“Neftçi” haqlıdır, yoxsa…(?)
“Qarabağ” 25 fevralda “Nyukasl”la ÇL-in pley-off oyunu öncə “Neftçi” ilə matçın təxirə salınması üçün müraciət etmişdi. Məlumata görə azarkeşlərin təzyiqi ilə klub bu müraciətə müsbət cavab verməyib.
Azarkeşin tələbi/mövqeyi… anlaşılandır.
“Neftçi”nin reaksiyası… anlaşılandır.
Bəs problem nədədir?
“Neftçi” haqlı olaraq vəziyyətə rasional yanaşma tətbiq edir və son “Araz Naxçıvan” qələbəsindən (4:0) sonra yaxalanan auranın faydasını güdür. Buna qarşı nəsə demək subyektiv və emosional fikir olar.
Lakin “Neftçi”nin “Qarabağ”a bu mahiyyətdə münasibəti tək bununla bitmir. ÇL-in liqa mərhələsinə də, pley-offa da yüksələndə bir qayda olaraq “Neftçi” təbrik etmədi. Etməlidirmi sualına birmənalı cavab yoxdur, ancaq düzdür-səhvdir dilemmasında mühakimələr yürütmək mümkündür.
Görəsən həmişə təbrik edən klublar yanlış edir, yoxsa “Neftçi”? Yaxud da əksinə…
Azarkeş rakursundan baxılsa, “Qarabağ” rəqibdir və həm də əzəli… Bu azarkeş arqumentindən daha artıq bir şey ola bilərmi? Mübahisəlidir…
Deməli, biz bu rəftara bir anlam verməliyik.
Bəs verə bilirikmi?
Kamil Əhməd