Normal view

Today — 28 March 2026Main stream

“Real”ın yetirməsi milli seçimini etdi

28 March 2026 at 20:30

“Real”ın gənc futbolçusu Tiaqo Pitarç milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya yığmasında oynayacağını açıqlayıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Pitarç “Real”ın yetirməsidir. O, bu mövsüm La Liqada və Çempionlar Liqasında 4 oyuna çıxıb.

Yarımmüdafiəçi daha əvvəl Mərakeşin U-18, İspaniyanın U-20 yığmasında çıxış edib.

“Naxçıvan”dan qələbə

28 March 2026 at 19:33

Azərbaycan Basketbol Liqasında XX turun oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Quba” “Naxçıvan”la üz-üzə gəlib. Matç “Naxçıvan”ın qələbəsiylə başa çatıb – 103:96.

Günün digər matçında “Sərhədçi” “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan yığması son oyunda da uduzdu

28 March 2026 at 19:05

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Milli ilk oyunda Litvaya 0:4 hesabıyla uduzub.

Lukakudan vida qərarı

28 March 2026 at 18:35

Belçikalı hücumçu Romelu Lukaku “Napoli”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Forvard artıq klub rəhbərliyini bu barədə məlumatlandırıb.

Lukaku bu mövsüm cəmi 7 oyuna çıxıb və 1 qol vurub.

“Liverpul” Salahın yoxluğunu hiss edəcək”

28 March 2026 at 18:00

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Məhəmməd Salahla bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis misirli hücumçu haqda bunları deyib:

“Salah inanılmaz dərəcədə peşəkardır. Məşqlərə yanaşması, intizamı, oyunu bunları deyir. O, daha 6-7 il yüksək səviyyədə oynaya bilər. “Liverpul” onun yoxluğunu hiss edəcək”.

“Dinamo” Zaqatalada darmadağına sevindi

28 March 2026 at 17:21

II Liqada XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir oyun baş tutub.

“Sheki City” Zaqatalada “Dinamo”ya uduzub. Görüş qonaqların 6:1 hesablı qələbəsiylə başa çatıb.

II Liqa
XX tur

28 mart

Sheki City – Dinamo 1:6
Qollar: T.Zeynalov, 5 – V.Seyidov, 13 (pen.), 61, 89 (pen.), Y.Qarayev, 39, 71, Ə.Abbasov, 59

Bölgə klubuna hava əngəli

28 March 2026 at 16:51

Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.

Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

Azərbaycana qol vuran futbolçu: “Onları çox yorduq”

28 March 2026 at 16:18

Portuqaliyanın U-21 millisinin yarımmüdafiəçisi Joao Simoes Avro-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Record” nəşrinə istinadən xəbər verir ki, matçda bir qol vuran futbolçu 4:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Birinci hissədə rəqibi çox yorduq, çoxlu imkanlar yaratdıq, amma təəssüf ki, qol vura bilmədik. İkinci hissədə tempi qoruduq. Səbirli davrandıq və qollar gəldi. Ardıcıl fərqlənəndən sonra hər şey daha asan oldu. Şükürlər olsun, dörd qol vurmağı bacardıq.”

“Bunların üzərində işləməyə vaxtımız olmur” – Nəbiyev

28 March 2026 at 15:50

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

“Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük “silahı” standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sona qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur”.

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb:

“Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşır.

Tofiq Musayevin növbəti sınağı

28 March 2026 at 15:24

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev bu gecə turnirdə döyüşə çıxacaq.

Futbolpress.az xəbər verir ki, o, Çili təmsilçisi İqnasio Bahamondeslə qarşılaşacaq. Döyüş ABŞ-nin Sietl şəhərində təşkil olunacaq.

Bahamondes bundan əvvəl Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.

İqnasio ilə qarşılaşma Tofiq Musayevin UFC karyerasındakı 2-ci döyüşü olacaq. O daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Azərbaycan çempionatlarının oyunları təxirə salındı

28 March 2026 at 14:52

AFFA-nın bayrağı altında təşkil edilən bəzi çempionat oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Kazemironun “elçiləri”

28 March 2026 at 14:20

“Mançester Yunayted”dən ayrılacağı açıqlanan Kazemiro üçün təkliflər var.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. MLS təmsilçiləri “Los Anceles Qalaksi”, “İnter Mayami”, Səudiyyə Ərəbistanı klubu “Əl İttihad” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

34 yaşlı futbolçu seçim etməyə tələsmir.

Kazemiro bu mövsüm 30 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi yayda başa çatır.

MY-nin istədiyi futbolçuya qiymət qoydular

28 March 2026 at 13:50

“Mançester Yunayted” “Brayton”un futbolçusu Karlos Balebanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yayda 22 yaşlı yarımmüdafiəçini sıralarına cəlb etmək niyyətindədir.

“Brayton” Baleba üçün 100 milyon funt-sterlinq tələb edir. MY məbləği aşağı salmaq arzusundadır.

