Normal view

Yesterday — 30 March 2026Main stream

Ayxan Abbasov: “Bu, gələcək üçün təkan verəcək”

30 March 2026 at 22:17

“FIFA Series-2026” turnirinin finalında keçirilən Azərbaycan – Syerra-Leone oyunundan (1:1, penaltilər 9:8) sonra millinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Oyunların fərqli olacağını bilirdik. İlk hissədə səhvlər etdik, hücumda aqressivlik çatmadı. Rəqib bizi əks-hücumda yaxaladı və fərqləndi. İkinci hissədə yaxşı müdafiə olunub, hücumların effektivliyini artırmalıydıq. Sonda hesabı bərabərləşdirdik. Penaltilər seriyası maraqlı alındı. Turnirdə qalib olduğumuz üçün sevincliyik. Bu oyun bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Qarşıda iki yoxlama oyunu olacaq. Bununla Millətlər Liqasına hazır olmağa çalışacağıq.

– İlk dəfə çempion olduq, ilk dəfə penaltilərdə qələbə qazandıq. İlk penalti təcrübəniz haqda fikirlərinizi bilmək istəyirdim…
– İlk deyil. Kubokda “Sumqayıt”da işlədiyim vaxt “Qarabağ”ı penaltilər seriyasında keçmişdik. Futbolçular məşqlərdə penaltiləri yoxlayırdılar. Bugünkü seriya da bir təcrübədir. Bu oyun milli üçün faydalı olacaq.

– Bu turnir milliyə hansı təcrübəni qazandırdı?
– FIFA-nın turniridir. Rəqiblərimizdən Lixtenşteyn də burda mübarizə aparırdı. Onların qrupunda daha zəif komandalar var idi və elə zəif olan qalib oldu. Bu toplanışda millidə yeni adlar oldu, sınaqdan keçdi. Bəlli sistem üzərində çalışırıq. İnşallah, xeyrini görəcəyik.

– İki oyundan sonra Millətlər Liqası üçün optimal heyəti təxminən formalaşdımı?  
– Müəyyən fikirlər yaranır. Turnirə hələ var. Zədələr həmin vaxt işimizi çətinə sala bilər.

– Litva və Lixtenşteyn yığmasını izləmisinizmi?
– İki komandanı da təhlil edirik. Litva möhkəm komandadır. Evlərində çox yaxşı çıxış edirlər. Məncə, onlarla şanslar bərabərdir. Çalışacağıq ki, maksimum nəticə əldə edək.

– Bu oyundan aldığınız siqnallar hansılardır?
– İki oyunda da sonradan meydana daxil olan futbolçu oyunu dəyişdi. Ruhdan düşmürlər, çox istəklidirlər. Millidə rəqabət olduğu hiss edildi. Bu, gələcək üçün təkan verəcək. Bir çox futbolçunu yaxından izlədik. İnanıram ki, bizi təəccübləndirən yeni oyunçular da olacaq.

– Sadiq Baqıyev var Rusiyada. “Torpedo”da ən yaxşı futbolçu seçildi bu yaxınlarda. Tək o deyil, digər oyunçulardan da izlədikləriniz varmı? Bəyəndiyiniz futbolçu olsa, dərhal pasport məsələsi həll oluna bilər?
– Bəyəndiyimiz olsa, problem olmaz. U-21 yığma komandamıza da namizəd futbolçular izlənilir. Sadiq Baqıyevi U-21 yığmasına çağırdıq. Lakin bəzi məsələlər oldu, legioner statusu ala bilərdi deyə, imtina etdi. Biz də istəyirik ki, burda oynamaq istəyənlərə kömək edək.

Şahin Cəfərov

 

AFFA-nın baş katibi: “Qələbəni kiçiltmək lazım deyil”

30 March 2026 at 22:01

Azərbaycan yığması “FIFA Series-2026” turnirinin qalibi olub. Milli həlledici görüşdə Syerra Leoneni məğlub edib – 1:1, penaltilər 9:8.

Futbolpress.az xəbər verir ki, görüşdən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a fikirlərini bölüşüb:

“Hər kəsi təbrik edirəm. Qələbəni kiçiltmək lazım deyil. Uşaqlar iki oyunda yaxşı mübarizə apardı, layiqli qələbə qazandı. Hesabda geri düşməyimizə baxmayaraq, sona qədər mübarizə apardıq, penaltilərdə qələbə qazandıq. Bu, bizim üçün vacibdir.

Rəqiblər haqda deyilə bilər ki, tanınmır. Amma bu, bizim üçün yolun başlanğıcıdır. Davamı gəlsin”.

“Qırmızı şeytan” turinlilərin hədəfində

30 March 2026 at 20:24

“Mançester Yunayted”in futbolçusu Manuel Uqarte karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” uruqvaylı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Uqaret “Mançester Yunayted”dən ayrılmağa müsbət yanaşır. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Londonda De Zerbi səsləri

30 March 2026 at 18:00

İtaliyalı mütəxəssis Roberto De Zerbi “Tottenhem”i çalışdıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu son iş yeri “Marsel” olan mütəxəssislə bir müddətdir, danışıqlar aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilib.

De Zerbi hazırda işsizdir. O, daha əvvəl İngiltərədə “Brayton”u çalışdırıb.

Millinin düşərgəsindən “Arsenal”a pis xəbər

30 March 2026 at 17:18

“Arsenal”ın və İngiltərə millisinin futbolçusu Noni Madueke zədələnib.

Futbolpress.az xəbər verir ki, o, yığmanın düşərgəsində xəsarət alıb. Bu barədə millinin baş məşqçisi Tomas Tuxel yerli mətbuata açıqlamasında deyib. Madueke bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Noni bu mövsüm “Arsenal”la Premyer Liqada 20 oyunda 2 qol vurub.

“Xankəndi”dən 14 cavabsız qol

30 March 2026 at 16:49

Azərbaycan II Liqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçirilib.

“Xankəndi” “Kür-Araz”ı 14 cavabsız qolla məğlub edib.

Azərbaycan II Liqası
XX tur

30 mart

Xankəndi – Kür-Araz 14:0
Qollar: B.Teymurov, 18, 42, R.Məhərrəmov, 21, E.Nəsibov, 34, 38, 43, T.Qurbatov, 53, 57, E.Quliyev, 60, 66, M.Canıyev, 69, 85, İ.Səfərzadə, 75, Ə.Mürsəlov, 87

Salah üçün PSJ variantı

30 March 2026 at 16:36

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını PSJ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Euro Football” portalı məlumat yayıb. Misirli futbolçunun agenti Məhəmməd Yamani parislilərin oyunçuya marağını təsdiqləyib:

“Salah möhtəşəm oyunçudur. PSJ-nin marağı onun hələ də hansı səviyyədə olduğunu göstərir”.

