Reading view

DÇ-2026: Həlledici oyunların proqramı bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici oyununun iştirakçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal görüşlərindən sonra həm mundialın finalında, həm də üçüncü yer uğrunda üz-üzə gələcək komandalar bəlli olublar.

Finalda İspaniya və Argentina milliləri üz-üzə gələcəklər. Fransa və İngiltərə milli komandaları isə üçüncü yer – bürünc medal uğrunda mübarizə aparacaqlar. Hər iki qarşılaşma iyulun 19-da keçiriləcək.

Xatırladaq ki, mundialın yarımfinal mərhələsi çərçivəsində keçirilmiş oyunlarda İspaniya millisi Fransanı 2:0, Argentina yığması isə İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

DÇ-2026
19 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Fransa – İngiltərə
Mayami. Florida. ABŞ

Final

23:00. İspaniya– Argentina
Nyu-Cersi. Nyu-York. ABŞ

Qurban Qurbanov: “Uzun yol qət etmişik, yorğunluq var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, İslandiya və Azərbaycan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Reykyavikdə baş tutacaq.

Qurban Qurbanov bu gün oyundan öncə təşkil etmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna tam hazırdır. Həm rəqibi artıq yaxından tanıyırıq, həm də oyunumuzu analiz etmişik. Düzdür, uzun yol qət etmişik, yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabah matça tam hazır olacaqlar və özlərini yaxşı motivasiya edəcəklər. Hava durumu da əlverişlidir, əsl futbol havasıdır.

Heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin kimin meydana çıxmasından asılı olmayaraq, hər kəs əlindən gələni edəcək. Start heyəti ilə bağlı qərar vermək üçün sabaha qədər vaxtımız var. Çalışacağıq ki, oyundan öncə konkret fikrimizi müəyyənləşdirib həyata keçirək”.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk matçda “Qarabağ” “Vestri”yə 3:0 hesabı ilə qalib gəlib.

Rəşad Sadıqov: “Torpedo”nu keçmək istəyiriksə…”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Kutaisidə təşkil ediləcək.

Bir həftə öncə Bakıda keçirilmiş oyundan 3:0 hesablı qələbə ilə ayrılmış “qartallar”ın baş məşqçisi bu gün baş tutmuş mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib:

“Bizi təcrübəli və adlı-sanlı komanda ilə oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik”.

Rəşad Sadıqov komandasının ilk oyundan daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:

“İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də danışıb:

“Transfer pəncərəsinin bağlanmasına hələ 45-50 gün var. Hamımız “Qarabağ”ın və “Sabah”ın hansı səviyyədə olduğunu bilirik. “Turan Tovuz” ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. “Neftçi”nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik. Bunun üçün uğurlu transfer dövrü keçirməliyik. Eyni zamanda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ”ni də hesabdan silmək olmaz”.

Ehtiram Şahverdiyev “Səbail”də!

Bu yay “Kəpəz”dən azad agent kimi ayrılmış sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Səbail”in mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Ehtiram Şahverdiyev son iki mövsümü “Kəpəz”də keçirib. O, 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan Gəncə klubuna keçmişdi. Müdafiəçi Gəncə təmsilçisinin heyətində bütövlükdə 105 oyun keçirib, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.

Qeyd edək ki, “Səbail” ötən mövsüm olduğu kimi, qarşıdakı mövsümdə də Birinci Liqada mübarizə aparacaq.

Azər Məmmədov: “Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov yeni mövsümə hazırlıq çərçivəsində ötən gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Qəbələdə baş tutmuş bu görüşdə Gəncə təmsilçisi 1:2 hesabıyla məğlub olub.

Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında həm hazırlıq prosesini, həm də ilk yoxlama oyununu şərh edib:

“Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda “Qəbələ” ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.

Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq.

İkinci hissədə isə gənc futbolçulara, akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdılar. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”.

“Sabah” Azərbaycanın əmsalını daha da artırdı

2026/2027-ci illər mövsümündə Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

Arena.az xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsin TNS komandasına UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkəmiz hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Bakıda rəqibini iki cavabsız qolla üstələmiş “Sabah” qitənin bir nömrəli klub turnirinin 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda Finlandiya çempionu KuPS ilə münasibətlərə aydınlıq gətirəcək.

David Deqo “Şamaxı”da!

İsrailin “İroni” (Modiin) komandasının hücumameyilli yarımmüdafiəçisi David Deqo bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

David Deqo əslən Efiopiyadan olsa da, İsraildə anadan olub və bu ölkənin vətəndaşlığını daşıyır. O, karyerası ərzində “Beytar” (Yerusəlim), “Hapoel” (Ramat Haşaron), “İroni” (Kiryat Şmona), “Hapoel” (Petah Tikva), “Hapoel” (Hadera) kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi bu ilin mart ayından formasını gendiyi Modiin “İroni”sində 15 oyuna çıxıb, 1 qol vurub.

Tam adı David Teşager Deqo olan futbolçu İsrailin U-19 yığmasında çıxış etsə də, sonradan əsas milliyə dəvət almayıb.

“Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota və Rui Paçekonu da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb. Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

Kreyq Harrison: “Sabah”ın ilk qolu bizim üçün sarsıdıcı oldu”

TNS-in baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionlarının cavab görüşü də ilk oyunda (2:0) olduğu kimi, “bayquşlar”ın qələbəsi ilə bitib – 2:1.

Kreyq Harrison matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk 15-20 dəqiqədə üstün tərəf biz idik. Amma rəqibin vurduğu ilk qol bizim üçün gözlənilməz və sarsıdıcı zərbə oldu. Bu, komandanın ruh yüksəkliyinə mənfi təsir göstərdi. Birinci hissədə iki çox anlamsız qol buraxdıq. Məncə, həmin qollar oyunun gedişinə uyğun deyildi. O vaxta qədər üstünlük bizdə idi.

Fikrimcə, ilk hissə 0:0 hesabı ilə başa çatsaydı, fasilədən sonra vəziyyəti dəyişə bilərdik. Ancaq fasiləyə 0:2 hesabı ilə geridə yollanmaq çox məyusedici idi. “Sabah” yaxşı komandadır. Əks-hücumlara çox sürətlə çıxırlar. Birinci hissədə onların cinahlardakı sürətinə qarşılıq verə bilmədik”.

Dambrauskas: “Bakıya qayıdan kimi onları analiz edəcəyik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionları arasındakı cavab görüşündə də qələbəni “Sabah” bayram edib – 2:1.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Fikrimcə, ən vacib məqam məhz budur. İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq.

Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə birinci, daha sonra isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik. Bunun üçün imkanlarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Rəqibin də bir neçə yarımfürsəti oldu, onlar da bu imkanları dəyərləndirmədilər. Matçın sonunda buraxdığımız qol isə səhvimizin nəticəsi idi. Qarşılaşmanı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Bununla belə, iki oyunun yekun nəticəsini müsbət qiymətləndirirəm”.

Dambrauskas növbəti mərhələdə qarşılaşacaqları Finlandiya çempionu KuPS barədə çox danışmaq istəməyib:

“İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Növbəti mərhələdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, KuPS-in hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik. Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq”.

Sxadadze: “Yeni transferlər tam hazır deyillər”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze yeni mövsümə hazırlıq çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutmuş bu oyunda meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Sxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hazırlıq prosesinin ən çətin dövrüdür. “Yükləmələr” çox olur. Əlbəttə, futbolçularda yorğunluq var. Hər hissə 45 dəqiqə oynayırıq ki, bütün futbolçular fiziki yükləmələri alsınlar.

Qalib gəldik, amma bu, yoxlama oyunudur. Məqsəd güclü və zəif tərəflərimizi müəyyənləşdirmək idi. Bu gün bizim üçün ən vacib olan taktiki, mövqe oyunu idi.

Yeni transferlərimiz də ilk oyunlarını keçirdilər. Hələ ki, onlar tam hazır deyillər. Təəssüf ki, bir çox legionerlər gələndə Azərbaycan çempionatının səviyyəsindən xəbərsiz olurlar. Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib. Artıq bunu başa düşdülər və öz üzərilərində işləyirlər. Hazırlıq dövründə vaxtımız çoxdur, yaxşı işləməliyik. Yeni transferlərlə güclənməyə ehtiyacımız var və bunun üzərində iş gedir.
Bu mövsüm uğurlu nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Yoxlama oyunu olmasına baxmayaraq, stadiona gəlib sonadək komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

“Sabah” ÇL-in 2-ci təsnifat mərhələsində!

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, ÇL-də ilk mövsümünü keçirən paytaxt klubu startda Uels çempionu TNS ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk oyun Masazırda baş tutmuş və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Tərəflər arasındakı cavab görüşü isə İngiltərədə keçirilib. Osvestridəki “Park Holl”da baş tutmuş oyunu İspaniyadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan çempionu heç-heçə, hətta minimal hesablı məğlubiyyət sayəsində də növbəti mərhələyə adlayacaqdı. Amma “bayquşlar” ÇL-dəki debüt mövsümündə mərhələni ardıcıl iki qələbə ilə adlamağa nail olublar.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcəkdi. Finlandiya çempionu iki oyunun cəmində 4:3 hesabıyla üstün olub. Beləliklə, Azərbaycan çempionu növbəti mərhələdə məhz KuPS ilə üz-üzə gələcək. Sözügedən komandalar arasında ilk matç iyulun 21-də Bakıda, cavab qarşılaşması isə iyulun 28-də Kuopioda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul

TNS – Sabah 1:2
Qollar: Coşua Lok, 89 – Coy Lens Mikels, 27. Rəhman Daşdəmirov, 42.
Hakimlər: Mateo Buskets Ferrer, İnyiqo Prieto, Qonsalo Qarsiya Qonsales, Migel Anxel Ortis Arias (İspaniya).
Osvestri. “Park Holl”.

