“Çelsi” kapitanı itirdi
“Çelsi” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın futbolçusu Ris Ceyms zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kapitan bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Çelsi” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın futbolçusu Ris Ceyms zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kapitan bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Napoli” hücumçusu Romelu Lukaku ilə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, Neapol klubu mövsümün sonunda yaxşı təklif olacağı halda, belçikalını satacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Lukaku baş məşqçi Antonio Kontenin planlarında yer almır.
32 yaşlı hücumçu bu mövsüm 7 oyunda 1 məhsuldar ötürmə edib.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIV turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.
Futbolpress.az xəbər verir ki, o hakim qərarlarının düzgün olduğunu vurğulayıb.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Futbolpress.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi
|
Nr.
|
Adı / Soyadı
|
Klubu
|
|
1
|
Nurəziz Əzizov
|
Neftçi
|
|
2
|
Bilal Hacıyev
|
Qarabağ
|
|
3
|
Murad Muradov
|
Zirə
|
|
4
|
Kamil Həsənov
|
Neftçi
|
|
5
|
Uğur Qurbanlı
|
Qarabağ
|
|
6
|
Rəşad Gülüşov
|
Sabah
|
|
7
|
Səttar Tahirzadə
|
Marset (İspaniya)
|
|
8
|
Zeyd Nəsirulla
|
Berliner AK 07 (Almaniya)
|
|
9
|
Atacan Məmmədov
|
Marset (İspaniya)
|
|
10
|
Muhamməd Çodarov
|
Marset (İspaniya)
|
|
11
|
İsmayıl Səfərli
|
Neftçi
|
|
12
|
Əli Kiçibəyov
|
Turan Tovuz
|
|
13
|
Amin Rzayev
|
Qarabağ
|
|
14
|
Allahverdi Şirinov
|
Qəbələ
|
|
15
|
Raul İsaqov
|
Kəpəz
|
|
16
|
Nihad Hüseynzadə
|
Sabah
|
|
17
|
Musa Mustafayev
|
Zirə
|
|
18
|
İbrahim Xəlilov
|
Sabah
|
|
19
|
Samir Şərifov
|
Sabah
|
|
20
|
Pünhan Kərimov
|
Marset (İspaniya)
|
|
21
|
Əli Bəşirov
|
Qarabağ
|
|
22
|
Rüstəm Hüseynli
|
Neftçi
|
|
23
|
Kamal Zülfiyev
|
Sumqayıt
|
|
24
|
Murad Həmidov
|
Elversberqs (Almaniya)
|
Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
7 qolun vurulduğu “Şəki Siti” – “Kür-Araz” matçında meydan sahibləri qələbəyə sevinib. “Şirvan” isə səfərdə “Ağstafa Gəncləri”dən üstün olub.
Azərbaycan II Liqası
XVIII tur
16 mart
“Şəki Siti” – “Kür-Araz” 4:3
Qollar: T.Zeynalov, 52, 69, 90, N.Fərəci, 88 (pen) – Ü.Nağdalıyev, 16, E.Məmmədov, 41, 44
“Ağstafa Gəncləri” – “Şirvan” 1:2
Qollar: E.Namazov, 90+1 – E.Xəlilov, 45+4, 90+2
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin təqdimat mərasimi və mətbuat konfransı keçirilib.
Futbolpress.az xəbər verir ki, “Radisson” hoteldə təşkil olunan tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, assosiasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev çıxışında portuqaliyalı mütəxəssisin təcrübəsi ilə komandaya böyük kömək edəcəyinə inandıqlarını bildirib:
“2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 millisinə baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 millisinin baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq və komandamız dünya çempionatında uğurlu çıxış edəcək. İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin”.
Rui Jorje də öz növbəsində U-20 millisi ilə uğur qazanmaq istədiyini söyləyib:
“Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı dönəmdə çox yaxşı təcrübə keçə biləcəyik. Uğur qazanmaq üçün üzərində işləmək, çalışmaq lazımdır. Futbolçular üzərlərində çalışmalıdırlar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Biz Portuqaliyanın U-20 yığması ilə uğur qazananda komanda reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir”.
II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Ağstafa Gəncləri” futbol klubunun üzvü Əli Bağırov mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XVIII turun “Ağstafa Gəncləri” – “Şirvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
Martın 17-də Macarıstanın Debretsen şəhərində kişi və qadın boksçular arasında beynəlxalq turnir start götürəcək.
Futbolpress.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Debretsendə məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.
Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun 17-19 mart 2026-cı il tarixlərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə növbəti “D” lisenziyalı məşqçi kursları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, təcrübəli təlimatçılar müraciət edənlər arasından seçilmiş 25 iştirakçıya nəzəri və praktiki dərslər keçəcək, öz biliklərini onlarla bölüşəcəklər.
Kursun sonunda təlimləri uğurla başa vuran iştirakçılara AFFA-nın “D” lisenziyaları veriləcək, tədris və təşkilati işlərdə fərqlənənlərə Bakı Futbol Federasiyasının təşəkkürnamələri təqdim olunacaq.