Baleba bu mövsüm 29 oyuna çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Lukakuya ultimatum

28 March 2026 at 13:17

“Napoli” futbolçusu Romelu Lukakunu heyətdən kənarlaşdıra bilər.

Futbolpress.az xəbər verir ki, hücumçu Belçika yığmasının heyətinə dəvət alsa da, düşərgəyə qatılmayıb. O, klubdan və millidən icazəsiz ölkəsində fərdi məşqlər edir. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

“Napoli” Lukakuya martın 31-nə qədər vaxt verib. Oyunçu İtaliyaya qayıtmasa, əsas komandadan kənarlaşdırılacaq.

Lukaku bu mövsüm 7 oyunda 1 qol vurub.

Silvadan “yaşıl işıq”

28 March 2026 at 12:51

Portuqaliyalı futbolçu Bernardo Silva yayda “Mançester Siti”dən ayrılmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi agentinə təklifləri dəyərləndirməsini bildirib.

Silvanın adı “Yuventus”, “Qalatasaray”, “Barselona” kimi klublarla hallanır.

31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 30 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Musa: “Daha çox qol vura bilərdim”

28 March 2026 at 12:25

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millinin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərə açıqlamasında oyunu dəyərləndirib:

“Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik. Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir. Sevindirici haldır ki, bu dəfə böyükhesablı qələbə əldə etdik. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı”.

Forvard oyunda daha çox qol vurmaq istədiyini qeyd edib:

“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı ola, çox qol vura bilərdim. Əsas məsələ komandaya xeyir verməkdir”.

Musa növbəti rəqib – Syerra Leone yığması haqda fikirlərini bölüşüb:

“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsədlə, qələbə üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək. Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək”.

Şahin Cəfərov

Mane üçün Türkiyə variantı

28 March 2026 at 12:13

“Əl Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Beşiktaş” seneqallı hücumçunun xidmətində maraqlıdır. İstanbul klubu yayda oyunçunun transferi üçün danışıqlara başlayacaq.

Mane bu mövsüm 26 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Düzəlmək üçün düz etmək

28 March 2026 at 11:54

Belə başa düşüldü ki, Ayxan Abbasov media və ictimaiyyətlə hələ də elit səviyyədə kommunikasiyaya hazır deyil. Bu məsələ ona görə vacibdir ki, o, artıq hansısa klubun deyil, milli komandanın baş məşqçisidir və hər oyun xarici komandaya qarşı olur…

Sent Lüsiya ilə oyundan sonra mətbuat konfransında tənqidlərə açıq yanaşdığını deməyi lazımi tələb baxımından məqbul yanaşma idi, lakin cavabın sonunda yenə, “…hərdən görünür ki, kimin daxilində nə var…” tipli lazımsız cümlə işlədib.

Nə vaxtdır dərinə getmədən, eyhamla işarə etsək də, Ayxan bəy anlamadı ki, çək-çevir yox, müşahidə “mood”unda olması lazımdır. Ya da anlayır, lakin öz bildiyindən əl çəkmir.

Tənqidçilər arasında biz də varıq, başqa bu işi peşəkar görənlər də var. Elitada olan mütəxəssis bu məsələdə diqqətli davranmağı bacarmasa, heç vaxt öz istədiyi iş mühitini qura bilməyəcək; beyin daim gərginlikdə qalacaq.

Nə qədər eyhamlasaq da, xeyri olmadı, yenə xırda da olsa, əhəmiyyətsiz fikir sahiblərinə lazımsız atmaca oldu.

Gələk 6:1 hesablı tarixi qələbəyə. Sent Lüsiya yarımhəvəskar səviyyədə oynayan komanda təsirini bağışladı. Buna görə də millinin potensialı və ya yaxın perspektivi haqda qeydlər üçün ciddi material yoxdur. Lakin xüsusən ikinci hissədə qurulan çoxsaylı hücumlarımızda realizasiya problemi Abbasov üçün siqnal ola bilər.

Sent Lüsiya ikinci hissədə qapandı və müdafiə planı o qədər səviyyəli qurulmamasına rəğmən aramsız hücumlarımız nəticəsiz qalırdı. Belə məqamlarda rotasiyalar etmək, hücum modelini dəyişmək gərəkdir. Yalnız bunlar tətbiq ediləndən sonra Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadənin hücum fazasında faydalı iş əmsalı artdı, qollar vurmağa başladıq.

Hər nə qədər rəqibin zəif olmasını qabartsaq da, böyükhesablı qələbənin ruh yüksəkliyi yaratması danılmazdır. İndiki məqamda da Azərbaycan millisinə bu hava-su qədər əhəmiyyətlidir.

Syerra Leone ilə oyunda Abbasov üçün heyətin optimallaşdırılması daha vacib ola bilər. Sent Lüsiyaya qarşı 22 futbolçunu sınaqdan keçirən baş məşqçi qarşıdakı yoxlama oyununda yayda Avstriyada keçiriləcək təlim-məşq toplanışına kimlərin dəvət edilməsi sualına daha dəqiq cavab tapacaq.