TNS: 1. Natan Şepperd, 4. Dominik Korness, 6. Cek Bodenham, 8. Rayan Brobbel, 10. Daniel Redmond (k), 14. Daniel Uilyams, 15. Eoyn Farrel, 16. Daynel Simeu, 17. Cordan Uilyams, 20. Ris Hyuces, 21. Leo Smit.
Ehtiyat oyunçular: 44. Corc Yenkins, 7. Daniel Barton, 12. Harvi Qodsmkar-Ford, 19. Ben Klark, 22. Daniel Deyvis, 23. Zak Nolan, 24. Cek Nadin, 26. Luis Fillips, 27. Ceyk Kanavan, 31. Ben Vullam, 34. Coşua Lok, 37. İsaak Cefferis.
Baş məşqçi: Kreyq Harrison.

Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 19. Aaron Maluda, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 89. Cəfər Muxtarov, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

KuPS – “Sabah”ın 2-ci təsnifat mərhələsində mümkün rəqibi!

Futbol üzrə Finlandiya çempionu KuPS UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsində qalib gələrək “Sabah”ın potensial rəqibinə çevrilib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Şimali Makedoniyanın “Vardar” kollektivinə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.

Amma səfərdə Finlandiya təmsilçisi 2:0 hesabıyla qalib gəlmişdi. İki oyunun cəmində 4:3 hesabla üstün olan finlər ÇL-in 2-ci təsnifat mərhələsinə yüksəliblər.

Beləliklə, “Sabah” növbəti mərhələyə yüksələrsə, rəqibi məhz KuPS olacaq.

Qeyd edək ki, Azərbaycan çempionu da debüt etdiyi ÇL-in ilk təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşır. “Bayquşlar” Masazırdakı ilk oyunda 2:0 hesabıyla qalib gəlmişdilər. Paytaxt klubu bu gün səfərdə keçirdiyi oyunda da bu üstünlüyünü qorumağı bacarsa, növbəti mərhələdə məhz Fİnlandiya çempionu ilə üz-üzə gələcək.

“Şəfa” 5 yoxlama oyunu keçirəcək

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisinin ilk matçı iyulun 17-də “İmişli”yə qarşı olacaq. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv iyulun 25-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq. İyulun 31-dəki sınaq oyunununda “Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Avqustun 7-də isə iki oyunun baş tutması planlaşdırılır. Səhər saatlarında “Neftçi-2” ilə üz-üzə gələcək komandanın axşamkı rəqibi isə “Qarabağ-2” olacaq.

Xatırladaq ki, paytaxt klubu ötən mövsüm Birinci Liqada çempionluq tituluna yiyələnib və Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb. Öncədən komandanın yeni mövsümə Bakıda və Qəbələdə hazırlaşacağı açıqlanmışdı. Lakin sonradan hazırlıq planında dəyişiklik edilib. Qəbələdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışı ləğv olunub. Bakı təmsilçisi hazırlığını paytaxtda davam etdirəcək.

Rui Paçeko “Şamaxı”da!

Portuqaliyanın “Paredes” klubunun 24 yaşlı mərkəz müdafiəçisi Rui Paçeko bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, qarşıdakı iki mövsümü bu komandanın heyətində keçirəcək.

Rui Paçeko “Pasuş de Ferreyra” klubunun yetirməsidir. O, karyerası ərzində “Qondomar”, “Rebordosa” və “Paredes” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü və Jotanı da transfer etmişdi. Əyalət klubu Abdulla Seydəhmədov və Həbib İsmayılovla da yeni müqavilə bağlayıb. Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

“Kəpəz” yoxlama matçında “Qəbələ”yə məğlub oldu

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “Kəpəz” və “Qəbələ” komandaları bu gün yoxlama oyununda qarşılaşıblar.

Arena.az xəbər verir ki, sözügedən komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın qollarını Paulo Kimbila və Nuğay Rəşidov vurublar. Gəncə təmsilçisi isə avtoqola sevinib.

“Qəbələ” hazırlıq çərçivəsində iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə də qarşılaşacaq.

“Kəpəz” isə iyulun 20-də isə “Şamaxı”, iyulun 26-da “Sumqayıt”la yoxlama matçına çıxacaq.

“İmişli” bu yay 7 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümü öncəsi toplanışa başlamış “İmişli” yay hazırlıq planını müəyyənləşdirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi növbəti mövsümün hazırlığına iyulun 8-dən start verib. Komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirəcək.

Bu müddətdə əyalət təmsilçisi iyulun 17-də “Şəfa”, iyulun 21-də “Qarabağ-2”, iyulun 24-də isə “Araz Naxçıvan”la yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və iyulun 28-də “Karvan”la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-nə qədər davam edəcək. Bu mərhələdə iyulun 31-də “Qəbələ”, avqustun 3-də isə “Sumqayıt”la yoxlama oyunları keçiriləcək.

“İmişli” hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü avqustun 8-də Bakıda keçirəcək. Həmin oyundakı rəqibin adı daha sonra açıqlanacaq.

Məhəmməd Mara “Araz-Naxçıvan”da!

Tailandın “Kançanaburi Pover” klubunun qvineyalı cinah hücumçusu Məhəmməd Mara bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Məhəmməd Mara 2025-ci ilin yayından formasını geyindiyi “Kançanaburi Pover”in heyətində 48 oyuna çıxıb, 15 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Mara müxtəlif illərdə Fransanın “Loryan”, “Paris”, “Evian”, “Martiq”, “Stad Brioşen”, “Hyer”, eləcə də Taylandın “Ratçaburi” klublarında çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Artur Auqusto Da Silvanı da heyətinə qatmışdı. Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro və Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalanıb. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasov isə komandanı tərk ediblər.

“Vestri” “Qarabağ”la matçdan öncə 5 qola üzüldü

“Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya Birinci Liqası çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün 14-cü tur çərçivəsində öz meydanında “Filkir”lə qarşılaşıb.

Yeddi qolun qeydə alındığı görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Tordur Haftorsson və 85-ci dəqiqədə penaltidən fərqlənmiş Qunnar Hauksson vurublar.

Bu məğlubiyyətdən sonra “Qarabağ”ın rəqibi 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sözügedən komanda cari mövsümdə keçirdiyi 14 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, “Qarabağ” “Vestri”yə Bakıda keçirilmiş ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü isə iyulun 16-da Reykyavikdə keçiriləcək.

AFFA Bayıl stadionunda təmir işlərini davam etdirir

AFFA rəsmi saytı vasitəsilə Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada aparılan təmir işləri ilə bağlı məlumat yayıb.

Arena.az xəbər verir ki, artıq “Səbail” klubunun əlindən alınmış arenada yenidənqurma işlərinin davam etdirildiyi diqqəə çatdırılıb:

“AFFA İcraiyyə Komitəsinin 25 iyun 2025-ci ildə keçirilən iclasında verilən qərara uyğun olaraq, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işləri davam etdirilir. Stadionda “FIFA Quality Pro” sertifikatına malik süni ot örtüyünün quraşdırılması prosesi həyata keçirilir.

Həmçinin işıqlandırma sistemi, inzibati binanın paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Təmirdən sonra stadionun tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi planlaşdırılır. Bu istiqamət üzrə artıq cari ilin avqust ayında Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində “Sabahın ulduzları” turnirinin Bayıl stadionunda təşkili nəzərdə tutulur”.

Yusif İmanov “İmişli”də!

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “İmişli” heyətini yeni qapıçı – Yusif İmanov ilə gücləndirib.

Arena.az bu barədə İmili klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 23 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Yusif ötən mövsümü “Kəpəz”də keçirib. O, 2025-ci ilin noyabrından sözügedən komandanın uğurları üçün çalışırdı. 23 yaşlı qolkiper Gəncə klubunun heyətində 21 oyuna çıxıb, 26 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. Amma mövsüm başa çatan kimi klub Yusiflə yollarını ayırmışdı.

Yusif İmanov daha öncə “Sabah”ın da formasını geyinib, həmçinin Kosovonun “Malişeva” klubunda legioner həyatı yaşayıb.

“İmişli” bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə və Sadiq Məmmədzadəni də heyətinə qatmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış əyalət klubu Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka ilə də yollarını ayırıb.

“Sabah” İngiltərədə TNS-lə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, ÇL-də ilk mövsümünü keçirən paytaxt klubu startda Uels çempionu TNS ilə qarşılaşır.

Bu komandalar arasındakı ilk oyun Masazırda baş tutub və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı cavab görüşü isə İngiltərədə keçiriləcək. Osvestridəki “Park Holl”da baş tutacaq oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan çempionu heç-heçə, hətta minimal hesablı məğlubiyyət sayəsində də növbəti mərhələyə adlayacaq. Amma “bayquşlar”ın ÇL-dəki debüt mövsümündə mərhələni iki qələbə ilə adlaması daha möhtəşəm olacaq.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul

21:30. TNS – Sabah
Hakimlər: Mateo Buskets Ferrer, İnyiqo Prieto, Qonsalo Qarsiya Qonsales, Migel Anxel Ortis Arias (İspaniya).
Osvestri. “Park Holl”.

