Reading view

Azər Bağırov: “Heç nə alınmadı”

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən “Turan Tovuz”un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı. Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. “Turan Tovuz”u təbrik edirəm.

– Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?

– Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.

– Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?

– Səbəb tək bu deyil. Rəhim Həsənovla görüşdə bildirdi ki, istəyimiz oyun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Bunda çox vaxt məqsəd vaxt aparmaq idi.

Berdıyev: “Yalnız öz işimə köklənirəm”

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm.

– Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiz?

– Xeyr, təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.

– Azərbaycan mətbuatını izləyirsiz?

– Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Yalnız öz işimə köklənirəm.

– Qış təlim-məşq toplanışının planları qurulub?

– 4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.

“Qarabağ” 10 min manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda dünən baş tutan “Sabah” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununun 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);

“Sabah” – “Qarabağ” oyununa “Qarabağ” komandasını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ” komandasına xəbərdarlıq edilsin (maddə 20);

“Kəpəz” – “Turan Tovuz”: heyətlər

“Kəpəz” Premyer Liqanın XVI turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 14:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov83. Raul İsaqov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıqov 10. Xəyal Nəcəfov 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov 21. Aleks Souza
Baş məşqçi: Kurban Berdiyev

“Turan Tovuz” 3 xalı 2 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Turan Tovuz” Yevlaxda “Kəpəz”in qonağı olub. Matç tovuzluların qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası
XVI tur

19 dekabr

14:00 Kəpəz – Turan Tovuz 0:2
Qollar:
Serrano, 6, Jo, 46
Baş hakim: Kamal Umudlu
Yevlax şəhər stadionu

“Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüşdə tribunalarda 4225 tamaşaçı olub.

Matç “Sabah”ın qələbəsiylə başa çatıb – 2:1. “Bayquşlar” bu nəticə ilə xallarını 34-ə çatdırıb və liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci pillədə qərarlaşıb.

“Bayquşlar” zirvədə

Premyer Liqada lider dəyişib. I turun təxirə salınmış oyununda “Qarabağ”a qalib gələn “Sabah” birinci pilləyə yüksəlib.

Oyundan öncə matç ətrafında “Qarabağ” qələbə qazanacaq, çempionat relsə düşəcək” deyə mülahizələr az deyildi. Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən sonra liqada “Araz-Naxçıvan”a 5 qolla qalib gələn “atlılar”ın “Sabah” səddini də aşacağı ehtimal edilirdi.

Oyuna daha basqılı başlayan, erkən qol vuran, qol epizodlarına girən “Qarabağ” 20-ci dəqiqədən sonra geri çəkilməyə məcbur oldu. İrəlidə yüksək pressinq tətbiq edən, bir neçə dəfə top oğurlamağı bacaran “Sabah” təslim olmayacağını göstərdi. Valdas Dambrauskasın kənardakı çılğınlığı, emosional davranışları ona heç-heçənin də qane etməyəcəyini işarə edirdi. “Qarabağ” kimi komandaya qarşı geridə olsa belə…

İkinci hissədə “Qarabağ” müdafiəsindəki boşluqları əsas uzun ötürmələrlə yarmağa çalışan “Sabah” cəhdlərində uğurlu olurdu. Əvvəlcə müdafiədəki səhv, daha sonra boşluq “bayquşlar”ın geridönüşü ilə nəticələndi.

“Sabah” “Sumqayıt”la növbəti matçda qələbə qazansa, tarixində ilk dəfə qış fasiləsinə lider kimi yollanacaq. Mövsümün əvvəlindən iddiasını ortaya qoyan və artıq 14 oyundur, uduzmayan “futuristlər” layiqli yerdədi. İndi əsas məsələ qalxdığın zirvəni qoruya bilməkdədir.

Şahin Cəfərov

Premyer Liqa: turun təyinatları məlum oldu

Azərbaycan Premyer Liqasında XVI turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununu Kamal Umudlu idarə edəcək.

19 dekabr (cümə)

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu, 14:00

20 dekabr (şənbə)

“Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu, 14:00

“Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu, 16:30

21 dekabr (bazar)

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”, 17:30

22 dekabr (bazar ertəsi)

“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

“Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq” – Dambrauskas

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçularımı təbrik edirəm. Onları tərifləmək istəyirəm. İnanılmaz performans göstərdik. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Stadionda əla atmosfer var idi. Azarkeşlər üçün yaxşı, keyfiyyətli oyun oldu.

– Zirvəyə qalxmaq asandır, qorumaq çətindir. Liderliyinizi sona qədər qoruya biləcəksiniz?
– Turnir cədvəlinə sonda baxacağıq. Paltardəyişmə otağında da uşaqlara dedim ki, qarşıda hələ bir oyun var. Sabah yaxşı bərpa məşqçi keçməliyik. Birinci gün də eyni performansı göstərməliyik. Rəqiblər bizə fərqli yanaşırlar. Qarşımızı almaq üçün əllərindən gələni edirlər. Ümumi olaraq, inkişafımızdan razıyam və bunu davam etdirməliyik.

