Normal view

Yesterday — 15 March 2026Main stream

Gürcüstanın Gəncədəki baş konsulu “Kəpəz”in qonağı olub

15 March 2026 at 17:41

Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze və konsulluğun inzibati meneceri Malxaz Xulordava “Kəpəz”in qonağı olub.

Futbolpress.az xəbər verir ki, akademiyada keçirilən görüşdə “Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə, icraçı direktor Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, gürcüstanlı futbolçumuz Mate Abuladze, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.

Qonaqlara klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüşün sonunda “Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə tərəfindən baş konsul Kaxaber Abdaladzeyə klubun forması hədiyyə olunub. Həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış futbolçu İlqar Burcəliyevin əziz xatirəsinə həsr olunan Anar Burcəliyevin müəllifi olduğu “Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabı da baş konsula təqdim edilib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Azər Bağırov: “Vaxt keçdikcə başqa “Kəpəz” görəcəyik”

15 March 2026 at 17:11

Misli Premyer Liqasının XXIV turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Azarkeşlərə təşəkkür edirəm. Sona qədər dəstək oldular. Futbolçular onların dəstəyini yerə vurmadı. Çatışmazlıqlarımız var və oyundan-oyuna daha yaxşı olacağıq. İstədiyimiz oyunu oynamağa çalışacağıq. Vaxt keçdikcə başqa “Kəpəz” görəcəyik.

– Jo “Neftçi”yə də belə qol vurmuşdu. Bunu təhlil etməmişdiz?
– Hücuma çıxanda top itirdik və zona boşaldı. Bir zonanı boşaldırsansa, digər yerlərdəki boşluqlar da tez sezilir. Rauf Rüstəmli maksimumu etməyə çalışdı. Futboldur. Rəqibin usta futbolçuları var. Onların bacarıqlarını danmaq olmaz.

– Belə istəkli “Kəpəz” görməyə nə mane olur?
– Son turlarda yaxşı oynayırıq. İstəyimiz var. Deməzdim ki, qeyri-stabilik. son 4-5 oyunda stabilik. Meydançada futbol oynayırıq. Məncə, bu gün də maraqlı futbol oldu. Uşaqlara təşəkkür edirəm ki, tapşırıqları həyata keçirdilər.

Şahin Cəfərov

Berdıyev: “Vacib iki xal itirdik”

15 March 2026 at 17:06

Misli Premyer Liqasının XXIV turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Vacib iki xal itirdik. Oyunun ikinck hissəsi fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.

– İlk hissədə Enrike zədə səbəbindən meydandan çıxdı. İkinci hissədə rəqib onun cinahından hücumlar etdi. Enrikeni əvəzləyən Faiqin oyununu necə dəyərləndirirsiz?

– Faiq uzun müddət oynamırdı. Ona görə səhvlər edirdi.

– Miller nə üçün oynamadı? 

– Zədəli idi.

– Ardıcıl “Zirə” və “Neftçi” qələbəsindən sonra autsayderə xal itirdiniz. Niyə?

– Emosiya məsələsidir. Futbolçular elə komandalarla oyuna köklənməkdə problem yaşayırlar.

Şahin Cəfərov 

“Turan Tovuz”da itki

15 March 2026 at 15:43

“Turan Tovuz” Misli Premyer Liqasının XXIV turunda “Kəpəz”lə qarşılaşır.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi matçda itki ilə üzləşib. Müdafiəçi Enrike Silva sıradan çıxıb. İlk hissədə zədələnən futbolçunu Faiq Hacıyev əvəzləyib.

ilk hissəsi davam edən matçda hesab açılmayıb.

“Kəpəz” – “Turan Tovuz”: heyətlər

15 March 2026 at 14:17

Misli Premyer Liqasının XXIV turunda bu gün keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun heyətləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 57. Amur Yusifov

Baş məşqçi: Azər Bağırov

“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 5. Roderik Miller 99. Vadji İbrahima 9. Coş Cinnelli 8. David Tavareş

Baş məşqçi: Kurban Berdiyev

Mahir üçün növbəti sınaq

15 March 2026 at 12:48

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda evdə “Karlşrue” ilə qarşılaşacaq. Görüş saaat 16:30-da başlayacaq.

Mahirin bu görüşdə iştirakı gözlənilir.

“Kayzerslautern” II Bundesliqada 37 xalla 7-ci sıradadır.