“Bornmut” klubunun sahibi Maykl B Cordan “Oskar” mükafatını qazanıb.
Futbolpress.az xəbər verir ki, aktyor “Sinners” filmindəki çıxışına görə mükafata layiq görülüb.
Maykl İngiltərə Premyer Liqası tarixində “Oskar” mükafatı alan ilk klub rəhbəri olub.
Aktyor 2022-ci ildə “Bornmut”un səhmlərini alıb.
Misli Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb.
Futbolpress.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
5 aprel (bazar)
“Kəpəz” – “Qəbələ”
Yevlax şəhər stadionu, 15:30
“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00
6 aprel (bazar ertəsi)
“Qarabağ” – “Karvan-Yevlax”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
7 aprel (çərşənbə axşamı)
“İmişli” – “Turan Tovuz”
Quba OİK stadionu, 15:00
“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:15
“Araz-Naxçıvan” – “Sabah”
“Liv Bona Dea Arena”, 19:30
Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi Ruy Jorjenin təqdimatı keçirilib.
Futbolpress.az xəbər verir ki, mütəxəssislə müqavilə Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi dünya çempionatının sonuna qədər nəzərdə tutulub. Bu barədə Jorje mətbuat konfransında bildirib:
“Qarşıdakı 1 il 7 ay ərzində çox yaxşı təcrübə keçə bilərik. Bu müddət ərzində bərabər olacağıq”.
Münhenqladbax “Borussiya”sının futbolçusu Rokko Rets yeni mövsümdən “Leypsiq”də çıxış edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. Xəbərdə “Leypsiq”in yarımmüdafiəçi üçün 20 milyon avro məbləğində razılığa gəldiyi bildirilir.
Rokkonun adı daha öncə “Fənərbağça” ilə hallanırdı.
Yarımmüdafiəçi bu mövsüm 27 oyunda 2 məhsuldar ötürmə edib.
Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərədə keçiriləcək “Liverpul” – “Qalatasaray” oyununa təyinatlar açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomas Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Raçkovski yerinə yetirəcək.
Komandalar arasındakı ilk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0. Cavab görüşü martın 19-da olacaq.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Kayzerslautern”də qol vurub.
Futbolpress.az xəbər verir ki, o, “Karlşrue” ilə matçda fərqlənib (3:0).
Mahir matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:
“Bu qol məni çox sevindirdi. Uzun müddət idi zədəli idim və nəhayət, inanılmaz atmosfer qarşısında ilk qolumu vurdum. Azarkeşlərin məni alqışladığını gördüm. Çox emosional anlar idi”.
Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli məlum olub.
Futbolpress.az xəbər verir ki, eyni gündə baş tutacaq görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
3 aprel (cümə)
“Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30
“Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
Portuqaliyalı yarımmüdafiəçi Brunu Fernadeş “Mançester Yunayted”lə rekorda imza atıb.
Futbolpress.az xəbər verir ki, o, komandada Premyer Liqada bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçu ünvanını qazanıb.
Brunu “Aston Villa” ilə matçda assist sayını 16-ya çatdırıb və bundan öncəki rekordçu Devid Bekhemi (15 assist) ötüb.
“Mançester Yunayted” Birmingem təmsilçisinə 3:1 hesabıyla qalib gəlib.
“Turan Tovuz”un qapıçısı Sergey Samokun Misli Premyer Liqasındakı quru seriyası qırılıb.
Futbolpress.az xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.
Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün XXXIV turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.
Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (“Bakı”) – 985
3. Xalidu Sissoko (“Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (“Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Bezotosnı (“Qəbələ”) – 915
8. Boyan Pavloviç (“Qarabağ”) – 828
9. Sergey Samok (“Turan Tovuz”) – 812
Misli Premyer Liqasının XXIV turuna yekun vurulub.
Avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” və “Zirə” bu turda xal itirib. Tovuzlular “Kəpəz”lə heç-heçəyə razılaşıb, “Zirə” isə “Qarabağ”a uduzub.
“Turan Tovuz” böyük ehtimalla, üçüncü yerin sahibi olacaq. Komanda ən yaxın izləyicisi “Zirə”ni 6 xal qabaqları və bu fərqin aradan qalxması inandırıcı görünmür.
“Turan Tovuz” eyni zamanda ölkə kubokunda da yarımfinala yüksəlib. Çempionatda ilk dörd sıranın sahibi kubok üçün də mübarizə aparır.
Birinci “Sabah” ikinci “Qarabağ”la, üçüncü “Turan Tovuz” dördüncü “Zirə” ilə qarşılaşacaq. Kubokun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. “Sabah”, “Qarabağ” və “Turan Tovuz” çempionat yolu ilə avrokuboklara vəsiqəni təmin etsə və kubokun qalibi bu komandalardan biri olacağı halda, liqanın 4-cüsü də yeni mövsüm Avropada oynamaq imkanı qazanacaq.