– Tez-tez oyunçularınızdan narazılığını bildirirdiniz. Bu gün nədənsə narazı qaldınız?
– Bugünkü oyunda da narazı qaldığım məqamlar var idi. “Qarabağ” ilk hissədə bizə cinahlardan boşluqlar verirdi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Top komandalara qarşı belə epizodlardan yararlana bilməzsənsə, çətin ola bilər. İkinci hissədə daha yaxşı oynadıq. Bu gün çoxlu qol fürsətləri yaratdıq. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Oyunun ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Keçidlərdə yaxşı çıxış etmədik. Düzəltməli olduğumuz çox şey var.

– Heyətlə bağlı planlar nədir? Gələnlər və gedənlər olacaq?
– Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və daha artıra bilərik. Zədəlilərimiz var – Cesse Sekidika, Ziden Xaled. Cesse ötən mövsüm çox qol vuranlardan olub. Onun qısa zamanda formasını bərpa etməyinə ümid edirik. Xaled üç aydan çoxdur, zədəlidir. Onlar hələ potensiallarını göstərə bilməyib. Yeni transferlər barəsində tələsməməliyik. Rəhbərliklə danışacağıq. Gələcək oyunçular üslubumuza uyğun olmalıdır. Variant olsa, tələsmədən, detallı şəkildə müzakirə edəcəyik.

– Maludanı komandada saxlamaq üçün indidən danışıqlara başlamağı düşünürsünüz?
– Mən məşqçiyəm, idman direktoru, menecer deyiləm. Mənim işim oyunçuların bacarıqlarını artırmaqdır. Aaron gənc, ağıllıdır. Böyük işlər görür. Etdiklərindən məmnunuq. Lakin daha artırmaq potensialındadır. Onun klubdakı taleyi mənimlə bağlı deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.

Şahin Cəfərov

Qurbanov: “Kimdəsə səhv axtarmaq istəmirəm”

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Belə nəticəni gözləyirdim. Komandam həddindən artıq böyük güc sərf edib. Bəzi futbolçular tam hazır deyildi. Bunu görürdük. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Rəqibin gücünü, istəyini gördük. Çox ciddi hazırlaşan komandadır.

– Montielin durumu necədir? Sanki onun meydanı tərk etməsindən sonra meydanda fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni deyə bilərik?
– Montiel üçün sıx qrafikdə oynamaq çətindir. Hələ tam formada deyil. 3-4 gündən bir oynamağa tam hazır olmayıb. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizimçün üstünlük olardı. Onun kimi usta futbolçunun yoxluğu çatışmazlıqlara səbəb olur. Məğlub olmuşuq, kimdəsə səhv axtarmaq istəmirəm.

– Marko Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?
– Yankoviç dünən yüngül zədə almışdı.

– Bu matçdan sonra ürəyinizdə çempion dəyişə bilər ehtimalı artdımı?
– Həmişə bu fikir olur. Dünya futbolunda da dəyişikliklər olur. Bu gün qarşımızda böyük işlər görmüş klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Belə klublardan nəticələr gözləməliyik. Daha ciddi, diqqətli olmalıyıq.

– “Sabah” bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü “Sabah” bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. “Sabah”ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.

Şahin Cəfərov

“Qarabağ”da məcburi əvəzetmə

Premyer Liqanın I turundan təxirə salınmış oyunda “Sabah”la qarşılaşan “Qarabağ” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Joni Montiel oyunun 25-ci dəqiqəsində zədələnib. Onun əvəzinə meydana Marko Yankoviç daxil olub.

İlk hissəsi davam edən matçda “Qarabağ” öndədi – 1:0.

Mərkəzi oyunun heyətləri

“Sabah” Azərbaycan Premyer Liqasının I turunda təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:30-da start götürəcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar.

“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

Mərkəzi oyuna doğru: “Meydanda optimal heyətlər olacaq”

“Sabah” Premyer Liqada I turdan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Son illərin ən maraqlı oyunlarından biri olacaq. Komandalar hər oyun, həm də turnir cədvəlindəki yerə görə bir-birinə yaxındır. “Sabah” yaxşı formadadır. atmosfer, özünəinam yüksək səviyyədədir. “Qarabağ” isə “Ayaks”a məğlubiyyətdən sonra “Araz-Naxçıvan”a qalib gəldi. Onların da vəziyyəti düzəlib. Artıq diqqəti çempionata verəcəklər”.