Millətlər Liqasında çıxışa qədər Avstriya toplanışından savayı, daha 2-3 sparrinq rəqib tapılsa, çox faydalı olar.

Elçin Cəlilov

U-19-un növbəti sınağı

28 March 2026 at 11:30

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv B Liqasının 6-cı qrupunun ikinci görüşündə Şimali İrlandiya ilə qarşılaşacaq.

Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.

Azərbaycan yığması qrupdakı ilk oyunda Litvaya uduzub – 0:4.

Foden “Mançester Siti”dən ayrıla bilər

28 March 2026 at 11:16

İngiltərəli futbolçu Fil Foden yayda “Mançester Siti”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı məlumat yayıb. Yarımmüdafiəçi oyun praktikasının azlığından narazıdır və daha çox şans qazanacağı komandada olmaq niyyətindədir.

Foden bu mövsüm 41 oyunda 10 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rafinyadan “Barselona”nı məyus edən xəbər

28 March 2026 at 10:53

“Barselona”nın zədəli futbolçusu Rafinyanın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində xəsarət alan vingerin vəziyyəti ciddidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rafinya azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Çempionlar Liqasında 1/4 finalda “Atletiko” ilə matçları buraxacaq.

Rafinya bu mövsüm 31 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Tanınmış keçmiş futbolçu velosipeddən yıxıldı – FOTO

28 March 2026 at 10:36

İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer velosipedlə qəza keçirib.

Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, velosipeddən yıxıldığına görə aldığı xəsarətləri paylaşıb.

“Nyukasl”dakı çıxışı ilə yaddaşlarda qalan Şirer Premyer Liqada 404 oyunda 206 qol vurub.

Seçim Messidədir

28 March 2026 at 10:24

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yayda keçiriləcək dünya çempionatında iştirak etmək şanslarından söz açıb.

Futbolpress.az xəbər verir ki, o, bu barədə Mavritaniyaya qalib gəldikləri (2:1) yoldaşlıq oyunundan sonra “Le Parisien” nəşrinə açıqlamasında deyib.

Skaloni qərarın Messiyə bağlı olduğunu bildirib. O, kapitanın istənilən seçiminə hörmətlə yanaşacaqlarını qeyd edib.

Argentina millisi dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

Kapitan: “Millidə yaxşı rəqabət var”

28 March 2026 at 10:00

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində bu gün Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millinin kapitanı Emin Mahmudov matçdan sonra jurnalistlərə açıqlamasında qələbəni dəyərləndirib:

“Daha çox qol vura biləcəyimizi bilirdik. İstəyirdik ki, tez fərqlənək və özümüzə inam gəlsin. Yaxşı alındı, qollar vurduq. Erkən qolun vacibliyi o idi ki, oyun tez açılacaqdı. Millidə yaxşı rəqabət var. Hər kəs özünü yaxşı tərəfdən göstərmək istəyir”.

Mahmudov növbəti rəqib Syerra Leone haqda fikirlərini bölüşüb:

“Syerra Leone daha çətin rəqibdir. Afrikada iddialı kollektivlərdəndir. Çalışacağıq ki, yaxşı oyun göstərək”.

Şahin Cəfərov

Şəlalə

28 March 2026 at 09:40

Eşitmişik ki, Sent Lüsiya ilə oyunun Sumqayıta salınması təklifi baş məşqçi Ayxan Abbasovdan gəlib. Ancaq binəva nə biləydi ki, yağış “razdevalkada” şəlalə yaradacaq.

6:1 hesablı qələbəni kölgədə qoyan bu məqam daha çox müzakirə olundu. Sumqayıt stadionu “Kamp Nou”dan geri qalmaz, atam balası…

Zarafat deyil, büdcə hesabına ərsəyə gələn stadionun bu halda olması ciddi araşdırılmalı məsələdir.

Ümumiyyətlə, bu, o stadionun düçar olduğu ilk problem deyil. “Sumqayıt”ın “Fehervar”la avrokubok matçında da, hətta Minsk “Dinamo”sunun ev oyunları həmin stadiona təyin olunarkən də təşkilatçılar əlavə xərcə düşməli olmuşdu. Bu da tikintidə buraxılan yanlışlıqlara görədir.

Hələ həmin ərəfədə “Sumqayıt” klubuna bununla bağlı sorğu göndərmişdik. Klub qısa cavablamışdı: tikintiyə görə heç bir məsuliyyət daşımırıq.

Dünənki şəlaləyə görə də AFFA-nı qınayanlar tələsib. Başıbəlalı arena Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətiylə tikilib və redaksiyamızın əldə etdiyi məlumata görə, nə AFFA, nə klub iş prosesinə yaxın buraxılıb (Bütün tərəflərin məsələ ilə bağlı yeni mövqeyini dərc etməyə hazırıq – red.)

Stadionun tribunalarında çıxış keçidlərin sayı istifadəyə verildiyi gün elə ən çox çox müzakirə olunan mövzuya çevrilmişdi. Görünür, nöqsanlar araşdırılmalı və ciddi addımlar atılmalıdır.