Bu halda, liqada 4-cü yerin önəmi də daha artır. İndiki məqamda “Zirə” 39 xalla -cü sıradadır. Onu 36 xalla “Araz-Naxçıvan” və 34 xalla “Neftçi” izləyir. “Neftçi”nin ehtiyatda bir oyunu var və bu, “ağ-qaralar” üçün əlavə üstünlük yaradır.
Şahin Cəfərov
“Neftçi” Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.
Futbolpress.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.
“Neftçi” turnirin tarixi ərzində vurulan penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.
Qeyd edək ki, “Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.
“Turan Tovuz” Misli Premyer Liqasının XXIV turunda “Kəpəz”lə heç-heçə edib – 1:1.
Matçdan sonra tovuzluların müdafiəçisi Faiq Hacıyev “Futbolpress.az“ın suallarını cavablandırdı.
– “Kəpəz”lə vacib qarşılaşmada xal itirdiniz. Oyunla bağlı nə deyə bilərsən?
– Matça yaxşı hazırlaşmışdıq. “Kəpəz”lə qarşılaşmanın çətin olacağını bilirdik. Qərb derbisi həmişə maraqlı olur. İstədiyimiz nəticə qalib gəlmək idi. Yevlaxa da bunun üçün gəlmişdik. Qalib gəlməməyimiz bizim üçün pis oldu. Bundan nəticə çıxarıb növbəti oyuna hazırlaşacayıq.
– Səncə, 1 xal qazandınız, 2 xal itirdiniz?
– Hazırda hər qazanılan xal bizim üçün önəmlidir. Qazanılan xallar bizi turnir cədvəlindəki rəqiblərimizdən uzaqlaşdırır. Deyərdim ki, 1 xal qazandıq. 3 xal itirdik desəm, Gəncə komandasının əziyyətini yerə vurmuş olaram.
– Uzun müddət sonra şans qazandın. Öz oyununu necə dəyərləndirirsən?
– Düzdür, çoxdandı oynamırdım. Mən də forma şansı qazanmaq istəyirəm. Baş məşqçi sağ olsun, şans verdi.
– Kurban Berdiyev mətbuat konfrasında bildirdi ki, komanda turnir cədvəlində özündən aşağı komandalara qarşı matçlara köklənməkdə çətinlik çəkir. Bunu nə ilə əlaqələndirmək olar?
– Düzdür, son oyunlarda autsayderlərlə qarşılaşmalarda xallar itiririk. Deməzdim komandada arxayınlaşma var. Rəqiblər bizə qarşı daha motivasiyalı olur. Onların daha motivasiyalı olmağı bizə təsir edir. Bu cür matçlar bizə dərs olacaq.
– Bu tur “Zirə” xal itirdi. Bu baxımdan rahatlıq var idimi?
– Rahatlıq olmamalıdır. 3 xallıq periodda hər itirilən xala görə, rəqiblər turnir cədvəlində bizə çata bilər. “Zirə” ilə aramızda böyük xal fərqi yoxdur. Çempionat uzun marafondur. Rahatlaşmaq olmaz.
Şahin Cəfərov
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Mirbağır İsayev UEFA-nın Elit Məşq Layihəsinə yeni rəhbər təyin olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Layihənin bundan öncəki rəhbəri Yunis Hüseynov idi.
Mirbağır İsayev 1994-1999-cı illərdə Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.
Misli Premyer Liqasının XXIV turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.
“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.
“Şamaxı” turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə “Xəzər Universiteti” kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.
Azərbaycan kubokunda 60, avrokuboklarda 16, birinci liqada 16, “Birlik kuboku”nda 8 qələbəsi olan “Şamaxı” bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.
Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.
Qurbanlı Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 453-ci futbolçu olub.
İngiltərə millisinin sabiq futbolçusu Eşli Koulun iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis İtaliyanın “Çezena” klubuna baş məşqçi təyin edilib. Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Koul bundan öncə İngiltərənin U-21 yığmasında məşqçilik edib.
Eşli futbolçu karyerasında “Arsenal”, “Çelsi”, “Derbi” və “Los Anceles Qalaksi”də forma geyinib.
Misli Premyer Liqasında XXIV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici “Zirə” – “Qarabağ” matçında qeydə alınıb. Zirə İK stadionunda baş tutan matçda tribunalarda 1200 tamaşaçı olub.
Ən aşağı göstərici isə Mərdəkanda olub. “Liv Bona Dea Arena”da, “Araz-Naxçıvan” ilə “Karvan-Yevlax” arasında keçirilən matçı 70 tamaşaçı izləyib.
Misli Premyer Liqasında turun oyunlarını izləyən azarkeş sayı:
“Araz-Naxçıvan” – “Karvan-Yevlax” 70 tamaşaçı (2:1)
“Sumqayıt” – “Şamaxı” 1000 tamaşaçı (0:1)
“İmişli” – “Sabah” 180 tamaşaçı (0:5)
“Zirə” – “Qarabağ” 1200 tamaşaçı (1:3)
“Kəpəz” – “Turan Tovuz” 1000 tamaşaçı (1:1)
“Qəbələ” – “Neftçi” 370 tamaşaçı (1:3)
Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.
Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…
Türkiyə, I Liqa
14:30 Bandırmaspor – Iğdır (TRT Spor)
17:00 Çorum – Erokspor (TRT Spor)
21:00 Bodrumspor – Boluspor (TRT Spor)
Türkiyə, I Liqa
20:30 Torpedo – Nefteximik (Matç Planet)
İtaliya, Seriya A
23:45 Kremoneze – Fiorentina (Futbol 1)
İngiltərə, Premyer Liqa
00:00 Brentford – Vulverhempton (beİN Sports 3)
İspaniya, La Liqa
00:00 Valyekano – Levante (Futbol 2, İdman TV)
“Liverpul” baş məşqçisi Arne Slot ilə yollarını ayıra bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb. Klubda bu gün təcili iclas keçiriləcək və Slotun gələcəyinə qərar veriləcək.
“Liverpul” dünən Premyer Liqada “Tottenhem”lə heç-heçə edib. “Qırmızılar” 30 turdan sonra 49 xalla beşinci sıradadır.
Misli Premyer Liqasında qalmaq mübarizəsi aparan “Kəpəz” növbəti xalını qazanıb. Gəncə təmsilçisi Qərb derbisində avrokuboklara iddialı “Turan Tovuz”la heç-heçə edib – 1:1.
Yevlaxda baş tutan görüşün hər iki hissəsində daha istəkli görünən “sarı-göylər” aktivinə bir xal yazdırmaqla autsayder “Karvan-Yevlax”ı 10, 11-ci sıradakı “Qəbələ”ni isə 2 xal qabaqlayır. Gəncə təmsilçisi bu xalla liqada qalmaq yolunda böyük addım atıb.
Xüsusilə, matçın ikinci hissəsində daha təhlükəli hücumlar yaradan “Kəpəz” üç xala da yaxın idi. Lakin futbolçuların şansları boşa verməsi, bəzi anlarda yanlış qərarlar komandanı qələbədən edib. Hər bir halda, gəncəlilər üçün “Turan Tovuz”dan alınan bir xal da kifayət qədər qənaətbəxş sayılmalıdır.
Tovuz təmsilçisi isə “Zirə” və “Neftçi”yə qalib gəldikdən sonra gözlənilməz xal itkisi ilə üzləşdi. “Kəpəz”lə matçda daha rahat görünən və bir xalın da qane edəcəyi görüntüsü yaradan tovuzlular fərdi səhvlərlə diqqət çəkdi. İkinci hissədə hücuma çıxan zaman yersiz top itkiləri yaşayan qonaqlar “Kəpəz”lə matçda 1-2 fürsəti çıxmaqla demək olar, ciddi təhlükə yarada bilmədi.
“Turan Tovuz” avrokubok mübarizəsində yaxın izləyicisi “Zirə”ni 6 xal qabaqlayır. “Kəpəz”lə matçdakı bir xal gəncəlilər kimi tovuzlular üçün də qaneedicidir.
Şahin Cəfərov
“Barselona”da prezident seçkilərinin nəticələri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, klubun hazırkı rəhbəri Xoan Laporta 68.18 faiz səslə qalib olub. O, digər namizəd Viktor Fontu üstələyib.
Laporta növbəti beş ildə də klubun prezidenti olacaq. O, 2021-ci ildən bu vəzifədədir.
Gürcüstan Respublikasının Gəncə şəhərindəki Baş konsulu Kaxaber Abdaladze və konsulluğun inzibati meneceri Malxaz Xulordava “Kəpəz”in qonağı olub.
Futbolpress.az xəbər verir ki, akademiyada keçirilən görüşdə “Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə, icraçı direktor Ruslan Məmmədov, seleksiya üzrə məşqçi Əli Rəhimov, komandanın baş məşqçisi Azər Bağırov, gürcüstanlı futbolçumuz Mate Abuladze, həmçinin “PatriotNews.az” saytının rəhbəri və “Qarabağ Qaziləri” İctimai Birliyinin Gəncə şəhər filialının sədr müavini Ceyhun Əliyev iştirak ediblər.
Qonaqlara klubun bazası, Akademiyanın fəaliyyəti və son dövrlərdə infrastruktur sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşün sonunda “Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə tərəfindən baş konsul Kaxaber Abdaladzeyə klubun forması hədiyyə olunub. Həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış futbolçu İlqar Burcəliyevin əziz xatirəsinə həsr olunan Anar Burcəliyevin müəllifi olduğu “Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabı da baş konsula təqdim edilib.
Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, idman və futbol sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Misli Premyer Liqasının XXIV turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Azarkeşlərə təşəkkür edirəm. Sona qədər dəstək oldular. Futbolçular onların dəstəyini yerə vurmadı. Çatışmazlıqlarımız var və oyundan-oyuna daha yaxşı olacağıq. İstədiyimiz oyunu oynamağa çalışacağıq. Vaxt keçdikcə başqa “Kəpəz” görəcəyik.