Əsədov komandaların şanslarına toxundu:

“Şanslar bərabərdir. Psixoloji, meydan amili kimi üstünlük “Sabah”dadır. Lakin “Qarabağ”ın da gücünü bilirik. Toparlanıb, öz gücünü göstərməyə qadirdir. Hər iki komanda optimal heyətlə meydana çıxacaq. Rotasiyalar olacağını düşünmürəm. “Sabah” da qalib heyətini qoruyacaq. Gərgin oyun olacaq.

Vacib odur ki, gedişatda hansı komanda daha düzgün oynayacaq. Eyni zamanda, hakimlər də işlərində diqqətli olmalıdır. Ümid edirəm ki, referilər hansısa qərarla nəticəyə təsir etməsin. Penaltilər, qırmızı vərəqələr də ola bilər. Əsası mübarizənin meydanda getməsi və nəticənin oyunla həll olunmasıdır. Hər iki komandada keyfiyyətli oyunçular var. Səhv edən cəzalana bilər. Buna görə meydanda diqqətli olmaq mühümdür”.

“Sabah” – “Qarabağ” oyunu saat 19:30-da start götürəcək.

Masazırda zirvə oyunu: kimin seriyası qırılacaq?

“Sabah” Premyer Liqanın I turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”la qarşılaşacaq. Masazırda, “Bank Respublika Arena”da keçiriləcək görüşə saat 19:30-da start veriləcək.

“Qarabağ” Premyer Liqada 33 xalla liderdir. “Atlılar”a zirvədə qalmaqçün heç-heçə də kifayət edir. “Sabah” isə birinci pilləyə yüksəlməkçün mütləq qələbə qazanmalıdır.

“Bayquşlar” yaxşı formadadır. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv sonuncu dəfə avqustda “İmişli”yə uduzub – 0:1. “Sabah bundan keçirdiyi 13 rəsmi oyunda məğlub olmayıb – 4 heç-heçə, 9 qələbə. “Qarabağ” da çempionatda sonuncu dəfə avqustda məğlub olub. “Atlılar” ev oyununda “Sumqayıt”a uduzub – 0:1.

Komandalar arasında baş tutan son beş oyunda tərəflər hərəyə bir qələbə qazanıb. Üç oyunda bərabərlik qeydə alınıb. “Sabah” ev oyununda sonuncu dəfə 2024-cü ilin yanvarında kubok matçı çərçivəsində “Qarabağ”a uduzub – 1:7. Masazırda baş tutan son üç dueldə “Sabah” bir qələbə qazanıb, iki dəfə heç-heçə edib.

Şahin Cəfərov

“Sabah” “Qarabağ”ı məğlub edib, liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Sabah” xallarını 34-ə çatdırıb və liderliyə yüksəlib. “Qarabağ” isə 33 xalla ikinci sıradadır.

I turdan təxirə salınmış oyun

18 dekabr

19:30 Sabah – Qarabağ 2:1
Qollar:
Coy-Lens Mikels, 52, Aaron Maluda, 88 – Leandro Andrade, 9
Baş hakim: Elçin Məsiyev

“Sumqayıt”ın oyunu 2 manata

22 dekabr, saat 19:30-da baş tutacaq “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletləri  iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

Bilet almaq üçün linkə daxil olmaq lazımdır.

 

“Sabah” – “Qarabağ” oyununun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları məlum olub.

Futbolpress.az xəbər verir ki, görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

18 dekabr (cümə axşamı)

“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30

Premyer Liqanın “intizamsızları”

“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade Premyer Liqada ən çox sarı vərəqə alan oyunçudur.

Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi 14 matçda 7 dəfə rəsmi xəbərdarlıq alıb.

İkinci pillədəSumqayıt”dan Rayan Senhadjidir. Mərkəz müdafiəçisi 14 matçda 4 dəfə sarı, 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Üçlüy”üZirə“dən Ayron Qomis tamamlayır. Yarımmüdafiəçi 13 görüşdə 4 “sarı“, 1 “qırmızı” alıb.

Premyer Liqada 15 turdan sonra futbolçuları ən az cəzalanan klub isəQarabağ“dır. Çempionatın liderinin oyunçuları 17 dəfə sarı vərəqə alıb. İkinci sırada 22 sarı, 1 qırmızı vərəqə ilə “Turan Tovuz” qərarlaşıb. “Üçlüyü “Sabah” tamamlayır – 30 sarı vərəqə.

Şahin Cəfərov

“Şamaxı” “Karvan-Yevlax”ı məğlub etdi – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsilə başa çatıb – 3:0.

Misli Premyer Liqası

XIV tur

7 dekabr

14:00 “Karvan-Yevlax”- “Şamaxı” 0:3

Qollar: Oruc Məmmədov, 59arim Rossi, 70, Dioqo Balau, 82
Baş hakim: Cavid Cəlilov
Yevlax şəhər stadionu

❌