Normal view

Today — 16 February 2026Main stream

Azərbaycan Kubokunda 1/8 final başa çatdı

15 February 2026 at 22:19

Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Baku Fire” “Ulduz”u darmadağın edib. PFL “Timsport”a, “Star Kargo” isə “Şuşa”ya qalib gəlib.

Azərbaycan Kuboku
1/8 final

Ulduz – Baku Fire-2 1:12
STAR kargo – Şuşa10:8
Timsport – PFL 4:15

1/4 final

U-19 – Yeni Suraxanı / PFL
Lənkəran – Baku Fire-2
STAR kargo – Neftçi İK
Xan-Lənkəran – Araz-Naxçıvan

Demçenkodan qələbə şərhi

15 February 2026 at 20:01

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı.

– Qələbə ilə oyunçuların psixoloji durumunu düzəltmək, yoxsa sisteminizi qəbul etdirmək daha vacibdir?
– Sistem üzərində çalışırıq. Futbolçularda istəyi görürük, bu, vacibdir. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.

Şahin Cəfərov

Yesterday — 15 February 2026Main stream

İliç: “Bizi asan oyunlar gözləmir”

15 February 2026 at 19:31

Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Məğlub olmamalı idik. Penaltidən buraxılan qolla uduzduq. Ümumi oyun bərabər gedirdi.

– Bu gün komanda özünə bənzəmirdi. Sizcə, “Zirə” ilə ardıcıl oyunlar komandaya psixoloji və fiziki təsir etdi?
– Razı deyiləm. Üç oyunda da bərabər səviyyə göstərdik. Sadəcə futbolda belə hallar olur. Bəzən bəxtin gətirmir, bəzən nəsə alınmır. Amma üç matçı da eyni keçirmişik.

– Qarşıdan autsayderlərlə oyunlar gəlir. Ardıcıl bu üç oyunda fürsətdən istifadə edib, yerinizi möhkəmləndirə bilərsiniz?
– Deməzdim zəif komandalardır. “Qəbələ” müəyyən səviyyədə olan, nəticələr qazanan komandadır. Bizi asan oyunlar gözləmir. Bütün matçlar ciddidir.

– Bu heyət istədiyinizdir, ya transferlər lazımdır?
– Əslində, güclənməyimizə ehtiyac var. Amma hələki bu heyətlə davam edirik.

– Yeni mövsüm də burda qalıb, iddialı heyətlə avrokuboklara oynamaq istəyirsiniz, ya bu mövsüm alınmazsa, getməyi düşünürsünüz?
– 
Bu haqda danışmaq tezdir. Qarşıda vacib oyunlarımız var. Avrokubok uğrunda mübarizə aparmağa çalışacağıq. Ciddi oyunlarımız var.

– Mövsümün əvvəlində sanki komanda daha əhvalı yaxşı idi. Ancaq ikinci dövrədə sanki nəsə məyusluq var. Bu, nəticələrlə bağlıdır?
– Həmişə pozitivəm. Amma komanda məğlub olanda bunu qorumaq çətindir. Futbolda hər nəticə olur. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyunlar göstərsin.

Şahin Cəfərov

Bağırov: “Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq”

15 February 2026 at 17:19

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” matçından (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəlincə, birinci hissədə planlaşdırdıqlarımızı edə bilmədik. Bəlkə də, çempionatın ən ucuz qol buraxan komandasıyıq. Daha məsuliyyətli olmalıyıq.

– Buraxılan qollarda qapıçının nə dərəcədə səhvləri var?
– Hər oyundan əvvəl məşqçilərlə həyət barədə məsləhətləşirik. Xüsusən də qapıçı məşqçisi ilə. Əlbəttə ki, bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır.

– Ryonosuke Ohori “Neftçi” ilə oyunlarda meydanda olmaması nəylə bağlıdır?
– Gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub. İstəsəz, kağızları da göstərə bilərəm.

– Rəhbərliyin komandaya dəstəyini hiss edirsiz?
– Heç bir problemimiz yoxdur. Klub üzərinə düşən öhdəlikləri yerinə yetirir. Deyə bilmərəm ki, nəyimizsə çatışmır. Hər şey qaydasındadır.

– Qışda niyə az transfer etdiz?
– Ceferson Bentonun getməyi bizə böyük zərbə oldu. Rüsumu bilirsiz. Legioneri 3 aylıq götürüb klubu riskə sala bilmərik. “Kəpəz” Premyer Liqadan düşməyəcək. Öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Ceferson qalsaydı, bir vinger transfer etməyi düşünürdük. Cefersonun gedişi başa düşə bilmədiyimiz situasiya idi. Belə şeyə rast gəlməmişəm. Vitor Feijao dedi ki, həyat yoldaşım hamilədir. Övladı burada dünyaya gətirə bilməz. Feijaoya icazə verdik. Ceferson da icazə istəsəydi, ona da veriləcəkdi. O qədər beyni qarışıq futbolçu idi ki, icazəsiz çıxıb getdi və klubu pis vəziyyətdə qoydu.

Şahin Cəfərov

Vernidub: “Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük”

15 February 2026 at 16:46

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə “yedizdirib, içizdirmisiniz”?
– Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan oyunçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.

– Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. “Qarabağ”la oyun təxirə salınıb və iki həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?
– İki günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.

– Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?
– Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və üç xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.

– Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?
– Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. “Ulduzlar” olanda onları da idarə etmək çətindir.

– Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, “Qarabağ” və “Neftçi” Ukraynanın “Dinamo” və “Şaxtyor”u kimidir. İndi “Qarabağ”la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?
– Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. “Qarabağ” Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.

– Ardıcıl üçüncü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?
– Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu, həm “Neftçi”yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.

Şahin Cəfərov

“Araz-Naxçıvan” – “Sumqayıt”: heyətlər

15 February 2026 at 15:52

“Sumqayıt” bu gün Premyer Liqanın XX turunda “Araz-Naxçıvan”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 17:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 10. Felipe Santos 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 14. Ülvi İsgəndərov 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadjic 6. Sedrik Badolo 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç

“Fənərbağça”dan rekord göstərici

15 February 2026 at 13:57

“Fənərbağça” Super Liqanın XXII turunda “Trabzonspor”u məğlub edib – 3:2.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm çempionatda məğlub olmayıb. Komanda 22 görüşün 15-də qələbə qazanıb, 7-də heç-heçə edib.

“Fənərbağça” ümumiyyətlə, ardıcıl 19 oyundur, uduzmur. Bu klub tarixinin ən uzun məğlubiyyətsizlik seriyasıdır.

“Fənərbağça” çempionatda 52 xalla ikinci sıradadır.