Vernidub: “Konfrans Liqasına tam hazırıq”

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub yeni mövsüm öncəsi Sloveniyada həyata keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında iyulun 13-də başa vurduqları toplanışla bağlı bunları söyləyib:

“Təlim-məşq toplanışı yaxşı keçdi. Uşaqlar kifayət qədər yaxşı fiziki yüklənmə aldılar. “Osiyek”lə keçirdiyimiz oyun mənə hər şeydən çox xoş təsir bağışladı. Çünki bu matçda həm intensivlik, həm də sürət var idi. Görünürdü ki, futbolçular tədricən lazımi səviyyəyə çatırlar. Məğlub olmağımız psixoloji baxımdan müəyyən çətinlik yarada bilər. Bununla belə, hesab edirəm ki, ən vacib məsələ bu deyil. Əsas odur ki, təlim-məşq toplanışını, demək olar, zədəsiz başa vurduq. Hamı sağ-salamatdır. Artıq Bakıya qayıdırıq. Futbolçulara istirahət verəcəyik. Daha sonra isə ayın 23-də keçiriləcək oyuna hazırlaşacağıq. Rəqibimizin kim olacağını ayın 16-da öyrənəcəyik. Düşünürəm ki, hər şey plan üzrə gedir”.

Vernidub yeni transferlər haqda təəssüratlarını bölüşüb:

“Yeni transferlərin komandaya necə uyğunlaşması mənim xoşuma gəlir. Onlar yaxşı anlaşırlar. Fikrimcə, yenilərin sayəsində güclənmişik. Bu mənada, heyətdə qalan futbolçuları da qeyd etməliyəm. Komandanın özəyi var. Bununla belə, düşünürəm ki, heyətimizi komplektləşdirməyə ehtiyac var. Çünki elə mövqelər var ki, Allah eləməsin, kimsə zədələnsə, dərhal problemlər yarana bilər. Buna görə də bu istiqamətdə işləyirik. Əlimizdən gələni edəcəyik ki, komandamıza daha gənc və onu gücləndirə biləcək oyunçular cəlb edək”.

Yuri Vernidub komandasının Avropa Konfrans Liqasına hazır olduğunu deyib:

“Hesab edirəm ki, tam hazırıq. Çünki yaxşı təlim-məşq toplanışı oldu. Bakıda keçirdiyimiz 8 gün ərzində hazırlığımızın təməlini qoyduq. 4 yoxlama oyunu keçirdik – 1-də qalib gəlib, 3-də məğlub olduq. Deyə bilərəm ki, rəqiblərimiz kifayət qədər güclü komandalar idi. “Partizan” və ÇFR (Kluj) də Konfrans Liqasında çıxış edəcəklər. “Osiyek” isə Xorvatiya çempionatında, adətən üst sıralarda yer alan klubdur. Hazırda onların müəyyən maliyyə problemləri var və buna görə ötən mövsümü istədikləri kimi keçirə bilməyiblər. Buna baxmayaraq, çox möhkəm komanda olduğu görünür. Xorvatiyada futbol məktəbi həmişə yüksək səviyyədə olub. Buna görə də düşünürəm ki, hər şey qaydasındadır. Ən əsası odur ki, hamımız evə sağ-salamat qayıdırıq. Mənim üçün ən vacib olan da budur”.

Dambrauskas: “TNS-lə matçda güclü olduğumuzu sübut etməliyik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə qarşı keçirəcəkləri cavab matçından danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels təmsilçiləri arasındakı cavab görüşü sabah İngiltərədə baş tutacaq.

Dambrauskas matçdan öncə təşkil eidlmiş mətbuat konfransında bunları söyləyib:

“Burada olduğumuz üçün çox xoşbəxtik. Həm futbolçular, həm də məşqçilər heyəti sabahkı oyunu böyük həyəcanla gözləyir.

Düzdür, cavab qarşılaşmasını səfərdə, İngiltərədə keçirəcəyik. İlk oyundan fərqli olaraq sabah daha yüksək konsentrasiya ilə çıxış etməliyik. Bilirik ki, rəqib doğma meydanda oynayacaq və burada yaradılacaq atmosferin fərqindəyik. Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən 20-25 faiz daha yaxşı çıxış edirlər. Buna görə də arxayınlaşa bilmərik. İlk oyunda üstünlük qazanmağımıza baxmayaraq, artıq hər şeyin həll olunduğunu düşünməməliyik. Əksinə, sabah da əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalı və daha güclü komanda olduğumuzu bir daha sübut etməliyik.

Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib. Çox rahat və uğurlu səfər etdik, hətta uyğunlaşmaq üçün adət etdiyimizdən bir gün əvvəl bura gəldik. Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə Stiv Solvet düşərgəmizdə deyil. Sabah meydanda ən yaxşı oyunumuzu göstərməli və keyfiyyətimizi bir daha nümayiş etdirməliyik”.

Hüqo Oliveyra – “Strasburq”un yeni baş məşqçisi!

Portuqaliyalı futbol mütəxəssisi Hüqo Oliveyra Fransa Liqa 1-də mübarizə aparan “Strasburq” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

41 yaşlı portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda ötən mövsüm bitən kimi komandadan ayrılmış və “İpsviç Taun” komandasının baş məşqçisi vəzifəsinə təyin olunmuş britaniyalı mütəxəssis Qari O’Nili əvəz edib. Onun rəhbərliyi altında Elzas təmsilçisi ötən mövsüm Liqa 1-də 8-ci yeri tutub və klub tarixində ilk dəfə Avropa Konfrans Liqasının yarımfinalına yüksəlib.

Hüqo Oliveyranın sonuncu iş yeri isə Portuqaliyanın “Famalikan” komandası olub. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci pillədə başa vuraraq tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Hüqo Oliveyra ilk dəfə ölkəsindən kənarda məşqçi kimi fəaliyyət göstərəcək.

“Neftçi” Sloveniyada “Osiyek”ə məğlub oldu

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşıb.

“Ağ-qaralar” Lendava stadionunda baş tutmuş bu görüşdə 0:1 hesabı ilə məğlub olublar. Yeganə qolu matçın 74-cü dəqiqəsində Admir Lyatifi vurub.

Baş məşqçi Yuri Vernidub bu oyunda aşağıdakı heyətə güvənib: 13. Kenan Piriç (1. Emil Balayev, 46), 5. İqor Ribeyro (17. Murad Xaçayev, 75), 6. Sessi D’Almeyda (18. İfeanyi Metyu, 63), 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 46), 11. İmad Faraj, 20. Qustavo Klisman (4. Elvin Camalov, 75), 24. Mustafa Sek (3. Rüfət Abbasov, 46), 29. Lyubomir Tupta (97. Bassala Sambu, 63), 33. Breno Almeyda (70. Andrey Ştoqrin, 75), 55. Endryu Qravilyon (14. Elvin Bədəlov, 75), 77. Falaye Sako.

“Ağ-qaralar” bu yoxlama oyunu ilə toplanışı başa vurub. Komanda sabah Bakıya qayıdacaq.

“Neftçi” daha öncə iyulun 2-də ÇFR (Kluj, Rumıniya, 1:2), 6-da “Partizan” (Serbiya, 0:1), 10-da isə “Radniçki” (Niş, Serbiya, 3:0) ilə yoxlama oyunları keçirmişdi.

“Turan Tovuz” Türkiyədə İran yığmasına qarşı

2026/2027-ci illər mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz”un qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bölgə təmsilçisi iyulun 17-də İranın 21 yaşlılardan ibarət yığma komandası (U-21) ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı olan “Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Digər rəqiblərin kimliyi və oyunların tarixləri hələ bəlli deyil.

Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında ötən mövsümü 59 xalla 3-cü pillədə başa vurub. Komanda keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Jota “Şamaxı”da – Rəsmi

Portuqaliyalı sol cinah müdafiəçisi Joao Pedro Monteyro de Oliveyra (“Jota” kimi tanınır – red.) bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaq yönündə fəaliyyətini davam etdirir. Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Pedro Monteyro de Oliveyranı da heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Jotanın sonuncu iş yeri Portuqaliyanın “San Juan de Ver” klubu olub. O, sözügedən komandanın heyətində 24 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Jota daha öncə “Sanyonaense”, “Monkarapaçense”, “Lusitaniya”, “Qondomar” kimi komandalarda da çıxış edib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov və Nicat Qaragözlünu də heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə bağlamış əyalət təmsilçisi Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau ilə də yollarını ayırıb.

Kreyq Harrison: “Sabah”la cavab matçı fərqli olacaq”

TNS-in baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının 1-ci raundunda “Sabah”a qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels təmsilçiləri arasındakı cavab görüşü sabah keçiriləcək.

Bakıdakı ilk oyunda 0:2 hesablı məğlubiyyətə üzülmüş Uels komandasının baş məşqçisi Kreyq Harrison bu gün təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“İlk oyunda məğlub olsaq da, hazırda komandada hər şey qaydasındadır. Biz dərk edirik ki, “Sabah” çox yaxşı komandadır. “Qarabağ” kimi Çempionlar Liqasında uğurla çıxış etmiş bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən, komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.

Bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadırlar, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidir, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. İlk qolu biz vursaq, hər şey dəyişəcək.

Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi analiz etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi və yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik. “Sabah” isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah yalnız bəzi kiçik xatırlatmalar edib meydana çıxacaq və ilk qolu vurmağa çalışacağıq. Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qol 1-ci dəqiqədə də gələ bilər, 80-ci dəqiqədə də. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur”.

“Biz evdə doğrudan da təhlükəli rəqibik”

Kreyq Harrison heyətlə bağlı ciddi itkilərin olduğunu vurğulayıb:

“Ben Uilson, Bred Yanq, Denni Devis, Adam Uilson, Rori Holden və Ceykob sabah oynamayacaqlar. Ümid edirik ki, növbəti mərhələyə qədər sağalarlar. Onlar bizim üçün çox vacib oyunçulardır. Səfər matçında ehtiyat oyunçular skamyamız çox gənc və təcrübəsiz idi. Demək olar ki, ümumilikdə 50-dən az oyun təcrübələri var idi. Evdə bəlkə də gənclərə şans vermək daha asan olar, amma səfərdə onları belə böyük təzyiq altına atmaq və səhv etmə ehtimallarını artırmaq ədalətli olmazdı”.

Baş məşqçi TNS-in ev oyunlarını süni örtüklü meydanda keçirməsinə də toxunub:

“Etiraf edək ki, Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burada məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burada rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk”.

Rojerio yenidən “Kəpəz”də!

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini keçmiş qapıçısı, tam adı Paulo Rojerio Veyqa dos Santosla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “Kəpəz” bu gün 2026/2027-ci illər mövsümü üçün ilk transferini rəsmiləşdirib. Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib. “Braqa”nın yetirməsi olan 26 yaşlı qapıçı 2024/2025-ci illər mövsümündə də “Kəpəz”in formasını geyinib. O, həmin mövsümdə meydana çıxdığı 32 oyunda 50 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb. Paulo məhz “Kəpəz”dən ayrılandan sonra İsrail klubu ilə müqavilə bağlamışdı. O, ötən mövsüm “İroni Tiberias”ın heyətində 12 oyuna çıxıb, 30 qol buraxıb, cəmi 3 matçdan “quru” çıxıb.

“Kəpəz”in köhnə-yeni qapıçısı vaxtilə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının da üzvü olub. O, “Lenk Vilaverdense”, “Trofense” və “Feyrense” kimi klubların da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlamış, Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev və Olavale Onanuqa ilə yollarını ayırmışdı.

Fuad Bayramov “Zirə”ni “Səbail”ə dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) sol cinah müdafiəçisi Fuad Bayramov “Zirə”dən ayrılaraq “Səbail”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Premyer Liqada “Şamaxı” və “Zirə”nin formasını geyinmiş Fuad Bayramovu heyətinə qatıb. 28 yaşlı cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fuad Bayramov Premyer Liqada “Şamaxı” və “Zirə”nin heyətində ümumilikdə 75 oyuna çıxıb, 6 qol vurub və 9 qol ötürməsi edib. O, “Şüvəlan” və “Turan Tovuz” klublarında da forma geyinib.

Xatırladaq ki, “Səbail” yeni mövsümdə də Birinci Liqada mübarizə aparacaq.

“Qəbələ” 5 yoxlama oyunu keçirəcək

Premyer Liqada 2026/2027-cı illər mövsümünə hazırlaşan “Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, komanda hazırlıq müddətində 5 matçda meydana çıxacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.

Qeyd edilir ki, yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.

Xatırladaq ki, “Qəbələ” 2025/2026-cı illər mövsümündə keçirdiyi 33 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb. 27 xal toplamış komanda 12 iştirakçı arasında 11-ci yeri tutub, elitada qalmaq üçün “Mingəçevir”lə pley-off oyununda qələbə qazanmaqla Premyer Liqadakı yerini qoruyub.

Babək Quliyev “Hamrun” – “Runavik” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Babək Quliyev Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Hamrun Spartans” (Malta) – “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq. İyulun 16-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Oyunu Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun ötən həftə keçirilib və 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında “Zirə” və “Neftçi” komandaları təmsil edir. “Qartallar”dan fərqli olaraq, “ağ-qaralar” mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcəklər.

Fərid Yusifli “Turan Tovuz”u “Şəfa”ya dəyişdi

“Turan Tovuz”un dayaq yarımmüdafiəçisi Fərid Yusifli bundan sonra Premyer Liqanın yeni iştirakçısı olacaq “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Transferin digər detalları açıqlanmayıb. Tovuz klubu da Fəridin transferi ilə bağlı “Şəfa” ilə razılığa gəlindiyini bəyan edib və Yusifliyə gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Fərid Yusifli “Neftçi”nin yetirməsidir. O, “ağ-qaralar”ın əsas komandasının heyətində ümumilikdə 38 oyun keçirib. Fəridin “Turan Tovuz” karyerası isə bütövlükdə 46 oyun və 2 assistdən ibarətdir.

Yarımmüdafiəçi Azərbaycanın U-16, U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens və Mussa Queli də heyətinə qatmışdı.

Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə yollarını ayırmış paytaxt klubu Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə də yeni müqavilə bağlayıb.

Vernidub: “Niyə Azərbaycan çempionu da olmayım?”

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub ölkəsinin “ua.tribuna.com” saytına müsahibə verib, Azərbaycandakı fəaliyyətindən danışıb.

Arena.az təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:

– Yeni müqavilənizdən başlayaq. “Neftçi” ilə sözləşmənin müddətini uzatdınız. Başqa variantları da nəzərdən keçirirdiniz, yoxsa komandada hər şey sizi qane edir?
– Məni “Neftçi”də hər şey qane edir. Bu, yaxşı komandadır, iş şəraiti də yüksək səviyyədədir. Rəhbərlik mənə yeni müqavilə təklif etdi və mən də dərhal razılıq verdim. Hər şey əladır.

– Artıq yeni mövsümün hədəfləri müəyyənləşdirilib?
– “Neftçi”də hədəflər həmişə ən yüksək olur. Üstəlik, bu il klub 90 illik yubileyini qeyd edir. Buna görə də mümkün olan ən yüksək nəticəni əldə etmək istəyirik. Amma yubiley olmasa belə, “Neftçi” Azərbaycanın tarixi klublarından biridir və burada məqsədlər həmişə böyük olur.

– Ötən mövsümü dördüncü pillədə başa vurdunuz. Bu dəfə hansı əyarlı medalları hədəfləyirsiniz?
– Ən yüksək əyarlı medalları qazanmaq istəyirik. Necə alınacağını zaman göstərəcək. Mən Belarus və Moldovada iki dəfə çempion olmuşam. Niyə Azərbaycan çempionu da olmayım? Bunu özüm də çox istəyirəm və qarşıma belə məqsəd qoyulmasına sevinirəm.

– Komandanız Konfrans Liqasının seçmə mərhələsində çıxış edəcək. Orada məqsədiniz nədir?
– Bəli, çempionatda dördüncü yeri tutaraq Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazandıq. Mən əvvəllər Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində iştirak etmişəm. Amma Konfrans Liqasının əsas mərhələsində olmamışam. Çox istəyirəm ki, bu dəfə ora yüksələk.

“Azərbaycan çempionat kifayət qədər gözlənilməzdir” – Yuri Vernidub

– Azərbaycan futbolu haqqında nə deyə bilərsiniz?
– Azərbaycan çempionatı kifayət qədər maraqlıdır. Premyer Liqada 12 komanda çıxış edir və yarış üç dövrədən ibarətdir. Püşk elə olur ki, hansısa rəqiblə üç oyunun ikisini evdə, yaxud əksinə, ikisini səfərdə keçirə bilərsiniz. Bu da çempionata maraq qatır. Çempionat kifayət qədər gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların belə sürpriz etməsi mümkündür. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalara qarşı vacib xallar itirmişdi. Azərbaycanda kifayət qədər güclü komandalar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır. Hazırda təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ”la “Sabah”a qalib gəliblər. Amma belə matçlara əsasən nəticə çıxarmaq olmaz. Kimisi böyük fiziki yüklənmələr altında oynayır, kimisi isə konkret oyuna xüsusi hazırlaşır. Azərbaycanda azarkeşlər futbola maraq göstərirlər. Xüsusilə “Neftçi” – “Qarabağ” və ya “Neftçi” – “Sabah” oyunlarında stadionlar demək olar ki, tam dolur. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxsaylı azarkeşləri var.

– Azərbaycanda hakimlik barədə nə deyə bilərsiniz?
– Azərbaycanda hakimlik də digər ölkələrdə olduğu kimidir. Hakimlər səhv edirlər, narazılıqlar olur. Açığı, məşqçi kimi bu mövzunu çox müzakirə etmək istəmirəm. Bu problem həmişə olub və olacaq. Hətta dünya çempionatı da göstərir ki, səhvlər və mübahisəli qərarlar qaçılmazdır. Hər məşqçi hakimin səhv etdiyini düşünəcək, hakim isə öz qərarını müdafiə edəcək. Ötən mövsüm mənim də belə vəziyyətim olmuşdu. Xüsusilə “Zirə” ilə oyunda. Həmin görüşdə heç-heçə etdik və itirdiyimiz xallar sonradan üçüncü yeri tutmağımıza mane oldu. Biz “Turan”la eyni sayda xal toplamışdıq, amma reqlamentə əsasən əvvəlcə qələbələrin sayı nəzərə alınır. Belə hallar olur. Sonradan hamı hakimin səhv etdiyini qəbul etdi, amma artıq nəticəni dəyişmək mümkün deyildi. Buna görə də səbirli olmaq və bir-birinə hörmətlə yanaşmaq lazımdır.