Salah yayda “Liverpul”dan ayrılacaq.

Malta ilə də bacarmadılar

30 March 2026 at 16:21

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan milli Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Azərbaycan yığmasının heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla milli qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, U-17 qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.

Kadisdə fiasko

30 March 2026 at 15:45

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub.

Futbolpress.az xəbər verir ki, martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan komanda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb. Milli hər üç görüşdə məğlub olub.

Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
Oyunların nəticəsi

27 mart
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)

28 mart
Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)

29 mart
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)

“Qarabağ”dan azarkeşləri üçün güzəştlər

30 March 2026 at 15:35

“Qarabağ” Azərbaycan Kuboku çərçivəsində “Sabah” ilə keçiriləcək qarşılaşmada bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.

Eyni zamanda, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz (ödənişsiz) daxil ola biləcəklər.

15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq. Uşaqları ilə gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər. Yalnız uşaqlar üçün giriş ödənişsizdir (valideyn müşayiəti ilə).

Aprelin 3-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 20:00-da start götürəcək.

Martines qayıtdı

30 March 2026 at 15:20

“İnter”in hücumçusu Lautaro Martines zədəsini sağaldıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Argentinalı hücumçu komandanın son məşqinə qoşulub.

Martines A Seriyasının XXXI turunda “Roma”ya qarşı oyunda meydana çıxa bilər. Matç aprelin 5-də baş tutacaq.

Lautaro Çempionlar Liqasının 1/8 final mərhələsində ötən ay “Bodo-Qlimt”lə birinci matçda (1:3) zədə alıb.

Qurbanova baş hakim kimi ilk beynəlxalq təyinat

30 March 2026 at 14:50

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

“Barselona” kosovolu futbolçu ilə maraqlanır – AÇIQLAMA

30 March 2026 at 14:30

“Barselona” Almaniyanın “Hoffenhaym” klubunun futbolçusu Fisnik Asslani ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçunun agenti Ayman Dahmani “Kicker” nəşrinə açıqlamasında deyib:

“Düzdür, “Barselona”dan oyunçuya maraq var. Artıq onların nümayəndələri ilə ilk əlaqələr qurulub”.

Asslani bu mövsüm “Hoffenhaym”la Bundesliqada 26 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Kosovo yığmasının da üzvüdür.

Turindən Milana?

30 March 2026 at 14:15

“Yuventus”un futbolçusu Duşan Vlahoviç karyerasını “Milan”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “SportMediaset” portalı məlumat yayıb. “Rossonyerilər” Turin klubunda az şans qazanan forvardı yeni mövsüm üçün əsas transfer hədəflərindən biri hesab edir. “Milan” serbiyalı hücumçuya illik 7 milyon avro maaş verməyə hazırdır.

Vlahoviç 2022-ci ildən “Yuventus”da çıxış edir. O, bu mövsüm 18 oyunda 6 qol vurub.

“Türkiyə millisi çox güclüdür” – Foda

30 March 2026 at 13:49

Kosovo millisinin baş məşqçisi Frank Foda dünya çempionatının pley-off mərhələsində Türkiyəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis mundial üçün şansların bərabər olduğunu deyib:

“Türkiyə millisi çox güclüdür. Heyətlərində Arda, Kenan, Hakan kimi oyunçular var. Lakin biz də bura öz gücümüzlə gəlmişik. Şanslar bərabərdir. İnanıram ki, yaxşı oyun olacaq”.

Sabah keçiriləcək Kosovo – Türkiyə oyunu saat 23:45-də start götürəcək. Qalib yayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Millinin sabiq hücumçusu baş məşqçi təyin olundu

30 March 2026 at 13:34

İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo baş məşqçi təyin olunub.

Futbolpress.az xəbər verir ki, o, ölkəsində “Uokinq” klubunu çalışdıracaq. Bu barədə İngiltərə 5-ci divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Defo futbolçu kimi “Tottenhem”, “Sanderlend”, “Portsmut”da çıxış edib.

Kazemironun planı

30 March 2026 at 13:22

“Mançester Yunayted”in futbolçusu Kazemiro “İnter Mayami”nin diqqət mərkəzindədir.

Futbolpress.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, MLS klubu yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

Kazemironun isə ilk seçimi MLS deyil. O, yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq Avropa klubunda oynamaq arzusundadır.

Daha əvvəl İtaliya və Almaniya klublarının Kazemiro ilə maraqlandığı bildirilib.

34 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 29 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Əvvəlki “Qəbələ”miz, “Bakı”mız yoxdur…”

30 March 2026 at 12:45

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Türkiyənin “Başakşəhər” klubunun düşərgəsində təcrübə keçir.

Mütəxəssis “PRO” kateqoriyalı məşqçi kursları çərçivəsində Türkiyəyə səfər edib.

Məmmədov “Futbolpress.az“a açıqlamasında səfər təəssüratlarını bölüşdü:

“Orada çox şeylər gördüm. Nuri Şahinin yanında 5-6 gün oldum, indi isə akademiyadayam. Müşahidə etdiklərim aradakı fərqi aydın göstərir; orada hər şey yüksək səviyyədədir. Ölkə futbolunun əsası uşaq futbolundan başlayır. Bizdə bu sarıdan çatışmazlıqlar az deyil. Bunun da təməlində maliyyə məsələləri durur.

Şahinlə söhbətimdə də bildirdim ki, maliyyə olmayandan sonra futbolçu yetişdirmək də, yaxşı oyunçu gətirmək də çətindir. Onların akademiyalarının komandaları il ərzində 5-6 turnirdə iştirak edirlər. Bizdə isə belə deyil. Düzdür, bəzi akademiyalarımız yaxşıdır, amma say azdır. Maliyyə baxımından bizdə çətinlik yaşanır. Əvvəlki “Qəbələ”miz, “Bakı”mız yoxdur. Düzdür, “Ulduz”, “Neftçi”, “Sabah” kimi akademiyalara diqqət var, onlar daha yaxşıdır. Lakin ümumi götürəndə, bu akademiyalarla iş bitməməlidir. Digər akademiyalar tam olaraq akademiya standartlarına cavab vermir. Valideyn də bilmir uşağı oxutsun, ya idmana göndərsin”.