AFFA isə texniki baxışı bütün tələblərə uyğun gəlməyən arenaya millinin oyununu salmamağı bundan sonra prioritet məsələlərdən birinə çevirməlidir.

Kamil Əhməd

Messi oynadı, “tanqoçular” qələbə qazandı

28 March 2026 at 09:33

Argentina milli komandası yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “tanqoçular” Mavritaniya ilə qarşılaşıb. Matç Argentinanın qələbəsiylə başa çatıb – 2:1.

Cənubi amerikalıların qollarını Enzo Fernandes və Nikolas Paz vurub. Mavritaniyada isə Jordan Lefor vurub.

Lionel Messi meydana ikinci hissədə daxil olub.

“Zirə”nin futbolçusu millidə debüt oyununda qol vurdu

28 March 2026 at 09:25

“Zirə”nin futbolçusu Leroy Mikels Ruanda yığmasında debüt edib.

Futbolpress.az xəbər verir ki, forvard “FIFA Series 2026” yoldaşlıq turniri çərçivəsində Qrenadeyə qarşı keçirilən matçda meydana çıxıb. Oyuna start heyətdə başlayan Mikels 45+2-də qol vurub.

Görüş Ruandanın qələbəsiylə başa çatıb – 4:0.

“Həmişə düşünürdüm ki, milli formanı geyinmək necə hissdir?”

28 March 2026 at 09:01

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində bu gün Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millidə debüt edən “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“Hamını təbrik edirəm, çoxdan idi, qələbə qazanmırdıq. Bəlkə də, indi dünyada ən xoşbəxt insanam. Millinin oyunçusu olmağın necə hiss olduğunu hiss etdim. Düzdür, hava şəraiti pis idi, çətinlik yaratdı. Havaya görə meydança yaxşı deyildi. Hər şansdan istifadə etməyə çalışdıq”.

Hüseynov debütünü belə ifadə edib:

“Sözlərlə demək çətindir. Həqiqətən, çox çətinliklərdən keçmişəm. Gənclərə məsləhətim odur ki, çox adam deyəcək sizdə alınmayacaq. Onlara qulaq asmayın. Sona qədər mübarizə aparın. İlk oyunumda qələbə qazandıq, məhsuldar ötürmə etdik. Çox sevinirəm. Bəlkə, yata bilməyəcəyəm. Həmişə düşünürdüm ki, milli formanı geyinmək necə hissdir? Çalışırdım ki, yaxşı oyun göstərim, hamı başa düşsün ki, məni elə-belə bura çağırmayıblar. Ayxan müəllimə minnətdaram ki, məni çağırdı.

Hər gün maksimumu etməyə çalışıram. İstər klubda, istər millidə. Gələcəkdə necə olacağını bilmirəm. Çalışacam ki, yaxşı oynayım və yayda da yığmaya çağırılım”.

Xoşbəxt etməyən tarixi qələbə

28 March 2026 at 08:55

Milli komanda tarixi qələbə qazanmasına qazanıb, ancaq 6:1 hesabı ilə məğlub edilən Sent Lüsiya olduğu üçün şadyanalıq etmək olmur.

Xüsusən, 4-cü qolumuzda qapıçının tərpənməməsi, yaxud tərpənə bilməməsi təsiredici amildir. Futboldan geniş yazmağa mane olan tutarlı səbəbdir…

Formasında adlar olmayan, rəqəmləri isə niyəsə çox kiçik yazılan “Karib dənizinin qəribləri” bu məğlubiyyətə görə nə qədər qınanacaqsa, millimiz də bu tarixi qələbəyə görə o qədər “qınanacaq”…

Yaxşısı budur, təlim-məşq toplanışı çərçivəsində keçirəcəyimiz ikinci qarşılaşmaya fokuslanaq.

Syerra Leone nisbətən ciddi rəqibdir. Baş məşqçi Ayxan Abbasov üçün burada əyər-əskiyi, üzərində işlənməli məqamları görmək daha səhih olar.

Kamil Əhməd

Yesterday — 27 March 2026Main stream

Ayxan Abbasov: “Hərdən görünür ki, kimin daxilində nə var…”

27 March 2026 at 21:40

“FIFA Series 2026” yoldaşlıq turnirində keçirilən Azərbaycan – Sent Lüsiya oyunundan (6:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü…

– Bu hava şəraitində bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, belə havada oynamaq ağırdır. Hər iki komanda da çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların işi, diqqəti, qol vurmaq istəyini gördük. Özümüzə inam üçün bu hal sevindiricidir. Heyətdə yeni adlar var idi. Bundan sonrakı oyuna vaxtımız azdır. Hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadır. Matça hazır olub, yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

– Bu oyun bizim milliyə nə verdi və nəyi görmək istəyirdiz, nə gördünüz?
– Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Millinin oyunlarında məncə, nəticə önəmlidir. Hər xal, hər statistika vacibdir.

– Nə üçün futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar. 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…
– Bu, düzgün fikir deyil. Bu gün hava şəraitini nəzərə almaq lazımdır, sürüşkənlik var idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik. Belə hallara diqqət etməlidir.