“Kəpəz” – “Neftçi”: heyətlər

15 February 2026 at 13:24

“Neftçi” Premyer Liqanın XX turunda “Kəpəz”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 12. Mahamadu Ba
Baş məşqçi: Azər Bağırov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 33. Breno Almeyda 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

Azərbaycan atleti Qazaxıstanda “gümüş” qazandı

15 February 2026 at 12:18

Azərbaycan atleti İsmail Əliyev Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

Futbolpress.az xəbər verir ki, o, Olqa Ripakova mükafatı uğrunda yarışda gümüş medal qazanıb.

Əliyev Qış Dünya Turunun Gümüş səviyyəli turnirində növəitələmə növündə fərqlənib. O, 16,58 metr nəticə ilə ikinci yeri tutub.

“Bavariya” “Qalatasaray”ın hücumçusu ilə maraqlanır

15 February 2026 at 11:45

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” nigeriyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb. Münhen klubu yayda forvard üçün hərəkətə keçəcək.

Osimhen bu mövsüm 22 oyunda 15 qol vurub.

Şəhriyar: “Qarabağ”dan hər şey gözləmək olar”

15 February 2026 at 11:15

Şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Futbolpress.az həmin müsahibəni təqdim edir.

– Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisən. Sanki son partiyalarda istədiyin nəticəni qazanmaqda çətinlik çəkirsən?
– Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdi. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.

– Deməli 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandın.
– Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərir. Təəccüblü odur ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdı.
Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmir. Çünki, reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

– Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz.
– Düzünü desəm əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdı. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. Birinci qarşıma çıxan İbrahimli-Karlsen partiyası oldu. 1-0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıblar.
İnternet üzərindən olsa belə artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdi. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.

– Bəlkə sizlər daha çox yorulursunuz?
– Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindi. Sadəcə gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdı. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdı. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Çalışacam mümkün qədər irəli gedim. Sadəcə hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.

– Şəhriyar son dəfə neçənci ildə Azərbaycan çempionu olub?
– 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdı. Amma reytinqlərimiz indikindən aşağı olub.

– Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatda birinci yeri tutub. Maraqlıdır bu il Rauf Məmmədovu kim dayandıracaq?
– Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindi. Ötən il Raufun qələbəsi fikrimcə karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də yeddinci dəfə çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam eləyib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa bunu normal qarşılayacağıq. Amma çalışacayıq buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidi.

– Bacıların Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edir. Bu barədə nə düşünürsən?
– Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda udaraq mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindi. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. Şansları azdı, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa şok olmaram, amma sevinərəm.

– Şahmatdan başqa hansı idman növünə baxırsan?
– Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik artıq iki ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdu. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

– “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?
– Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ”-“Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi.

– Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirlərin maraqlıdı…
– Desəm ki, şans yoxdu yalan olar. “Nyukasl” böyük favoritdi. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdu. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. “Ayntraxt”a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə çalışacam stadiona gedim.

– Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa artıq inkişafdan qalır. Bu fikirlə razısan?
– Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdı. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdı. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdı. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdu. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm məşqçilik edirlər, amma bu çox çətindi. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.

Hansı oyun, hansı kanalda? – TV

15 February 2026 at 10:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

15 fevral

Azərbaycan, Premyer Liqa
14:30 Kəpəz – Neftçi (CBC Sport)
17:00 Araz-Naxçıvan – Sumqayıt (CBC Sport)

İtaliya, A Seriyası
15:30 Udineze – Sassuolo (Futbol 1)
21:00 Torino – Bolonya (Futbol 1, Matç TV)
23:45 Napoli – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Kocaelispor – Qazintep (beİN Sports 1)
18:00 Göztəpə – Kayserispor (Futbol 3, beİN Sports 1 )
21:00 Başakşəhər – Beşiktaş (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
17:00 Ovyedo – Atletik (İdman TV)
19:15 Rayo Valyekano – Atletiko (Futbol 2)
21:30 Levante – Valensiya (İdman TV)
00:00 Malyorka – Betis (İdman TV)

Yararsız meydan və qəzəb

15 February 2026 at 08:39

“Qarabağ” Premyer Liqanın XX turunda “İmişli”yə qalib gəlib – 1:0.

Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçda nəticə yox, meydançanın durumu və hakimlik müzakirə olundu. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası açıqlamasında da hiddətli danışdı, bu arenada futbola icazə verənlərə narazılığını bildirib, tənqidi fikirlərini söylədi. Mütəxəssis Çempionlar Liqasında “Nyukasl”la oyunöncəsi belə səfərin komandanın əleyhinə olduğunu vurğuladı.

“Qarabağ”dan əvvəl də bu arenada “İmişli”nin qonağı olan klublar narazılıqlarını bildirsələr də, çarə tapılmır. Futbolçuların daha çox güc sərf etməsi, zədələrin qaçılmaz olması iddialı komandalar üçün həyəcan yaradır. Bu vəziyyətin meydan sahibi “İmişli”yə sərf etməsi də realdır. Hədəfi liqada qalmaq olan komanda ev matçlarında qələbə qazana bilməməsinə baxmayaraq, kifayət qədər heç-heçələr edib. “Sabah”, “Neftçi”, “Zirə” kimi komandalardan bir xal qoparmağı bacaran bölgə klubu futbola yararsız arenadan öz faydasını götürmüş olur.

Digər məsələ isə hakimliklə bağlıdır. İkinci hissədə Kadi Borgesin qırmızı vərəqə aldığı epizod müzakirəyə açıqdır. Daha əvvəl “İmişli”nin oyunçusunun braziliyalını çəkməsinə baxmayaraq, Kadinin onu itələməsi birbaşa “qırmızı” ilə dəyərləndirildi ki, bu da kifayət qədər ağır qərardır. Daha sonra meydan sahiblərinin futbolçusu Dieqo Almeydanın etirazlarının yekunu da “qırmızı” ilə nəticələndi.

İki “qırmızı”, bir qol, bərbad meydança və narazılıqlar fonunda “Qarabağ” çətin də olsa, qələbə qazanmaqla, bir oyun az keçirən lider “Sabah”la fərqi minimuma endirdi.