Hansı oyun, hansı kanalda? – TV

15 March 2026 at 12:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

15 mart

Azərbaycan, Premyer Liqa
15:00 Kəpəz – Turan Tovuz (CBC Sport)
18:00 Qəbələ – Neftçi (CBC Sport)

Rusiya, Premyer Liqa
15:00 Akron – Axmat (Matç Premyer)
20:00 Rubin – Lokomotiv Moskva (Matç Premyer, Matç TV)

İtaliya, A Seriyası
15:30 Verona – Cenoa (Futbol 1, Matç TV)
18:00 Sassuolo – Bolonya (Futbol 1)
21:00 Komo – Roma (Futbol 1, Matç TV)
23:45 Latsio – Milan (Futbol 1, Matç TV)

İngiltərə, Premyer Liqa
18:00 Mançester Yunayted – Aston Villa (beİN Sports 3)
18:00 Nottingem Forest – Fulhem (beİN Sports 4)
20:30 Liverpul – Tottenhem (beİN Sports 3)

İspaniya, La Liqa
19:15 Barselona – Sevilya (İdman TV, Futbol 2)
21:30 Betis – Selta (İdman TV, Futbol 2)
00:00 Real Sosyedad – Osasuna (İdman TV, Futbol 2)

Türkiyə, Super Liqa
21:00 Gənclərbirliyi – Beşiktaş (Futbol 3, beİN Sports 1)

Messinin yoxluğunda “İnter Mayami” xal itirdi

15 March 2026 at 11:16

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Şarlott” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Messi bu görüşdə iştirak etməyib.

“İnter Mayami” 4 oyundan sonra 7 xalla 8-ci sırada qərarlaşıb.

Aleksey: “İstərdim ki, stadionda azarkeşlər çox olsun”

15 March 2026 at 10:33

“Sabah” Misli Premyer Liqasının XXIV turunda “İmişli”ni məğlub edib – 5:0.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Aleksey İsayev matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.

“Əsas odur qələbə qazandıq. “İmişli” çətin rəqibdir, yaxşı komandadır. Onlara uğurlar arzu edirəm. Əsas odur, qalib gəldik. oyundan-oyuna irəliləyirik. Hər matça qələbə üçün çıxırıq. Buna görə də işləməyə davam edirik. Bu oyunu artıq unuduruq və qarşıda “Sumqayıt”la vacib oyun var.

İstərdim ki, stadionda azarkeşlər çox olsun və biz də onları sevindirək. Qoy, gəlib bizi dəstəkləsinlər. Göstərdikləri dəstəyə görə hər birinə təşəkkür edirəm”.

Nəriman kənarda qaldı

15 March 2026 at 10:00

Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda evdə “Neşvill”lə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 1:0.

Nəriman oyunda iştirak etməyib. O, sona qədər ehtiyat oyunçular skamyasında qalıb.

“Kolumbus Kryu” 4 turdan sonra 2 xalla 13-cü sıradadır.

Milli üzvü oynadı, komandası uduzdu

15 March 2026 at 09:24

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda evdə “Fortuna” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:1.

Ozan görüşə start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.

“Volendam” 27 turdan sonra 27 xalla 14-cü sıradadır.

Yevlaxda “sülh”, “Neftçi”dən qələbə

15 March 2026 at 19:56

Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, son gündə iki qarşılaşma keçiriləcək.

“Kəpəz” Yevlaxda “Turan Tovuz”u qəbul edib. Matç bərabərliklə başa çatıb.

“Neftçi” isə səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.

Misli Premyer Liqası
XXIV tur

15 mart

15:00 Kəpəz – Turan Tovuz 1:1

Qollar: Rəhman Hacıyev, 55 – Jo, 61
Baş hakim: Tural Qurbanov
Yevlax şəhər stadionu

18:00 Qəbələ – Neftçi 1:3

Qollar: Keyta, 19 (pen.) – Sambu, 23, Emin, 69 (pen.), Murad, 77
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu

Before yesterdayMain stream

Sadıqov: “Epizodlara verilən şərhlər də adamı məyus edir”

14 March 2026 at 23:03

Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdı. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 0:2-dən sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 1:2-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma “Qarabağ” irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı “Qarabağ” var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Bu cür “Qarabağ”a qarşı yaxşı nəticə qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın.

– Apreldə sıx qrafikiniz olacaq…

– Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyev qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.

– “Zirə” digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?

– Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Çempionatda çox bəyəndiyimiz futbolçular var.

– 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?

– Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə “Kəpəz”lə matçdan razı qalmadım. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. “Sabah”, “Turan Tovuz” və “Qarabağ”a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlərlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu deyim, düzgün anlaşılsın. Yeni limitə adaptasiya üçün.

– “Zirə” artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin ayrılmasının zamanı çatmayıb?

– Mən də istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Ən vacib odur ki, komanda vacibdir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparmaq, avrokuboklara düşmək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.

– İki epizod var idi ki, penalti istəyirdiz. O epizodlarla bağlı fikirləriniz nədir?

– Paltardəyişmə otağında telefonda baxdım, hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, artıq hesab 2:3 olacaqdı. Maraqlı odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı…Əvvəlki oyunlarımızda da hakimlərin mübahisəli qərarları olub.

