə təxirə salınan oyunla bağlı yeni qərar

11 December 2025 at 17:25

Azərbaycan Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər  məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Futbolpress.az xəbər verir ki, qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti aşağıdakı qərarları qəbul edib:

– Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçirilsin;

– Oyun 2026-cı ildə baş tutsun;

– Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə etsinlər;

– 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Azərbaycan Premyer Liqasının növbəti oyunlarına şamil edilsin.

“Turan Tovuz” – “Sabah” oyunu FIFA referisinə tapşırıldı

11 December 2025 at 14:15

Premyer Liqada XV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz” – “Sabah” oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

13 dekabr (şənbə)

Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu, 14:00

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu, 16:30

14 dekabr (bazar)

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 14:00

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Azersun Arena”, 17:30

15 dekabr (bazar ertəsi)

İmişli” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK stadionu, 14:00

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 19:00

Təxirə salınan oyunun müəmmalı taleyi

11 December 2025 at 13:50

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu (08.12.2025) qatı duman səbəbindən 23-cü dəqiqədən dayandırılıb. Daha sonra Peşəkar Futbol Liqası (PFL) oyunun keçirilməsinin mümkün olmadığını bildirərək, matçı təxirə salıb.

Əsasnaməyə görə, başlayan, ancaq yarımçıq dayandırılan oyun ən geci bir gün sonra baş tutmalıdır.

Lakin Qəbələdəki matçın keçirilmə vaxtı açıqlanmayıb və qeyri-müəyyən durum hökm sürür. Duman kimi fors-major hallarda bəs hansı qayda tətbiq edilir?

Oyunun baş tutmama səbəbinin əsasları ilə bağlı hər iki kluba müraciət etdik:

“Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli: “Növbəti gün iki oyun var idi. Buna görə VAR və canlı yayım olmayacaqdı. Çünki “CBC Sport”un maşınları Bakıya qayıtmalı idi. Klublar da VAR-sız və canlı yayımsız oynamaq istəmədiyi üçün məsələ belə oldu”.

“Turan Tovuz” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev: “Səhəri Premyer Liqanın 2 oyunu var idi. Hər şey öncədın planlaşdırılır – VAR, canlı yayım və sairə. Həm VAR, həm də “CBC Sport” oyunlardan xeyli öncə təyin olunan yerdə olmalıdırlar”.

PFL təfsil açıqlama verməyib, təxirəsalmanın detalları bilinmir. Bu da haqlı şübhələrə, suallara şərait yaradır.

Güman edilir ki, “CBC Sport”un PTS-i və VAR sistemi Bakıya qayıtdığından ertəsi gün oyunu davam etdirmək mümkün olmayıb.

Əsasnamə pozuntusudur və maraqlıdır ki, məsələ nə geniş müzakirə olunur, nə aydınlıq verilir.

Xatırladaq ki, 2023/2024 mövsümündə, 2023-cü ilin dekabrında “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu Tovuz stadionunda işıq dirəyinin aşması səbəbindən 81-ci dəqiqədə yarımçıq dayanmış, fors-major hal olsa da, növbəti gün oyun VAR və canlı yayım olmadan qaldığı yerdən davam etdirilmişdi. Matçdan sonra isə hər iki klubun baş məşqçiləri analoji durumdan narazılığını bildirmişdi. Bəlkə bu “təcrübədən” çəkindiyinə, əlavə söz-söhbət istəmədiyinə görə PFL ertəsi oyunun davam etməsinə göstəriş verməyib. “Bəlkələr” çoxdur, izah isə yoxdur.

PFL-in bu mövzuda mövqeyini öyrənməyə çalışırıq…

Şahin Cəfərov

“Şamaxı” “Karvan-Yevlax”ı məğlub etdi – YENİLƏNİB 

7 December 2025 at 15:49

Bu gün Misli Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsilə başa çatıb – 3:0.

Misli Premyer Liqası

XIV tur

7 dekabr

14:00 “Karvan-Yevlax”- “Şamaxı” 0:3

Qollar: Oruc Məmmədov, 59arim Rossi, 70, Dioqo Balau, 82
Baş hakim: Cavid Cəlilov
Yevlax şəhər stadionu

❌
❌