Şahin Cəfərov

“Neftçi”dən qələbə, “Araz-Naxçıvan” həsrətə son qoydu

15 February 2026 at 19:00

Bu gün Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Neftçi” səfərdə “Kəpəz”lə qarşılaşıb. Görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Araz-Naxçıvan”ın qonağı olub. Matç naxçıvanlıların qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
XX tur

15 fevral

14:30 Kəpəz – Neftçi 1:3
Qollar:
Rauf Rüstəmli, 35 (pen.) – Bassalu Sambu, 27, 38, Emin Mahmudov, 40
Qırmızı vərəqə: Məqsəd İsayev, 72 (“Kəpəz”)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

17:00 Araz-Naxçıvan – Sumqayıt 1:0
Qol:
Ramon Maçado, 45+4 (pen.)
Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74
Baş hakim: Elçin Məsiyev
“Liv Bona Dea Arena”

“Nyukasl” “Qarabağ”la oyundan əvvəl kubokda sevindi

15 February 2026 at 00:28

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” İngiltərə Kubokunda növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, 1/16 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb. Görüş “Nyukasl”ın qələbəsiylə başa çatıb – 3:1.

“Sağsağanlar”ın qollarını Tonali (2) və Voltemad vurub.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü isə fevralın 25-də İngiltərədə olacaq.

“Sabah”dan inamlı qələbə

14 February 2026 at 21:46

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son qarşılaşmasında “Sabah” NTD ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan görüş “Sabah”ın qələbəsiylə başa çatıb – 103:87.

Daha əvvəl keçirilən görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107), “Abşeron Lions” “Gəncə”ni (81:71), “Ordu” “Quba”nı (98:87), “Neftçi” “Şəki”ni (93:77) məğlub edib.

Before yesterdayMain stream

Rafinya qayıtdı, Reşford…

14 February 2026 at 21:00

“Barselona”nın futbolçusu Rafinya kollektiv məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı hücumçu şans veriləcəyi halda, La Liqada “Jirona” ilə matçda meydana çıxa bilər.

Komandanın digər futbolçusu Markus Reşford isə hələ tam hazır deyil.

“Jirona” – “Barselona” oyunu fevralın 16-da keçiriləcək.

“Kəpəz” doğma arenaya qayıdır – ilk oyun may ayında planlaşdırılır

14 February 2026 at 20:47

“Kəpəz” klubunun İdarə Heyətinin üzvü Fərman Əlizadənin “Futbolpress.az“a müsahibəsi:

– Gəncə stadionu ilə bağlı vəziyyət nə yerdədir?
– İlk növbədə ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə klubumuz və azarkeşlər adından təşəkkür edirik. Məhz Prezidentin sərəncamı ilə stadionun inşası “Kəpəz”in inkişafı üçün böyük təkandır. Stadionun tikintisi Gənclər və İdman Nazirliyinə həvalə olunub və gördüyünüz kimi qısa müddətdə böyük iş görülüb. Fors-major hal baş verməzsə, hər zaman klubların yanında olan AFFA və PFL-in dəstəyi ilə ilk ev oyunumuzun may ayında keçirilməsi planlaşdırılır.

–  “Kəpəz”ə gələrkən qarşınıza qoyduğunuz əsas məqsəd və hədəf nə idi?
– Mən özüm də Gəncədə doğulub, burada böyümüşəm. “Kəpəz” uşaqlıqdan azarkeşlik etdiyim komandadır. Doğma şəhərimin doğma klubuna dəstək olmaq təklifi olundu və mən də bunu böyük məmnuniyyətlə qəbul etdim. “Kəpəz” böyük tarixə, zəngin ənənələrə və güclü azarkeş bazasına malik klubdur. İlk mərhələdə prioritetimiz Premyer Liqada mövqeyimizi qorumaq, paralel olaraq isə struktur baxımından davamlı inkişaf üçün möhkəm baza formalaşdırmaq idi.

– Yeni mövsümün startından klubda hansı işlər görülüb?
– Akademiya ilə əsas komanda arasında koordinasiya gücləndirilib. Eyni zamanda infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Qürurverici haldır ki, struktur dəyişiklikləri nəticəsində Azərbaycan futbol klubları arasında ilk qadın klub meneceri məhz “Kəpəz”də fəaliyyət göstərir. Səbinə Hənifəyeva bu işin öhdəsindən yüksək səviyyədə və layiqincə gəlir. Klub da onun fəaliyyətini yüksək qiymətləndirir.

– Bu mövsüm komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Növbəti mövsüm üçün plan nədir?
– Mövsümün əvvəlində hədəflərimiz daha fərqli idi. Təəssüf ki, start istədiyimiz kimi alınmadı. Sonradan müəyyən dəyişikliklər etdik. Azər Bağırov komandaya qayıtdıqdan sonra yeni transferlər reallaşdırıldı. Yusif İmanov, Rauf Hüseynli, Mate Abuladze, Veysəl Rzayev, Rəhman Hacıyev və Camal Cəfərov baş məşqçimizin istəyi ilə komandaya cəlb olundular. Bir sıra oyunçularla isə yollar ayrıldı. Mövsümün qalan hissəsində əsas hədəf sabitliyi qorumaqdır. Kubokda isə bacardığımız qədər irəliləmək istəyirik. Komandamıza inanırıq. Baş məşqçimiz, yerli futbolçularımız və ümumilikdə kollektivin hər bir üzvünün qarşıya qoyulan hədəflərə çatmaq üçün maksimum çalışacağına əminik. Növbəti mövsümdə isə daha rəqabətədavamlı kollektiv formalaşdırmaq və turnir cədvəlində yuxarı pillələr uğrunda mübarizə aparmaq niyyətindəyik. Addımlarımız mərhələli və real plan əsasında atılır.

– Veysəl Rzayevin vəziyyəti necədir və onunla bağlı plan nədir?
– Klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçimiz Azər Bağırov və komanda üzvləri mütəmadi olaraq Veysəl Rzayevi ziyarət edirlər. Əsas məqsədimiz onun tam sağalaraq ayağa qalxmasıdır. Ümid edirik ki, Veysəl tezliklə yaşıl meydanlara qayıdacaq.

– Cefferson Bentu ilə bağlı vəziyyət nə yerdədir?
– Təəssüf ki, Cefferson Bentu klub qarşısında olan öhdəliklərini yerinə yetirməyib və qış fasiləsindən sonra komandanın düşərgəsinə qayıtmayıb. Bununla bağlı artıq FIFA-ya müraciət etmişik. FIFA-nın qaydalarına uyğun olaraq hüquqi proses başlanılıb. Onun gedişi seleksiya planlarımızda dəyişiklik etməyə məcbur etdi. Bu səbəbdən baş məşqçi Azər Bağırovun istəyi ilə Mate Abuladze komandaya dəvət olundu.