Qurbanov: “Sona qədər mübarizə aparacağıq”

14 March 2026 at 22:48

Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən komanda vardı. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər.

– Uzun illərdir belə söhbətlər var ki, “Qarabağ” avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşısıalınmaz olur, daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsiz?

– 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ optimal formamızdan uzağıq. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Çempionlar Liqasında hər oyunda çox enerji itirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Hələ qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar. Bəli, düşüncə var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslanırlar.

– Leandro Andrade oyuna mərkəzdə başladı. Necə təsir bağışladı?

– Oyunun gedişatında rotasiyalar olur. Gözləyirdim ki, matçın gedişatında rotasiya edək. Leandro həm sağ, həm sol cinahda, həm də ortada oynamağaı bacarır. Çox yaxşı performans göstərdi.

– Kamilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiz? Dünya çempionatına getməsini real sayırsız?

– Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun, daha böyük turnirlərdə oynasın. Buna sevinərik. Görək hansı qərarları verəcəklər.

– Apreldə “Sabah” və “Neftçi” ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsüzki?

– Kubok və çempionat oyunlarını ardıcıl eyni komanda ilə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq.

– Kris Kuaku rəqabətə hazır deyildi deyə, ayrıldı?

– İntizamlı futbolçu idi. Özü də daha çox oynamaq istəyirdi. Az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, “yox” demədim. Onda da alınmadı, bizdə də.

– Rui Jorjenin U-20 millisinə təyinatını necə qarşıladız?

– Xeyirli olsun. Müzakirə olunan məsələ idi, hazırlıq gedirdi. Uğurlu olsun.

– Joni Montiel ilə Marko Yankoviç arasında seçim etmək çətinlik yaratmır?

– İkisinin də meydanda olduğu vaxtlar çox olub. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, formada olsunlar və mən fikirləşim ki, kimi oynadaq (gülür).

– Sizcə, “Qalatsaray” “Liverpul” səddini İngiltərədə keçə bilər?

– İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma “Qaltaasaray”a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladı. Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar.

– Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizə təkliflər var?

– Bakıdayıq da hələ (gülür).

– Sami Mmae əsas komandaya geri qaytarıla bilər?

– Ola bilər. Cəzalandırılmışdı. Qarşıdakı fasilədə baxacağıq.

– “Sabah”ın büdrəməsini real hesab edirsiz?

– Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir.

– “Sabah”ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiz?

– Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada.

 

Danimarkalı hücumçu Neapolda qalacaq

14 March 2026 at 22:24

“Napoli” icarə əsasında komandada çıxış edən Rasmus Hoylundun transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna İtaliya mətbuatına açıqlamasında deyib. O, danimarkalı hücumçunun növbəti mövsüm də komandada olacağını bildirib.

Hoylund müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. O, ötən yaydan “Napoli”də icarədədir.

Danimarkalı forvard bu mövsüm 35 oyunda 13 qol vurub.

Daha bir klub Sumqayıtda oynayacaq

14 March 2026 at 19:14

“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib. Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.

“Zirə” – “Qarabağ”: heyətlər

14 March 2026 at 18:33

“Qarabağ” Misli Premyer Liqasının XXIV turunda bu gün “Zirə”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 6. Eldar Quliyev 22. Eren Aydın

Baş məşqçi: Rəşad Sadıqov

“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

Dambrauskas: “Qələbədən çox məmnunam”

14 March 2026 at 17:16

Misli Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Qələbədən çox məmnunam. Bu meydançada oynamaq çox çətindir. Texniki cəhətdən üstün olan komandalar üçün topa sahib olmaq həqiqətən, çətindir. 10-15 metr məsafədə belə ötürmə etmək yaxşı alınmır. Bugünkü qələbəyə görə bütün “Sabah” ailəsini təbrik edirəm. Şükürlər olsun, burdan zədəsiz ayrılırıq. Qarşıdan “Sumqayıt”la oyun gəlir. Bütün diqqətimiz bu oyunda olacaq.

– Hücumda tez-tez itkilər olsa da, komanda stabilliyi qoruyur. Bunun xüsusi sirri var?
– Bunun resepti, sirri yoxdur. Sadəcə oyunçular tapşırıqları düzgün icra edir. Öz stilimiz yaranıb. Oyunçular da bu sistemə uyğunlaşır, istədiklərimizi düzgün yerinə yetirirlər. Üç gənc oyunçumuz – Maluda, Xəyal və Umarali 15 dəfə fərqləniblər. Mikels də qollar vurur. Oyunçuları fərdi fərqləndirmək istəməzdim. Kim meydana daxil olursa, töhfəsini verir. Məsələn, Kahim Parris bir müddət oynamadı, amma son matçlarda qollar vurur. Sekidika da zədədən qayıdıb və formasını bərpa edir. Onlar işlərinə məsuliyyətlə yanaşırlar. İnanırıq və işimizə davam edirik. Məncə, daha da yaxşı oynaya bilərik. Potensialımız var. Sadəcə vaxt, çalışmaq və inanmaq lazımdır. İnanıram ki, bir gün ən yüksək həddimizə çatacağıq.