Məşqçi uşaq futbolunda maliyyənin rolundan, oyun sayının çox olmasının faydalarından da söz açdı:

“Maliyyəsiz futbol mümkün deyil. Azərbaycanda uşaq komandası həftədə 2-3 dəfə məşq edirsə, Türkiyə akademiyalarında hər gün məşq və həftədə  2-3 oyun olur. Türkiyədə aşağı yaş komandaların oyun, məşq sayına diqqət edirlər. Nə qədər çox çalışsan, o qədər bilik qazanırsan. Bizdə isə elə deyil. Məşqlərin də, oyunların da sayı azdır. Ona görə inkişaf onlarla müqayisədə aşağıdır”.

Məmmədov bundan sonra da ölkə xaricində təcrübə keçmək planının olduğunu bildirdi:

“Bu mövzuda klub rəhbərliyi dəstəyini göstərir. Özüm də biliklərimi artırmaq üçün yeni səfərlər nəzərdə tutmuşam. Hələ hansı ölkəyə gedəcəyim məlum deyil. Bütün məşqçilər üçün belə səfərlər, təcrübələr lazımdır”.

Şahin Cəfərov

“Bir neçə ay əvvəl dünya çempionatında oynaya biləcəyimə inanmırdım”

30 March 2026 at 12:22

“Lion”un hücumçusu Endrik açıqlama verib.

Futbolpress.az “FourFourTwo” portalına istinadən xəbər verir ki, braziliyalı futbolçu yayda keçiriləcək dünya çempionatında mümkün iştirakı ilə bağlı danışıb:

“Açığı, bir neçə ay əvvəl dünya çempionatında oynaya biləcəyimə inanmırdım. Amma şükürlər olsun, indi hər şey qaydasındadır. Daha yaxşı olmalıyam və fiziki durumumu yüksək səviyyədə saxlamalıyam. İnanıram ki, yayda mundialda mən də olacağam”.

Endrik mövsümün əvvəlində “Real”da az şans qazandığı üçün Braziliya yığmasına dəvət almırdı. Yanvarda Fransanın “Lion” klubuna keçən və mütəmadi şans qazanan Endrik artıq özünü doğruldub və millinin son toplanışında yer alıb.

Mourinyo: “Neymara hörmətsizlik etdilər”

30 March 2026 at 12:00

Portuqaliyalı mütəxəssis Joze Mourinyo braziliyalı futbolçu Neymarın milli komandaya çağırılmamasını tənqid edib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “Benfika”ya rəhbərlik edən Mourinyo “Santos”da çıxış edən futbolçuya dəvət göndərməməyin yanlış olduğunu deyib:

“Neymara hörmətsizlik etdilər. Portuqaliyada Ronaldonun, Argentinada Messinin heyətə çağırılmadığını düşünün. Neymar da Braziliya millisi üçün bu səviyyədədir. Baş məşqçi Karlo Ançelotti onu çağırmamaqla böyük səhv etdi”.

Braziliya millisinin çalışdırıcısı Karlo Ançelotti Neymarın fiziki durumunun yaxşı olmaması səbəbindən onu yığmaya dəvət etmədiyini açıqlayıb.

Ayxan Abbasov üç oyunçunu kənarda saxladı – adlar

30 March 2026 at 11:18

Azərbaycan millisinin “FIFA Series – 2026”da Syerra Leone ilə bu gün keçirəcəyi oyunun iştirak ərizəsi məlum olub.

Futbolpress.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Aleksey İsayevə ehtiyac duymayıb.

Şahruddin və İsayev Sent Lüsiya ilə matçda da iştirak etməyib. Rahil Məmmədov isə bir hissə oynayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Afrikalılarla üçüncü duel

30 March 2026 at 11:00

Futbol üzrə Azərbaycan milli komandası bu gün “FIFA Series-2026” yoldaşlıq turnirində Syerra Leone ilə qarşılaşacaq.

Futbolpress.az-ın məlumatına görə, milli tarixində üçüncü dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcək.

Azərbaycanın əsas yığması buna qədər Kamerun və Mərakeşlə qarşılaşıb. Hər iki matç yoldaşlıq xarakterli olub. Milli 2004-cü ildə Kamerunla heç-heçə edib (0:0), 2018-ci ildə isə Mərakeşə uduzub (0:1).

Kamerunla görüş neytral meydanda – Tunisdə, Mərakeşlə duel isə Kasablankada olub.

Syerra Leone yığması isə sonuncu dəfə 1971-ci ildə Avropa komandası ilə üz-üzə gəlib. Milli həmin ilin yanvarında Qərbi Almaniyanın B komandası ilə yoldaşlıq oyunu keçirib və 0:1 hesabıyla uduzub.

Syerra Leone sonuncu dəfə 2018-ci ildə Afrikadan olmayan bir komandayla üz-üzə gəlib. Afrikalılar Asiyanı təmsil edən İranla yoxlama matçında 0:4 hesabıyla məğlub olub.

Şahin Cəfərov

Londonda qəribə təyinat: baş məşqçi postu futbolçuya həvalə olunur

30 March 2026 at 10:39

İqor Tudorla yollarını ayıran “Tottenhem”in müvəqqəti baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” mövsümün sonuna kimi Ben Deyvisə həvalə olunacaq. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

Ben Deyvis hazırda komandanın oyunçusudur. O, bu mövsüm 3 oyunda meydana çıxıb.

“Tottenhem” Premyer Liqada 17-ci sıradadır. London klubu dünən baş məşqçisi İqor Tudoru istefaya göndərib.

II Liqada tura bir oyunla yekun vurulacaq

30 March 2026 at 10:23

Bu gün Azərbaycan II Liqasında XX tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə bir qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Xankəndi” “Kür-Araz”la qarşılaşacaq. Matça saat 14:00-da start veriləcək.

Azərbaycan II Liqası
XX tur

30 mart

19:00 Xankəndi – Kür-Araz
“Palms Sports” arena, IV meydança

Azərbaycanlı məşqçi Nuri Şahinin yanında təcrübə keçir

30 March 2026 at 10:02

“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Türkiyənin “Başakşəhər” klubunun düşərgəsində təcrübə keçir.

Futbolpress.az-ın məlumatına görə, mütəxəssis “PRO” kateqoriyalı məşqçilik kursları çərçivəsində Türkiyəyə səfər edib.