– Akademiyanın inkişafı ilə bağlı hansı planlar var?
– Akademiya klubun gələcəyidir. Seçim mexanizmi gücləndirilir. Ötən ay növbəti seleksiya məşqləri keçirilib və bu seleksiya nəticəsində aşağı yaş qrupları üzrə komandalara uşaqlar cəlb olunub. Məşqçilərin ixtisasartırması və kateqoriyalarının yüksəldilməsi prioritetdir. Texniki bazanın təkmilləşdirilməsi istiqamətində də işlər görülür. Məqsədimiz əsas komandaya mütəmadi olaraq akademiya yetirmələri qazandırmaqdır. Qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz iki yoxlama görüşündə “Kəpəz”in 10-dan çox yetirməsi şans qazanıb. Bu hal klubumuzda uzun illər qeydə alınmırdı. Bu fakt əsas komanda ilə akademiya arasında əlaqələrin möhkəmləndiyini və sistemli işin artıq nəticə verməyə başladığını göstərir.

– Uzun illərdir milli komandaya dəvət olmur. Bu ənənənin bərpası üçün nə edilir?
– Bu istiqamətdə işlər aparılır. Artıq akademiyamızın futbolçuları aşağı yaş qrupları üzrə milli komandalara dəvət almağa başlayıblar. Bu, görülən işlərin real nəticəsidir. Ümid edirik ki, yaxın illərdə onları əsas milli komandanın heyətində də görəcəyik. Gələcəkdə Akademiyaya performans və fiziki hazırlıq üzrə mütəxəssislərin cəlb olunması da nəzərdə tutulub. Məqsədimiz futbolçuların fərdi inkişafını daha peşəkar səviyyəyə qaldırmaqdır.

– Maliyyə sabitliyi və sponsorluq məsələləri ilə bağlı hansı addımlar atılıb?
– Bildiyiniz kimi, ilk dəfədir ki, “Kəpəz”in titul sponsoru var. Bu münasibətlə “Unibank”a təşəkkür edirik. Onlarla yeni layihələr üzərində işləyirik və əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırırıq. Ümumilikdə büdcə planlaması daha sistemli şəkildə qurulub. Paralel olaraq yeni tərəfdaşların cəlb olunması istiqamətində danışıqlar aparılır. Məqsədimiz uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaqdır. Klubun brend dəyərinin artırılması sponsor marağını da yüksəldir.

– Akademiya üçün yeni layihələr nəzərdə tutulurmu?
– Akademiya yeni məşq inventarları və forma dəsti ilə təmin olunub. Futbolçuların məşq etdiyi stadionda mövcud olan natamam işlər mərhələli şəkildə aradan qaldırılır. Ərazidə hasarların hörülməsi artıq yekunlaşdırılıb. Stadion ərazisində yeni sanitar qovşağı inşa olunub və qızlar və oğlanlar üçün ayrıca nəzərdə tutulub. Bundan əlavə, Akademiyanın məşq meydançasında işıqlandırma sisteminin qurulmasına başlanılıb. Uzun illər işıqlandırmanın olmaması səbəbindən axşam saatlarında məşq keçmək mümkün deyildi və bu, futbolçuların inkişafına mənfi təsir göstərirdi. Yeni sistemin quraşdırılması ilə bu problem aradan qaldırılacaq və məşqlər daha əlverişli şəraitdə, daha geniş zaman intervalında keçiriləcək. Bundan başqa, Akademiya üçün oyun vaxtı istifadə ediləcək soyunub-geyinmə otağının tikintisi və əlavə sanitar qovşağın inşası nəzərdə tutulub. Yaxın gələcəkdə süni meydançanın dəyişdirilməsi də planlarımız sırasındadır.

– Akademiyadan əsas komandaya keçid mexanizmi necə qurulacaq?
– Perspektivli futbolçular artıq əsas komandanın məşqlərinə cəlb olunur. Məşqçilər heyəti ilə koordinasiya gücləndirilib. İdarə Heyətinin sədri Adil Vəliyevlə keçirilən görüşdə baş məşqçimiz Azər Bağırovun qarşısına akademiya ilə bağlı konkret tapşırıqlar qoyulub və o da planlarının klub strategiyası ilə tam uyğun olduğunu bildirib. Baş məşqçimiz mütəmadi olaraq aşağı yaş qruplarının məşqlərini və matçlarını izləyir. Yoxlama oyunlarında akademiya üzvlərinə şans verilməsi də bu sistemli yanaşmanın tərkib hissəsidir.

– Azarkeşlərlə bağlı hansı planlar var?
– “Kəpəz” azarkeşsiz təsəvvür olunmur. “Xəmsə” və “Kəpəz Ultras” kimi uzun illər tribunada və komandanın yanında olan və yeni yaradılan “Zona 20” kimi üç böyük azarkeş qrupumuz var. Onlar nəticədən asılı olmayaraq hər zaman klubun yanındadırlar. Bu dəstək klubumuz üçün böyük stimuldur. Ev oyunlarını Gəncədə keçirəcəyimiz vaxt onların dəstəyinə daha çox ehtiyacımız olacaq və inanırıq ki, arena tam dolacaq.

– “Kəpəz”in veteranlarla bağlı nə deyə bilərsiz?
– Veteranlar “Kəpəz”in tarixidir. Klubun ən böyük uğurları onların adları ilə bağlıdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Veterlarla arasında Akademiyamızda fəaliyyət göstərənləri də var. Onlar klubumuzun aşağı yaş qruparndan ibarət komandalarda məşqçilər heyətində yer alıblar. Bundan başqa, klubun nəzdnində “Gəncə futbol əfsanələri” şurası da yaradılıb. Bu şuraya komandanın formasını geyinən bütün veteranlar üzv seçilib. Onlarla bağlı da planlarımız var. Bu ayın sonunda görüşümüz olacaq. Ev oyunlarımızı doğma stadionumuzda keçirəndə onlar üçün də xüsusi tribuna ayrılacaq və “Kəpəz”in matçlarını izləmələri üçün şərait yaradılacaq.

– Qarşıda sizi 2 çətin matç gözləyir. “Neftçi” və “Sabah” oyunları ilə bağlı gözləntiləriniz?
– Rəqibdən asılı olmayaraq baş məşqçi və futbolçularımızın hədəfi əzmkar oyun göstərib, qələbə qazanmaqdır. “Neftçi” ənənəsi olan köklü bir komandadır. Güclü heyətə malikdirlər. Onlarla oyunumuz hər zaman gərgin idman mübarizəsi şəraitində keçib. “Sabah” da artıq tarix yazmağa başlayır. Ötən mövsüm Azərbaycan kubokunu qazanmaları bunun sübutudur. Hazırda isə Premyer Liqada turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar və uğurlu mövsüm keçirirlər. Bütün bunlara rəğmən bildirdiyim kimi hədəfimiz hər oyunda layiqli mübarizə aparıb, maksuimum nəticə qazanmaqdır.