 

Şahin Cəfərov

Kaşkilya 0:5-dən sonra: “Neftçi”ni düşünməliyik”

14 March 2026 at 17:07

Misli Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyun haqda deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın zədələnməsi komandaya pis təsir etdi. İkinci qolu da tez buraxdıq. Müdafiəçilərin səhvinə görə penalti oldu. İkinci qoldan sonra toparlanmaq çətin oldu. “Sabah” kimi çempionatın liderinə qarşı geridönüş etmək çətindir. Bundan öncə də “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Onların motivasiyası yüksək idi. Səhvlərimizdən yararlanıb, fərqi artırdılar. Çempionluğa iddialı komandadırlar. Səhvlərimizə görə də böyük hesab qeydə alındı. “Sabah”ı təbrik edirə, bizdən üstün, keyfiyyətli oyun göstərdilər. Özümüzə gəlincə, gələn oyuna hazırlaşmalıyıq, “Neftçi”ni düşünməliyik. Praktiki cəhətdən çalışacağıq. Bu cür məğlubiyyətdən sonra komandanı qaytarmaq lazımdır. Öhdəsindən gələcəyimizə inanıram.

– Son qələbəniz ötən il “Neftçi” üzərində olub. İndi də növbəti oyun onlara qarşıdır.
– Hər oyuna qalib gəlmək düşüncəsi ilə çıxırıq. “Neftçi” ilə matçdan da üç xal qazanmağa çalışacağıq. Onların da güclü olmalarını nəzərə almalıyıq. Çalışacağıq ki, yenidən qələbə qazanaq.

– “Sabah”la matça qədər son 5 oyunda cəmi 1 qol buraxmışdınız. Bu gün isə 5-ni birdən. Bunu müdafiədəki itkilərlə bağlaya bilərik?
– Nəticəyə bəhanə gətirmək istəmirəm. Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək.

Şahin Cəfərov

“Valverde planetin ən qüsursuz oyunçusudur”

14 March 2026 at 16:12

“Real”ın futbolçusu Trent Aleksander-Arnold açıqlama verib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi komanda yoldaşı Federiko Valverde haqda danışıb:

“Valverde planetin ən qüsursuz oyunçusudur. “Real”da oynamayan vaxtlarımda da onu heyranlıqla izləyirdim. O, möhtəşəm biridir və qüsursuzdur”.

Valverde Çempionlar Liqasında “Mançester Siti” ilə 1/8 finalın ilk matçında (3:0) het-trik edib.

“Arsenal” iki futbolçusuna müqavilə təklif edəcək

14 March 2026 at 13:36

“Arsenal” iki futbolçusu – Deklan Rays və Yuren Timber ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu adı Avropanın bir sıra aparıcı klubları ilə hallanan oyunçuları komandada saxlamaq niyyətindədir.

Tərəflər arasında yaxın zamanda danışıqlar başlayacaq.

Rays və Timber bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb.

Klopp üçün sürpriz iddia

14 March 2026 at 12:50

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppun işsiz günləri başa çata bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis DÇ-2026-dan sonra Almaniya millisini çalışdırmağa əsas namizəddir. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Hazırda “Red Bull” şirkətində Qlobal Futbol Əməliyyatları departamentinin rəhbəridir. Onun yayda işindən ayrılacağı bildirilir. Buna səbəb Kloppla rəhbərlik arasındakı fikir ayrılığıdır. 

Klub karyerasından sonra məşqçilik fəaliyyətinə fasilə verən Yurgenin növbəti ünvanının milli komanda olacağı gözlənilir.

“Fənərbağça” Tedesko ilə vidalaşa bilər

14 March 2026 at 12:18

“Fənərbağça” klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klub rəhbərliyi komandanın son turlardakı nəticələrindən narazıdır. Mütəxəssisin taleyinin müəyyələşdirilməsi üçün yaxın zamanda klubdaxili iclas keçiriləcək.

“Fənərbağça” Super Liqada XXVI turda autsayder “Karagümrük”ə uduzub (0:2). Komanda çempionatda lider “Qalatasaray”dan 4 xal geri qalır və ikinci sıradadır.

Valverde hamını qabaqladı

14 March 2026 at 11:29

“Real”da fevral ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, yarımmüdafiəçi Federiko Valverdedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı futbolçu səsvermədə Vinisius Junior, Orelyen Çuameni, Eduardo Kamavinqa və Tibo Kurtuanı qabaqlayıb.