– Çoxlu dəyişikliklər oldu. Optimal formanı tapmaq istəyirdiniz, ya hamıya şans vermək?
– Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədələr məsələsi də var. Bəzi futbolçuların forması daha yaxşıdır. Hər kəsi görürürük. Bugünkü oyun əlavə şans idi.

– Son 24 saat ərzində sizə qarşı olan tənqidlər oyuna hazırlığa mane olmurdu?
– Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıqfikirliyiksə, hər kəs bəyənməyə bilər, hamının öz fikri var. Bu, milli komandadır. Millinin heyəti açıqlananda hərənin öz versiyaları yaranır, normaldır. Bir şeyə əminəm, alnım açıqdır, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin daxilində nə var, elə fikirləşir.

– 6:1 hesabının rekord olacağını bilirdiniz?
– Dünən mətbuat konfransında bildirilmişdi, bilirdik. Yada salınmışdı. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olmalıdır. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.

– Bu qələbənin Sumqayıtda qazanılması sizə necə təsir edir? Növbəti rəsmi oyunların burda keçirilməsi təklifi ilə çıxa bilərsiniz?
– Sumqayıt mənimçün doğmadır. 4 ilə yaxın burda işləmişəm. İlklərə imza atmışıq. Milli komandanın oyunlarının bölgələrdə də olmasını istəyirik. Sumqayıt da bu variantlardan biridir.

– Növbəti görüş Syerra Leoneyə qarşıdır. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?
– İki oyun planımız var idi. Oyundan əvvəl də fasilədən sonra çox dəyişikliyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti oyunu fərqli oynamaq istəyirik. Litvanı, Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq.

Şahin Cəfərov

“Bu qədər qol buraxmaq istəməzdik” – Con

27 March 2026 at 21:28

“FIFA Series 2026” yoldaşlıq turnirində keçirilən Azərbaycan – Sent Lüsiya oyunundan (6:1) sonra qonaq komandanın baş məşqçisi Störn Con jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşdü…

– Belə nəticəni gözləyirdinizmi?
– Bu nəticəni gözləmirdim. İlk dəqiqələrdə penalti oldu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan.

– Bir oyundan ötrü bu qədər məsafə qət edib, Azərbaycana gəlməyə dəyərdi?
– Məyusedicidir. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək məyus edir.

– Azərbaycan millisinin tarixinə düşdünüz. Bu, yığmamızın ən böyük hesablı qələbəsi oldu.
– Azərbaycan yaxşı təşkilatlanmış komandadır, topla yaxşı davranırlar. oyundan əvvəl də demişdim ki, ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdır və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik.

– Oyun planında Azərbaycan yığmasından nə gözləyirdiniz və nə gördünüz?
– Oyundan əvvəl rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc oyunçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik.

Şahin Cəfərov

 

Milli rekordunu yenilədi

27 March 2026 at 21:11

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirilən oyunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.

Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.

Millinin oyununun başlama saatı dəyişdi

27 March 2026 at 18:32

Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.

Milli Sent Lüsiya ilə oyuna bu heyətlə çıxacaq

27 March 2026 at 18:27

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində bu gün Sent Lüsiya yığması ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat19:00-da start götürəcək oyuna milli aşağıdakı heyətlə çıxacaq:

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov

“Azərbaycan yığması ikinci hissədə yoruldu”

27 March 2026 at 18:24

Portuqaliyanın U-21 millisinin baş məşqçisi Luis Freyre Azərbaycanın U-21 yığmasına qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Asan oyun olmayacağını bilirdik. Rəqib hər matçda maksimumunu verməyə çalışır. Azərbaycan millisinin hücumda sürətli oyunçuları var. Buna görə də əks-hücumlarda diqqətli olmalıydıq. Futbolçularımız yaxşı hücumlar qurdular və bunlardan yararlandılar. Azərbaycan yığması ikinci hissədə yoruldu və müdafiəyə çəkildilər. Bu da bizim qol vurmağımızı asanlaşdırdı.

– Hesab amma asan oyun keçdiyini göstərir… 

– Hər şey bizim özümüzdən asılıdır. İlk dəqiqələrdən oyuna ciddi yanaşmasaydıq, bu, bizə baha başa gələ bilərdi. Futbolçularım oyuna ciddi yanaşdılar və sonda istədiyimiz nəticəni qazandıq.

– Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?

– Oyunun əvvəlindən axıra kimi yağış yağdı. Amma bunun gedişat təsir göstərdiyini deməzdim. Topun hərəkətinə heç bir çətinlik yaratmırdı.

– Azərbaycan millisi ilə iki oyun keçirdiz. Sizcə, millimizin problemi nədir?

– Güclü rəqiblərlə oyunlarda müdafiədə inamlı çıxış etməyə çalışırlar. Azərbaycanda oyunçu seçimi üçün nə qədər imkanların olduğunu bilmirəm. Komanda müdafiədə yaxşı çıxış edir. Hücumda da sürətli oyunçuları var. Əks-hücumlardan yararlana bilərlər.

– Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi təyin olunub. Bununla bağlı fikirləriniz necədir?

– Ruy Jorje çox təcrübəli məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisinin çalışdırıb, iki dəfə Avropa çempionatının finalında oynayıb. Düşünürəm ki, o işinin öhdəsindən gələcək.

Çexiyalı hücumçu “Beşiktaş”ın hədəfində

27 March 2026 at 16:30

“Bayer”in hücumçusu Patrik Şik yeni mövsümdə Türkiyədə çıxış edə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” forvardın xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu çexiyalı forvard üçün danışıqlara başlamağı planlaşdırır.

Şik bu mövsüm Bundesliqada 21 oyunda 9 qol vurub.

“Barselona”da Rafinya şoku

27 March 2026 at 15:48

“Barselona”nın futbolçusu Rafinya zədələnib.

Futbolpress.az xəbər verir ki, vinger Braziliya millisinin heyətində Fransaya qarşı keçirilən yoldaşlıq oyununda xəsarət alıb. Rafinyanın son durumu tibbi müayinədən sonra bilinəcək.

Braziliyalı futbolçu Çempionlar Liqasında 1/4 finalda “Atletiko” ilə matçları buraxa bilər.

29 yaşlı futbolçu bu mövsüm 31 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Milli Litva ilə heç-heçə etdi

27 March 2026 at 15:26

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb. Millimiz bununla xal sayını 2-yə çatdırıb.

Qeyd edək ki, U-17 ilk turda Bolqarıstan yığması ilə heç-heçə (1:1) edib. Komandamız qrupda son matçını martın 30-da Malta seçməsinə qarşı keçirəcək.

İkardi “Qalatasaray”dan ayrıla bilər

27 March 2026 at 14:46

Argentinalı hücumçu Mauro İkardi mövsümün sonunda “Qalatasaray”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar dayanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubdan ayrılmağı düşünən forvard komandanın son məşqinə də qatılmayıb.

İkardi bu mövsüm Super Liqada 24 oyunda 13 qol vurub.

Azərbaycan U-21 – Portuqaliya U-21: heyətlər

27 March 2026 at 14:30

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində bu gün Portuqaliyanı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki. saat 15:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Azərbaycan U-21: Xəyal Fərzullayev, Raul Məmmədov, Eşqin Əhmədov, Emin Rüstəmov, Rüfət Abbasov, Şahin Şahniyarov, Murad Məmmədov, Əkbər Eyubov, Oruc Məmmədov, Edqar Ədilxanov, Nahid Əliyev

Portuqaliya U-21: Joao Karvalyo, Tiaqo Parente, Qabriel Bras, Tiaqo Qabriel, Daniel Bancaqi, Matias de Amorim, Joao Simoeş, Karlos Forbs, Qonçalo Moreyra, Saviolo, Yussuf Çermiti.

“Yuventus”un futbolçusu “Liverpul”un hədəfində

27 March 2026 at 13:36

“Yuventus”un futbolçusu Fransişku Konseysau karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Liverpul”un diqqət mərkəzindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Konseysau “qırmızılar”ın marağına baxmayaraq, “Yuventus”da qalmağı üstün tutduğunu deyib:

“Yayılan xəbərləri eşitmişəm. “Liverpul” böyük klubdur. Amma mən də indi böyük klubdayam və özümü xoşbəxt hiss edirəm”.

Konseysau bu mövsüm 34 oyunda 4 qol vurub 3 məhsuldar ötürmə edib.

Mourinyo ilə bağlı qərar

27 March 2026 at 13:19

“Benfika”da baş məşqçi Joze Mourinyo ilə bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi mütəxəssisi komandada saxlayacaq. Bu barədə “Record” nəşri məlumat yayıb. “Benfika” rəhbərliyi Mourinyonun işindən razıdır.

“Benfika” liqada 27 turdan sonra 65 xalla üçüncü sıradadır və lider “Portu”dan 7 xal geri qalır.

Türkləri məğlub etməyin mükafatı 1 milyon avrodur

27 March 2026 at 12:48

Kosovo prezidenti Albin Kurti milli komandanın dünya çempionatına vəsiqə qazanacağı halda, mükafat verəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Kosovo mətbuatı məlumat yayıb. Yığma həlledici oyunda Türkiyəyə qalib gəlsə və mundiala vəsiqə qazansa, futbolçulara və məşqçilər korpusuna 1 milyon avro mükafat veriləcək.

Kosovo – Türkiyə oyunu martın 31-də keçiriləcək.

“200 milyon avroluq təklif də olsa, satılmayacaq”

27 March 2026 at 12:30

“Bavariya”nın prezidenti Uli Hoenes adı İngiltərə klubları ilə hallanan Maykl Olislə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner oyunçunun satışda olmadığını bildirib:

“Olis satılmır. 200 milyon avroluq təklif də olsa, satılmayacaq. Biz futbolu azarkeşlərimiz üçün oynayırıq. Büdcəmizdə 200 milyonumuz çox olsa, amma futbol oynamasaq, azarkeşlərə bunun faydası olmaz”.