– Jo “Neftçi”yə də belə qol vurmuşdu. Bunu təhlil etməmişdiz?
– Hücuma çıxanda top itirdik və zona boşaldı. Bir zonanı boşaldırsansa, digər yerlərdəki boşluqlar da tez sezilir. Rauf Rüstəmli maksimumu etməyə çalışdı. Futboldur. Rəqibin usta futbolçuları var. Onların bacarıqlarını danmaq olmaz.
– Belə istəkli “Kəpəz” görməyə nə mane olur?
– Son turlarda yaxşı oynayırıq. İstəyimiz var. Deməzdim ki, qeyri-stabilik. son 4-5 oyunda stabilik. Meydançada futbol oynayırıq. Məncə, bu gün də maraqlı futbol oldu. Uşaqlara təşəkkür edirəm ki, tapşırıqları həyata keçirdilər.
Şahin Cəfərov
Misli Premyer Liqasının XXIV turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Vacib iki xal itirdik. Oyunun ikinck hissəsi fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq.
– İlk hissədə Enrike zədə səbəbindən meydandan çıxdı. İkinci hissədə rəqib onun cinahından hücumlar etdi. Enrikeni əvəzləyən Faiqin oyununu necə dəyərləndirirsiz?
– Faiq uzun müddət oynamırdı. Ona görə səhvlər edirdi.
– Miller nə üçün oynamadı?
– Zədəli idi.
– Ardıcıl “Zirə” və “Neftçi” qələbəsindən sonra autsayderə xal itirdiniz. Niyə?
– Emosiya məsələsidir. Futbolçular elə komandalarla oyuna köklənməkdə problem yaşayırlar.
Şahin Cəfərov
“Turan Tovuz” Misli Premyer Liqasının XXIV turunda “Kəpəz”lə qarşılaşır.
Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi matçda itki ilə üzləşib. Müdafiəçi Enrike Silva sıradan çıxıb. İlk hissədə zədələnən futbolçunu Faiq Hacıyev əvəzləyib.
ilk hissəsi davam edən matçda hesab açılmayıb.
Misli Premyer Liqasının XXIV turunda bu gün keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun heyətləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar.
“Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 57. Amur Yusifov
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 5. Roderik Miller 99. Vadji İbrahima 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda evdə “Karlşrue” ilə qarşılaşacaq. Görüş saaat 16:30-da başlayacaq.
Mahirin bu görüşdə iştirakı gözlənilir.
“Kayzerslautern” II Bundesliqada 37 xalla 7-ci sıradadır.
Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.
Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…
15 mart
Azərbaycan, Premyer Liqa
15:00 Kəpəz – Turan Tovuz (CBC Sport)
18:00 Qəbələ – Neftçi (CBC Sport)
Rusiya, Premyer Liqa
15:00 Akron – Axmat (Matç Premyer)
20:00 Rubin – Lokomotiv Moskva (Matç Premyer, Matç TV)
İtaliya, A Seriyası
15:30 Verona – Cenoa (Futbol 1, Matç TV)
18:00 Sassuolo – Bolonya (Futbol 1)
21:00 Komo – Roma (Futbol 1, Matç TV)
23:45 Latsio – Milan (Futbol 1, Matç TV)
İngiltərə, Premyer Liqa
18:00 Mançester Yunayted – Aston Villa (beİN Sports 3)
18:00 Nottingem Forest – Fulhem (beİN Sports 4)
20:30 Liverpul – Tottenhem (beİN Sports 3)
İspaniya, La Liqa
19:15 Barselona – Sevilya (İdman TV, Futbol 2)
21:30 Betis – Selta (İdman TV, Futbol 2)
00:00 Real Sosyedad – Osasuna (İdman TV, Futbol 2)
Türkiyə, Super Liqa
21:00 Gənclərbirliyi – Beşiktaş (Futbol 3, beİN Sports 1)
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Şarlott” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Messi bu görüşdə iştirak etməyib.
“İnter Mayami” 4 oyundan sonra 7 xalla 8-ci sırada qərarlaşıb.
“Sabah” Misli Premyer Liqasının XXIV turunda “İmişli”ni məğlub edib – 5:0.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Aleksey İsayev matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.
“Əsas odur qələbə qazandıq. “İmişli” çətin rəqibdir, yaxşı komandadır. Onlara uğurlar arzu edirəm. Əsas odur, qalib gəldik. oyundan-oyuna irəliləyirik. Hər matça qələbə üçün çıxırıq. Buna görə də işləməyə davam edirik. Bu oyunu artıq unuduruq və qarşıda “Sumqayıt”la vacib oyun var.
İstərdim ki, stadionda azarkeşlər çox olsun və biz də onları sevindirək. Qoy, gəlib bizi dəstəkləsinlər. Göstərdikləri dəstəyə görə hər birinə təşəkkür edirəm”.
Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda evdə “Neşvill”lə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 1:0.
Nəriman oyunda iştirak etməyib. O, sona qədər ehtiyat oyunçular skamyasında qalıb.