Valverde ötən ay 6 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

İşıqlı meydanda ilk addımlar

14 March 2026 at 11:00

“Kəpəz”in akademiyasın projektorların quraşdırılması işləri yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb. İşıqlandırılmış meydanda ilk məşqi isə U-15 komandası keçirib.

Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.

Akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.

Milli üzvünün komandası liderdən xal aldı

14 March 2026 at 10:24

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Vlajniya”nı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

Zamiq oyuna startda başlayıb və sona qədər meydanda qalıb.

“Eqnatiya” 28 turdan sonra 50 xalla ikinci sıradadır. Lider “Vlajniya”nın isə 52 xalı var.

Hansı oyun, hansı kanalda? – TV

14 March 2026 at 10:00

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

14 mart

Rusiya, Premyer Liqa
14:45 Soçi – Krasnodar (Matç Premyer)
17:00 Zenit – Spartak Moskva (Matç Premyer)
19:15 Rostov – Dinamo Moskva (Matç Premyer)
21:30 Baltika – ÇSKA (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
15:00 İmişli – Sabah (CBC Sport)
19:15 Zirə – Qarabağ (CBC Sport, İdman TV)

İspaniya, La Liqa
17:00 Jirona – Atletik (Futbol 2)
19:15 Atletiko – Xetafe (Futbol 2)
21:30 Ovyedo – Valensiya (Futbol 2)
00:00 Real – Elçe (Az.TV, Futbol 2, Matç TV)

İtaliya, A Seriyası
18:00 İnter – Atalanta (Futbol 1)
21:00 Napoli – Leççe (Futbol 1)
23:45 Udineze – Yuventus (Futbol 1)

İngiltərə, Premyer Liqa
19:00 Sanderlend – Brayton (beİN Sports 3)
21:30 Arsenal – Everton (İdman TV)
21:30 Çelsi – Nyukasl (beİN Sports 4)
00:00 Vest Hem – Mançester Siti (İdman TV)

FİBA Çempionlar Liqası, qadınlar (basketbol)
20:00 Monteneqro – Azərbaycan (İdman TV)

Türkiyə, Super Liqa
21:00 Qalatasaray – Başakşəhər (Futbol 3, beİN Sports 1)
21:00 Rizəspor – Trabzonspor (Futbol 3, beİN Sports 2)

Taleyi “Liverpul”la oyundan asılıdır

14 March 2026 at 09:39

“Tottenhem” baş məşqçisi İqor Tudorla yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London təmsilçisi Premyer Liqada “Liverpul”a məğlub olacağı halda, mütəxəssislə yollar ayrılacaq.

Tudor fevralın 14-də komandaya baş məşqçi təyin edilib. “Tottenhem” onun rəhbərliyi altında çıxdığı 6 oyunu da uduzub.

“Liverpul” – “Tottenhem” matçı sabah keçiriləcək.

İliç və onun “strategiyası”

14 March 2026 at 09:17

“Sumqayıt” Misli Premyer Liqasında növbəti məğlubiyyətini aldı. “Kimyaçılar” ev oyununda “Şamaxı”ya uduzdu – 0:1.

Ötən turda autsayder “Karvan-Yevlax”la matçda qələbəni son dəqiqədə əldən verən “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Saşa İliç görüşdən sonra klubun strategiyasını dəyişdiyini, avrokuboklara vəsiqə şansının minimuma enməsinə görə artıq gənclərə şans verəcəklərini bildirdi. Gözəl təşəbbüsdür, düzdür, ancaq, mövsümü bitirmiş kimi hiss etdiyin anda belə qərar qəbul etmək həm də “ağ bayraq” qaldırmağa bənzəyir.

“Şamaxı” ilə matçda isə İliçin dediklərinin əksini gördük. Start heyətdə 7 legionerə şans verən, 4 yerli isə mütəmadı çempionat oyunlarında meydana çıxanlar idi. Bəs hansı strategiya seçilmişdi? “Şamaxı”ya qarşı “11-lik”də meydana çıxan Nihad Əhmədzadə və Xəyal Fərzullayev yeganə gənclər idi, amma bu adlar da artıq neçə mövsümdür, mütəmadi meydana çıxır. Akademiya yetirməsi sayılacaq digər kim var idi bəs? Heç kim.