Məmmədov səfər zamanı həm əsas komandanın baş məşqçisi Nuri Şahin, həm də klubun digər rəsmiləri ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Şahin Cəfərov

Azərbaycan millisinin son sınağı

30 March 2026 at 09:46

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda bu gün son oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki son görüşündə Malta yığması ilə qarşılaşacaq. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan yığması qrupda Bolqarıstanla 1:1, Litva ilə isə 0:0 hesablı heç-heçə edib.

30 mart

14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi

“Fransızlar heç vaxt ölmür” pankartı baha başa gəldi

30 March 2026 at 09:30

UEFA Fransanın “Lill” klubunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, buna səbəb fanatların Avropa Liqasında “Aston Villa” ilə ev oyununda açdığı pankartlar olub.

Fransalı fanatlar “Fransızlar heç vaxt ölmür”, “Qürurlu. Güclü. Amansız” və “Janna qılıncını qaldırır və “Lill” mübarizəni davam etdirir” yazılan pankartlar açıb.

UEFA pankartlarla yanaşı, azarkeşlərin priotexniki vasitələrdən istifadəsinə görə klubu ümumilikdə 82 min 750 məbləğində cərimələyib.

“Sabah”ın sabiq baş məşqçisi qovulmaq təhlükəsi ilə üz-üzə

30 March 2026 at 09:12

Rusiyanın “Ural” klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport24” nəşri məlumat yayıb. Yekaterinburq təmsilçisi komandanın uğursuz çıxışına görə mütəxəssislə yolları ayırmağı düşünür.

“Ural” Rusiya I Liqasında 3-cü sıradadır. Berezutskinin gəlişindən öncə isə komanda ikinci pillədə qərarlaşmışdı. Mütəxəssis ötən ilin dekabrından “Ural”ı çalışdırır.

Vasili 2024-2025 mövsümündə “Sabah”a rəhbərlik edib. Komanda onun başçılığı altında ötən il Azərbaycan Kubokunu qazanıb.

“Şamaxı”nın legioneri Ruandada “bürünc” qazandı

30 March 2026 at 08:56

“Şamaxı”nın futbolçusu Alfons Msanqa Tanzaniya yığmasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Ruandada keçirilən “FIFA Series-2026” çərçivəsində üçüncü yer uğrunda matçda Makau ilə qarşılaşıb. Matç Tanzaniyanın qələbəsiylə başa çatıb – 6:0.

Msanqa görüşdə ikinci hissədə, 46-cı dəqiqədə meydana daxil olub.

Tanzaniya yığması “FIFA Series-2026” turnirində üçüncü olub.

Futbol sevildiyi yerdə çiçək açar

30 March 2026 at 08:47

“Oyundan görüntülərə göz yaşları içində baxmışam” – Rusiyada yaşayan bir azərbaycanlının dünən mənə yazdığı mesajdan bir cümlə…

2012/13-cü illərdə mənimlə tez-tez ünsiyyət quran əslən Masallıdan olan ağsaqqal yaşda “Xəzər Lənkəran” azarkeşi sentimental hisslər oyatdı məndə.

Səhər dalaşıb, günorta barışıb, axşam yenidən dalaşırdı…

O vaxt mənimlə belə emosional natarazlıqla ünsiyyət quran “Xəzər Lənkəran” fanatları çox idi. Hər birini anlamağa çalışırdım.

Onlar elə bilirdi ki, XL-in “düşməni” mənəm. Bir az yönləndirmə də var idi, ancaq mən hər şeyin saf, təbii tərəfini düşünməyi üstün tutmağı xoşlayıram. O azarkeşlər o dərəcədə azarkeş idilər ki, sevdiyi kluba bircə kəlimə qınaq tərkibli söz də qondarmazdılar.

“Xəzər Lənkəran”a nə qədər bürokratik badalaqlar vurulsa da, öz yanlış idarəetməsindən dağılacağını yazdığım vaxtlar idi. Bu idi məni onlara “düşmən” cildində göstərən.

Xülasə, getsin o dövrlər…

Təəssüf ki, təhlillərim, proqnozlarım, xəbərlərim doğru çıxmışdı. 2014-də öləziyən “Cənubun mirvarisi” tədricən səhnədən çəkilməyə, qüruba enməyə başladı.

Elə həmin vaxt yazdıqlarıma görə gözünə “düşmən” qismində göründüyüm əksəri zaman-zaman geri döndü, münasibətlərini bərpa etdi. Olanlara görə heyfsləndilər, üzr istədilər.

Heç nə XL-i xilas edə bilmədi. Yalnız özü istəsə, yaşaya bilərdi, boş şeydir, “məhv etdilər” kimi iddilar…

***

Çoxunun xəyalında “Xəzər Lənkəran” yaşayır. Süquta uğramayıb. Reinkarnasiyasına sidq-ürəkdən inananlar, yenidən əzəmətli və sevimli halı ilə bərqərar olacağını böyük inamla gözləyənlər var. Bu halına görə o “Xəzər Lənkəran”ı obrazlı olaraq Latın dilinə bənzətmişdim – özü tarixin yaddaşına köçən, lakin dili yaşayan xalq…

***

Son illər fərqli addımlar atılıb, lakin bərpası mümkün olmayıb. Nisgili qəlbində közərən çox azarkeş bərpasını görmədən köçdü dünyadan, çoxununsa inamı korşalmaqdadır.

2-3 il idi ki, bu ad/mövzu səngiməkdə idi.

Dünən Region Liqasının 1/8 finalında “Bərdə”ni 2:0 hesabıyla məğlub edib 1/4-ə yüksələn “Lənkəran” rəqibi “Fırtınalar meydanı”nda qarşılamışdı.

7 minə yaxın azarkeş!

Region Liqasının 1/8 final oyunu və 7 min insan stadionda… görüntülərdə nisgilqarışıq sevinc, fəxarət hissi adamı öz ağuşuna alır…

Qərib diyarda yaşayan o azarkeşin görüntüləri göz yaşları içində izləməsini deməsi xəyalımda nə epizodlar canlandırdı. Və qəhər düyünü top şəklində uzaqdan vurulmuş möhkəm zərbə kimi üzümə dəymiş hissi yaratdı.

Söz tapmadım.

O azarkeşin gözləriylə baxdım o kadrlara. Dəfələrlə…

Futbol sevildiyi yerdə çiçək açar. Futbolumuzu “baharından məhrum edənlər” o boyda azarkeşin qəhərində, nisgilində boğulacaq!