Şahin Cəfərov

Füzuli Məmmədov: “Hansısa səhv bizi Premyer Liqadan sala bilər”

14 February 2026 at 20:39

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox maraqlı oyun oldu. Meydanda mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, “Zirə” yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Standart vəziyyətdən qol buraxdıq. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq.

– Qavi Tompson meydandan çıxanda qərara etiraz etdi…
– Hər futbolçu oyunu alınmayanda stressdə olur. Qavinin də davranışı normaldır. Emosional idi. Daha sonra hərəkətini başa düşdü

– Artıq neçənci dəfədir ki, ilk hissədə əvəzetməyə gedirsiz. Bu, nə ilə bağlıdır?
– “Sumqayıt”la matçda Raufun oyunu pis alınmırdı. Müdafiədə problemlər var idi, məcburiyyətdən onu əvəzlədik. Bu gün də hesabda geridə idik. Qavi yarımmüdafiəçidir, Kinqs isə hücumameyillidir. Biz futbolçuların zəif çıxışına görə yox, hücumda effektiv olmaq dəyişiklik üçün edirik. Taktiki gedişlərdir.

– Birinci hissədə potensial penalti epizodu var idi. Epizoda baxdız, fikirləriniz nədir?
– Baxdım. VAR-da oturanlar da baxırlar. Dirsək var idi, amma necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidir.

– Ötən oyunda da rəqibinizə aşkar qırmızı vərəqə verilməmişdi. Sizcə, sonuncu pillədə olduğunuza görə, hakimlər sizə qeyri-ciddi yanaşırlar?
– Mübarizə aparırıq, əziyyət çəkirik. Hər oyuna qələbə üçün çıxırıq, amma belə epizodlar bizi məyus edir. Hakimlər daha diqqətli olmalıdırlar. Hansısa səhv bizi Premyer Liqadan sala bilər. İstəyim odur ki, hakimlər bizim matçlarda çox diqqətli olsunlar.

Şahin Cəfərov

Sadıqov: “İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək”

14 February 2026 at 19:43

Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” – “Karvan-Yevlax” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Gərgin oyun olacağını bilirdik. Rəqibimiz hər oyuna “ölüm-qalım” mübarizəsi ilə çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stressli görüşdə qələbə qazandıq.

– Anatoli Nuriyevin transferi necə alındı?
– Bəyəndiyim futbolçulardan idi. “Sabah”a müraciət etdik və buna “hə” dedilər. Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə “Sabah”a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək.

– Bu heyət hədəflərə çatmağa imkan verəcək?
– İstədiyimiz ən azından avrokuboklara düşməkdir. İki komanda çempionluq, digər beş komanda isə avrokuboklara vəsiqə üçün mübarizə aparır. Komandaların yaxşı heyətləri var, yaxşı performans göstərirlər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır.

Şahin Cəfərov

Qurbanov: “Belə meydançada oynamağa necə icazə verilə bilər?”

14 February 2026 at 17:04

Azərbaycan Premyer Liqasının XX turunun “İmişli” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Futbolçularıma təşəkkür edirəm, vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm, yaxşı atmosfer var idi. “İmişli”yə uğurlar arzu edirəm.

– Meydançanın durumu komandanın oyununa nə dərəcə təsir etdi?
– Meydança yox idi… Belə meydançada oynamağa necə icazə verilə bilər? Bir neçə gün əvvəl İspaniya La Liqasında meydançanın durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ”, “Qarabağ”… Buna nə Qurban, nə başqası lazımdır. Belə olmaz. Bu meydançanı görməyə Qurban, “Qarabağ” lazım deyil. Belə meydançada oynamaq olmaz. Zədəsi var, osu var, busu var. Dərindən düşünüb, nəsə etməyə çalışsaq, hər şeyə çıxış yolu tapılar. Nə meydança var, nə temp var. Heç nə də. Burda “Nyukasl”a hazırlaşırsan, gəlib burda oynayırsan. “Nyukasl”la oyuna necə hazılaşaq? Bugünlük məsələ deyil. Burda bütün komandalar şikayət edir. Nəsə etmək olmaz? Oturub gözləyirik ki, oyun nə vaxt bitəcək, zədə olmasın. Futboldan başqa nə desən, var idi.

– Koxalski nə üçün oynamadı? 
– Mikrozədəsi var. Bakıya gedəndən sonra bilinəcək son durumu.

– Əvəzetmələri də zədə ehtimalına görə etdiniz?
– Həm oyunun gedişatına görə, həm də bəzi oyunçuların ağır yüklənməsini istəmədim. Oyun gərgin idi. Belə komandalar futbol oynamağa imkan vermir, əlavə güc sərf edirsən.

– Kadi Borgesin “qırmızı”sı ilə bağlı nə düşünürsünüz, nə baş verdi?
– Deyiləcək söz yoxdur. Futbol mübarizə oyunudur. Rəqib 3 metr boyunca Kadini saxladı. Sonra ani epizodda gəlib “qırmızı” verir. Bilmirəm, görürdülər? Bəlkə də, VAR-dan dedilər. Ya Əliyar dedi, ya da… Onsuz da Əliyar bizim oyunlarda maraqlı qərarlar verir. Yəqin, nədənsə ehtiyat edirlər. Əvvəlki oyunda Bəhlula qırmızı vərəqə verilmədi, çox danışıldı, indi ehtiyat edirlər. İstəmirlər yenə danışılsın. İnanmıram ki, hakimlərin belə meydançada oyun idarə etməyə haqqı var, ya yox. Hansı əsrdə yaşayırıq? Futbolumuz inkişaf etsin deyirik, amma… Başa düşürəm, yeni komandadır, arena yoxdur. Onda Bakıda məşq etməsinlər, burda etsinlər. Niyə burda oynayır, məşqi Bakıda keçirlər? Niyə danışıram? Bəlkə, bu sözlərlə meydançanın durumunun yaxşılaşması üçün nəsə edərlər. Bizim kimdənsə asılacağımız yoxdur, istəyirik ki, normal futbol oynasın. Birbaşa deyirəm, mən bu son iki səfər oyununa 4 oyunun gücünü sərf etdim. “Nyukasl”la oyuna hazır olmayacağıq, bunu indidən deyirəm.

– Arena ilə bağlı iradlarınızı İcraiyyə Komitəsində bildirəcəksiniz? 
– Həmişə iradlarımızı bildiririk. İstəyirik ki, hamının öz stadionu olsun. Bir illik vaxt verilib. Amma belə də etmək olmaz axı, gözləyirlər ki, onsuz bir il var. Lisenziya şöbəsi baxmalı, qərar qəbul etməlidirlər. Stadionu gəzib, baxmışam. Futbolçu qaça bilmir. Güc sərf edir, amma olmur. Düzü, çox məyusam. Son vaxtlarda futbolda bu qədər məyus olmamışdım.