Olis bu mövsüm Bundesliqada 25 oyunda 11 qol vurub, 18 məhsuldar ötürmə edib.

“Layiq olmadığımız məğlubiyyət yaşadıq” – Luçesku

27 March 2026 at 12:15

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku dünya çempionatının pley-off mərhələsində Türkiyəyə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bərabər oyun oldu. Bir səhvimiz bizə baha başa gəldi. Bu səhv nəticəni müəyyənləşdirdi. Layiq olmadığımız məğlubiyyət yaşadıq. Türkiyə millisini çox bəyənirəm, yaxşı məşqçiləri var”.

Türkiyə millisi dünya çempionatına vəsiqə uğrunda Kosovo ilə qarşılaşacaq. Rumıniya ilə mundialda olmayacaq.

Koxalskini kim tərifləyib?

27 March 2026 at 11:58

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə Premyer Liqasında oynamaq istəyir.

Futbolpress.az xəbər verir ki, qolkiper bununla bağlı Polşa mətbuatına açıqlamasında deyib:

“Premyer Liqa klubunda oynamağı arzulayıram. “Liverpul”la səfər matçında keçirdiyim hisslər xüsusi idi. Düzdür, azarkeşlərin şüarlarını eşidəndə buraxdığım qolları xatırlayıram.

“Napoli”yə məğlub olduğumuz oyunu da yaxşı xatırlayıram. Həmin matçdan razı qalmadım, amma müsbət məqamlar da var idi. Oyundan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfərlə danışdım və məni təriflədi. Dedi ki, belə davam edim, çünki məni izləyəcəklər”.

Azərbaycanlı hakimlər Avropa Kuboku matçında

27 March 2026 at 11:36

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

Futbolpress.az xəbər verir ki, referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Bu, Bosniya və Herseqovinanın “Izvidac” və Çexiyanın “Karvina” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin “Lyubuşki” İdman Zalında təşkil olunacaq.

Bakıda portuqallarla sınaq: millinin qrup şansları necədir?

27 March 2026 at 11:24

Azərbaycanın U-21 yığması Avro-2027-nin seçmə mərhələsində bu gün Portuqaliyadan olan həmyaşıdlarını qəbul edəcək. “Neftçi Arena”da baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

B qrupunda yer alan Azərbaycanın U-21 yığması 5 turdan sonra 5 xalla qrupda 6 komanda arasında 5-cidir. Millinin yeganə qalibiyyəti son turda Cəbəllütariqə qarşı olub – 1:0. Digər matçlarda 2 heç-heçə edən yığma 2 dəfə də uduzub.

U-21 Portuqaliyaya qarşı ilk matçda böyük hesabla məğlub olub. Ötən ilin sentyabrında səfərdə baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Milli qrupda 5 qol vurub, 14-nü buraxıb. Lider Portuqaliyadan 8 xal geri qalan milli ikinci çexlərdən də 5 xal arxadadır. Qarşıda 5 oyun var və hələ şanslar davam edir.

U-21 Portuqaliyadan sonra Bolqarıstanla səfərdə qarşılaşacaq. Daha sonra Çexiyanı qəbul edəcək yığma Şotlandiyanın qonağı olacaq. Son görüş Bakıda Cəbəllütariqə qarşı olacaq. İndiki məqamda qrupda favorit Portuqaliya və Çexiyadır. Çexiyaya səfərdə 0:5 hesabıyla uduzmaq millini rəqibdən şəxsi duellərdə geridə saxlayır.

Milli Bolqarıstandan Bakıda xal alıb, Şotlandiyaya son dəqiqələrdə buraxılan qollarla məğlub olub. Bolqarıstan və Cəbəllütariqə qalib gəlmək, şotlandlardan və çexlərdən xallar almaq milli adına tarixi nəticəyə imza atdıra bilər.

Koxalski MLS klubuna “yox” deyib

27 March 2026 at 10:57

“Qarabağ”ın qapıçısı Matueş Koxalski MLS-dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, qolkiper bu barədə Polşa mətbuatına açıqlamasında deyib. O, ABŞ-dən gələn təklifi rədd etdiyini bildirib.

Koxalskinin adı İngiltərə klubları ilə də hallanır.

DÇ-2026: Boliviya pley-off seriyasının finalında

27 March 2026 at 10:18

Boliviya millisi yayda keçiriləcək dünya çempionatının pley-off mərhələsində finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi yarımfinalda Surinamla qarşılaşıb. Görüş Boliviyanın qələbəsiylə başa çatıb – 2:1.

Boliviyanın həlledici görüşdə rəqibi İraq olacaq. Matç aprelin 1-də baş tutacaq.

Slotla bağlı qərar verildi

27 March 2026 at 00:29

“Liverpul” rəhbərliyi baş məşqçi Arne Slotla bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, komandanın qeyri-stabil nəticələrinə baxmayaraq, mütəxəssis işinə davam edəcək. Rəhbərlik Slota tam güvənir.