Elçin Cəlilov

Azərbaycan yığması “FIFA Series-2026″nın qalibi oldu

30 March 2026 at 21:23

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində bu gün final oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşün əsas vaxtı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan milli qalib adını qazanıb.

Azərbaycan yığması bundan əvvəl Sent Lüsiya millisinə qalib gəlib – 6:1.

“FIFA Series-2026”

30 mart

19:00 Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)

Qollar: Rahil Məmmədov, 72 – Kanu, 28
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Before yesterdayMain stream

“Lənkəran” 1/4 finalda

29 March 2026 at 22:00

Region Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Lənkəran” bu turda “Bərdə” ilə qarşılaşıb. Matç “Lənkəran”ın qələbəsiylə başa çatıb – 2:0.

Komandanın növbəti rəqibi hələ məlum deyil.

Tonali üçün “derbi”

29 March 2026 at 21:30

“Nyukasl”ın futbolçusu Sandro Tonali yayda klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Mançester Yunayted” italiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Goal” nəşri məlumat yayıb.

Tonali yayda klubdan ayrılmağa müsbət yanaşır. O, hələ seçimini etməyib.

Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 29 oyunda 2 məhsuldar ötürmə edib.

II Liqada 10 qollu duel

29 March 2026 at 21:01

Azərbaycan II Liqasında XX turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Qaradağ Lökbatan” – “Şirvan” matçında 10 qol vurulub.

“Quba” “Ağstafa Gəncləri”ni məğlub edib.

Azərbaycan II Liqası
XX tur

29 mart

“Ağstafa Gəncləri” – “Quba” 0:1
Qol: Bəhram Köçərli, 32.

“Ağdaş” – “Araz Saatlı” 0:0

“Şəmkir” – “Göygöl” 0:0

“Qaradağ Lökbatan” – “Şirvan” 7:3
Qollar: Rəhman Quliyev, 3. Ramil Orucov, 40; 73. Rövşən Şahmuradov, 53; 60-pen. Emil Quluzadə, 86. Sabir Allahquliyev, 87 – Elgün Xəlilov, 13. Elcan Rəsulov, 43. Ramiz Məmmədov, 79.

Tudoru da göndərdilər

29 March 2026 at 20:32

“Tottenhem” baş məşqçisi İqor Tudorla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Tudor ötən aydan komandaya rəhbərlik edirdi. “Tottenhem” onun başçılığı altında 7 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzub.

“Qarabağ”dan xanım fanatlarına jest

29 March 2026 at 19:51

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda aprelin 3-də “Sabah”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, “atlılar” oyuna gəlmək istəyən xanım fanatlar üçün jest edib. Belə ki, xanım azarkeşlər üçün giriş pulsuz olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

“Ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım”

29 March 2026 at 19:38

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin futbolçusu Qismət Alıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Milli üçün önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

– Milli komandada sizin mövqeyinizdə alternativ kimi yalnız Abdulla Rzayev var. Rəqabətin zəif olması durumunuza necə təsir edir?
– “Zirə”də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.

Şahin Cəfərov

Ayxan Abbasov: “Hər rəqibə hörmət etməliyik”

29 March 2026 at 19:31

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqibin isə birinci oyunudur. Bu baxımdan onların bir az üstünlükləri var. Amma oyun evimizdədir və azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmağa çalışacağıq. Syerra Leone yığması Sent Lüsiyadan daha güclüdür. Reytinqdə də bizdən üstündürlər. İnanıram ki, komandamız bu oyunda daha istəkli olacaq. Millətlər Liqasına qədər bir toplanışımız qalıb. Hazır olmağa çalışacağıq.

– İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi narahat edir?
– Həmin oyunda hava və meydança ağır idi. Lakin rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı.

– Canni De Byazinin belə bir uğur gətirən inancı (totemi) var idi: qələbələrdən sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiniz?
– Millidə olandan bu yana, istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Onların sizin qarşınıza çıxması və danışması vacibdir. Bizim xüsusi inancımız yoxdur; istəyirik ki, hər kəs mətbuat önünə çıxsın.

– Syerre-Leona millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onları təhlil edə bilmisiniz?
– Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Onlar da xalları elə-belə qazanmayıb. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar.

– Sent Lüsiya ilə matçda ehtiyatdan oyuna qoşulanlardan sabah kimlərə şans verəcəksiniz? Rotasiyalar çox olacaq?
– Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Bura ən yaxşılar gəlir. Rəqiblərə görə seçimlər edəcəyik.

– Köməkçilərinizi Millətlər Liqasındakı rəqiblərdən Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiniz?
– Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenxşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçuların milliyə yaxşı formada gəlməsi vacibdir.

– Sabah bərabərlik qeydə alınarsa, bunu uğurlu hesab etmək olar?
– Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FIFA-dır. Rəqibləri biz seçmirik. Hər rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçular oyuna düzgün yanaşsınlar.

– Qələbə sizin özünüz üçün nə qədər vacibdir?
– Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Bu il imkan var ki, ən yaxşı ilimiz olsun.

– Bir dəfə demişdiniz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? Həm də “Şamaxı”nın baş məşqçi axtarışına çıxdığı xəbərlər dolaşır…
– Klubla müqaviləm yaya kimidir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.

– Milli komanda bir müddət özünə bərabər rəqiblərlə qüvvəsini sınayacaq. Daha sonra Avropa çempionatının seçmə mərhələsində güclü komandalarla oynayarkən çətinlik çəkməyəcəksiniz ki? 
– Yox. Məncə, problem olmaz. Ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq iki illik stressə bəs edir (gülür). Kənardan asan görünə bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Bunlar zəif rəqiblər deyil. Üstəlik, rəqib seçimi yalnız bizdən asılı deyil, qarşı tərəfin də razılığı mütləqdir.

Şahin Cəfərov

AFFA rəsmiləri nə üçün Moskvaya gedib?

29 March 2026 at 17:28

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova və Futbolda Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə Rusiya Futbol İttifaqı (RFİ) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət mövzusuna həsr edilmiş seminarda iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, Moskvada təşkil edilən iki günlük tədbirdə Rusiya futbol klublarının nümayəndələri, həmçinin Qazaxıstan və Belarusdan olan həmkarlar iştirak ediblər. Seminarın əsas məqsədi futbolda dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud təşəbbüsləri müzakirə etmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Seminar çərçivəsində AFFA nümayəndələri tərəfindən assosiasiyanın həyata keçirdiyi sosial və inklüziv layihələrə dair təqdimat edilib.

