Reading view

Qrizmann MLS yolunda

“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerasını MLS-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fransalı hücumçu “Orlando Siti” ilə razılığa gəlib. Qrizmann yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Antuan bu mövsüm 43 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.

Milli üzvünün qardaşı “Liverpul” və “İnter”dən təklif alıb

“Beşiktaş”ın futbolçusu Orkun Kökçü iki klubdan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. “Liverpul” və “İnter”dən təklif alan Orkun klublara “yox” cavabı verib.

Kökçü bu mövsüm 32 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşıdır.

“Elə etmək lazımdır ki, nə futbolçu itsin, nə məşqçi”

“Neftçi”nin əvəzedici komandası liqada birinci sıradadır. “Ağ-qaralar” ikinci pillədəki “Sabah-2” ilə eyni xala sahibdir – 44 xal.

“Ağ-qaralar”ın baş məşqçisi Rəşad Abdullayevlə çempionat və digər məsələlər haqda söhbətləşdik. Mütəxəssis əvvəlcə Əvəzedicilər Liqasındakı rəqabətə toxundu:

“Əvəzedicilər Liqasında “üçlük”də ciddi mübarizə var. Bizdə hər il heyət dəyişir. Bu il oyuçu keyfiyyətində bir az fərq var. Məqsədimiz oyunçu yetişdirmək, komandada qələbə ruhunu saxlamaqdır. Çalışacağıq ki, mövsümü “üçlük”də bitirək. Həqiqiətən, bu il liqada rəqabət artıb. Demək olar, 4-5 komanda yuxarı sıralar uğrunda mübarizə aparır. Çalışırıq ki, ilk pillədə qalaq. Amma reallıq var. Hər şeyi nəzərə almalıyıq. Hər bir halda, “üçlük”də qalmağa çalışacağıq”.

Abdullayev zirvəyə şərik olan “Sabah”ın ikinciləri haqda danışdı:

“Sabah”ın heyətində legionerlər var. Ehtiyat oyunçular skamyası genişdir. Məşqçinin silahı əvəzetmələrdir. Onların təcrübəli oyunçuları var. Məsələn, məşqçi bir hissəni bir, digər hissəni isə ikinci heyətlə oynaya bilir. Təcrübəli futbolçuların da qoşulmasıya güc nisbəti dəyişir. Biz də əlimizdə olanlarla işləməyə çalışırıq. Gənc, potensiallı heyətimiz var. Son oyunlarda əzmkar qələbələr qazanırıq. Komandamız bunun hesabına birinci sıraya yüksəlib”.

Yeni mövsümdən Əvəzedicilər Liqasının ləğv olunması gündəmdədir. Bəzi klublar bunun lehinə, bəziləri isə əleyhinədir. Uzun müddət əvəzedici komandada işləyən Abdullayev liqanın qalmasından yanadır:

“Bu mövzu hər il gedir. Əvəzedicilər Liqasının yaşaması yaxşıdır. İkinci heyət vacibdir. “Neftçi” hər zaman əvəzedicilərin yarışlarının olmasının tərəfdarıdır. Liqa ləğv olunsa, futbolçuları, məşqçiləri itirə bilərik. Ona görə yaxşı fikirləşmək lazımdır. Elə etmək lazımdır ki, nə futbolçu itsin, nə məşqçi”.

Mütəxəssis liqanın faydalarından da danışdı:

“Bizdən əsas komandaya gedən futbolçular çoxdur. Eyni zamanda digər Premyer Liqa klublarından təkliflər alan oyunçularımız var. Ağadadaş, Rza, Murad son illərdə üzə çıxan yerli oyunçularımızdır. Hələ başqa klublarda nə qədər futbolçumuz var. Çalışmalıyıq ki, gəncləri Azərbaycan futboluna qazandıraq. Bu liqalar futbolçular üçün tramplin rolunu oynayır. Bunu ləğv etsələr belə, bu səviyyəyə uyğun nəsə yaradılmalıdır. Çünki bu komandalar gənclərin əsas komandaya yüksəlməsində müstəsna rol oynayır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

18 yaşlı futbolçu vəfat etdi

Kolumbiyanın “Milyonarios” klubunun futbolçusu Santyaqo Kastrilyon vəfat edib.