Saşa İliç “Karvan-Yevlax”a xal itkisindən sonra bir növ bəhanələr səsləndirdi. Bəlkə də, “Şamaxı”ya qarşı legionerləri meydana buraxmaqla qələbə qazanmaq və iddialı danışmaq arzusundaydı. Ola bilər, deyərdi ki, “strategiya dəyişməyib, emosional idim, qəzəbli idim, nəsə dedim…” amma yenə olmadı. Komandanın qələbəsizlik seriyası 8-ə çatdı. Bu dəfə də İliç oyunsonrası konfransda “istədiyim transferlər olmadı”, “strategiyanı dəyişmişik” kimi fikirlər səsləndirdi. Amma əməl fərqlidir. Sən 7 legioneri startda buraxırsansa, hansısa gəncləşdirmə strategiyasından danışa bilməzsən. Azı ehtiyatda olan, akademiyada şans gözləyən, əvəzedicilərdə dəridən-qabıqdan çıxan gənclərin haqqına girmiş olarsan.

“Sumqayıt” üçün qarşıda daha çətin qrafik var. “Sabah” səfəri, “Neftçi” ilə ev oyunu, “Turan Tovuz” səfəri… Ardıcıl üç ağır oyun. Qələbəsizlik seriyası bəlkə də, 10-a çatacaq. Bəs bu dəfə İliç hansı strategiyanı seçəcək? Bəhanə gətirmək, yalan uydurmaq, ya reallıqda legionerləri ehtiyata salıb, gəncləri oynatmaq?

Şahin Cəfərov

“Sabah”dan darmadağın, “Qarabağ”dan qələbə

14 March 2026 at 21:09

Bu gün Misli Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçı Qubada olub. Lider “Sabah” burda “İmişli”ni darmadağın edib.

Digər görüşdə “Qarabağ” “Zirə”nin qonağı olacaq.

Misli Premyer Liqası
XXIV tur

14 mart

15:00 İmişli – Sabah 0:5
Qollar: Solvet, 10, Mikels, 16 (pen.), 35, Parris, 49, Aleksey, 73 (pen.)
Baş hakim: Rauf Cabarov
Quba OİK stadionu

19:15 Zirə – Qarabağ 1:3

Qollar: C. Nuriyev, 70 – J. Montiel, 22, K. Duran, 55, K. Borqes, 72.
Baş hakim: Fərid Hacıyev
Zirə İK stadionu

A Seriyasında tur başladı

14 March 2026 at 02:00

Bu gün İtaliya A Seriyasında XXIX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib.

“Torino” azarkeşləri önündə “Parma”nı qəbul edib. 5 qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

İtaliya A Seriyası
XXIX tur

13 mart

Torino – Parma 4:1
Qollar: G.Simeone, 3, E.İlxan, 54, M.Keyta, 56 (avtoqol), D.Zapata, 90+1 – M.Pelleqrino, 20

Bundesliqa: “Bavariya” xal itirdi

15 March 2026 at 02:48

Bu gün Almaniya Bundesliqasında XXVI turun növbəti oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı azarkeşləri önündə “Sankt-Pauli”ni məğlub edib.

Lider “Bavariya” bu turda “Bayer” səfərində xal itirib. Dortmund “Borussiya”sı isə “Auqsburq”a qalib gəlib.

Almaniya Bundesliqası
XXVI tur

13 mart

Borussiya Münhenqladbax – Sankt-Pauli 2:0
Qollar: K.Ştoger, 37, F.Onora, 63

14 mart

Bayer – Bavariya 1:1
Qollar:
A.Qarsiya, 6 – L.Dias, 69.

Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar:
Adeyemi, 13. Recciani, 59.

Ayntraxt – Haydenhaym 1:0
Qol:
Kalimuendo, 53.

Hoffenhaym – Volfsburq 1:1
Qollar:
Promel, 83 – Kulyerakis, 65.

Hamburq – Köln 1:1
Qollar:
F.Vyeyra, 39 – Əl-Mala, 45.

Super Liqa: “Qalatasaray”dan inamlı qələbə

15 March 2026 at 02:00

Bu gün Türkiyə Super Liqasında XXVI turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

Çempionluq mübarizəsində olan “Fənərbağça” səfərdə autsayder “Karagümrük”ə uduzub. “Qaziantep” isə “Antalyaspor”u darmadağın edib.

Lider “Qalatasaray” bu turda “Başakşəhər”ə qalib gəlib.

Türkiyə Super Liqası
XXVI tur

13 mart

Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15, Srginyo, 45+1

Antalyaspor – Qaziantep 1:4
Qollar: R.Safuri, 90+3 – M.Bayo, 59, 76, K.Kozlovski, 65, D.Kamara, 82

14 mart

Kocaelispor – Konyaspor 1:2
Qollar:
S.Dursun, 58 – Kramer, 86. Muleka, 90+4 (pen.)

Qalatasaray – Başakşəhər 3:0
Qollar:
Sinqo, 57. Osimhen, 66. Naqa, 84.

Göztəpə – Alanyaspor 2:2
Qollar:
J.Santos, 7. Janderson, 59 – Haci, 15. İ.Kaya, 90+9.