“Kolumbus Kryu” 4 turdan sonra 2 xalla 13-cü sıradadır.
Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda evdə “Fortuna” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:1.
Ozan görüşə start heyətdə başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
“Volendam” 27 turdan sonra 27 xalla 14-cü sıradadır.
Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, son gündə iki qarşılaşma keçiriləcək.
“Kəpəz” Yevlaxda “Turan Tovuz”u qəbul edib. Matç bərabərliklə başa çatıb.
“Neftçi” isə səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.
Misli Premyer Liqası
XXIV tur
15 mart
15:00 Kəpəz – Turan Tovuz 1:1
Qollar: Rəhman Hacıyev, 55 – Jo, 61
Baş hakim: Tural Qurbanov
Yevlax şəhər stadionu
18:00 Qəbələ – Neftçi 1:3
Qollar: Keyta, 19 (pen.) – Sambu, 23, Emin, 69 (pen.), Murad, 77
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu
Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdı. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 0:2-dən sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 1:2-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma “Qarabağ” irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı “Qarabağ” var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Bu cür “Qarabağ”a qarşı yaxşı nəticə qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın.
– Apreldə sıx qrafikiniz olacaq…
– Milli aradan sonrakı sıx qrafik daim ağlımdadır. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyev qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Milli aradan sonra həlledici perioda girəcəyik.
– “Zirə” digər komandalardan legioner almağı ilə fərqlənir. İzlədiyiniz legionerlər var?
– Bu haqda qəti şəkildə düşünmürük. Mövsümün ən vacib periodu başlayıb. Çempionatda çox bəyəndiyimiz futbolçular var.
– 4-cü yer uğrunda mübarizəyə görə gərginlik ola bilər?
– Yarışdır da. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə “Kəpəz”lə matçdan razı qalmadım. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. “Sabah”, “Turan Tovuz” və “Qarabağ”a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitiə adaptasiya olmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlərlə mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu deyim, düzgün anlaşılsın. Yeni limitə adaptasiya üçün.
– “Zirə” artıq uzun illərdir ki, stabil nəticələr göstərir, avrokuboklarda mərhələ adlayır. Sizcə, kluba daha böyük büdcənin ayrılmasının zamanı çatmayıb?
– Mən də istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Ən vacib odur ki, komanda vacibdir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparmaq, avrokuboklara düşmək. İnandırım sizi, rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirək. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək.
– İki epizod var idi ki, penalti istəyirdiz. O epizodlarla bağlı fikirləriniz nədir?
– Paltardəyişmə otağında telefonda baxdım, hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, artıq hesab 2:3 olacaqdı. Maraqlı odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı…Əvvəlki oyunlarımızda da hakimlərin mübahisəli qərarları olub.
Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən komanda vardı. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər.
– Uzun illərdir belə söhbətlər var ki, “Qarabağ” avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşısıalınmaz olur, daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsiz?
– 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ optimal formamızdan uzağıq. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Çempionlar Liqasında hər oyunda çox enerji itirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Hələ qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar. Bəli, düşüncə var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslanırlar.
– Leandro Andrade oyuna mərkəzdə başladı. Necə təsir bağışladı?
– Oyunun gedişatında rotasiyalar olur. Gözləyirdim ki, matçın gedişatında rotasiya edək. Leandro həm sağ, həm sol cinahda, həm də ortada oynamağaı bacarır. Çox yaxşı performans göstərdi.
– Kamilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiz? Dünya çempionatına getməsini real sayırsız?
– Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun, daha böyük turnirlərdə oynasın. Buna sevinərik. Görək hansı qərarları verəcəklər.
– Apreldə “Sabah” və “Neftçi” ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsüzki?
– Kubok və çempionat oyunlarını ardıcıl eyni komanda ilə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq.
– Kris Kuaku rəqabətə hazır deyildi deyə, ayrıldı?
– İntizamlı futbolçu idi. Özü də daha çox oynamaq istəyirdi. Az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, “yox” demədim. Onda da alınmadı, bizdə də.
– Rui Jorjenin U-20 millisinə təyinatını necə qarşıladız?
– Xeyirli olsun. Müzakirə olunan məsələ idi, hazırlıq gedirdi. Uğurlu olsun.
– Joni Montiel ilə Marko Yankoviç arasında seçim etmək çətinlik yaratmır?
– İkisinin də meydanda olduğu vaxtlar çox olub. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, formada olsunlar və mən fikirləşim ki, kimi oynadaq (gülür).
– Sizcə, “Qalatsaray” “Liverpul” səddini İngiltərədə keçə bilər?
– İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma “Qaltaasaray”a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladı. Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar.
– Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizə təkliflər var?
– Bakıdayıq da hələ (gülür).
– Sami Mmae əsas komandaya geri qaytarıla bilər?
– Ola bilər. Cəzalandırılmışdı. Qarşıdakı fasilədə baxacağıq.
– “Sabah”ın büdrəməsini real hesab edirsiz?
– Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir.