Futbolpress.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi martın 22-də oyun zamanı huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Santyaqo “Milyonarios” klubunun akademiyasının ən istedadlı futbolçularından hesab edilirdi. O, 18 yaşında əsas komandaya qədər yüksəlməyi bacarmışdı.

Azərbaycan boksçuları Macarıstanda 4 medal qazandı

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

Akademiyalara ziyarətin ilk mərhələsi yekunlaşdı

“Ehtiyacların təhlili və dəstək prosesi” çəçivəsinin ilk mərhələsi olan Misli Premyer Liqası klublarının akademiyalarına 2026-cı il üzrə yerində ziyarət, geribildirim və fərdi qiymətləndirmə prosesi yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov tərəfindən geribildirim hesabatları klubların bir qisminə yerində ziyarət olunaraq, digər akademiyalarla isə onlayn formatda təqdimat və müzakirə sessiyaları şəklində təşkil edilib.

Ziyarətlərin və hesabatların məqsədi AFFA-nın növbəti mövsümdən tətbiq edəcəyi “5-Ulduz Akademiya İnkişaf Modeli” çərçivəsində akademiya və futbol məktəblərinin müxtəlif sahələr üzrə cari vəziyyətini qiymətləndirmək olub.

Hər bir akademiya ilə fərdi təqdimat, mövcud vəziyyətin şəffaf təhlili, güclü tərəflərin vurğulanması, inkişafa ehtiyacı olan istiqamətlər üzrə detallı geribildirim və növbəti addımların müzakirəsi həyata keçirilib. Ziyarətlər nəticəsində müəyyən edilən ehtiyaclara və akademiya rəhbərlərindən alınan geribildirimlərə uyğun olaraq AFFA tərəfindən klub akademiyalarına dəstək tədbirlərinin təqdim edilməsi planlaşdırılır.

Bu proses təkcə qiymətləndirmə deyil, həm də akademiyaların inkişafı üçün praktik dəstək mexanizmi yaratmağı hədəfləyir. Məqsəd Azərbaycan futbolunun bazasını təşkil edən uşaq və gənclər sisteminin uzunmüddətli, dayanıqlı və peşəkar şəkildə inkişaf etdirilməsidir.

Osimhen Türkiyədə klub alacaq

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen Türkiyədə klub alacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Nigeriyalı hücumçu “İstanbulspor”un səhmlərini almaq üçün danışıqlara başlayıb.

“İstanbulspor” Türkiyə I Liqasında mübarizə aparır. Komanda çempionatda 32 turdan sonra 39 xalla 16-cı sıradadır.

Madrid derbisində “Real” sevindi

İspaniya La Liqasında XXIX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi görüşü Madriddə baş tutub.

“Real” burda əzəli rəqibi “Atletiko”nu qəbul edib. 5 qolun vurulduğu matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Real”ın qollarını Vinisius Junior (2) və Federiko Valverde vurub. “Atletiko”da isə Ademola Lukman və Nahuel Molina fərqlənib.

“Real” 29 turdan sonra 69 xalla ikinci sıradadır. “Atletiko” isə 57 xalla 4-cüdür.

Liqa Kubokunu “Mançester Siti” qazandı

İngiltərə Liqa Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” və “Arsenal” üz-üzə gəlib. Görüş “şəhərlilər”in qələbəsiylə başa çatıb – 2:0.

Qolları Niko Orayli vurub.

“Mançester Siti” tarixində 9-cu dəfə Liqa Kubokunu qazanıb.

“Liverpul” Salaha əvəzləyici tapdı

“Liverpul” misirli hücumçu Məhəmməd Salaha əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, “qırmızılar” “Bavariya”nın vingeri Maykl Olisi transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Olis bu mövsüm 38 oyunda 15 qol vurub, 27 məhsuldar ötürmə edib. Onun “transfermarkt”də dəyəri 140 milyon avrodur.

Millinin sabiq futbolçusu karyerasını bitirdi

Bolqarıstan millisinin sabiq futbolçusu İvelin Popov karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi “RB Sport”a açıqlamasında deyib.

