Normal view

Today — 30 October 2025FutbolPress.Az

“Araz-Naxçıvan” ÇL-də qələbə qazandı

29 October 2025 at 23:50

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Futbolpress.az xəbər verir ki, Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

Yesterday — 29 October 2025FutbolPress.Az

Azərbaycan güləşçilərindən tarixi nəticə

29 October 2025 at 22:28

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

“Neftçi” Avropa Kubokunda növbəti qələbəsini qazandı

29 October 2025 at 22:24

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları – “Abşeron Lions” və “Neftçi” üz-üzə gəliblər.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüş “ağ-qaralar”ın qələbəsiylə başa çatıb – 104:86.

Qeyd edək ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

“Qarabağ” – “Çelsi”: neçə bilet satılıb?

29 October 2025 at 21:50

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Azərbaycan Kubokunda 1/8 final cütləri

29 October 2025 at 21:05

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub.

Futbolpress.az xəbər verir ki, son çempion “Sabah” bu turda “İmişli” ilə qarşılaşacaq.

“Qarabağ”ın rəqibi “Karvan-Yevlax” olacaq. 1/8 finalın əsas görüşü “Zirə” ilə “Neftçi” arasında olacaq.

Azərbaycan Kuboku
1/8 final mərhələsi

“Qəbələ” – “Şəfa”
“Şamaxı” – “Baku Sportinq”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Qarabağ” – “Karvan-Yevlax”
“İmişli” – “Sabah”
“Zirə” – “Neftçi”
“Şahdağ Qusar” – “Turan Tovuz”
“Difai” – “Sumqayıt”

Bu mərhələnin oyunları dekabrın 2-3-də keçiriləcək.

“Qarabağ”ın çempionat oyunu 3 manata

29 October 2025 at 20:20

Premyer Liqanın X turunda keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri sabah satışa çıxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlər saat 12:00-dan satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

“Azersun Arena”da, 31 oktyabrda keçiriləcək matça saat 17:00-da start veriləcək.

“Aşkarladığımız səhvləri aradan qaldırmağa çalışacağıq”

29 October 2025 at 18:38

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında 1 dəst medal qazanan sərbəst güləş üzrə milli vətənə qayıdıb.

Futbolpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Xetaq Qazyumov, baş məşqçi:

“Çox sevinirik ki, bu yarışda çempionumuz oldu. Kənan Heybətovdan bu qızıl medalı çoxdan gözləyirdik. Gənc güləşçimiz Xetaq Karsanovun yenicə keçdiyi 125 kq-da gümüş medal qazanması da sevindiricidir. Ali Tsokayev də 86 kq-a keçidini medalla qeyd etdi. Ceyhun Allahverdiyev və Fərid Cabbarovdan da medal gözləyirdik. Onlardan başqa da medal qazana biləcək milli üzvləri var idi. Bəzisi taktiki səhvlərə yol verdi. Bəzisi isə emosiyalarını cilovlaya bilmədi. 3 gündən sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacağıq. Bu yarışda aşkarladığımız səhvləri və boşluqları növbəti yarışa qədər aradan qaldırmağa çalışacağıq”.

Kənan Heybətov, dünya çempionu:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. U23 yaş qrupunu qızıl medalla başa vurdum. İnşallah, daha da yaxşı hazırlaşıb, gələn il böyüklər arasında da bu uğuru təkrarlayaram. Finalda güləşdiyim iranlı Sina Xəliliylə yanvarda da qarşılaşmışdım. Zaqrebdə keçirilən reytinq turnirinin finalında tam üstünlüklə (12:1) qalib gəlmişdim. Bu yarışda 0:3 hesabıyla geridə idim. İkinci hissədə geridönüş edərək 9:4 hesablı qələbə qazandım”.

Xetaq Karsanov, dünya ikincisi:

“İlk növbədə bizə yaradılan hərtərəfli şəraitə göə Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Daha da yaxşı nəticə əldə etmək istərdik. Şəxsən özümdən çempionluq gözləyirdim. 125 kq-da debüt edirdim. Səhvlərim üzərində işləyəcəyəm. Daim yanımızda olan və bizə kömək edən bütün məşqçilər heyətinə minnətdaram”.

“Sabah”ın komandalarından 5 qələbə

29 October 2025 at 18:26

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar baş tutub.

Futbolpress.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 7 oyunun 5-dən qalib ayrılıblar.

U-10 Liqası
Sabah – Neftçi PFK +:-

U-12 Liqasi
Sabah – ROFM +:-

U-14 Liqası
Sabah– Binə 7:1
Qollar: İbrahim Sədiyev, Yusif Ağayev (4), Tofiq Zaidov, Hüseyn Musayev.

U-15 Liqası
Ulduz – Sabah 3:0

U-16 Liqası
Sabah – Qəbələ 4:1
Qollar: Ayxan İbadov, Amir Bağırov, Rəşad Şirməmmədli, Kamil Mütəllimov.

U-17 Liqası
Sabah – Universal 11:1
Qollar: Nihad Cəfərzadə, İlhan Məmiyev, Rail Bədəlov, Nihat Şirinzadə, Ömər Müslümov, Murad Quliyev, Məhəmməd Mədətov, Ceyhun Kazımzadə (2), Emil Məmmədov (2).

Gənclər Liqası (U-19)
Sabah – Zirə 1:2
Qol: Nicat Kərimov.

İliç: “Zədələrdən qaçmağa çalışdıq”

29 October 2025 at 17:24

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunda “Zaqatala”nı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.

Penya qayıtmaq istəyir

29 October 2025 at 16:45

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Elçe”də çıxış edən İnaki Penya açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper Kataloniya klubuna qayıtmaq istədiyini deyib:

“Düzü, “Elçe”də xoşbəxtəm. Transferin son günlərinə bu variant çıxanda rahat oldum. Ailəmlə danışdım və gəlməyə qərar verdim. Düşünürəm ki, bu ana qədər də pis çıxış etməmişəm.

Hər oyunçunun arzusunda olduğu klub var. Mən də daha güclü formada “Barselona”ya qayıtmaq istəyirəm”.

Qolkiper bu mövsüm La Liqada 5 oyuna çıxıb.