Stolüstü tennisçilərdən Avrasiya Liqasında uğurlu çıxış

29 March 2026 at 17:18

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində təşkil olunan Avrasiya Liqası yarışında inamla çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, gənclərdən ibarət seçmənin baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət komanda ilk turun 6 görüşündən 5-də qələbə qazanıb. Yalnız bir oyunda uduzan Azərbaycan komandası ümumi nəticələrə əsasən yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının növbəti turunun görüşləri 28-31 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda anoloji yarışda debüt edib. 8 oyundan 7-də qələbə qazanan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kollektiv də ilk turun nəticələrinə əsasən ikinci pillədə qərarlaşıb.

Riad Rəfiyev Harvardın məzunu oldu – AÇIQLAMA

29 March 2026 at 15:28

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Avropa Futbol Klubları (EFC) və “Harvard Business School”un birgə layihəsi olan “Executive Leadership Programme” proqramını uğurla başa vurub.

Yüksək səlahiyyətli futbol menecerləri üçün nəzərdə tutulan proqram liderlik, strateji qərarvermə və innovativ idarəçilik bacarıqlarının inkişafını dəstəkləyir.

Proqram çərçivəsində iştirakçılar ABŞ-nin Boston şəhərində yerləşən Harvard kampusunda keçirilən intensiv sessiyalarda, həmçinin onlayn dərslərdə və Avropada təşkil olunan yekun mərhələdə iştirak ediblər.

Proqramın mükafatlandırma mərasimi Parisdə, “Park de Prens” stadionunda keçirilib.

Qeyd edək ki, sözügedən proqram EFC və “Harvard Business School”un ilk birgə layihəsidir. İlk tədris prosesində PSJ, “Mançester Siti”, “Çelsi”, “Yuventus”, “Nyukasl”, “Monako”, “Fənərbağça”, “Real Betis” və digər Avropa klublarının top menecerləri iştirak ediblər.

Rəfiyev qatıldığı təhsil proqramı ilə bağlı “Futbolpress.az”a açıqlama verdi:

“Bildiyiniz kimi, “Sumqayıt” Futbol Klubu Avropa Futbol Klublarının (EFC) üzvlərindən biridir. Biz mütəmadi olaraq EFC-nin tədbirlərində iştirak edirik. Budəfəki proqram isə top menecerlər üçün təşkil olunmuşdu. İlk dəfə idi ki, “Harvard Business School” və EFC belə bir proqram təşkil edirdi. Ölkəmizi və “Sumqayıt” Futbol Klubunu Avropanın top klublarının sırasında təmsil etməkdən qürur duyuram. Ümid edirəm ki, qazandığım təcrübə gələcəkdə həm rəhbərlik etdiyim klubumuza, həm də ümumilikdə Azərbaycan futboluna fayda verəcək”.

Kamil Əhməd

Ölkə çempionatında böyük final

29 March 2026 at 14:42

Minifutbol üzrə ölkə çempionatında 2025/2026 cı il mövsümünə yekun vurulur.

Futbolpress.az xəbər verir ki, liqanın həlledici matçında “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşacaq. Bir tərəfdə dördqat ölkə çempionu “Birbaşa Bakı” digər tərəfdə isə çempionluq arzusu heç cür reallaşmayan “Zirə”.

Böyük maraqla gözlənilən bu qarşılaşma 3 aprel, saat 20:30-da Bakı Tennis Akademiyasında keçiriləcək. Final görüşü “İdman TV” və AMF-nin rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.

Babək Quliyev AÇ-nin oyununda

29 March 2026 at 14:14

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.

“Liverpul”da dəyişiklik qərarı

29 March 2026 at 13:24

“Liverpul” mövsümün sonunda baş məşqçi dəyişikliyi edəcək.

Futbolpress.az xəbər verir ki, klub hazırda komandaya rəhbərlik edən Arne Slot ilə yolları ayıracaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Slotun əvəzinə bu posta Xabi Alonso gətiriləcək. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

“Liverpul” Premyer Liqada 31 turdan sonra 49 xalla 6-cı sıradadır.

Xabi daha əvvəl “Bayer” və “Real”da çalışıb.

“İnter”in futbolçusu “Barselona” yolunda

29 March 2026 at 12:00

“İnter”in və İtaliya millisinin futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Barselona”nın təklifini qəbul edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kataloniyalılar “İnter”lə danışıqları davam etdirir.

Bastoni bu mövsüm 35 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Salah sabiq klubuna qayıda bilər

29 March 2026 at 11:50

“Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Roma” misirli hücumçunun xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. 33 yaşlı futbolçu qərarını mövsümün sonunda verəcək.

Salah daha öncə 2015-2017-ci illərdə “Roma”nın formasını geyinib.

Misirli futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, “qırmızılar”la 435 oyunda 255 qol vurub.

Portuqaliyadan “sülh”

29 March 2026 at 10:36

Portuqaliya milli komandası yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, yığma Meksika ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo zədəsini yeni sağaltdığı üçün görüşdə iştirak etməyib.

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

29 March 2026 at 09:59

Tofiq Musayev UFC-də ikinci döyüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb. Üç raundun yekununda hakimlərin qərarı ilə qalib elan edilən Tofiq UFC-də ilk qələbəsini qazanıb.

Tofiq UFC-də ilk döyüşündə Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Xatırladaq ki, Musayev ötən ilin aprelində UFC ilə 4 döyüşlük müqavilə imzalayıb.

“Gələcəyimi “Arsenal”da görürəm”

29 March 2026 at 08:26

“Arsenal”ın futbolçusu Kay Haverts klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, hücumçu klubdan ayrılacağı ilə bağlı çıxan xəbərləri yalanlayıb:

“Düzü, “Arsenal”dan gedəcəyimlə bağlı xəbərlərə rast gəlməmişəm. Bunlar real deyil. Burda özümü evimdəki kimi hiss edirəm. Düşünürəm ki, komandada da məndən razıdırlar. Gələcəyimi “Arsenal”da görürəm”.

Tanınmış “Qarabağ” azarkeşi vəfat etdi

29 March 2026 at 01:25

“Qarabağ” azarkeşi kimi sosial şəbəkədə tanınan Zəfər Hacılı vəfat edib.

Futbolpress.az xəbər verir ki, mərhum fanat üç gün əvvəl etdyi paylaşımda vəziyyətinin pis olduğunu bildirib:

“Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm. Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı. Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı. Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır. Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm. Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir”.