Popovun son klubu ölkəsində “Arda” olub.

Yarımmüdafiəçi 2016/17 mövsümündə “Spartak”ın heyətində Rusiya çempionu adını qazanıb.

Popov milli komandada  90 oyunda 16 qol vurub.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

Rusiya, Premyer Liqa
14:45 Orenburq – Spartak Moskva (Matç Premyer)
17:00 Dinamo Moskva – Zenit (Matç TV)
17:30 Krılya Sovetov – Rubin (Matç Premyer)
20:00 Lokomotiv Moskva – Akron (Matç Premyer, Matç TV)

İtaliya, A Seriyası
15:30 Komo – Piza (Futbol 1)
18:00 Bolonya – Latsio (Futbol 1)
18:00 Atalanta – Verona (Futbol 3)
21:00 Roma – Leççe (Futbol 1)
23:45 Fiorentina – İnter (Futbol 1)

İngiltərə, Premyer Liqa
16:00 Nyukasl – Sanderlend (beİN Sports 3)
18:15 Aston Villa – Vest Hem (beİN Sports 3)

İspaniya, La Liqa
17:00 Barselona – Rayo Valyekano (İdman TV)
19:15 Selta – Alaves (İdman TV)
21:30 Atletik – Betis (İdman TV)
00:00 Real – Atletiko (İdman TV, Futbol 2, Matç TV)

“Turan Tovuz” büdrəmədi, “Qəbələ”nin enişi davam edir

“Turan Tovuz” Misli Premyer Liqasının XXV turunda “Qəbələ”ni məğlub edib – 3:2.

Qələbə sayəsində xallarını 48-ə çatdıran tovuzlular 4-cü pillədəki “Zirə” ilə 6 xallıq fərqi qorudu. Kurban Berdıyevin yetirmələri milli fasiləyə müsbət ab-havada yollandı.

“Qəbələ” isə “Kəpəz”in qazandığı turda vacib xallar itirdi. Artıq komandalar arasındakı xal fərqi 6-ya yüksəlib və Gəncə təmsilçisi liqada qalmaq yolunda böyük addım atıb. “Kəpəz” turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax”ı da 13 xal qabaqlayır və autsayderin qarşıdakı müddətdə bu fərqi qapaması inandırıcı deyil. Həm nəticələr, həm komandanın sərgilədiyi oyun buna ümid vermir.

“Qəbələ” isə son turlarda eniş yaşayır. “Sabah”a 1:7 hesablı məğlubiyyətdən sonra “Neftçi”yə 1:3 uduzan “qırmızı-qaralar” Tovuz təmsilçisindən də 3 qol buraxıb. Kaxaber Sxadadzenin ardıcıl üçüncü məğlubiyyəti yaşaması, komandanın “qara zolağ”a düşməsi azarkeşlərin də narazılığına səbəb olur. Son turlardakı matçlarda mütəxəssisi istefaya səsləyən fanatlar haqlı etirazlarını bildirir.

Hər bir halda, qarşıda 9 tur var və “aşağı”da liqada qalmaq yarışı fərqli mənzərəyə çevrilə bilər.

Şahin Cəfərov

MLS-də debüt edən ilk azərbaycanlı

Azərbaycanlı futbolçu Nəriman Axundzadə MLS-də debüt edib.

Futbolpress.az xəbər verir ki, “Kolumbus Kryu”da çıxış edən forvard “Toronto” ilə matçda ikinci hissədə – 88-ci dəqiqədə meydana çıxıb. Görüş “Kolumbus Kryu”nun məğlubiyyəti ilə başa çatıb – 1:2.

Nəriman MLS-də debüt edən ilk azərbaycanlı futbolçudur.

Berdıyev: “Vacib və çətin qələbə oldu”

Misli Premyer Liqasının XXV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (3:2) sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Çətin oyun və çətin qələbə oldu. Oyuna yaxşı başlamışdıq. Birinci hissənin ikinci yarısından etibarən təşəbbüsü rəqibə verdik. İkinci hissəni bütövlükdə yaxşı oynadıq. Hesabı bir qədər də artıra bilərdik. Çox vacib və çətin qələbə oldu”.