– “Sabah”ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiz?
– Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada.
“Napoli” icarə əsasında komandada çıxış edən Rasmus Hoylundun transfer hüquqlarını alacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna İtaliya mətbuatına açıqlamasında deyib. O, danimarkalı hücumçunun növbəti mövsüm də komandada olacağını bildirib.
Hoylund müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. O, ötən yaydan “Napoli”də icarədədir.
Danimarkalı forvard bu mövsüm 35 oyunda 13 qol vurub.
“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.
Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib. Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.
“Qarabağ” Misli Premyer Liqasının XXIV turunda bu gün “Zirə”nin qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, saat 19:15-də start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar…
“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 6. Eldar Quliyev 22. Eren Aydın
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Qələbədən çox məmnunam. Bu meydançada oynamaq çox çətindir. Texniki cəhətdən üstün olan komandalar üçün topa sahib olmaq həqiqətən, çətindir. 10-15 metr məsafədə belə ötürmə etmək yaxşı alınmır. Bugünkü qələbəyə görə bütün “Sabah” ailəsini təbrik edirəm. Şükürlər olsun, burdan zədəsiz ayrılırıq. Qarşıdan “Sumqayıt”la oyun gəlir. Bütün diqqətimiz bu oyunda olacaq.
– Hücumda tez-tez itkilər olsa da, komanda stabilliyi qoruyur. Bunun xüsusi sirri var?
– Bunun resepti, sirri yoxdur. Sadəcə oyunçular tapşırıqları düzgün icra edir. Öz stilimiz yaranıb. Oyunçular da bu sistemə uyğunlaşır, istədiklərimizi düzgün yerinə yetirirlər. Üç gənc oyunçumuz – Maluda, Xəyal və Umarali 15 dəfə fərqləniblər. Mikels də qollar vurur. Oyunçuları fərdi fərqləndirmək istəməzdim. Kim meydana daxil olursa, töhfəsini verir. Məsələn, Kahim Parris bir müddət oynamadı, amma son matçlarda qollar vurur. Sekidika da zədədən qayıdıb və formasını bərpa edir. Onlar işlərinə məsuliyyətlə yanaşırlar. İnanırıq və işimizə davam edirik. Məncə, daha da yaxşı oynaya bilərik. Potensialımız var. Sadəcə vaxt, çalışmaq və inanmaq lazımdır. İnanıram ki, bir gün ən yüksək həddimizə çatacağıq.
Şahin Cəfərov
Misli Premyer Liqasının XXIV turunun “İmişli” – “Sabah” oyunundan (0:5) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Oyun haqda deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın zədələnməsi komandaya pis təsir etdi. İkinci qolu da tez buraxdıq. Müdafiəçilərin səhvinə görə penalti oldu. İkinci qoldan sonra toparlanmaq çətin oldu. “Sabah” kimi çempionatın liderinə qarşı geridönüş etmək çətindir. Bundan öncə də “Qəbələ”yə böyük hesabla qalib gəlmişdilər. Onların motivasiyası yüksək idi. Səhvlərimizdən yararlanıb, fərqi artırdılar. Çempionluğa iddialı komandadırlar. Səhvlərimizə görə də böyük hesab qeydə alındı. “Sabah”ı təbrik edirə, bizdən üstün, keyfiyyətli oyun göstərdilər. Özümüzə gəlincə, gələn oyuna hazırlaşmalıyıq, “Neftçi”ni düşünməliyik. Praktiki cəhətdən çalışacağıq. Bu cür məğlubiyyətdən sonra komandanı qaytarmaq lazımdır. Öhdəsindən gələcəyimizə inanıram.
– Son qələbəniz ötən il “Neftçi” üzərində olub. İndi də növbəti oyun onlara qarşıdır.
– Hər oyuna qalib gəlmək düşüncəsi ilə çıxırıq. “Neftçi” ilə matçdan da üç xal qazanmağa çalışacağıq. Onların da güclü olmalarını nəzərə almalıyıq. Çalışacağıq ki, yenidən qələbə qazanaq.
– “Sabah”la matça qədər son 5 oyunda cəmi 1 qol buraxmışdınız. Bu gün isə 5-ni birdən. Bunu müdafiədəki itkilərlə bağlaya bilərik?
– Nəticəyə bəhanə gətirmək istəmirəm. Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək.
Şahin Cəfərov
“Real”ın futbolçusu Trent Aleksander-Arnold açıqlama verib.
Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi komanda yoldaşı Federiko Valverde haqda danışıb:
“Valverde planetin ən qüsursuz oyunçusudur. “Real”da oynamayan vaxtlarımda da onu heyranlıqla izləyirdim. O, möhtəşəm biridir və qüsursuzdur”.
Valverde Çempionlar Liqasında “Mançester Siti” ilə 1/8 finalın ilk matçında (3:0) het-trik edib.
“Arsenal” iki futbolçusu – Deklan Rays və Yuren Timber ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu adı Avropanın bir sıra aparıcı klubları ilə hallanan oyunçuları komandada saxlamaq niyyətindədir.