“Qalatasaray”ın maraqlandığı futbolçu PSJ-dən ayrılmaq istəyir

29 October 2025 at 16:17

Braziliyalı futbolçu Lukas Beraldo PSJ-dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. 21 yaşlı müdafiəçi oyun praktikasının azlığından narazıdır və klubu tərk etmək niyyətindədir.

Beraldo ilə Türkiyənin “Qalatasaray” klubu yaxından maraqlanır.

Müdafiəçi bu mövsüm 6 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

“Yuventus”un yeni baş məşqçisi

29 October 2025 at 15:50

“Yuventus”un yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Luçano Spalettiyə tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Spaletti son olaraq İtaliya millisinə rəhbərlik edib.

“Yuventus” A Seriyasında 8 oyunda 12 xal toplayıb və 8-ci sıradadır.

Turin təmsilçisi bir neçə gün əvvəl baş məşqçisi İqor Tudorla vidalaşıb.

İslamiada: Azərbaycanı 6 tennisçi təmsil edəcək

29 October 2025 at 14:40

Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında 6 stolüstü tennisçi təmsil edəcək.

Futbolpress.az xəbər verir ki, yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər.

Hazırda “Şüa” İdman Kompleksində təlim-məşq toplanışını davam etdirən komanda noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcək.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

“Hər oyunda qələbə qazanmağa çalışacağıq” – millinin baş məşqçisi

29 October 2025 at 14:26

Qadın həndbolçulardan ibarət  Azərbaycan millisi oktyabrın 30-da Bakıya qayıdacaq və noyabrın 10-dək “AHF Arena”da hazırlığını tamamlayacaq.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Revva VI İslam Həmrəyliyi Oyunlarındakı hədəflə bağlı federasiyanın mətbuat xidmətinə açıqlama verib:

“Qazaxıstan komandasının iki oyununun videosu bizdə var, Özbəkistanla da tanışıq. Hələlik Qətər yığması bizim üçün naməlumdur, onların oyunlarının videoyazılarını tapmağa cəhd edəcəyik. Qazaxıstan, Özbəkistan və Qətər komandaları bizə ciddi rəqib ola bilər. Hər oyunda qələbə qazanmağa çalışacağıq”.

AFFA nümayəndəsi “Dinamo”nun oyununda

29 October 2025 at 13:38

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da baş tutacaq.

Ronaldo məğlubiyyətdən sonra bunları yazdı

29 October 2025 at 13:19

Əl Nəsr” Səudiyyə Ərəbistanı Kral Kuboku ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 1/8 finalda “Əl İttihad”a uduzub – 1:2.

Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo məğlubiyyətlə bağlı paylaşım edib:

“Başımızı aşağı salmırıq, nəticə çıxarırıq və birlikdə irəliləməyə davam edirik“.

3 qələbənin mükafatı

29 October 2025 at 12:45

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, “Valyekano”nun çalışdırıcısı İniqo Peresdir. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

“Valyekano” oktyabrda keçirdiyi 3 çempionat oyununu da qazanıb. Komanda “Real Sosyedad” və “Alaves”ə 1:0, “Levante”yə isə 3:0 hesabıyla qalib gəlib.

“Valyekano” çempionatda 10 turdan sonra 14 xalla 7-ci sıradadır.

İngiltərə klubunun futbolçusu sürücülük hüququndan məhrum edildi

29 October 2025 at 12:26

“Bornmut” klubunun futbolçusu Castin Kluyvert sürücülük hüququndan məhrum edilib.

Futbolpress.az xəbər verir ki, o, son üç ayda iki dəfə sürət həddini aşdğı üçün bu cəza ilə üzləşib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Kluyvert altı ay avtomobil idarə edə bilməyəcək. O, həmçinin müəyyən məbləğdə cərimə ödəməli olacaq.

26 yaşlı futbolçu bu mövsüm “Bornmut”la 9 oyunda 1 qol vurub.

Qrinvud ingilislərin hədəfində

29 October 2025 at 12:15

“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Vest Hem” və “Tottenhem” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Klublar oyunçunu yaxından izləyir.

Daha əvvəl “Barselona”nın Qrinvudla maraqlandığı bildirilib. İngiltərəli futbolçu təklif olacağı halda, kataloniyalara keçidi daha üstün tutacaq.

Qrinvud bu mövsüm 12 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Azərbaycan çempionatında bir oyunda 20 qol vurulub

29 October 2025 at 11:52

Minifutbol üzrə ölkə çempionatının 1-ci turunda dörd oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, “Aznur” “Star Bakı”nı darmadağın edib.

“Atəşgah Suraxanı” “Lənkəran MFK”ya, “DİN.İdman Cəmiyyəti” isə “Bakı 145″ə qalib gəlib. “Sumqayıt” – “Buxar” oyunu isə heç-heçə başa çatıb.

Minifutbol, Azərbaycan çempionatı
I tur

28 oktyabr

Sumqayıt – Buxar 1:1
Bakı 145 – DİN.İdman Cəçiyyəti 3:5
Lənkəran MFK – Atəşgah Suraxanı 4:5
Star Bakı – Aznur 2:18

Azərbaycan klubu ÇL-də ilk oyununa çıxacaq

29 October 2025 at 11:36

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyanın “Yunayted Qalati” klubu ilə üz-üzə gələcək.

VII qrupun matçı Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun “Differdanje 03”, noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı keçirəcək.

“Sabah”ın növbəti sınağı

29 October 2025 at 11:24

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

Futbolrpess.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“Sabah” bundan öncə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

Meksikadan Bakıya

29 October 2025 at 11:09

NTD klubu ABŞ-dən olan basketbolçu Harrison Batleri transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

H.Batler son olaraq Meksika liqasında çıxış edən “Freseros İrapuato” klubunun şərəfini qoruyub.

Milliyə cəlb ediləcəyi iddia edilən futbolçuya ruslardan dəvət

29 October 2025 at 10:47

Moskva “Dinamo”sunun futbolçusu Ülvi Babayevin Rusiyanın U21 yığmasına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

İvan Şarabovun rəhbərlik etdiyi kollektiv noyabrın 12-də İran, 15-də Qırğızıstan, 18-də isə Bəhreynlə qarşılaşacaq.

Babayevin daha əvvəl Azərbaycan millisinə cəlb ediləcəyi iddia edilirdi.

“Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”

29 October 2025 at 10:35

“Neftçi” Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”ni məğlub edib – 2:0. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə bir qol, bir məhsuldar ötürmə ilə oynayıb.

Klubun keçmiş idman direktoru Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında kamerunlu hücumçunun debütündən danışdı:

“Futbolçuya lazım olan qol və ötürmə idi ki, Abubakar debütündə bunu etdi. Yaxşı haldır. Lakin məni maraqlandıran onun hansı durumda olmasıdır. Düzdür, ustalıq səviyyəsi, keyfiyyəti var. Amma hərəkətlərindən görünür ki, ağırdır, hələ hazır deyil. Gələcək oyunlarda daha hərəkətli Abubakar görmək istərdim”.

Veteran futbolçu Abubakarın zamana ehtiyacı olduğunu vurğuladı:

“Abubakarın hansı faydasının olacağını zaman göstərəcək. Yaxşı karyeraya sahibdir, peşəkardır və təcrübəlidir. “Neftçi”də qol vurma problemi var idi, amma artıq Abubakarın gəlişindən sonra hər oyun belə problem yaşamayacaqlarını da demək olmaz. Ona görə zamana buraxmaq lazımdır”.

Şahin Cəfərov

“Qarabağ”ın rəqibi kubokda mübarizəni dayandırdı

29 October 2025 at 10:23

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Ayntraxt” Almaniya Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi 1/16 final mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında məlum olub. Son zərbələrdə dəqiq olan dortmundlular mərhələ adlayıb – 4:2.

“Qarabağ” “Ayntraxt”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

Hansı oyun, hansı kanalda? – TV

29 October 2025 at 10:12

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir…

29 oktyabr

Türkiyə Kuboku
14:00 Kahta – Kasımpaşa (A Spor)
16:00 Bursa Yıldırımspor – Alanyaspor (A Spor)
19:00 Manisaspor – Muğlaspor (A Spor)
21:30 Antalyaspor – Bursaspor (A Spor)

Azərbaycan Kuboku
16:00 Səbail – Şamaxı (CBC Sport)
19:00 Neftçi – MOİK (CBC Sport)

İtaliya, A Seriyası
21:30 Yuventus – Udineze (S Sport 2)
23:45 İnter – Fiorentina (S Sport 2)

Fransa, Liqa 1
22:00 Mets – Lans (beİN Sports 4)
22:00 Nitsa – Lill (beiN Sports 3)
22:00 Havr – Brest (beİN Sports 5)
22:00 Loryan – PSJ (beİN Sports 2)
00:05 Nant – Monako (beiN Sports 3)
00:05 Strasburq – Oser (beİN Sports 5)
00:05 Marsel – Anje (beİN Sports 2)

PSJ-dən rekord gəlir

29 October 2025 at 09:45

Fransanın PSJ klubunun ötən mövsüm üzrə maliyyə hesabatı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisi 2024/25 “futbol ilində” 837 milyon avro gəlir əldə edib. Bu, klub tarixinin rekord qazancıdır.

PSJ ötən mövsüm UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu, Fransa Kubokunu, Fransa Superkubokunu və Fransa Liqasını qazanıb, Klublararası dünya çempionatında ikinci olub.

“Favorit sayılmırıq, amma oyunumuzla insanları təəccübləndirməyi bacarırıq”

29 October 2025 at 09:26

Premyer Liqanın IX turunda “Kəpəz”i məğlub edən “İmişli” Azərbaycan Kubokunda da II təsnifat mərhələsini adlayıb. Bölgə təmsilçisi bu raundda “Qaradağ Lökbatan”ı mübarizədən kənarlaşdırıb.

“İmişli”nin futbolçusu Rafael Vieqaş “Futbolpress.az“a açıqlamasında ardıcıl qələbələrlə bağlı fikirlərini bildirdi:

“Həm “Kəpəz”, həm “Qaradağ Lökbatan”a qarşı yaxşı oyun nümayiş etdirdik. Hər matçda favorit sayılmırıq, amma meydandakı oyunumuzla insanları təəccübləndirməyi bacarırıq. “Kəpəz”lə oyunda rəqibin azlıqda qalmasından sonra daha çox boşluq yarandı və bundan düzgün istifadə etdik. Ardıcıl qələbələr komanda ruhunun, intizamlı işin və texniki heyətin bir ailə kimi birləşməsinin nəticəsidir”.

Portuqaliyalı futbolçu komandanın ev oyunlarını keçirdiyi Quba stadionunun ot örtüyünün yaxşı olmamasına da toxundu. O, oyunçu kimi istənilən meydançaya uyğunlaşmağı bacardığını söylədi. Cinah oyunçusu komandanın çempionatdakı növbəti rəqibi “Qarabağ”dan da danışdı:

“Rəqiblər narazılıq edir. Amma şərait hər iki komanda üçün eynidir. Ev oyunlarımızı burda keçiririk və hər matçda maksimum nəticə üçün oynayırıq. Məsələ meydança yox, yaxşı oynamaq, qələbə qazanmaqdır.

“Qarabağ” qələbəyə oynayan komandadır. Onlara qarşı ciddi hazırlaşacağıq və çalışacağıq ki, formada olaq. Ümid edirəm ki, maraqlı və səviyyəli oyun olar. Bizim öz üslubumuz var və buna sadiq qalıb, potensialımızı göstərməyə çalışacağıq”.

Bu yay heyətə cəlb edilən Vieqaş Azərbaycan çempionatı haqda təəssüratlarını bölüşdü:

“Azərbaycan Premyer Liqası çox rəqabətli və maraqlı bir çempionatdır. Burada hər komanda istənilən rəqibə qarşı nəticə qazana bilər və bu, liqanı həm çətin, həm də daha cəlbedici edir. Mənim üçün bu mühitdə oynamaq həm dəyərli təcrübə, həm də böyük bir inkişaf fürsətidir”.

Şahin Cəfərov

Niderlandlı Premyer Liqada qalmaq istəyir

29 October 2025 at 09:15

“Mançester Yunayted”dən ayrılmağı düşünən Coşua Zirkzee karyerasını İngiltərədə davam etdirmək arzusundadır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. İtaliya A Seriyası klublarından təklifləri olan niderlandlı hücumçu Premyer Liqada başqa klubda oynamaq niyyətindədir.