“Qorxmuram, cavab verməyə hazıram” – Sxadadze

Misli Premyer Liqasının XXV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox axmaq qollar buraxırıq. “Neftçi” ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Rəqiblərə bütün komponentlərdə uduzmuruq. Sadəcə bəzi məqamlarda diqqət əskikliyi olur. Liqada son mərhələyə başlayacağıq. Daha yaxşı olmağa çalışacağıq.

– Futbolçularda psixoloji baxımdan problem olduğu görsənir. Baş məşqçi kimi bu problemi aradan qaldırmaq üçün hansı addımı atmağı düşünürsünüz?
– Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ay yarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Qarşıda fasilə var. Bu vaxtdan istifadə etməyə çalışacağıq.

“Liverpul”da Salah şoku

“Liverpul”un futbolçusu Məhəmməd Salah zədələnib.

Futbolpress.az xəbər verir ki, misirli hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la oyununda xəsarət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Salah azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

33 yaşlı hücumçu bu mövsüm 34 oyunda 10 qol vurub.

“Turan Tovuz” – “Qəbələ”: heyətlər

“Turan Tovuz” Misli Premyer Liqasının XXV turunda bu gün “Qəbələ” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 15. Emmanuel Hakman 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Qəbələ”:  1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 8. Sambu Sissoko
Baş məşqçi: Kaxaber Sxadadze

 

İngiltərə klubundan 999 illik müqavilə

İngiltərənin “Milluol” klubu ev oyunlarını keçirdiyi “The Den” stadionunu 999 illik icarəyə götürüb.

Futbolpress.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub 3035-ci ilə qədər “The Den” arenada matçlarını keçirəcək.

Stadion 1993-cü ildə istifadəyə verilib. “Milluoll” həmin ildən oyunlarını burda keçirir.

Ronaldo milliyə niyə çağırılmayıb?

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo Portuqaliya yığmasına dəvət almayıb.

Futbolpress.az xəbər verir ki, o, zədə səbəbindən millinin Meksika və ABŞ ilə keçirəcəyi yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Ronaldo bir neçə həftə əvvəl zədələnib. O, “Əl Nəsr”in “Əl Xalic” və “Neom” ilə matçlarında meydana çıxmayıb.

Əsgərov türklərlə yunanların duelində

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” – PAOK görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Hansı oyun, hansı kanalda? – TV

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

21 mart

Rusiya, Premyer Liqa
14:45 Axmat – Rostov (Matç Premyer)
17:00 ÇSKA – Dinamo Mahaçqala (Matç Premyer)
19:15 Krasnodar – Pari NN (Matç Premyer)
21:30 Baltika – Soçi (Matç Premyer)

Azərbaycan, Premyer Liqa
16:00 Turan Tovuz – Qəbələ (CBC Sport, İdman TV)

İspaniya, La Liqa
17:00 Elçe – Malyorka (Futbol 2)
21:30 Osasuna – Jirona (Futbol 2)
00:00 Sevilya – Valensiya (İdman TV, Futbol 2)

İtaliya, A Seriyası
18:00 Parma – Kremoneze (Futbol 1)
21:00 Milan – Torino (Futbol 1)
23:45 Yuventus – Sassuolo (Futbol 1)

Almaniya, Bundesliqa
18:30 Bayern – Union Berlin (S Sport+)
21:30 Borussiya D – Hamburq (S Sport+)

İngiltərə, Premyer Liqa
16:30 Brayton – Liverpul (beİN Sports 3)
19:00 Fulhem – Bernli (İdman TV)
21:30 Everton – Çelsi (İdman TV)
00:00 Lids – Brentford (beİN Sports 3)

“Turan Tovuz”dan çətin qələbə

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib. “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gəlib. Matç tovuzlular ın qələbəsiylə başa çatıb.

Misli Premyer Liqası
XXV tur

21 mart

16:00 Turan Tovuz – Qəbələ 3:2
Qollar:
H.Hurtado, 3, 49, Jo, 59 – Eşqin Əhmədov, 27, Miller, 90+7 (avtoqol)
Baş hakim: Kamal Umudlu

❌