Tərəflər arasında yaxın zamanda danışıqlar başlayacaq.
Rays və Timber bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb.
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppun işsiz günləri başa çata bilər.
Futbolpress.az xəbər verir ki, mütəxəssis DÇ-2026-dan sonra Almaniya millisini çalışdırmağa əsas namizəddir. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Hazırda “Red Bull” şirkətində Qlobal Futbol Əməliyyatları departamentinin rəhbəridir. Onun yayda işindən ayrılacağı bildirilir. Buna səbəb Kloppla rəhbərlik arasındakı fikir ayrılığıdır.
Klub karyerasından sonra məşqçilik fəaliyyətinə fasilə verən Yurgenin növbəti ünvanının milli komanda olacağı gözlənilir.
“Fənərbağça” klubu baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayıra bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klub rəhbərliyi komandanın son turlardakı nəticələrindən narazıdır. Mütəxəssisin taleyinin müəyyələşdirilməsi üçün yaxın zamanda klubdaxili iclas keçiriləcək.
“Fənərbağça” Super Liqada XXVI turda autsayder “Karagümrük”ə uduzub (0:2). Komanda çempionatda lider “Qalatasaray”dan 4 xal geri qalır və ikinci sıradadır.
“Real”da fevral ayının ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, yarımmüdafiəçi Federiko Valverdedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı futbolçu səsvermədə Vinisius Junior, Orelyen Çuameni, Eduardo Kamavinqa və Tibo Kurtuanı qabaqlayıb.
Valverde ötən ay 6 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bu gün Misli Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.
Futbolpress.az xəbər verir ki, günün ilk matçı Qubada olub. Lider “Sabah” burda “İmişli”ni darmadağın edib.
Digər görüşdə “Qarabağ” “Zirə”nin qonağı olacaq.
Misli Premyer Liqası
XXIV tur
14 mart
15:00 İmişli – Sabah 0:5
Qollar: Solvet, 10, Mikels, 16 (pen.), 35, Parris, 49, Aleksey, 73 (pen.)
Baş hakim: Rauf Cabarov
Quba OİK stadionu
19:15 Zirə – Qarabağ 1:3
Qollar: C. Nuriyev, 70 – J. Montiel, 22, K. Duran, 55, K. Borqes, 72.
Baş hakim: Fərid Hacıyev
Zirə İK stadionu
Bu gün Almaniya Bundesliqasında XXVI turun növbəti oyunları baş tutub.
Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. Münhenqladbax “Borussiya”sı azarkeşləri önündə “Sankt-Pauli”ni məğlub edib.
Lider “Bavariya” bu turda “Bayer” səfərində xal itirib. Dortmund “Borussiya”sı isə “Auqsburq”a qalib gəlib.
Almaniya Bundesliqası
XXVI tur
13 mart
Borussiya Münhenqladbax – Sankt-Pauli 2:0
Qollar: K.Ştoger, 37, F.Onora, 63
14 mart
Bayer – Bavariya 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69.
Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar: Adeyemi, 13. Recciani, 59.
Ayntraxt – Haydenhaym 1:0
Qol: Kalimuendo, 53.
Hoffenhaym – Volfsburq 1:1
Qollar: Promel, 83 – Kulyerakis, 65.
Hamburq – Köln 1:1
Qollar: F.Vyeyra, 39 – Əl-Mala, 45.
Bu gün Türkiyə Super Liqasında XXVI turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.
Çempionluq mübarizəsində olan “Fənərbağça” səfərdə autsayder “Karagümrük”ə uduzub. “Qaziantep” isə “Antalyaspor”u darmadağın edib.
Lider “Qalatasaray” bu turda “Başakşəhər”ə qalib gəlib.
Türkiyə Super Liqası
XXVI tur
13 mart
Karagümrük – Fənərbağça 2:0
Qollar: B.Elmaz, 15, Srginyo, 45+1
Antalyaspor – Qaziantep 1:4
Qollar: R.Safuri, 90+3 – M.Bayo, 59, 76, K.Kozlovski, 65, D.Kamara, 82
14 mart
Kocaelispor – Konyaspor 1:2
Qollar: S.Dursun, 58 – Kramer, 86. Muleka, 90+4 (pen.)
Qalatasaray – Başakşəhər 3:0
Qollar: Sinqo, 57. Osimhen, 66. Naqa, 84.
Göztəpə – Alanyaspor 2:2
Qollar: J.Santos, 7. Janderson, 59 – Haci, 15. İ.Kaya, 90+9.
Trabzonspor – Rizəspor 1:0
Qol: Onuaçu, 51.
15 mart
Kasımpaşa – Eyüpspor 1:0
Qol: A.Benediçak, 33
Samsunspor – Kayserispor 2:1
Qollar: A.Makumbu, 31, L.Tomasson, 90+2 – T.Berekoviç, 46 (avtoqol)
Gənclərbirliyi – Beşiktaş 0:2
Qollar: J.Olaytan, 56, O.Kökçü, 67