“Vest Hem” Zirkzee ilə maraqlanır. London klubu qış fasiləsində “qırmızı şeytanlar”la oyunçunun icarəsi üçün danışıqlara başlayacaq.

Niderland yığmasının da üzvü olan hücumçu bu mövsüm 6 oyuna çıxıb.

“Qarabağ”ın rəqibində Lukaku sevinci

29 October 2025 at 08:24

Napoli”nin zədəli hücumçusu Romelu Lukakunun yaşıl meydanlara qayıdış vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, belçikalı forvard həftəsonu məşqlərə başlayacaq. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

Lukakunun Çempionlar Liqasında noyabrın 26-da “Qarabağ“a qarşı oyuna qədər hazır olub-olmayacağı bəlli deyil.

Forvard avqustda “Olimpiakos”la yoxlama oyununda zədələnib.

Azərbaycan Kuboku: “Neftçi”darmadağınla qazandı

29 October 2025 at 20:52

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

“Sumqayıt”ı bu turda “Zaqatala”nı mübarizədən kənarlaşdırıb.

“Neftçi” MOİK-i, “Qəbələ” isə “Mingəçevir”i darmadağın edib.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

2 oktyabr

Şimal – Şahdağ Qusar 0:2
Qollar:
S.Əliyev, 102, S.Ağalarov, 119

Xankəndi – Difai 1:2
Qollar:
E.Quliyev, 45+2 – N.Musazadə, 61, B.Qurbanov, 71

Zaqatala – Sumqayıt 0:3
Qollar:
Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç,85

Qəbələ – Mingəçevir 5:1
Qollar: Massumo, 44, Ovusu, 50, 54, 63, Rəşidov, 66 – C.Attukuaye, 57

Səbail – Şamaxı 0:1
Qol: A.Msanqa, 49

Neftçi – MOİK 6:2
Qollar:
Vensan Abubakar, 8, 42, N.Qurbanlı, 27, A.Salyanski, 61, M.Məmmədov, 70, S.Almeyda, 83 – E.Məmmədov, 45+1, E.Camalov, 48 (avtoqol)

Seriya A: “İnter”, “Roma” və “Yuventus”dan qələbə

30 October 2025 at 01:49

İtaliya A Seriyasında IX turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Napoli” səfərdəLeççe“yə qalib gəlib. “Milan” isə “Atalanta” ilə heç-heçəyə razılaşıb.

“Yuventus” bu turda “Udineze”ni məğlub edib. “İnter” “Fiorentina”dan, “Kremoneze” “Cenoa”dan üstün olub.

İtaliya A Seriyası

IX tur

28 oktyabr

Leççe – Napoli 0:1
Qol: Anqissa, 69

Aalanta – Milan 1:1
Qollar: Lukman, 35 – Riççi, 4

29 oktyabr

Roma – Parma 2:1
Qollar: M.Hermozo, 63, A.Dovbik, 81 – A.Çirçati, 86

Komo – Verona 3:1
Qollar: A.Duvikas, 9, S.Poş, 62, M.Voyvoda, 90+2 – S.Serdar, 25

Yuventus – Udineze 3:1
Qolar: D.Vlahoviç, 5 (pen.), F.Qatti, 67, K.Yıldız, 90+6 (pen.) – N.Zaniolo, 45+1

Bolonya – Torino 0:0

Cenoa – Kremoneze 0:2
Qollar: F.Bonatsoli, 3, 49

İnter – Fiorentina 3:0
Qollar: H.Çalhanoğlu, 66, 88 (pen.), P.Suçiç, 71

30 oktyabr

21:30. KalyariSassuolo
23:45. PizaLatsio

İngiltərə klubu Kamavinqa üçün təklif hazırlayır

28 October 2025 at 22:57

“Mançester Yunayted” “Real”ın futbolçusu Eduardo Kamavinqa ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” qış transfer dönəmində fransalı yarımmüdafiəçi üçün 80 milyon avro təklif etməyə hazırlaşır.

Kamavinqa bu mövsüm La Liqada 6 oyuna çıxıb.

Kaşkilya: “Bu epizod komandada müəyyən gərginlik yaratdı”

28 October 2025 at 21:04

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “İmişli” – “Qaradağ Lökbatan” oyunundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları deyib:

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.

İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.

Xüsusilə “Qaradağ Lökbatan” komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular”.

“Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik”

28 October 2025 at 20:15

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunda “Ağstafa Gəncləri”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 6:1 hesabıyla bitən matçla bağlı fikirlərini bölüşüb:

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardı. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.

Before yesterdayFutbolPress.Az

“Qarabağ”ın oyununun yeri dəyişdi

28 October 2025 at 20:46

“Qarabağ”ın Premyer Liqanın X turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun məkanı dəyişib.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın müraciətinə əsasən, səfər oyununun yeri dəyişdirilərək “Azersun Arena”da baş tutacaq və “Qarabağ” – “İmişli” oyunu kimi rəsmiləşəcək.

Oyun 31 oktyabr, saat 17:00-da start götürəcək.

Xudiyev Polşa klubunun oyununda

28 October 2025 at 19:18

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

“Mançester Yunayted”in hücumçusu “Roma”ya keçə bilər

28 October 2025 at 17:31

“Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Roma” hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. İtaliya klubu niderlandlı hücumçunu icarəyə götürmək istəyir.

Zirkzee bu mövsüm 5 oyunda meydana çıxıb. Hücumçu daha əvvəl İtaliyada “Bolonya”da forma geyinib.

“Qarabağ” – “Çelsi”: biletlər nə vaxt satışa çıxacaq?

28 October 2025 at 16:38

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN-dir.

VIP sektorlar 200, 250, 300 və 400 AZN, VVIP sektorlar 1000 AZN-dir.

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

 

“Barselona”ya zədəlilərindən xoş xəbər

28 October 2025 at 16:15

“Barselona”nın zədəli futbolçuları Robert Levandovski və Xoan Qarsiya komanda ilə məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu komandanın son məşqində iştirak edib.

Onlar şans veriləcəyi halda, noyabrın 2-də “Elçe” ilə La Liqa matçına çıxa bilər.

“Qalatasaray” favoritdir

28 October 2025 at 15:38

Super Liqada klubların çempionluq şansları yenilənib.