Trabzonspor – Rizəspor 1:0
Qol:
Onuaçu, 51.

“Yeni oyunçular istəyirdim, alınmadı” – İliç

13 March 2026 at 23:02

Misli Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Şamaxı”ya qarşı oyunlar çətin olur. Şanslarımız oldu, amma dəyərləndirə bilmədik.

– Sanki futbolçular oynamır. Sizə qarşı birləşiblər, ya başqa problemlər var?
– Məncə, oyunçular döyüşürlər. Kifayət qədər çalışdılar. Nəsə problem olduğunu düşünmürəm.

– Bəs nə üçün komanda uzun müddətdir, qələbə qazana bilmir?
– Səbəbi bilmirəm. Amma bu gün əvvəlki matçlara baxanda pis oynamadıq.

– Bundan sonrakı hədəfiniz nə olacaq? Komandanı nə motivasiya edəcək?
– Avrokuboklara şansımız getdikcə azalır. Yerli oyunçulara fokuslanmalıyıq ki, təcrübə yığsınlar. Çalışacağıq, gənclərə daha çox şans verək.

– Ötən konfransda demişdiniz ki, rəhbərlik strategiyanı dəyişib. Penalti vurmağı da oyunçular qərarlaşdırır. Bu gün də məğlubiyyətin səbəbini bilmirsiniz. Baş məşqçi bəs nə işə baxır?
– Penalti epizodunda Səbuhinin vurmasını mən istəmişdim. Penalti zərbəsi xoşuna gəlməmişdi və ikinci penaltidə özləri qərar verdi. Bu mövsüm kifayət qədər penalti qaçırmışıq. Ramalinqomun da qaçırdığı penaltilər var. Burda nəsə başqa məsələ, konflikt yoxdur. Sadəcə oyunçuların alındıra bilmədiyi məsələlər var. O ki qaldı, strategiyaya. Buna hörmətlə yanaşıram. Nəticə olmayanda gənclərə fokuslanırıq. Burda qeyri-adi nəsə görmürəm.

– Böyük ümidlərlə gəlmişdiniz. Amma bəlkə, ən uğursuz dönəminiz “Sumqayıt”da oldu. Hansısa peşmançılığınız yoxdur?
– Təbii ki, nəticələrə görə təəssüflənirəm. Yaxşı başladıq. Amma bilirdik ki, müəyyən məqamda yeni oyunçular lazım olacaq. Alınmadı, bu da problem yaratdı. Bəzi komandalar kompaktdır. Çətin olacağını bilirdik. Yeni oyunçular istəyirdim, alınmadı. Bunlar da nəticələrdə rol oynadı.

– Yeni transfer olmadığından çox danışırsınız. Lakin “Kəpəz”ə, “Karvan-Yevlax”a qalib gəlmək üçün bu heyət yetərli deyil?
– Futboldur. “Qarabağ”ı səfərdə udmuşduq. Futbolda hər şey olur. Mənim danışdığım strategiyadır. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Əvvəldən müəyyən olunan strategiyanı qorumalıydıq.

– Mövsümün sonunda gedəcəksiniz?
– Müqaviləm var və işimi davam etdirirəm. O ki qaldı sözləşmənin yenilənməsinə, bilmirəm.

– Qalmaq istəyirsiniz?
– İndi bu haqda düşünmürəm. Nəticələr yaxşı deyil. Mövsümün sonuna kimi mübarizəmizi davam etdirəcəyik.

Şahin Cəfərov

Ayxan Abbasov: “Bir çox klub rəhbəri artıq getməlidir”

13 March 2026 at 22:48

Misli Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun alındı. Yuxarı sıralarda yerləşən komandalara çatmaq istəyirdik. Mübarizəli matç keçdi. Yaxşı atmosfer var idi. Vacib qələbə qazandıq. Futbolçulara mübarizələrinə görə təşəkkür edirəm. Acı məğlubiyyətlər də yaşamışıq, amma indi möhkəm komanda ola bilmişik. Bəlkə, mövsümün gedişində bəzi oyunlarda xal itirməsəydik, indi daha yuxarılarda ola bilərdik. Fasiləyə qədər bir oyun qalıb. Qarşıdan millinin də oyunu gəlir. Həqiqətən, yorulmuşuq. Amma istəməzdim fasilə olsun. Komanda son oyunlarda yaxşı çıxış edir. Tək “Qarabağ”a uduzmuşuq.

– Mövsümün sonunda gedəcəyiniz demək olar, dəqiqləşib. Qalmağınız üçün büdcə artmalıdır? Hansısa hərəkət var rəhbərlikdən?
– Klubun inkişafı üçün addım-addım işlər lazımdır. Ötən mövsüm aparıcı oyunçularımız getdi. Bu il də gələn oyunçular yaxşı çıxış edir. Bilirik ki, onları saxlamaq çətin olacaq. Nəsə qazanmaq istəyirsənsə, heyət qalmalı, güclənməlisən. Bunlar da büdcəylə bağlıdır. Klub olaraq da inkişaf etməliyik.