“Neftçi”yə Ukraynadan da futbolçular dəvət etmək istərdim” – Yuri Vernidub

– “Neftçi”də oyunun və nəticələrin yaxşılaşmasını futbolçular da qeyd ediblər. Buna necə nail oldunuz?
– Buraya gələndə demişdim ki, komandada kifayət qədər keyfiyyətli futbolçular var. Hamısı texnikalı və sürətlidir. Sadəcə oyun üzərində işləmək lazım idi. Futbolçular dediklərimizi tez başa düşdülər və xarakter göstərdilər. Mən onlara təşəkkür edirəm ki, həm mənim, həm də məşqçilər korpusumun futbol fəlsəfəsini qəbul etdilər. Məhz buna görə irəli addım ata bildik. İndi heyət yenilənib və yenidən hər şeyə sıfırdan başlayırıq. Amma problem görmürəm. Futbolçular işləməyə hazırdırlar, məşqlərə ciddi yanaşırlar. Qarşıya qoyulan məqsədlərə çatmaq gücümüz daxilindədir. Xarakter və intizam əsas amillərdir. Bundan başqa, futbolçular meydanda nə istədiyimizi, hücumda və müdafiədə necə davranmalı olduqlarını düzgün başa düşməlidirlər. Əgər bunu dərk edib yerinə yetirirlərsə, nəticə də gəlir.

– Heyəti gücləndirmisiniz? Ukrayna bazarını izləyirsiniz?
– Artıq dörd futbolçu transfer etmişik. Bunlardan biri Azərbaycanın milli komandasına da dəvət almış 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovdur. O, “Şamaxı”dan gəlib, amma “Neftçi”nin yetirməsidir. Bundan başqa, üç legioner cəlb etmişik. Mərkəz müdafiəçisi Endryu Qravilyon Fransa və İtaliyada çıxış edib, Qvadelupa millisinin üzvüdür və kifayət qədər yüksək səviyyəli futbolçudur. Yarımmüdafiəyə Portuqaliya çempionatından braziliyalı Qustavo Klismanı, hücum xəttinə isə Slovakiya millisinin üzvü Lyubomir Tuptanı transfer etmişik. O, çox universal futbolçudur, həm cinahlarda, həm mərkəz hücumçusu, həm də “10 nömrə” və “8 nömrə” mövqelərində oynaya bilir. Bilirik ki, heyəti daha da gücləndirmək lazımdır və bu istiqamətdə iş aparırıq. Mən Ukraynadan da futbolçular dəvət etmək istərdim. Amma bəyəndiyimiz oyunçuların hamısının yaxşı klublarla müqavilələri var. Buna görə də hazırda bunu reallaşdırmaq çətindir.

“Azərbaycan haqqında pis heç nə deyə bilmərəm” – Yuri Vernidub

– Azərbaycan haqqında ilk təəssüratlarınız necədir?
– Azərbaycan mənim çox xoşuma gəlir. Azərbaycanlılar çox tərbiyəli, mehriban və qonaqpərvər insanlardır. Ünsiyyətdə heç bir problem yaşamamışam. Bakı çox gözəl şəhərdir və sürətlə inkişaf edir. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burada balıq növlərinin seçimi də çoxdur. Yerli mətbəxi də çox bəyənirəm. Yayda hava isti olur, amma qış Ukrayna ilə müqayisədə daha mülayim keçir. Rütubət yüksək olduğuna görə +25-27 dərəcə istilikdə belə nəfəs almaq bir qədər çətinləşir. Şəhərin məşhur küləkləri isə havanı sərinləşdirir və istini daha rahat keçirməyə kömək edir. Azərbaycan haqqında pis heç nə deyə bilmərəm. Üstəlik, azərbaycanlılar Ukraynaya böyük dəstək göstərirlər. Bu xalqı və insanlarını çox bəyənirəm. Hər şey əladır.

– “Neftçi”də çalışdığınız dövrdən maraqlı bir hadisəni xatırlaya bilərsinizmi?
– Mən sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzəndə insanlar tez-tez yaxınlaşıb şəkil çəkdirirlər, “Neftçi”yə uğurlar arzulayırlar. Xüsusilə restoranlarda və kafelərdə işçilər məni tanıyır, böyük hörmət göstərirlər, söhbət edirik. Açığı, bunun xaricində xüsusi danışacağım maraqlı hadisə yoxdur. Hər şey qaydasındadır.

Nicat Qaragözlü “Şamaxı”da!

“Neftçi”nin yetirməsi olan gənc qapıçı Nicat Qaragözlü 2026/2027-ci illər mövsümündən etibarən “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klub gənc qapıçı Nicat Qaragözlünü heyətinə qatıb. 20 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nicat Qaragözlü “Neftçi”nin yetirməsidir. O, buna qədər yalnız paytaxt klubunun U-19 və əvəzedicilərdən ibarət komandalarında çıxış edib. Nicat Azərbaycanın U-19 yığmasında da çıxış edib.

“Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev və Emil Süleymanovu da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılov isə klubla yeni müqavilə imzalayıblar. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

Əvəzedicilər Liqasında yeni mövsümə avqustun 21-də start veriləcək

Premyer Liqada çıxış edən klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2026/27 mövsümünə avqustda start veriləcək.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Məlumatda vurğulanır ki, payız-yaz sistemi ilə təşkil olunacaq Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümünə avqustun 21-də start veriləcək. O da qeyd edilir ki, yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək bütün klubların əvəzedici komandaları bu yarışda mübarizə aparacaqlar.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 12 komanda yarışır. Bu isə o deməkdir ki, Əvəzedicilər Liqasında aşağıdakı klubların əvəzediciləri yarışacaqlar:

Sabah
Qarabağ
Turan Tovuz
Neftçi
Zirə
Sumqayıt
Araz-Naxçıvan
Şamaxı
İmişli
Qəbələ
Kəpəz
Şəfa

Vernidub “Radniçki” üzərində qələbəni şərh etdi

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub bu gün Serbiyanın “Radniçki” (Niş) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutmuş bu görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları vurğulayıb:

“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.

“Neftçi” “Radniçki”yə 3 cavabsız qolla qalib gəldi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda Serbiyanın “Radniçki” (Niş) kollektivi ilə üz-üzə gəlib.

“Ağ-qaralar” bu oyunda 3:0 hesabı ilə qalib gəliblər. Beltinçi stadionunda baş tutmuş görüşdə Breno Almeyda 2-ci və 26-cı dəqiqlərdə fərqlənməklə dubla imza atıb. Oyunda son nötqəni isə 82-ci dəqiqədə rəqib qapısına yol tapmış Ağadadaş Salyanski qoyub.

Yuri Vernidub bu oyunda aşağıdakı heyətə üstünlük verib: 1. Emil Balayev (93. Rza Cəfərov, 46), 5. İqor Ribeyro (17. Murad Xaçayev, 60), 6. Sessi D’Almeyda (18. İfeanyi Metyu, 60), 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 46), 11. İmad Faraj (97. Bassala Sambu, 60), 20. Qustavo Klisman (4. Elvin Camalov, 60), 24. Mustafa Sek (3. Rüfət Abbasov, 60), 29. Lyubomir Tupta (82. Məhəmməd Məmmədli, 80), 33. Breno Almeyda (19. Ağadadaş Salyanski, 71), 55. Endryu Qravilyon (80. Aslan Şirinov, 71), 77. Falaye Sako (14. Elvin Bədəlov, 46).

Qeyd edək ki, “Neftçi” daha öncə iyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da isə “Partizan”la (0:1) da qarşılaşmışdı. “Ağ-qaralar” ayın 13-də “Osiyek”lə (Xorvatiya) də üz-üzə gələcəklər.

Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan komanda iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.

“Araz-Naxçıvan” 2026/27 mövsümü üçün hazırlığa başladı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” 2026/2027-ci illər mövsümünə hazırlıq məqsədi ilə bu gün ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edib.

Baş məşqçi Cavid Hüseynov yeni transferlərlə bərabər əvəzedici heyətdən də bir neçə futbolçunu hazırlıq prosesinə cəlb edib. İyulun 12-dək gündə bir dəfə məşq keçəcək futbolçular ertəsi gün təlim-məşq toplanışına start verəcəklər. Dünən cərrahiyyə əməliyyatı olunan İbrahim Piriyev isə 3 həftədən sonra məşqlərdə iştirak edəcək.

Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.

Ayın 31-dək davam edəcək ikinci mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” ilə görüşlər nəzərdə tutulub. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün də rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaqlar.

Naxçıvan komandasının bütün hazırlıq prosesi Bakıda baş tutacaq.

Kamilo Duran “Qarabağ”a bu sözlərlə vida etdi

“Qarabağ”dan ayrılaraq Şotlandiyanın “Seltik” klubu ilə müqavilə bağlamış kolumbiyalı hücumçu Kamilo Duran Ağdam təmsilçisi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları qeyd edib:

“Burada olduğum müddətdə mənə göstərilən sevgi və hörmətə görə “Qarabağ” ailəsinə və bütün azarkeşlərə ürəkdən təşəkkür edirəm.