“Liverpul” çempionatda 31 turdan sonra 49 xalla 5-ci sıradadır. Komanda Çempionlar Liqasında 1/4 finalda PSJ ilə qarşılaşacaq.

Hansı oyun, hansı kanalda? – TV

27 March 2026 at 09:53

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

AVRO-2027, seçmə mərhələ
15:00 Azərbaycan U21 – Portuqaliya U21 (CBC Sport)

FİFA Series – 2026
19:00 Azərbaycan – Sent Lüsiya (CBC Sport)

Yoxlama oyunu
21:00 Avstriya – Qana (CBC Sport)
23:45 Niderland – Norveç (CBC Sport)

Azərbaycan yığması Portuqaliyaya uduzdu

27 March 2026 at 16:52

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb.

Azərbaycan millisi B qrupunda 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.

Avropa çempionatı
Seçmə mərhələ

27 mart

15:00 Azərbaycan U-21 – Portuqaliya U-21 0:4
Qollar:
Q.Moreyra, 51, T.Parente, 54, Çermiti, 66, Simoes, 76

İnkişaf

27 March 2026 at 09:21

Millinin oyunundan əvvəl neqativ aura yaratmamaq naminə detallara girmədən, xırdalamadan qeyd: cənablar, kritik vəziyyətin idarə edilməsi deyilən bir anlayış var. Oxuyun, öyrənin…

Müasir futbol meydandakılar qədər ondan kənarda da inkişaf etməyi tələb edir.

Yanlış qərardan heç kəs sığortalanmayıb. Belə vəziyyətdə ən uğursuz yanaşma səhvini etiraf etməmək, yaxud bu istiqamətdə inad/israr etməkdir.

Yenə deyirik, millinin oyunları xətrinə detallara varmırıq, lakin son günlər gedişat bir əhəmiyyətli məqamı qabartdı: inkişaf etmək!

Gedişatın doğru yerə aparmadığını proqnozlaşdırmışdıq. Əslində, hələ bir müddət əvvəldən xəfif xatırlatmalarla xəbərdarlıq etmişdik. Görünür, oxunub, lakin nəticə çıxarılması üçün təhlil edilməyib.

Futbol ictimaiyyətinin emosional tonusunu yönləndirmək asandır. Buna tuş gəlməmək üçün isə diqqətli olmaq, diqqətli olmaq və diqqətli olmaq gərəkdir.

Əksər futbol mütəxəssisimizin özünü ifadəetmə problemi var. Onlar öz aləmində çoxbilmişdirlər. Lakin qarşılarında daha dünyagörüşlü, təhsilli, təcrübəli şəxslər var.

Mütəxəssislər “öz kruquna” güvənməməli, inkişaf etməlidilər. Bəzən elə vəziyyət yaranır ki, “kruqun” da kömək edə bilmir, yalnız təhsil, dünyagörüşü imdada yetə bilər. İnciməsinlər, 99%-i bu anlamda geridədir, zəifdir.

Elçin Cəlilov

P.S.

Bu inversiv mətn son ərəfələr futbol təsərrüfatında yaranmış xaotik informasiya atışmasının yaratdığı mənzərəyə həsr olunur. İnversiv olsa da, “ünvanlarına” lazımi dərs çıxarmaq üçün “göndərmələr” var.

Təklif budur ki, ayılaq və reallığa qayıdaq. Yoxsa bic addımlarınız “deşifrə” olunur, sizə elə gəlir ki, çoxbilmişsiniz. Daha dərin fəsadlar yaranmaması naminə, addımlarımıza, fikirlərimizə diqqət yetirək. Yoxsa daha geniş fəsadlar qaçılmaz olacaq.

“Sambaçılar”dan uğursuz sınaq

27 March 2026 at 09:00

Braziliya millisi yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “sambaçılar” Fransa seçməsi ilə qarşılaşıb. Matç fransızların qələbəsiylə başa çatıb – 2:1.

Fransa millisində Kilian Mbappe və Uqo Ekitike fərqlənib. Braziliyanın yeganə qolunu isə Bremer vurub.

Azərbaycan yığmasından darmadağın

27 March 2026 at 21:00

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün ilk oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya yığması ilə qarşlaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşə saat 19:00-da start veriləcək.

“FIFA Series – 2026”

27 mart

19:00 Azərbaycan – Sent Lüsiya 6:1

Qollar: Emin, 2, Rəhim, 24, Musa, 37, Toral, 64, Vüsal, 87, Rüstəm, 89 – Filip, 52 (pen.)

Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

DÇ-2026: Türkiyə millisinin rəqibi məlum oldu

27 March 2026 at 01:58

Türkiyə millisinin yayda keçiriləcək dünya çempionatına vəsiqə yolundakı rəqibi məlum olub.

Futbolpress.az xəbər verir ki, “ay ulduzlular” həlledici görüşdə Kosovo seçməsi ilə qarşılaşacaq. Görüş martın 31-də olacaq.

Türkiyə millisi yarımfinalda Rumıniyanı (1:0), Kosovo isə Slovakiyanı (4:3) məğlub edib.

❌
❌