– Yaxşı nəticələr qazanırsınız, amma “kasıb” komandalarda iş tapırsınız.
– Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək. Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir.

– Bəlkə, klub rəhbərlərinin dəyişməsinə ehtiyac var?
– Bir çox klub rəhbəri artıq getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasıyca danışmasın.

– Kərim Rossiyə yaxşı təklif var…
– Harda çalışmışam, hücumçularım yaxşı çıxıb. Əli Qurbani, Peyman Babayi, Riçard Qadze… Rossi iki il bundan öncə izlədiyim futbolçudur. Amma gələndə belə deyildi. Çox çalışdı. İndi onu “Şamaxı”da saxlamaq çətin olacaq. 9 qol vurub. İndi hücumçular var, 400-500 min alır, amma iki qol vura bilmirlər.

– O da gedəcək?
– Müqaviləsi bitir.

– İliçlə mübahisəniz olmuşdu. Bu qələbədən sonra sizi təbrik etdi?
– Peşəkar məşqçidir. Oyundan sonra da salamlaşdıq, təbrik etdi. Bizdə bir çox məşqçilər var ki, udanda yaxınlaşır, uduzanda yox.

– Yerli məşqçilər var ki, deyirlər, Ayxan niyə iki yerdə işləyir…
– Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəm.

Şahin Cəfərov

Sumqayıtlılar narazıdır – VİDEO

13 March 2026 at 22:39

“Sumqayıt” Misli Premyer Liqasının XXIV turunda “Şamaxı”ya uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin azarkeşləri komanda əleyhinə şüarlar səsləndirib. Əvvəlcə rəhbərliyi istefaya çağıran fanatlar daha sonra futbolçulara narazılıqlarını bildirib.

Oyunçuların tribunadan tez ayrılmasından daha qəzəblənən azarkeşlər xüsusi qapıçı Xəyal Fərzullayev əleyhinə şüarlar səsləndirib.

 

“Neftçi” – “Qarabağ” oyununun vaxtı bilindi

13 March 2026 at 22:16

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutacaq qarşılaşma 30 aprel saat 20:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Demçenko: “Hər qələbə komandaya inam verir”

13 March 2026 at 22:14

Misli Premyer Liqasının XXIV turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Vacib qələbə qazandıq. Birinci hissə bizim üçün yaxşı oldu. Yaxşı qollar vurduq. İkinci hissədə buraxdığımız qol öz səhvimizdən idi. Oyunun sonları bir az gərgin keçdi. “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi.

– Simakala çox epizod qaçırdı. Əvəzlənəndə də aranızda mübahisə oldu. Ötən oyundan sonra oynamaq istəməyən futbolçular olduğunu dediz. Simakala da onlardandır?
– Ad çəkməyəcəm. Yaxşı oynamayan oyunçular özləri bilirlər. Simakala hücumçudu, qol vurmalıdı.

– Nuno Rodrigesin oyunundan razı qaldız?
– Bəli, onun yerini dəyişdik. Yaxşı oynadı.

– Avrokuboklar mübarizəsində olduğunuzu hiss edirsiz?
– Təbii ki. Günbəgün daha irəliləyirik. Materialları daha yaxşı qəbul etməyə başlayırlar. Böyük komandalara qarşı xallar itirdik, amma hədəfimiz avrokuboklardı. Hər qələbə komandaya inam verir.

Məmmədovdan məğlubiyyətə şərh

13 March 2026 at 21:35

Misli Premyer Liqasının XXIV turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Düşünürdük ki, azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik.

 İkinci qolu vurmaq üçün  çatmadı?
– “Araz-Naxçıvan” kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.

 Kayl Spensin əvəzlənməsi nə ilə bağlı idi?
– Onda bir az yorğunluq hiss elədim.

“Araz-Naxçıvan”dan qələbə, “Sumqayıt” uduzdu

13 March 2026 at 22:34

Bu gün Misli Premyer Liqasında XXIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci gündə iki qarşılaşma keçirilib.

“Araz-Naxçıvan” autsayder “Karvan-Yevlax”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Digər görüşdə “Sumqayıt” “Şamaxı”ya uduzub.

Misli Premyer Liqası
XXIV tur

13 mart

18:30 Araz-Naxçıvan – Karvan-Yevlax 2:1
Qollar:
H.Keyta, 38, B.Simakala, 40 – K.Spens, 51
Baş hakim: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”

20:30 Sumqayıt – Şamaxı 0:1
Qol:
K.Rossi, 78
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

❌
❌