Bu şəhərdə çox gözəl xatirələr qazandım və hər zaman özümü evimdəki kimi hiss etdim. Birlikdə keçirdiyimiz bütün anlara görə komanda yoldaşlarıma, məşqçilər heyətinə və klubun görünməyən cəbhəsində çalışan hər kəsə minnətdaram.

İndi ayrılıq vaxtıdır. Amma buradan qəlbimdə böyük minnətdarlıq hissi ilə ayrılıram. Bu formanı geyinmək və belə möhtəşəm klubun bir hissəsi olmaq imkanını mənə verdiyi üçün Allaha şükür edirəm.

“Qarabağ”a gələcəkdə uğurlar, yeni qələbələr və daha çox kuboklar arzulayıram. Bu klub mənim qəlbimdə hər zaman xüsusi yer tutacaq.

Hər şey üçün təşəkkür edirəm!”

Xatırladaq ki, klublar arasında aparılmış danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlanmasa da, “Seltik”in bu transfer üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödədiyi iddia olunur. Bu isə Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı deməkdir.

Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçmişdi. 24 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Duran “Qarabağ”ın heyətində 45 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan klubu ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Azərbaycan futbolu tarixində bu uğur 13 il sonra təkrarlandı

Avrokubokların 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.

UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və Avropa Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəliblər. 2013/2014-cü illər mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metallurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

Azərbaycan futbolu tarixində 13 ildən sonra yenə 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıblar.

Artur Auqusto Da Silva “Araz-Naxçıvan”da!

İndoneziyanın “Semen Padanq” klubunun braziliyalı qapıçısı Artur Auqusto Da Silva bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı qapıçı 2026/2027-ci illər mövsümünü bu komandanın heyətində keçirəcək. 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir.

Artur Auqusto Da Silva karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense” və “Feyrense” klublarının qapısını qoruyub. O, son olaraq İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib. 2025-ci ilin yanvarından bu klubda forma geyinən qapıçının İndoneziya təmsilçisi ilə 2027-ci ilin 31 mayına kimi müqaviləsi mövcud idi. Bu üzdən də onun “Araz-Naxçıvan”a hansı statusda keçməsi qaranlıq qalır.

“Araz-Naxçıvan” daha öncə Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera və Rövlan Muradovu da heyətinə qatmışdı. Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro və Mustafa Əhmədzadə klubla yeni müqavilə bağlayıblar. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram , Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasov isə komandanı tərk ediblər.

Ramiz Məmmədov – “Karvan”ın yeni baş məşqçisi!

Geridə qalmış mövsümdə “Mingəçevir”i Premyer Liqaya çıxara bilməmiş Ramiz Məmmədov bundan sonra “Karvan”a rəhbərlik edəcək.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məmmədovla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma böyük ehtimalla o, “Mingəçevir”dən ayrılıb və “Karvan”la 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, 57 yaşlı mütəxəssis ötən mövsüm “Mingəçevir”i Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununa qədər daşısa da, burada “Qəbələ”yə məğlubiyyətə üzülmüşdü.

Ramiz Məmmədov daha öncə “Qəbələ”, “Atırau”, “Şamaxı” kimi komandalarda da çalışıb.

“Karvan”a isə geridə qalmış mövsümdə Füzuli Məmmədov rəhbərlik edirdi. O, mövsümün gedişində Yevlax təmsilçisinin sükanı arxasına keçmiş, amma komandanı elitada saxlaya bilməmişdi. Sonuncu olan bu komanda yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

Zubir Azərbaycan klublarının Avroliqada 300-cü qolunu vurdu

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” ilə ilk oyunu “Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Zubir bu oyunda komandasının qələbəsinə bir qolla töhfə verib.


Bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb. Əvvəl UEFA Kuboku, sonradan Avropa Liqası adlanan turnirdə keçirilmiş əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdular. “Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

“Qarabağ” “Vestri”yə qarşı cavab oyununu gələn həftə səfərdə keçirəcək.

Mussa Quel “Şəfa”da!

Şimali Makedoniyanın “Tikves” klubunun fransalı hücumameyilli yarımmüdafiəçisi Mussa Quel bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Əslən Kot-d’İvuardan olan Mussa Quel Fransanın “Loryan” klubunun yetirməsidir. O, bu ölkədə “Keviyi Ruan”, “Valensyen”, “Red Star”, “Dünkerk”, “Paris Atletiko”, “Burk-an-Bres” kimi klublarda da forma geyinib. Bir müddət Türkiyədə “Samsunspor”un uğurları üçün də çalışmış yarımmüdafiəçi bu ilin fevralından “Tikves”də oynayırdı. O, Şimali Makedoniya klubunun heyətində 15 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu və Dilan Mertensi də heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.

Kamilo Duran “Qarabağ”ı “Seltik”ə dəyişdi – Rəsmi

“Qarabağ”ın əsas heyət üzvlərindən olan kolumbiyalı hücumçu Kamilo Duran bundan sonra Şotlandiya nəhəngi “Seltik”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifi, kolumbiyalı hücumçunun istəyi nəzərə alınaraq müsbət cavablandırılıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlanmasa da, “Seltik”in bu transfer üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödədiyi iddia olunur. Bu isə Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı deməkdir.

Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçmişdi. 24 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Duran “Qarabağ”ın heyətində 45 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan klubu ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

UEFA reytinqində ilk həftənin qazancı: 0,750 əmsal

Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən “Qarabağ” yeni mövsümə uğurlu start sayəsində UEFA reytinqində ölkə əmsalını artırıb.

Arena.az xəbər verir ki, bu, komandanın Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiya təmsilçisi “Vestri”ni məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını Bakıda 2:0 hesabı ilə məğlub etmiş “Sabah”, eyni zamanda Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”nu (Kutaisi, Gürcüstan) 3:0 hesabıyla yenmiş “Zirə” də reytinqə eyni töhfəni vermişdi.

Beləliklə, Azərbaycan avrokubokların yeni mövsümünün ilk həftəsində UEFA reytinqində 0,750 əmsal qazanıb.

Hazırda son beş ilin nəticələrinə əsasən hesabında 19,312 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Bütün komandalarımız bu rəqiblərinə qarşı cavab oyunlarına gələn həftə çıxacaqlar.

Qurban Qurbanov: “Sanki ÇL matçında idilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya klublarının bu gün Bakıda baş tutmuş ilk görüşündə Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin bizdən gözləntisi çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qələbə vacib idi. Buna baxmayaraq, oyun planında narahatlığım var idi. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp qalxdı. Sonda da 3:0 qalib gəldik. Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Futbolçular bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. “Sabah”ı və “Zirə”ni də təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza uğurlar arzulayıram.

Xoni Montielin bu gün kənarda qalması zədəyə görə deyildi. Bu gün hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn oyunda oynasın. Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəyəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək etməsinə kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq. Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır”.

Qurban Qurbanov: “Qapıçıdan başqa bütün mövqelərə oyunçu axtarırıq”

Qurban Qurbanov yeni transferlərin çıxışına qiymət verib, eləcə də transfer çalışmalarından söhbət açıb:

“Zəkəriyyə Savo hələ tam ideal formasında deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə yaxşıdır, hansısa elementlərdə çatışmazlıq var. Kamilo Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da komandada qalsaydı, pis olmazdı.

Elvin Cəfərquliyevin başqa klublara transferi alınsaydı, yox deməyəcəkdik. Bəzi görüşlər oldu. Detallara ehtiyac yoxdur. Komandaya qayıtdı. Hansısa futbolçumuzun kənarda qalmasını istəmərik. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik.

Mateus Silvanın da gedəcəyi barədə xəbərlər var. Maraqlananlar var idi. Amma o, yeni mövsümdə bizimlə olacaq.

Hazırda qapıçı mövqeyindən başqa digər mövqelər üzrə oyunçular axtarırıq. Julio Romao və Yassin Benzyanın klubumuza qayıtması gündəmdə deyil. Bildiyim qədərilə, Romao artıq müqavilə bağlayıb. Benzya ilə bağlı ümumiyyətlə bir fikrimiz olmayıb”.

“Qarabağ” fantastik oynadı”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Çox çətin oyun oldu. “Qarabağ” öz keyfiyyətini göstərdi. Rəqibimiz fantastik oynadı. Onlara qarşı oynamaq çətindir. Rəqib boşluqlardan yaxşı yararlandı. Eşitmişdim ki, kimlərsə “Qarabağ”ın bizə 10 qol vuracağını ehtimal edirlər. Oyunçularımın göstərdiyi oyundan razıyam, fəxr edirəm. Gözəl müdafiə olunduq. Üç qoldan ikisi səhvlərimizdən irəli gəldi. Amma oyunçularımdan razıyam.

Vaxtımız var. Cavab matçına ciddi fokuslanmalıyıq. Daha çox keyfiyyəti artırmalıyıq”.

“Qarabağ” “Vestri”yə ilk oyunda 3 cavabsız qolla qalib gəldi

“Qarabağ” bu gün Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçirilib.

Ağdam təmsilçisi İslandiya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Oyunu Moldovadan olan hakimlər idarə ediblər. Qarşılaşmanın baş hakimi Roman Jitai olub.

Azərbaycan təmsilçisi avrokuboklarda debüt edən “Vestri” ilə görüşün aşkar favoriti idi. Baxmayaraq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində bu yay ciddi dəyişiklər olub. Amma Ağdam klubu mərhələ adlamaq üçün bu oyundan inamlı hesabla qalib ayrılmağa borclu idi. Əks halda cavab görüşündə işini çətinə sala bilərdi.