– Son günlər sanki “Qarabağ”a qarşı aqressiya var. “Neftçi” ilə oyunun təxirə salınması da çox danışıldı, sanki “Qarabağ”ın uğurları qısqanılır…
– Bunlar dünya futbolunda da olan şeylərdir. Hansısa komandanın üzərinə çox gedilir, normaldır. Amma inanmıram ki, bizə qarşı nəsə olsun. Hər şeyi normal qarşılayırıq. Onsuz uğuru olan komandaya qarşı mövzu çox olur. Böyük futbola hörmətlə yanaşmaq lazımdır. Azərbaycan olaraq varlı ölkəyik, bu dəqiqə bütün dünyada bizi tanıyırlar, dəyərləndirirlər. Bəzi məsələlər var ki, həll edilməlidir.

– “Nyukasl”la oyuna hazırlıq necə olacaq?
– “Nyukasl”a qarşı necə oynamalıyıq? Bilirik ki, sürətli komandadır, Premyer Liqada oynayırlar, danışmağa ehtiyac yoxdur. Sürətli oynamalıyıq, düşünməliyik. Amma son iki matçımızda heç birini edə bilmədik. Bəlkə də, düşündüyüm 1000 ötürmə idisə, heç 500-ün edə bilmədik. Hər bir halda, təcrübəmiz var. Ancaq heç vaxt belə hazırlıq olmamışdı.

Şahin Cəfərov

Sterlinqin ilk seçimi

14 February 2026 at 15:16

“Feyenoord”un yeni transferi Rahim Sterlinqin forma nömrəsi məlum olub.

Futbolpress.az xəbər verir ki, ingiltərəli vinger Niderland klubunda 19 nömrəli formanı geyinəcək.

Ötən ay “Çelsi”dən ayrılan Sterlinq “Feyenoord”la müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

“Yuventus” məni xilas etdi”

14 February 2026 at 14:00

“Nitsa”dan “Yuventus”a keçən Jeremi Boqa açıqlama verib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu Fransa klubunda çətin dönəm keçirdiyini deyib:

“Mövsümün əvvəlində uğursuz nəticələrə görə azarkeşlər klubun bazasına hücum etmişdi. Komanda yoldaşlarımdan yaralananlar da oldu. Buna baxmayaraq, sonra mən heyətdən çıxarıldım. Ailəm və mənim üçün pis dönəm idi. İki ay evdə qaldım, detalları çox danışmaq istəmirəm. İndi burda olduğuma görə xoşbəxtəm. “Yuventus” məni xilas etdi”.

Boqa icarə əsasında “Yuventus”a keçib.

“İmişli” – “Qarabağ”: heyətlər

14 February 2026 at 13:22

“Qarabağ” Premyer Liqanın XX turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:30-da start götürəcək oyuna komandalar aşağıdak heyətlə çıxacaqlar…

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 70. Mehdi Tahirov 94. Rafael Vieqaş 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 10. Nikola Karaklaiç 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya

“Qarabağ”: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Yuventus” “İnter”lə oyuna itki ilə çıxacaq

14 February 2026 at 12:31

“Yuventus” İtaliya A Seriyasında “İnter”lə oyuna ciddi itki ilə çıxacaq.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kefren Türam zədə səbəbindən matçda iştirak etməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bu gün keçiriləcək “İnter” – “Yuventus” oyunu saat 23:45-də start götürəcək.

24 yaşlı futbolçu bu mövsüm 31 oyunda 3 məhsuldar ötürmə edib.

“Araz-Naxçıvan”dan transfer

14 February 2026 at 12:00

Futzal üzrə “Araz-Naxçıvan” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, komanda Elan Delon Pereyra da Silva ilə müqavilə imzalayıb.

Elan 14 avqust 2001-ci ildə Braziliyanın Pinyan şəhərində doğulub. O, karyerası ərzində “Pumas-SE”, “Uniao Bahia-BA”, Avstriyanın “Göfis” və Tacikistanın “Soro Kompaniya” klublarında çıxış edib.

 

“Şalke”dən “Neftçi”yə

14 February 2026 at 11:36

“Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

Futbolpress.az xəbər verir ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

“Nyukasl”ın aparıcı oyunçusu “Qarabağ”a qarşı oynamayacaq

14 February 2026 at 11:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş sıradan çıxıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən iki ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Gimarayeş bu mövsüm 35 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək.

Hansı oyun, hansı kanalda? – TV

14 February 2026 at 10:25

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

14 fevral

Azərbaycan, Premyer Liqa
14:30 İmişli – Qarabağ (CBC Sport)
17:00 Zirə – Karvan-Yevlax (CBC Sport)

Türkiyə, Super Liqa
15:30 Gənclərbirliyi – Rizəspor (beİN Sports 2)
18:00 Alanyaspor – Konyaspor (beİN Sports 2)
21:00 Trabzonspor – Fənərbağça (Futbol 3, beİN Sports 1)

İspaniya, La Liqa
19:15 Xetafe – Vilyarreal (İdman TV)
21:30 Sevilya – Alaves (İdman TV)
00:00 Real – Real Sosyedad (İdman TV)

İtaliya, A Seriyası
21:00 Latsio – Atalanta (Futbol 1, Matç TV)
23:45 İnter – Yuventus (Futbol 1, Matç TV)

“Komanda ruhumuzu qaytarmalıyıq”

14 February 2026 at 09:50

PSJ-nin futbolçusu Osman Dembele Fransa çempionatında “Renn”ə uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan vinger 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Komanda ruhumuzu qaytarmalıyıq. Oyuna pis başladıq və rəqib bundan yararlandı. Düşünürəm ki, daha arzulu, istəkli oynamalıyıq. Bu matçda özümüzə bənzəmədik. Hər birimiz komandanı düşünməliyik, özümüzü yox”.

Super Liqa klubu baş məşqçisini göndərdi

14 February 2026 at 09:20

Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi Tomas Reislə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə Super Liqada “Antalyaspor”a məğlubiyyətdən (1:3) sonra yollar ayrılıb.

“Samsunspor” çempionatda 22 turdan sonra 30 xalla 7-ci sıradadır.

Milli üzvünün komandası liderə qalib gəldi

14 February 2026 at 08:26

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda evində PSV ilə qarşılaşıb. Matç “Volendam”ın qələbəsiylə başa çatıb – 2:1.