Kazemiro: “Qərarım qətidir”

29 March 2026 at 00:43

“Mançester Yunayted”in futbolçusu Kazemiro yayda klubdan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “The Athletic” nəşrinə açıqlamasında qərarının qəti olduğunu bildirib:

“Qərarım qətidir. Yayda “Mançester Yunayted”dən ayrılacağam”.

Kazemironun adı ABŞ və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.

“Real”ın yetirməsi milli seçimini etdi

28 March 2026 at 20:30

“Real”ın gənc futbolçusu Tiaqo Pitarç milli komanda seçimini edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya yığmasında oynayacağını açıqlayıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Pitarç “Real”ın yetirməsidir. O, bu mövsüm La Liqada və Çempionlar Liqasında 4 oyuna çıxıb.

Yarımmüdafiəçi daha əvvəl Mərakeşin U-18, İspaniyanın U-20 yığmasında çıxış edib.

“Naxçıvan”dan qələbə

28 March 2026 at 19:33

Azərbaycan Basketbol Liqasında XX turun oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Quba” “Naxçıvan”la üz-üzə gəlib. Matç “Naxçıvan”ın qələbəsiylə başa çatıb – 103:96.

Günün digər matçında “Sərhədçi” “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan yığması son oyunda da uduzdu

28 March 2026 at 19:05

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində son oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Milli ilk oyunda Litvaya 0:4 hesabıyla uduzub.

Lukakudan vida qərarı

28 March 2026 at 18:35

Belçikalı hücumçu Romelu Lukaku “Napoli”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Forvard artıq klub rəhbərliyini bu barədə məlumatlandırıb.

Lukaku bu mövsüm cəmi 7 oyuna çıxıb və 1 qol vurub.

“Liverpul” Salahın yoxluğunu hiss edəcək”

28 March 2026 at 18:00

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Məhəmməd Salahla bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis misirli hücumçu haqda bunları deyib:

“Salah inanılmaz dərəcədə peşəkardır. Məşqlərə yanaşması, intizamı, oyunu bunları deyir. O, daha 6-7 il yüksək səviyyədə oynaya bilər. “Liverpul” onun yoxluğunu hiss edəcək”.

“Dinamo” Zaqatalada darmadağına sevindi

28 March 2026 at 17:21

II Liqada XX tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir oyun baş tutub.

“Sheki City” Zaqatalada “Dinamo”ya uduzub. Görüş qonaqların 6:1 hesablı qələbəsiylə başa çatıb.

II Liqa
XX tur

28 mart

Sheki City – Dinamo 1:6
Qollar: T.Zeynalov, 5 – V.Seyidov, 13 (pen.), 61, 89 (pen.), Y.Qarayev, 39, 71, Ə.Abbasov, 59

Bölgə klubuna hava əngəli

28 March 2026 at 16:51

Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.

Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

Azərbaycana qol vuran futbolçu: “Onları çox yorduq”

28 March 2026 at 16:18

Portuqaliyanın U-21 millisinin yarımmüdafiəçisi Joao Simoes Avro-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Record” nəşrinə istinadən xəbər verir ki, matçda bir qol vuran futbolçu 4:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Birinci hissədə rəqibi çox yorduq, çoxlu imkanlar yaratdıq, amma təəssüf ki, qol vura bilmədik. İkinci hissədə tempi qoruduq. Səbirli davrandıq və qollar gəldi. Ardıcıl fərqlənəndən sonra hər şey daha asan oldu. Şükürlər olsun, dörd qol vurmağı bacardıq.”

“Bunların üzərində işləməyə vaxtımız olmur” – Nəbiyev

28 March 2026 at 15:50

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

“Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük “silahı” standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sona qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur”.

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb:

“Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşır.

Tofiq Musayevin növbəti sınağı

28 March 2026 at 15:24

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev bu gecə turnirdə döyüşə çıxacaq.

Futbolpress.az xəbər verir ki, o, Çili təmsilçisi İqnasio Bahamondeslə qarşılaşacaq. Döyüş ABŞ-nin Sietl şəhərində təşkil olunacaq.

Bahamondes bundan əvvəl Azərbaycan təmsilçisi Rafael Fiziyevə məğlub olub.

İqnasio ilə qarşılaşma Tofiq Musayevin UFC karyerasındakı 2-ci döyüşü olacaq. O daha əvvəl Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub.

Azərbaycan çempionatlarının oyunları təxirə salındı

28 March 2026 at 14:52

AFFA-nın bayrağı altında təşkil edilən bəzi çempionat oyunları təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Kazemironun “elçiləri”

28 March 2026 at 14:20

“Mançester Yunayted”dən ayrılacağı açıqlanan Kazemiro üçün təkliflər var.

Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. MLS təmsilçiləri “Los Anceles Qalaksi”, “İnter Mayami”, Səudiyyə Ərəbistanı klubu “Əl İttihad” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

34 yaşlı futbolçu seçim etməyə tələsmir.

Kazemiro bu mövsüm 30 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi yayda başa çatır.

MY-nin istədiyi futbolçuya qiymət qoydular

28 March 2026 at 13:50

“Mançester Yunayted” “Brayton”un futbolçusu Karlos Balebanı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yayda 22 yaşlı yarımmüdafiəçini sıralarına cəlb etmək niyyətindədir.

“Brayton” Baleba üçün 100 milyon funt-sterlinq tələb edir. MY məbləği aşağı salmaq arzusundadır.

Baleba bu mövsüm 29 oyuna çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Lukakuya ultimatum

28 March 2026 at 13:17

“Napoli” futbolçusu Romelu Lukakunu heyətdən kənarlaşdıra bilər.

Futbolpress.az xəbər verir ki, hücumçu Belçika yığmasının heyətinə dəvət alsa da, düşərgəyə qatılmayıb. O, klubdan və millidən icazəsiz ölkəsində fərdi məşqlər edir. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

“Napoli” Lukakuya martın 31-nə qədər vaxt verib. Oyunçu İtaliyaya qayıtmasa, əsas komandadan kənarlaşdırılacaq.

Lukaku bu mövsüm 7 oyunda 1 qol vurub.

Silvadan “yaşıl işıq”

28 March 2026 at 12:51

Portuqaliyalı futbolçu Bernardo Silva yayda “Mançester Siti”dən ayrılmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi agentinə təklifləri dəyərləndirməsini bildirib.