Futbolpress.az xəbər verir ki, 10 turdan sonra favorit lider “Qalatasaray”dan. Bütün oyunlarını qazanan və aktivində 30 xal olan “sarı-qırmızılar”ın çempionluq şansı 1.20 əmsalla dəyərləndirilib.

İkinci “Fənərbağça”da isə bu rəqəm 3.45-dir.

“Trabzonspor”un çempionluq şansı 8.40, “Beşiktaş”ınkı isə 35 əmsalla dəyərləndirilib.

“Real”ın futbolçusu əməliyyat olundu

28 October 2025 at 15:14

“Real”ın futbolçusu Dani Karvahal əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi dizindən əməliyyat keçirib.

Karvahal azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

“Zəfər Kuboku 2025” turnirinin qalibləri bilindi

28 October 2025 at 14:38

Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə atıcılığı üzrə “Zəfər Kuboku 2025” turnirinin qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.

Nəticələri təqdim edirik:

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Nikol Kurylenak (Belarus)

2. Darya Chuprys (Belarus)

3. Əfsanə Elvina (Azərbaycan)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Ruslan Qəhrəmanov (Azərbaycan)

2. Əliməmməd Hüseynov (Azərbaycan)

3. Ramiz Xəlilov (Azərbaycan)

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. Nigar Nəsirova (Azərbaycan)

2. Liubov Yaskevich (Belarus)

3. Zoya Dasko (Belarus)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. İvan Kazak (Belarus)

2. Uladzislau Dzemesh (Belarus)

3. Vladislav Kalmıkov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı

1. Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)

2. Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)

3. Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı

1. Dasko Zoya / Krautsou Yury (Belarus)

2. Piatrova Aliaksandra / Dzemesh Uladzislau (Belarus)

3. Prodiashvili Mariami / Mumladze Giorgi (Gürcüstan)

Messinin mundial arzusu

28 October 2025 at 14:29

“İnter Mayami”nin və Argentina millisinin futbolçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib:

“Düzü, mundialda iştirak etmək inanılmaz dərəcədə gözəl olardı. Formamı saxlamağa və yığmada mühüm rol oynamağa çalışacağıq. Əvvəlki turniri qazandıq və bunu qorumaq əla olardı. Milli ilə daha bir titul qazanmağı arzulayıram”.

Volkan baş məşqçi təyin edildi

28 October 2025 at 13:45

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Volkan Demirelə tapşırılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Volkan bu postda Hüseyn Eroğlunu əvəz edəcək.

Volkan son olaraq “Bodrumspor”da işləyib. O, fevraldan işsizdir.

Klub əfsanəsi: “Problem məşqçidə deyil”

28 October 2025 at 13:20

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın durumu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 8 oyundur qələbə qazana bilməyən “qoca sinyora” ilə bağlı bunları deyib:

“Yuventus”da problem məşqçidə deyil. Məsələ daha dərindir. Komandanın yumruq kimi birləşməsində problem var. “Latsio”ya qarşı pis oynamadılar, məğlubiyyətə layiq deyildilər. Eynilə “Real”la oyunda da. Lakin əsas problemli matç “Komo”ya qarşı idi. Bu durumda kim gəlsə, çempionluq çətin olacaq”.

“Yuventus” dünən baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Komanda A Seriyasında 12 xalla 8-ci sıradadır.

İspaniya klubunun 15 yaşlı futbolçusu vəfat etdi

28 October 2025 at 12:46

İspaniyanın “Saraqosa” klubunun akademiyasının üzvü Xorxe Kasado 15 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Komanda qarşıdakı oyunda Xorxe Kasadonun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi planlaşdırıb.

Azarkeşlərin olduğu avtobus aşdı

28 October 2025 at 12:26

Braziliyanın “Flamenqo” klubunun azarkeşlərinin olduğu avtobus qəza keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Fanatların olduğu avtobus Rio-de-Janeyroda aşıb. Hadisə nəticəsində 4 sərnişin ağır, 10-u orta, 32-si isə yüngül yaralanıb.

Azarkeşlər “Flamenqo”nun Libertadores kubokunda “Rasinq”lə oyunu üçün səfərə yollanırdı.

“İnter”də itki

28 October 2025 at 12:00

“İnter” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Henrix Mxitaryan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyasında “Napoli” ilə matçda (1:3) zədə alan erməni futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Mxitaryan bu mövsüm “İnter”lə 12 oyuna çıxıb.

“Bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm” – Ohori

28 October 2025 at 11:39

“Kəpəz” Premyer Liqanın IX turunda “İmişli”yə uduzub – 0:3.

Gəncə təmsilçisinin futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Düşünürəm ki, məğlubiyyətə əsas səbəb keçidlərimizin yavaş olması idi. Həm hücuma, həm də müdafiəyə ləng hərəkət edirdik. Bundan başqa, əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Azlıqda qalmağımıza baxmayaraq, pis oynamadıq. Ruhdan düşmədik, qələbə üçün çalışdıq, amma olmadı”.

Azər Bağırovun gəlişindən sonra komandada müsbət atmosfer olduğunu deyən yarımmüdafiəçi hədəflərindən söz açdı:

“Bağırovun gəlişindən sonra komandadakı ab-hava həqiqətən, çox müsbət olub. Pis oynamırıq və daha yaxşı olacağıq. Liqada qalacağımıza əminəm”.

Mövsümün əvvəlində “Neftçi”də əsas komandadan kənarlaşdırılan Ohori “Kəpəz”ə keçib. Asiyalı futbolçu “ağ-qaralar”a qarşı növbəti turun matçının onun üçün xüsusi olacağını bildirdi:

“Bu yay “Neftçi”yə çoxlu legionerlər gəldi və mənə şans düşmədi. Onlara hörmətlə yanaşıram. Düzdür, “Neftçi”də məyusedici anlarım olub. Ona görə bu oyunu öz dəyərimi sübut edə biləcəyim matç kimi görürəm. Mənimçün xüsusi oyundur və qələbə üçün əlimizdən gələni edəcəyik”.

Şahin Cəfərov

İslamiada: millinin heyəti

28 October 2025 at 11:24

Futzal üzrə Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç 2-si qapıçı olmaqla, ümumilikdə səfərə 14 futzalçı aparacaq.