Ozan oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 23 turdan sonra 24 xalla 14-cü sıradadır.

“İnter” “Yuventus”u xalsız yola saldı

15 February 2026 at 01:50

İtaliya A Seriyasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. bir oyun baş tutub.

“Milan” səfərdə “Piza”ya qalib gəlib.

İtaliya A Seriyası
XXV tur

13 fevral

Piza – Milan 1:2
Qollar:
Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar:
Parisi, 77 (avtoqol.) – Facoli, 26. M.Kin, 54 (pen.)

Latsio – Atalanta 0:2
Qollar:
Ederson, 41 (pen.), Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar:
Kambyazo, 17 (öz qapısına) Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

15:30. Udineze – Sassuolo
18:00. Kremoneze – Cenoa
18:00. Parma – Verona
21:00. Torino – Bolonya
23:45. Napoli – Roma

16 fevral

23:45. Kalyari – Leççe

“Qarabağ” və “Zirə”dən qələbə

14 February 2026 at 18:56

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qarabağ” Qubada “İmişli”nin məğlub edib, digər görüşdə “Zirə” “Karvan-Yevlax”dan üstün olu.

Azərbaycan Premyer Liqası
XX tur

14 fevral

14:30 İmişli – Qarabağ 0:1
Qol:
Musa Qurbanlı, 80
Qırmızı vərəqə: Dieqo Almeyda, 84 (“İmişli”) – Kadi Borges, 72 (“Qarabağ”)
Baş hakim: Cavid Cəlilov
Quba OİK stadionu

17:00 Zirə – Karvan-Yevlax 1:0
Qol:
Volkov, 20
Baş hakim: Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu

“Leypsiq” xal itirdi

15 February 2026 at 22:59

Almaniya Bundesliqasında XXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Maynts”la qarşılaşıb. Görüş meydan sahiblərinin darmadağınıyla başa çatıb.

Almaniya Bundesliqası
XXII tur

13 fevral

Borussiya (Dortmund) – Maynts 4:0
Qollar:
Jirassi, 10; 42. Bayer, 15. Köhr, 84-öz qapısına.

14 fevral

Bayer – Sankt Pauli 4:0
Qollar:
Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78.

Ayntraxt – Borussiya (Münhenqladbax) 3:0
Qollar:
Braun, 24. Amaimuni, 34. Knauff, 75.

Hamburq – Union Berlin 3:2
Qollar:
Koniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kerfeld, 28-pen. İliç, 89.

Hoffenhaym – Frayburq 3:0
Qollar:
Asllani, 46. O.Kabak, 51. Gendrey, 90+5.

Verder – Bavariya 0:3
Qollar:
H.Keyn, 22-pen; 25. Qoretska, 70.

Ştutqart – Köln 3:1
Qollar:
Demiroviç, 15; 84. Undav, 90+2.

15 fevral

Auqsburq – Haydenhaym 1:0
Qol:
Klod-Mauris, 80 (pen.)

Leypsiq – Volfsburq 2:2
Qollar:
Diomande, 70. Qruda, 89 – Amura, 52. Svanberq, 78.

“Beşiktaş” səfərdə qazandı

15 February 2026 at 23:32

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Lider “Qalatasaray” azarkeşləri önündə “Eyüpspor”u darmadağın edib. “Samsunspor” səfərdə “Antalyaspor”a uduzub.

“Fənərbağça” bu turda səfərdə “Trabzonspor”a qalib gəlib.

Türkiyə Super Liqası
XXII tur

13 fevral

Antalyaspor – Samsunspor 3:1
Qollar: Ballet, 6, 22. Storm, 72 – Ntçam, 90+6 (pen.)

Qalatasaray – Eyüpspor 5:1
Qollar: Y.Akgün, 2. İkardi, 33, 48, 70. Onquene, 87 (avtoqol) – M.Altunbaş, 71.

14 fevral

Gənclərbirliyi – Rizəspor 2:2
Qollar:
Sou, 18 (avtoqol), Koita, 45 – Pala, 77, 87.

Alanyaspor – Konyaspor 2:1
Qollar:
Ruan, 37. Haderqyonay, 80-pen – Bardi, 83.

Trabzonspor – Fənərbağça 2:3
Qollar:
Muçi, 6. Onuaçu, 43 – Talişka, 15. K.Aktürkoğlu, 34. Asensio, 48.

15 fevral

Kocaelispor – Qaziantep 3:0
Qollar:
Aqyei, 36. S.Dursun, 76. Rivas, 81.

Göztəpə – Kayserispor 0:0

Başakşəhər – Beşiktaş 2:3
Qollar:
Selke, 36. B.Yıldırım, 88 – Hyonq Oh, 43. O.Kökçü, 58. M.Həkimoğlu, 90+7.

16 fevral

21:00. Kasımpaşa – Karagümrük

Ayın məşqçisi bilindi

13 February 2026 at 22:00

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Mançester Yunayted”in çalışdırıcısı Maykl Karrikdir.

Mütəxəssisin rəhbərlik etdiyi “qırmızı şeytanlar” ötən ay iki oyunda da qələbə qazanıb. Komanda “Arsenal” və “Mançester Siti”yə qalib gəlib.

Premyer Liqada təyinatlar açıqlandı

13 February 2026 at 21:18

Azərbaycan Premyer Liqasında XX turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “İmişli” – “Qarabağ” oyununu Cavid Cəlilov idarə edəcək.

“İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 14:30

“Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

15 fevral (bazar)

“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu, 14:30

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Liv Bona Dea Arena”, 17:00

16 fevral (bazar ertəsi)

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı şəhər stadionu, 14:30

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu, 17:00

Azərbaycan çempionatında 1/4 finalçılar bilindi

13 February 2026 at 20:42

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Sabah Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.

“Neftçi”dən 8 qollu qələbə

13 February 2026 at 20:15

“Neftçi” Yüksək Qızlar Liqasında növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, qadınlardan ibarət komanda15-ci turda “Zaqatala”nın qapısından 8 cavabsız top keçirib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda Röya Əliyeva het-trikə, Mədinə Curuqova isə dubla imza atıb. Digər qolları Sara Səlimova, Məsumə Nəzərli və Günay İsmayılova vurublar.

Qeyd edək ki, bütün oyunlarda qələbə qazanan “Neftçi” 15 turdan sonra 45 xalla turnir cədvəlinin vahid lideridir.