Silvanın adı “Yuventus”, “Qalatasaray”, “Barselona” kimi klublarla hallanır.

31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 30 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Musa: “Daha çox qol vura bilərdim”

28 March 2026 at 12:25

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, millinin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərə açıqlamasında oyunu dəyərləndirib:

“Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik. Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir. Sevindirici haldır ki, bu dəfə böyükhesablı qələbə əldə etdik. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı”.

Forvard oyunda daha çox qol vurmaq istədiyini qeyd edib:

“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı ola, çox qol vura bilərdim. Əsas məsələ komandaya xeyir verməkdir”.

Musa növbəti rəqib – Syerra Leone yığması haqda fikirlərini bölüşüb:

“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsədlə, qələbə üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək. Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək”.

Şahin Cəfərov

Mane üçün Türkiyə variantı

28 March 2026 at 12:13

“Əl Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Beşiktaş” seneqallı hücumçunun xidmətində maraqlıdır. İstanbul klubu yayda oyunçunun transferi üçün danışıqlara başlayacaq.

Mane bu mövsüm 26 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Düzəlmək üçün düz etmək

28 March 2026 at 11:54

Belə başa düşüldü ki, Ayxan Abbasov media və ictimaiyyətlə hələ də elit səviyyədə kommunikasiyaya hazır deyil. Bu məsələ ona görə vacibdir ki, o, artıq hansısa klubun deyil, milli komandanın baş məşqçisidir və hər oyun xarici komandaya qarşı olur…

Sent Lüsiya ilə oyundan sonra mətbuat konfransında tənqidlərə açıq yanaşdığını deməyi lazımi tələb baxımından məqbul yanaşma idi, lakin cavabın sonunda yenə, “…hərdən görünür ki, kimin daxilində nə var…” tipli lazımsız cümlə işlədib.

Nə vaxtdır dərinə getmədən, eyhamla işarə etsək də, Ayxan bəy anlamadı ki, çək-çevir yox, müşahidə “mood”unda olması lazımdır. Ya da anlayır, lakin öz bildiyindən əl çəkmir.

Tənqidçilər arasında biz də varıq, başqa bu işi peşəkar görənlər də var. Elitada olan mütəxəssis bu məsələdə diqqətli davranmağı bacarmasa, heç vaxt öz istədiyi iş mühitini qura bilməyəcək; beyin daim gərginlikdə qalacaq.

Nə qədər eyhamlasaq da, xeyri olmadı, yenə xırda da olsa, əhəmiyyətsiz fikir sahiblərinə lazımsız atmaca oldu.

Gələk 6:1 hesablı tarixi qələbəyə. Sent Lüsiya yarımhəvəskar səviyyədə oynayan komanda təsirini bağışladı. Buna görə də millinin potensialı və ya yaxın perspektivi haqda qeydlər üçün ciddi material yoxdur. Lakin xüsusən ikinci hissədə qurulan çoxsaylı hücumlarımızda realizasiya problemi Abbasov üçün siqnal ola bilər.

Sent Lüsiya ikinci hissədə qapandı və müdafiə planı o qədər səviyyəli qurulmamasına rəğmən aramsız hücumlarımız nəticəsiz qalırdı. Belə məqamlarda rotasiyalar etmək, hücum modelini dəyişmək gərəkdir. Yalnız bunlar tətbiq ediləndən sonra Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadənin hücum fazasında faydalı iş əmsalı artdı, qollar vurmağa başladıq.

Hər nə qədər rəqibin zəif olmasını qabartsaq da, böyükhesablı qələbənin ruh yüksəkliyi yaratması danılmazdır. İndiki məqamda da Azərbaycan millisinə bu hava-su qədər əhəmiyyətlidir.

Syerra Leone ilə oyunda Abbasov üçün heyətin optimallaşdırılması daha vacib ola bilər. Sent Lüsiyaya qarşı 22 futbolçunu sınaqdan keçirən baş məşqçi qarşıdakı yoxlama oyununda yayda Avstriyada keçiriləcək təlim-məşq toplanışına kimlərin dəvət edilməsi sualına daha dəqiq cavab tapacaq.

Millətlər Liqasında çıxışa qədər Avstriya toplanışından savayı, daha 2-3 sparrinq rəqib tapılsa, çox faydalı olar.

Elçin Cəlilov

U-19-un növbəti sınağı

28 March 2026 at 11:30

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv B Liqasının 6-cı qrupunun ikinci görüşündə Şimali İrlandiya ilə qarşılaşacaq.

Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.

Azərbaycan yığması qrupdakı ilk oyunda Litvaya uduzub – 0:4.

Foden “Mançester Siti”dən ayrıla bilər

28 March 2026 at 11:16

İngiltərəli futbolçu Fil Foden yayda “Mançester Siti”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football İnsider” portalı məlumat yayıb. Yarımmüdafiəçi oyun praktikasının azlığından narazıdır və daha çox şans qazanacağı komandada olmaq niyyətindədir.

Foden bu mövsüm 41 oyunda 10 qol vurub. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

Rafinyadan “Barselona”nı məyus edən xəbər

28 March 2026 at 10:53

“Barselona”nın zədəli futbolçusu Rafinyanın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, Braziliya millisinin düşərgəsində xəsarət alan vingerin vəziyyəti ciddidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rafinya azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Çempionlar Liqasında 1/4 finalda “Atletiko” ilə matçları buraxacaq.

Rafinya bu mövsüm 31 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.

Tanınmış keçmiş futbolçu velosipeddən yıxıldı – FOTO

28 March 2026 at 10:36

İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer velosipedlə qəza keçirib.

Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, velosipeddən yıxıldığına görə aldığı xəsarətləri paylaşıb.

“Nyukasl”dakı çıxışı ilə yaddaşlarda qalan Şirer Premyer Liqada 404 oyunda 206 qol vurub.

Seçim Messidədir

28 March 2026 at 10:24

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yayda keçiriləcək dünya çempionatında iştirak etmək şanslarından söz açıb.

Futbolpress.az xəbər verir ki, o, bu barədə Mavritaniyaya qalib gəldikləri (2:1) yoldaşlıq oyunundan sonra “Le Parisien” nəşrinə açıqlamasında deyib.

Skaloni qərarın Messiyə bağlı olduğunu bildirib. O, kapitanın istənilən seçiminə hörmətlə yanaşacaqlarını qeyd edib.

Argentina millisi dünya çempionatında J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

❌
❌