Qapıçılar: Kamran Hacıyev (“Neftçi İK”), Cavad Məmmədov (“Baku Fire”)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (hər ikisi “Neftçi İK”), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (hamısı “Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə (U-19)

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də, 6-da və 8-də müvafiq olaraq Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Premyer Liqa klubunda yeni müqavilə

28 October 2025 at 10:19

“Aston Villa” futbolçusu Metti Keş ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Metti 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, 193 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Astana”dan Bakı klubuna

28 October 2025 at 10:00

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətə yeni oyunçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi qazaxıstanlı sol cinah oyunçusu Aida Japarova ilə müqavilə imzalayıb.

25 yaşlı həndbolçu bundan əvvəl Qazaxıstanın “Astana” klubunda çıxış edib.

Aida Japarova komandada 25 nömrəli formada oynayacaq.

“Parisdə qol vurmağı xəyal edirdim” (MÜSAHİBƏ)

28 October 2025 at 09:40

“Zirə”nin və Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyevin “Futbolpress.az“a müsahibəsi:

– Premyer Liqada 100-cü oyuna çıxdınız. Hissləriniz necədir?
– Yubiley haqda deyiləcək çox söz yoxdur. Mənim üçün müsbət statistikadır.

– Yubiley oyununda qələbə qazandınız. “Sumqayıt”la oyun (1:0) haqda fikirləriniz nədir?
– Çox vacib 3 xal qazandıq. Yaxşı sayacağımız oyunlardan deyildi, ancaq yaxşı mübarizə apardıq meydanda. İkinci hissə rəqibə oynamağa imkan verdik, ona görə də qol epizodları yarandı və cərimə meydançamıza girmələrinə imkan verdik. Amma yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq.

– Komanda mövsümə yaxşı başlasa da, eniş hiss edilir. Bu nə ilə bağlıdır?
– Hər komandanın mövsümün müəyyən hissəsində enişi olur. Səbəb çox şey olabilər. Bizdə son vaxtlar zədələlilər də çoxdu, hansı ki, komandanın oyununa təsir edir. Vacib olan belə vəziyyətdə maksimum gücümüzü ortaya qoyub qələbələr qazanmağımızdı.

– Qarşıdan milli fasilə gəlir. Abbasovdan dəvət gözləyirsinizmi? Və İslandiya ilə Fransaya qarşı oyunlar haqda nə düşünürsünüz?
– Dəvət gözləyirəm. Millidə olmaq qürurdu. Son oyunlarda əzmkarlıq göstəririk. Rəqiblərə çətinlik yaratmağı bacarırıq. Xal qazanacağımıza inamımız yüksəkdi.

– İslandiyaya səfərdə 0:5 hesabıyla məğlub olmuşunuz. Revanş niyyəti var?
– Nəticə ilk oyundakı kimi olmayacaq. Qələbə üçün çıxacıyıq meydana. Bunu edəcəyimizə inanırıq.

– Abbasovun gəlişindən sonra oyun baxımından artım var. Komandada nə dəyişdi ki? Heyət eyni, oyun fərqli
– Dəyişməyən şey komandanın hər 2 məşqçinin dönəmində oyuna inamla, xal qazanmaq üçün çıxmağı idi. Dəyişən şey Abbasovun dönəmində meydandaki vuruşqanlığımızın artırmağımızdı. Nisbətdə daha inamlıyıq, toplu oyunda daha çox inanırıq özümüzə. O inamı aşılaya bilib bizə. Amma bununla kifayətlənmirik.

– Hücum xəttində yer alan oyunçuların komandalarındakı praktikası azdır. Hücumameyilli oyunçu kimi artıq yük sizə düşür. Əlavə məsuliyyət hansısa təzyiqə səbəb olmur?
– Məsuliyyət hiss edirəm, amma təzyiq yoxdu. Özünə inanandan sonra təzyiq azalır. Millidə qollar və asistlər etmək istəyirəm və bunun üçün səbirsizlənirəm.

– Yığmada hələ qol hesabınızı açmamısınız. Debüt qolunu İslandiyaya, ya Fransaya qarşı vurmaq daha xoş olar?
– Möhtəşəm olar. Məqsədim də budur. Debüt qolunu bu oyunlarda vurmağım üçün çalışacam.

– Seçim şansınız olsa, islandiya, ya Fransa? Çünki fransızlara vuracağını qol milli tarixinin onlara qarşı vurulmuş ilk qolu olacaq…
– Seçim şansım olsaydı, əlbəttə Fransa. Bu tarix olardı. Hətta bunu Parisdə vurmağı xəyal edirdim, ancaq təəssüf ki, xəstəliyim oldu, oynaya bilmədim. İnşallah Bakıda bunu edəcəm.

Şahin Cəfərov

“Yuventus”da Spaletti səsləri

28 October 2025 at 09:26

“Yuventus”da baş məşqçi axtarışları davam edir.

Futbolpress.az xəbər verir ki, “qoca sinyora” post üçün Luçano Spaletti ilə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus” mütəxəssisə müddəti mövsümün sonuna kimi olan müqavilə təklif edib.

Təyinat baş tutsa və komanda Çempionlar Liqasına vəsiqə əldə etsə, Spaletti ilə müqavilə uzadıla bilər.

Luçano son olaraq İtaliya yığmasına rəhbərlik edib. O, daha əvvəl “Roma”, “İnter”, “Napoli” kimi klublarda işləyib.

Vinisius “Real”dan ayrılmaq istəyir – səbəb

28 October 2025 at 09:15

Braziliyalı futbolçu Vinisius Junior “Real”dan ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı vinger komandadakı statusundan narazıdır və ona layiqincə dəyər verilmədiyini düşünür. Vinisiusun eyni zamanda baş məşqçi Xabi Alonso ilə də münasibətləri qaydasında deyil.

Braziliyalının “Real”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm La Liqada 10 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Tanınmış klubda baş məşqçi dəyişikliyi

28 October 2025 at 08:45

Şotlandiyanın “Seltik” klubunda baş məşqçi Brendan Rocers ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib.

“Seltik”in “sükanı” komandanın keçmiş baş məşqçisi Martin Onilə tapşırılıb.

