Ter Ştegen uzun zamandan sonra meydana çıxa bilər
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əsas heyətdə çıxış etməyəcək. Almaniyalı futbolçu yaxınlarda zədəsini sağaldıb komandaya qayıtsa da, əsas qapıçı yenə də Xuan Qarsiya olaraq qalır.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, vəziyyət yaxın gələcəkdə dəyişməyəcək.
Qarsiya La Liqa və UEFA Çempionlar Liqası oyunlarında meydana çıxacaq, Ter Ştegen isə əsas əvəzedici statusu üçün Voyçex Şesnı ilə mübarizə aparacaq.
Bununla belə, 33 yaşlı kapitanın komanda ilə qısa zamanda meydana çıxması mümkündür. Belə ki, komandanın baş məşqçisi Hans-Diter Flik onu İspaniya kubokunun 1/16 finalında “Deportivo Qvadalahara” ilə qarşılaşmada meydana buraxa bilər. Matç sabah keçiriləcək.
The post Ter Ştegen uzun zamandan sonra meydana çıxa bilər appeared first on Komanda.az.