Favoritlər büdrəmədi
Azərbaycan Kubokunda növbəti yarımfinalçılar məlum olub. Mərhələnin favoritləri “Sabah” və “Turan Tovuz” sürprizə imkan verməyib.
“Kəpəz”lə ilk oyunda minimal hesablı qələbə qazanan tovuzlular cavab görüşündə də qalib gələn tərəf oldu. Hər iki hissənin əvvəlində vurduğu qollarla rəqibin müqavimətini qıran “Turan Tovuz” daha çox vura biləcəyi matçda iki qolla kifayətləndi. Yarımfinala yüksəlmək komanda adına yaxşı nəticədir, lakin sərgilənən oyunu yarımfinalçıya yaraşan deyil. Xüsusilə ikinci hissədə rəqibini azlıqda yaxalayan tovuzlular qapıya düşməkdə çətinlik çəkdi. Göründü ki, bu, hesabda öndə olmağın yaratdığı arxayınlıqdan doğurdu. Növbəti rəqib “Zirə” olacaq və komanda final arzulayırsa, mütləq hər epizoddan maksimum yararlanmağı düşünməlidir.
Digər yarımfinalçı isə “Sabah” isə Qəbələdə çətinliklə mərhələ adladı. İlk hissədə vurulan qol, ikinci hissənin əvvəlində rəqibin 10 nəfərlə qalması “bayquşlar”ın artıq cütün taleyini həll etdiyini düşündürürdü. Oyunun sonlarına yaxın daha bir qol vurmaqla 2:0 öndə olan “Sabah” ani diqqətsizliyin cəzasını çəkdi. Azlıqda oynamasına baxmayaraq təslim olmayan meydan sahibləri iki dəqiqəyə vurduğu iki qolla oyunu uzatmalara, daha sonra yenə fərqlənməklə penaltilərə qədər apardı. Son zərbələrdə isə uğursuz olan “Qəbələ” kuboka vida etdi, “Sabah” yarımfinala yüksəldi.
Final yolunda “Sabah” “Qarabağ”, “Turan Tovuz” isə “Zirə” ilə qarşılaşacaq.
Şahin Cəfərov