Qlazqo klubu Şotlandiya çempionatında 9 turdan sonra 17 xalla ikinci sıradadır.

“Real” onu itirdi

28 October 2025 at 08:27

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Dani Karvaxal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan müdafiəçi sağ dizindən zədə alıb və azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Karvahal La Liqada X turda “Barselona” ilə matçda (2:1) zədələnib.

Azərbaycan Kuboku: “Turan Tovuz” da mərhələ adladı

28 October 2025 at 18:55

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.

“Turan Tovuz” bu mərhələdə “Dinamo”nu darmadağın edib. “Kəpəz” “Ağstafa Gəncləri”, “Şəfa” isə “Cəbrayıl”ı mübarizədən kənarlaşdırıb.

Premyer Liqada uğursuz dönəm keçirən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Sheki City”yə qalib gəlib.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr

“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar:
İ.Allahverdiyev, 40, 60

“Karvan-Yevlax” – “Sheki City” 3:1
Qollar:
S.İranxan, 16, T.Qavi, 105, C.Mikels, 118- N.Novruzov, 90+2

“Qaradağ Lökbatan” – “İmişli” 2:3
Qollar:
S.Allahquliyev, 28 (pen.), 69 – E.Rəhimzadə, 65, L.Silvestr, 81 (pen.), 90+6

“Cəbrayıl” – “Şəfa” 0:3
Qollar:
A.Ebrahimzade, 25, 44, A.Yunanov, 84

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar:
Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.), Donqo, 86 – E.Hüseynov, 69

17:00 “Dinamo” – “Turan Tovuz” 0:5

Qollar: İ.Vadji, 18, 51, Əliyev, 24, A.Hüseynov, 45, M.Dadaşev, 90

“Atletiko” 3 xalı 2 qolla qazandı

28 October 2025 at 02:03

İspaniya La Liqasında X tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə “Real Sosyedad” “Sevilya”nı məğlub edib.

“Real” bu turda “Barselona”ya qalib gəlib. Turun son matçında “Atletiko” “Betis” səfərindən üç xalla dönüb.

İspaniya La Liqası
X tur

24 oktyabr

Real Sosyedad – Sevilya 2:1
Qollar: Oyarsabal, 19-pen; 36 – Qudel, 30.

25 oktyabr

Jirona – Real Ovyedo 3:3
Qollar: Stuani, 64-pen; 90-pen. Unahi, 83 – Vinas, 38-pen. Rondon, 57. Karmo, 90+7.

Espanyol – Elçe 1:0
Qol: K.Romero, 47.

Atletik – Xetafe 0:1
Qol: Mayoral, 75.

Valensiya – Vilyarreal 0:2
Qollar: Moreno, 45-pen. Komesana, 57.

26 oktyabr

Malyorka – Levante 1:1
Qollar: Maffeo, 79 – Etta Eyonq, 22.

Real – Barselona 2:1
Qollar: Mbappe, 22. Bellingem, 43 – F.Lopes, 38.

Osasuna – Selta 2:3
Qollar: Budimir, 37-pen; 45+1 – Yutqla, 26; 69. P.Duran, 87.

Rayo Valyekano – Alaves 1:0
Qol: Alemao, 90+1.

27 oktyabr

Betis – Atletiko 0:2
Qollar: G.Simeone, 3, A.Baena, 45+2

Ali dünya üçüncüsü oldu

28 October 2025 at 00:24

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.

“Kəpəz” legionerini göndərdi

27 October 2025 at 23:36

“Kəpəz”də ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi futbolçusu Otar Aptsiauri ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Otar bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb.

“Napoli”nin aparıcı oyunçusu “Qarabağ”la oyunu buraxacaq

27 October 2025 at 21:47

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. De Bruynenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Kevin noyabrın 6-da “Qarabağ”a qarşı keçiriləcək ÇL oyununu da buraxacaq.

“Neftçi”nin oyununa giriş pulsuz olacaq

27 October 2025 at 21:36

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, “Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

PSJ-nin sabiq futbolçusu karyerasını bitirdi

27 October 2025 at 20:45

Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Son klubu Səudiyyə Ərəbistanıda “Abha” olan Krıxovyak karyerası ərzində PSJ, “Sevilya”, “Nant”, “Reyms”, “Krasnodar”, “Lokomotiv” klublarında forma geyinib.

Əvəzedicilər Liqasında tur başa çatdı

27 October 2025 at 20:17

Əvəzedicilər Liqasında VIII tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.

“Qəbələ-2” “Qarabağ-2″yə qalib gəlib. “Sabah-2” “Sumqayıt-2″dən, “Zirə-2” isə “Araz-Naxçıvan-2″dən üstün olub.

Əvəzedicilər Liqası
VIII tur

27 oktyabr

“Qəbələ-2” – “Qarabağ-2” 3:0
Qollar: Ceyhun Bağırzadə, 28. Nasiru Salihu, 45. Cuma Hüseynov, 90+1.

“Şamaxı-2” – “Turan Tovuz-2” 1:3
Qollar: Nihat Mehralıyev, 82 – Cəmil Məmmədov, 29. Elçin Qasımov, 48. Fərid Cəfərov, 77.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Ramiz Muradov, 71; 81. Elşən Abdullayev, 86.

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Murad Rüstəmov, 90+3 – Həmzəalı Mikayılov, 24-pen. Amir Qəribov, 90+3.

“Arsenal”ı ikinci edən göstərici

27 October 2025 at 19:58

“Arsenal” İngiltərə Premeyr Liqasında 700-cü qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, “topçular”ın yubileyi IX turun “Kristal Pelas”la ev oyununa (1:0) təsadüf edib.

“Arsenal” çempionatda qələbə sayında yalnız “Mançester Yunayted”dən geri qalır. “Qırmızı şeytanlar”ın aktivində 760 qələbə var.

Türkiyə futbolunda hakim skandalı

27 October 2025 at 19:24

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu federasiyanın Rivadakı təsislərində mətbuat konfransı keçirib.

Futbolpress.az xəbər verir ki, Hacıosmanoğlu bəzi hakimlərin mərc oyunları ilə məşğul olduqlarını bildirib:

“İllərdir müzakirə mövzusu olan mərc oyunlarının ortaya çıxmasından sonra, türk futbolunda korrupsiyanın və əxlaqsızlığın miqyasını müzakirə etdik, biz TFF olaraq özümdən başladıq. Peşəkar liqalarda 571 aktiv hakimdən 371-inin mərc hesabı var. Onlardan 152-si isə aktiv şəkildə mərc oyunları oynayır”.