Yeni transfer: “Mənimçün vacib olan budur”

13 February 2026 at 19:58

“Sumqayıt” son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. 28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Afrikalı futbolçu “Futbolpress.az“a açıqlamasında “kimyaçılar”a keçidi haqda fikirlərini bölüşdü:

“Hər şey qaydasındadır. Burda məni çox yaxşı qarşıladılar. Təklif alanda çox düşünmədim. Azərbaycan futbolu haqda məlumatım var idi. Düşünürəm ki, burda futbolun səviyyəsi yaxşıdır. Azərbaycanın Avropa arenasında oynayan klubları var. Daha əvvəl “Şerif”də oynayanda “Zirə”yə qarşı matçda şans qazanmışdım. Həmin oyunda rəqibimiz daha çox atletik futbola üstünlük vermişdi və çətinlik yaşamışdıq”.

Badalo “Sumqayıt”dakı hədəflərinə toxunub:

“Liqaya yeni gəlmişəm. İndi çox şey danışa bilmərəm. Lakin bilirəm ki, burda futbolun səviyyəsi yaxşıdır. Komandaya hədəflərinə çatmağa kömək etmək istəyirəm. Mənimçün vacib olan budur. Necə alınacağını görəcəyik”.

Şahin Cəfərov

Fransalı Münhendə qaldı

13 February 2026 at 19:25

“Bavariya” futbolçusu Dayot Upamekano ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı müdafiəçinin sözləşməsi 2030-cu ilin yayına kimi artırılıb.

Müdafiəçi bu mövsüm 28 oyunda meydana çıxıb.

“Neftçi” veteranlarını təbrik etdi

13 February 2026 at 19:05

“Neftçi”nin veteran futbolçuları – Asif Əliyev və Aydın Ələkbərov “Palms Sports” Futbol Mərkəzində klubun qonağı olub.

Futbolpress.az xəbər verir ki, klub nümayəndələri ilə görüşən Asif Əliyevə 70, Aydın Ələkbərova isə 60 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.

1956-cı il fevralın 10-da Gəncədə dünyaya gələn Əliyev bir müddət doğma şəhərinin “Tərəqqi” klubunda oynayandan sonra “Neftçi”yə dəvət olunub. 1973-cü ildə SSRİ çempionatının birinci dəstəsində “İnşaatçı” (Aşqabad) klubuna qarşı debüt matçındaca qol vuraraq komandamıza 1:0 hesablı qələbə qazandırıb. Həmin mövsümdə meydana çıxdığı 7 oyunda 2 qol vuran hücumçu növbəti mövsümdən etibarən əsas heyət üzvlərindən biri olub.

Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 12 mövsüm ərzində 258 oyunda meydana çıxıb, 43 qola imza atıb.

1985-ci ildə “Neftçi”ni tərk edəndən sonra 6 il “Kəpəz”in şərəfini qoruyub və 1990-cı ildə karyerasını “Göyəzən”də başa vurub.

Daha sonra məşqçiliyə başlayan Asif Əliyev 1995-2000-ci illər ərzində baş məşqçilər – Kazbek Tuayev, Ruslan Abdullayev və Əhməd Ələsgərovun köməkçisi olub, 1996, 1998, 1999-cu illərdə isə komandanın baş məşqçisi vəzifəsini yerinə yetirib.

1966-cı ildə anadan olan Aydın Ələkbərov isə 5 mövsüm – 1993-1997-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində 130 rəsmi matçda meydana çıxan müdafiəçi 1996 və 1997-ci illərdə “Flaqman”la Azərbaycan çempionatının, 1995 və 1996-cı illərdə isə ölkə kubokunun qalibi olub.

Mingəçevirdə “sülh”

13 February 2026 at 18:49

Azərbaycan I Liqasında XIV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

“Difai” “Şimal”ı məğlub edib. “Mingəçevir” isə “Zaqatala” ilə heç-heçəyə razılaşıb.

I Liqa
XIV tur

13 fevral

“Difai” – “Şimal” 3:1
Qollar: K.Kamta, 16, A.Bektaşoğlu, 31, V.Ondo, 50

“Mingəçevir” – “Zaqatala” 0:0

Poçettino qayıda bilər

13 February 2026 at 18:15

Baş məşqçi axtarışlarını davam etdirən “Tottenhem”də daha bir mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi komandanın sabiq baş məşqçisi Maurisio Poçettinoya təklif göndərmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

argentinalı mütəxəssis hazırda ABŞ yığmasına rəhbərlik edir.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.

London klubu fevralın 11-də baş məşqçisi Tomas Frankla vidalaşıb. Komanda Premyer Liqada 16-cı sıradadır.

“Barselona” hakimlərdən şikayət edəcək

13 February 2026 at 17:43

“Barselona” İspaniya Kubokunun yarımfinalının “Atletiko” ilə matçının hakimlərindən şikayət etməyi düşünür.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu matçın ikinci hissəsində ləğv olunan qolda hakim xətasının olduğunu düşünür. “Barselona” yaxın zamanda İspaniya Kral Futbol Federasiyasına şikayət ünvanlayacaq.

“Atletiko” “Barselona”nı 4:0 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab görüşü martın 3-də “Kamp Nou”da olacaq.

Azərbaycan çempionatı başa çatdı

13 February 2026 at 17:24

Yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı başa çatıb.

Futbolpress.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın sonuncu – beşinci günündə sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib.

48 kq
Hüseyn Rzazadə (Cəlilabad, Mywrestling)
Toğrul Əliyev (Cəlilabad, Mywrestling)
Nurxan İsmayılov (Abşeron, AHİTA), Həzrət Müzəffərov (Gəncə,Təhsil-1)

55 kq
Abbas Şəfiyev (Lənkəran)
Əliağa Süleymanov (Gəncə,Təhsil-1)
Əlirza Heybətli (Abşeron, Mywrestling), Şirzad Hüseynov (Gəncə, AHİTA)

65 kq
Rəşid Nazarov (ROİL,”Neftçi”)
Ramal Məmmədoğlu (Mywrestling)
Məhərrəm Babayev (Şəmkir), Xamis Zamanov (Zaqatala)

80 kq
Nihad Süleymanlı (“Neftçi”,Təhsil)
Elvin Hacıquliyev (Xaçmaz)
Tural Eynullayev (Masallı), Elvin Nəcəfzadə (Təhsil)

110 kq
Hakim Tağıyev (ROİL, “Neftçi”)
Khabib Zokhraev (AGF)
Məhəmməd Cəfərov (Goranboy), Nicat Mustafayev (Neftçi)

Premyer Liqa klubunda yeni müqavilə

13 February 2026 at 17:00

“Brentford” hücumçusu İqor Tyaqonun müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçunun sözləşməsi 2031-ci ilin yayına kimi artırılıb.

Tyaqo bu mövsüm Premyer Liqada 26 oyunda 17 qol vurub.

❌
❌