Hakimlərin mərc skandalında vəziyyət belədir:

• 571 aktiv hakimdən 371 hakimin mərc hesabı var.
• 152 hakim isə aktiv olaraq hər həftə mərc oynayır.
• Son 5 sezonda Super Liqadakı 10 hakim 10 mindən çox mərc oynayıb.
• 1 hakim 18 min 227 dəfə mərc oynayıb.
• Klub rəhbərlərindən biri 3057 dəfə mərc oynayıb və kluba külli miqdarda pul qazandıraraq, çox böyük transferlər edib.

Türkiyə Futbol Federasiyası yaxın zamanda hakimlərin adlarını açıqlayacaq.

Siyasət: “Qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar”

27 October 2025 at 18:45

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı keçirilən yoldaşlıq görüşündən (1:0) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.

Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.

Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.

Millinin sabiq qapıçısı vəfat etdi

27 October 2025 at 18:19

Qazaxıstan millisinin sabiq qapıçısı Andrey Morev vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mərhumun ölüm səbəbi açıqlanmayıb.

Morev karyerası ərzində “İrtış”, “Jenis”, “Tobol”, “Aktobe” kimi klublarda top qovub.

“İmişli”nin futbolçusu əməliyyat olundu

27 October 2025 at 17:46

“İmişli”nin futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, futbolçuya qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti stabil və qənaətbəxşdir.

Vüsal Qəmbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.

Klub rəhbərliyi və həkim heyəti futbolçunun tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

Milli darmadağın oldu

27 October 2025 at 17:23

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 millimiz qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

“Yuventus” Tudorla vidalaşdı

27 October 2025 at 17:14

“Yuventus”un baş məşqçisi İqor Tudorla yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə xitam verilib.

Turin təmsilçisi son 8 rəsmi matçda qələbə qazanmayıb. Komanda A Seriyasında 8 turdan sonra 12 xalla 8-ci sıradadır.

Azərbaycan karateçiləri Polşada 8 medal qazandı

27 October 2025 at 16:50

Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci “SKDUN Shotokan Karate” üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.

Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.

MMA-da növbəti qələbə

27 October 2025 at 16:29

Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.

O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.

“Turan Tovuz”da Berdıyevlə bağlı qərar

27 October 2025 at 16:15

“Turan Tovuz” klubunda baş məşqçi Kurban Berdıyevlə müqavilə uzadıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport24” nəşri məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin mütəxəssisə 3 illik müqavilə təklif etməyi planlaşdırdığı bildirilir.

Berdıyev 2024-cü ilin yayında Tovuz təmsilçisinə baş məşqçi təyin edilib. Onunla 2+1 illik müqavilə imzalanmışdı.

“Turan Tovuz” çempionatda 9 turdan sonra 18 xalla liderdir.

PFL üçün yeni sponsor

27 October 2025 at 15:45

Oktyabrın 27-də “Ritz Carlton” otelinin “Şuşa” zalında Peşəkar Futbol Liqası (PFL) və “Avrora Qrup”un “Bizon” brendi arasında rəsmi sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, mühüm tədbirdə PFL prezidenti Elxan Səmədov, “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov, baş icraçı direktoru İlham Marufov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, hər iki qurumun rəsmiləri, futbol ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan aparıcı İsmayıl Abdullayev hər iki qurum haqqında məlumat verib. Ardınca “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov çıxış edib. “Bizon” brendi haqqında ətraflı məlumat verən Abbasov müqavilənin əhəmiyyətindən danışıb, milli brend olaraq “Bizon” üçün Azərbaycan futbolunun dəyərindən söz açıb. Daha sonra PFL-in media və marketinq direktoru Sənan Abdullayev əməkdaşlığa gedən yoldan, hər iki tərəf üçün müqavilənin vacibliyindən bəhs edib. Son illər genişlənərək 34 komanda arasında keçirilən, bütün ölkəni əhatə edən Azərbaycan Kubokunun kütləvilik baxımından xüsusi seçildiyi vurğulanıb.

Ardınca müqavilənin imzalanma mərasimi baş tutub. Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olaraq turnirin maliyyə dəstəklənməsində iştirak edəcək və yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək. PFL isə öz növbəsində sponsorun reklam və tanıdılma imkanlarını təmin edəcək. Bu müqavilə ilə futbol üzrə Azərbaycan Kubokuna uzun müddət sonra baş sponsor dəstəyi qayıtmış olub.

Azərbaycan yığması ikinci oyunu da qazandı

27 October 2025 at 15:26

Qadın futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanla qarşılaşıb. Çimkənd şəhər stadionunda baş tutan görüş millinin minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu Nigar Mirzəliyeva vurub.

Azərbaycan yığması oktyabrın 24-də bu rəqibi 2:1 hesabıyla məğlub etmişdi.

Emin Cəfərov Prezidium üzvü seçildi

27 October 2025 at 15:15

Azərbaycan Atıcılıq Federasiyasının Baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidium üzvü seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Atıcılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidiumuna üzv seçilib.

Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.

Pro kursunun IV mərhələsi başladı

27 October 2025 at 14:54

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər.

Qeyd edək ki, kursa oktyabrın 30-da yekun vurulacaq.

“Fənərbağça”dan darmadağın

27 October 2025 at 22:56

Bu gün Türkiyə Super Liqasında X turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Karagümrük” azarkeşləri önündə “Kayserispor”la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

“Trabzonspor” bu turda “Eyüpspor”a qalib gəlib. “Kocaelispor” isə “Alanyaspor”dan üstün olub.

Türkiyə Super Liqası
X tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: S.Larsson, 16 (pen.), A.Cankaya, 79 – Q.Onuqa, 68, 74

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar:
T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar:
F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar:
Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar:
Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar:
O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar:
Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep- Fənərbağça 0:4
Qollar: Y.En Nesiri, 5, 21, A.Taliska, 81, 88

Samsunspor – Rizespor 1:1
Qollar: K.Holz, 7 – Rak-Saki, 43

❌
❌