Təmsilçimiz istəyinə darmadağınla nail olub. 3 cavabsız qola sevinən Ağdam klubunun iki qolunu isə yeni transferlər – Zəkəriyyə Savo və Renaldo Sefas vurublar.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
9 iyul

Qarabağ – Vestri 3:0
Qollar: Zəkəriyyə Savo, 30. Abdullah Zubir, 45+2. Renaldo Sefas, 86.
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vicol, Andrey Brequta (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 7. Jali Muaddib, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

Vestri: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermansson, 29. Konstantin Çeşmedyev, 77. Serin Foll.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 2. Qabriel Kristyansson, 4. Fatai Qbadamosi, 7. Yakob Stensson, 11. Yohannes Selven, 13. Albert Yohansson, 14. Birkir Eydal, 18. Marino Haqbardsson, 19. Emmanuel Dua, 27. Albin Mörfelt, 45. Qudmundur Eynarsson.
Baş məşqçi: Daniel Osafo-Badu.

Karim Rossi “Qəbələ”də

Bu yay “Şamaxı”dan ayrılmış, əslən Mərakeşdən olan isveçrəli mərkəz hücumçusu Karim Rossi bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, Karim Rossi 2025-ci ilin yayında azad agent kimi qoşulduğu “Şamaxı”da bir mövsüm ərzində 35 oyuna çıxıb, 13 qol vurub, 1 məhsuldar ötürmə verib.

Rossi karyerası ərzində “Hall Siti”, “Sulte Varegem”, “Spetsiya”, “Luqano”, “Karmiotissa”, “Deva Yunayted”, “Kambur”, “Telstar”, “RFCU Lüksemburq”, “Persis Solo”, “Eskilstuna”, “Kyasso”, “Tsarsko Selo”, “Rasinq Yunion”, “Şaffhauzen” kimi klubların da formasını geyinib.

“Qəbələ” bu yay daha öncə Kouya Mabena və Natan Monzanqonu da heyətinə qatmışdı.

Emil Süleymanov yenidən “Şamaxı”da

Ötən mövsüm icarə əsasında “Şamaxı”da çıxış etmiş “Qəbələ”nin mərkəz yarımmüdafiəçisi Emil Süleymanov yenidən “Şamaxı”ya qayıdıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Süleymanov ötən mövsüm “Şamaxı”da icarə əsasında 28 oyuna çıxsa da, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməmişdi. Bu üzdən klub mövsüm bitən kimi onunla da yollarını ayırmışdı. Amma bu gün “Şamaxı” 22 yaşlı futbolçunun “Qəbələ”dən birdəfəlik transfer edildiyini açıqlayıb. Yarımmüdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalandığı diqqətə çatdırılıb. Transferin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Emil Süleymanov “Qəbələ”nin yetirməsidir. O, əyalət klubunun əsas komandasında 3 oyun keçirib.

“Şamaxı” bu yay Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli və Hacıəli Şirəliyevi də heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

Olavale Onanuqa da “Kəpəz”ə lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in dayaq yarımmüdafiəçisi Olavale Onanuqa Gəncə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər başa çatmış müqaviləni yeniləməmək qərarına gəliblər. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Olavale Onanuqa 2025-ci ilin avqust ayında yenidən Gəncə klubunun sıralarına qayıtmışdı. Nigeriyalı dayaq yarımmüdafiəçisi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 30 oyun keçirib, 1 qol vurub.

28 yaşlı futbolçu 2023/2024-cü illər mövsümündə də “sarı-göylər”in heyətində çıxış edib. Onanuqa həmin dövrdə “Kəpəz”də 27 oyuna 2 qol vurub. “Kəpəz”dən ayrılandan sonra Olavale “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında oynayıb. O, vaxtilə Albaniyanın “Kastrioti” klubunun da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov və Ehtiram Şahverdiyevlə də vidalaşmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska isə klubla yeni müqaviləyə imza atıblar.

Filipe Kandido – “Sumqayıt”ın yeni baş məşqçisi!

Portuqaliyalı futbol mütəxəssisi mütəxəssis Filipe Kandido Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”a baş məşqçi təyin edilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib, qarşıdakı mövsümdə ona işlərində uğurlar arzulayıb.

Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Filipe Kandido 2013-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. O, “Sousense”, “Salqeyros”, “Unian Leyriya”, “Mafra”, B-SAD, “Nasional”, “Boavişta” kimi komandalara rəhbərlik edib. Kandidonun sonuncu iş yeri “Pasuş de Ferreyra” olub. 46 yaşlı mütəxəssis 2025-ci ildə bu komandanı tərk edəndən bəri işsiz idi.

Dilan Mertens “Şəfa”da!

Niderlanddan olan hücumameyilli yarımmüdafiəçi Dilan Mertens bundan sonra Azərbaycan klubu “Şəfa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Dilan Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, 2025-ci ilin avqustunda müqavilə bağladığı bu klubdan ötən mövsüm başa çatan kimi azad agent statusu ilə ayrılmışdı.

Mertens karyerası ərzində Niderlandın “TOP Oss”, “Koninkleyke” və “Volendam” komandalarının da formasını geyinib. Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.

“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop və Andrey Draqunu da heyətinə qatmış, Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyevlə yeni müqavilə bağlamışdı. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.

“Zirə” – “Torpedo” matçı iki yubileylə tarixə düşdü

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Sumqayıtda baş tutmuş oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.

Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıblar. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanmış klublarımız 112 heç-heçə ediblər və 229 dəfə uduzublar.

Qitə kuboklarında debüt 1994/1995-ci illər mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbağça”ya 0:5 hesabı ilə uduzub.

“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.

Azərbaycan komandalarının ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilmiş “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Xatırladaq ki, “Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması gələn həftə Kutaisidə təşkil ediləcək.

“Turan Tovuz” “Turan”ın prezidentinə vəzifə verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunda 2026/2027-ci illər mövsümü öncəsi yeni təyinat gerçəkləşib.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Həsən Zeynalov klubun İdarə Heyətinin sədri Ehriram Quliyevin birinci müavini təyin edilib.

Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm Azərbaycan çempionu olmuş “Turan” Voleybol Klubunun prezidentidir.

“Turan Tovuz” ötən mövsüm Azərbaycan çempionatının bürünc mükafatçısı kimi Avropa Konfrans Liqasına vəsiqə qazanmışdı. Amma Tovuz klubu məlum səbəblərdən UEFA tərəfindən avrokuboklara buraxılmadı. Sözügedən komandanı Konfrans Liqasında “Zirə” əvəz etdi. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ötən gün Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrıldı. Cavab görüşü bir həftə sonra Kutaisidə olacaq.

Çimərlik futbolu: Millimiz Gürcüstanı 6 cavabsız qolla yendi

Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan millisi yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, millimiz Gürcüstan yığması ilə qarşılaşıb.

Azərbaycan millisi bu oyundan 6:0 hesablı qələbə ilə ayrılıb. Yığmamızın heyətində Orxan Məmmədov het-trik edibsə, Elşad Manafov dubla imza atıb. Digər qolu Sahib Məmmədov vurub.

Bu komandalar arasında növbəti yoxlama oyunu iyulun 10-da baş tutacaq.

Qeyd edək ki, bu qarşılaşmalar iyulun 15-19-da keçiriləcək çimərlik futbolu üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

“Zirə” də UEFA reytinqinə ilk töhfəsini verdi

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Zirə” yeni mövsümə uğurlu start sayəsində UEFA reytinqində əmsalını artırıb.

Arena.az xəbər verir ki, bu, komandanın Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu (Kutaisi) məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını Bakıda 2:0 hesabı ilə məğlub etmiş “Sabah” da eyni töhfəni vermişdi.

Hazırda hesabında 19,062 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

“Sabah” TNS-ə, “Zirə” isə “Torpedo”ya qarşı cavab oyununu bir həftə sonra səfərdə keçirəcək. Avrokuboklardakı digər təmsilçilərimizdən “Qarabağ” da bu gün ilk oyununa çıxacaq. Ağdam təmsilçisi İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

“Qarabağ” “Vestri” ilə ilk oyuna çıxır

“Qarabağ” bu gün Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək.

Ağdam təmsilçisi İslandiya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Oyunu Moldovadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Roman Jitai olacaq.

Azərbaycan təmsilçisi avrokuboklarda debüt edən “Vestri” ilə görüşün aşkar favoritidir. Baxmayaraq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində bu yay ciddi dəyişiklər olub. Amma Ağdam klubu mərhələ adlamaq üçün bu oyundan inamlı hesabla qalib ayrılmağa borcludur. Əks halda cavab görüşündə işini çətinə sala bilər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
9 iyul

20:00. Qarabağ – Vestri
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vicol, Andrey Brequta (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Rəşad Sadıqov: “Torpedo”ya daha çox qol vura bilərdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kutaisi “Torpedo”suna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasında bu gün Sumqayıtda baş tutmuş ilk qarşılaşma “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik.

Qarşılaşma heç də asan keçmədi. Bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir.

Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:

“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

“Torpedo”nun baş məşqçisi Dirk Şuster isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Sürpriz hazırlamışdıq, amma görünür çox güclü rəqibə qarşı oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. “Zirə”nin fərdi cəhətdən güclü futbolçuları var. İlk 30 dəqiqədən sonra bütün konsentrasiyanı itirdik, rəqib isə üstün oynadı. Bir qol buraxacağımızı gözləyirdik, amma favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Taktiki baxımdan meydan sahibləri güclü idi. 0:2-dən sonra futbolçularımız ruhdan düşdülər. Nəyisə dəyişməyə çalışdılar, amma alınmadı”.

Cavab oyunu barədə danışan mütəxəssis komandasının bir həftə sonra tamam fərqli sima göstərməyə çalışacağını deyib:

“0:3-dən sonra çətin olacaq, amma heç olmasa oyunu əlavə vaxta daşımağa çalışacağıq. Futbolda daha böyük hesablı məğlubiyyətlərdən dönüşlər olub”.

Azarkeşlərin oyundan sonra aqressiv reaksiyasına münasibət bildirən Şuster bunu müəyyən qədər normal saysa da, tribunadakı davranışı düzgün hesab etmədiyini vurğulayıb:

“Onlar məyusdurlar, bu normaldır. Amma tribunada belə davranmaq olmaz. 0:1 uduzsaydıq, belə reaksiya olmazdı”.

“Zirə” “Torpedo”ya Sumqayıtda 3 cavabsız qolla qalib gəldi

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi avrokubokların yeni mövsümündəki ilk sınağında Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə mübarizə aparır.

Bu komandalar arasındakı ilk oyun Sumqayıtda baş tutub. Qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edib. Matçın baş hakim Yani Hüytiya olub.

“Zirə” mərhələ adlamaq üçün ilk oyunda inamlı qələbə qazanmağa borclu idi. Əks halda səfərdə bu komandanı mübarizədən kənarlaşdırmaq daha çətin ola bilərdi. Rəqibini 3 cavabsız qolla məğlub etmiş “qartallar” yaxşı üstünlük əldə ediblər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

Onu da xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

Zirə – Torpedo 3:0
Qollar: Ruan Renato, 32; 64-pen. Davit Volkov, 47.
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
“Sumqayıt Arena”.

Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 17. Vieyrinya, 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 6. Məhəmməd Şerif, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 16. Sori Mane, 22. Dato Bukiya, 39. Vircil Pinson.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 3. Rikardo Arauxo, 5. Tsotne Nadaraya, 20. Dino Skorup, 24. Luka Latsabidze, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 33. Mateo Stamatov, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili.
Baş məşqçi: Dirk Şuster.

Qurban Qurbanov: “Avropada bizə diqqət artır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya komandaları arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.

Qurban Qurbanov bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah biz də ilk oyunumuza çıxacağıq. Heyətimizdə dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Yeni transferlərdən kimlər heyətə tez qoşulublarsa, onlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi var.

Mən püşkatmada heç vaxt rəqiblərə fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq”.

Qurban Qurbanov komandanın əsas qol silahlarından olan Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna keçməyə yaxın olduğunu da təsdiqləyib:

“Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür. Duran bizim əsas oyunçumuz idi. Avrokubok oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı.

Yeni transferlərdən bəziləri sabah meydanda olacaq. Heyətdəki digər oyunçulardan ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm. Elvin Cəfərquliyevə gəlincə, onun sabah oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik”.

“Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu da bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, “Qarabağ”ı qarşılaşacaqları ən güclü komanda adlandırıb:

“Belə güclü bir komandaya qarşı oynamaq çox həyəcanvericidir. Komandam üçün çətin oyun olacaq. Lakin öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”da oyunçular dəyişsə də, baş məşqçi eynidir. Əminəm ki, onlar baş məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun üslubu baxımından dəyişiklik yoxdur. Bu, Çempionlar Liqasında izlədiyimiz eyni oyundur. Mən futbolu sevirəm və “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar haqqında məlumatlı idim.

Azərbaycan gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. “Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır. Oyunla bağlı planlarımı açıqlamaq istəmirəm. “Qarabağ” topla fəal oynayır, hücum edir və texnikalıdır. Bəlkə də əks-hücumlara üstünlük verəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm”.

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyununa saat 20:00-da start veriləcək.

Ehtiram Şahverdiyev “Kəpəz”i tərk etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev Gəncə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə müqavilənin müddəti bitib. Tərəflər yeni müqavilə bağlamağa ehtiyac duymayıblar. Klub Ehtirama xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ehtiram Şahverdiyev 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan “Kəpəz”ə keçmişdi. Müdafiəçi Gəncə təmsilçisinin heyətində bütövlükdə 105 oyun keçirib, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.

Xatırladaq ki, “Kəpəz” daha öncə Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov və Camal Cəfərovla da yollarını ayırmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska isə klubla yeni müqavilə bağlayıb.

Sadiq Məmmədzadə “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 19 yaşlı qolkiperlə 2 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Sadiq Məmmədzadə futbolçu karyerasına “Səbail”də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra “Qarabağ”a qoşulmuş qapıçı, son mövsümü icarə əsasında “Difai”də keçirib.

Məmmədzadə həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür.

“İmişli” daha öncə Seyxan Fərəcov, Fərid Nəbiyev və Bəxtiyar Həsənalızadəni də heyətinə qatmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış əyalət klubu Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka ilə də yollarını ayırmışdı.

Yeri gəlmişkən, “İmişli” qapıçı məşqçisi Elşad Tahirovla əməkdaşlığı davam etdirməyə qərar verib. Klubla Elşad Tahirov arasında 1 illik yeni müqavilə imzalanıb.

Əyalət təmsilçisi həm də skautinq departamentinin rəhbəri vəzifəsinə beynəlxalq təcrübəyə malik futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib. UEFA ASSIST proqramlarının məzunu olan Rəsul Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində uzunillik təcrübəyə sahibdir. O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.

Futzal: “Araz-Naxçıvan”ın ÇL-də bir rəqibi bəlli oldu

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün ilk püşkatma mərasimi təşkil edilib.

Arena.az xəbər verir ki, püşkatma mərasimində ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib.

Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” əsas mərhələnin B yolunda mübarizə aparacaq. Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

“Araz-Naxçıvan” “Piast”, eləcə də ilkin mərhələnin C və E qruplarının qalibləri ilə üz-üzə gələcək.

C qrupu:
“Buba Mara” (Bosniya və Herseqovina)
“GİU” (Gürcüstan)
“Utleyra İdrettslag” (Norveç)
LYNX (Cəbəllütarıq)

E qrupu:
(“Veilimdorf” (Almaniya)
“Tallinin” (Estoniya)
“Unisport” (Ermənistan)
“Reykyavik” (İslandiya)

Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

Məlumat üçün qeyd edək ki, futzal üzrə UEFA Çempionlar Liqasında ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışacaq. Onlardan 32-si ilkin mərhələdə mübarisə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək. Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək.

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz. Buna görə də “Unisport” E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.

Bəxtiyar Həsənalızadə “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 33 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Bəxtiyar Həsənalızadə son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib. O, 2024-cü ildən Naxçıvan klubunun uğurları üçün çalışsa da, bu yay sözügedən komandanı azad agent kimi tərk etmişdi. Müdafiəçi karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında da çıxış edib.

“İmişli” daha öncə Seyxan Fərəcov və Fərid Nəbiyevi də heyətinə qatmışdı. Əyalət klubu Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlayıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka isə komandanı tərk ediblər.

UEFA reytinqində siftə “Sabah”dan gəldi

Futbol üzrə son ölkə çempionu, tarixində ilk dəfə çempionluq sevinci yaşamış “Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Arena.az xəbər verir ki, bu, komandanın Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS-i məğlub etməsi sayəsində mümkün olub.

Masazır təmsilçisi ötən gün doğma meydanda baş tutmuş görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Azərbaycan təmsilçisinin qalibiyyəti ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan hazırda (18,812 əmsal) 26-cı pillədə qərarlaşıb. 27-ci sırada Slovakiya (18,250), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368) üçüncü pillədə qərarlaşıb. Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

“Sabah” TNS-ə qarşı cavab oyununu bir həftə sonra səfərdə keçirəcək. Avrokuboklardakı digər təmsilçilərimizdən “Zirə” ilk oyununu bu gün, “Qarabağ” isə sabah keçirəcək.

Fərid Nəbiyev “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyev ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Fərid Nəbiyev son mövsümü “Kəpəz”də keçirib. O, 2025-ci ilin yayında yenidən “Kəpəz”ə qayıtmışdı. Lakin bu yay klubla müqaviləsinin müddəti başa çatmış Nəbiyev komandanı azad agent kimi tərk etmişdi. Yarımmüdafiəçi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu həmin dövrdə 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

“Qəbələ”nin yetirməsi olan Fərid karyerası ərzində “Slaviya” (Praqa, Çexiya), “Şevardeni”, “Viktoriya” (Jijkov, Çexiya), “Turan Tovuz”, “Səbail” kimi klubların da formasını geyinib. Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

“Zirə” Sumqayıtda “Torpedo” ilə üz-üzə

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi avrokubokların yeni mövsümündəki ilk sınağında Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə mübarizə aparacaq.

Bu komandalar arasındakı ilk oyun Sumqayıtda baş tutacaq. Oyunu finlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakim Yani Hüytiya olacaq.

“Zirə” mərhələ adlamaq üçün ilk oyunda inamlı qələbə qazanmağa çalışmalıdır. Əks halda səfərdə bu komandanı mübarizədən kənarlaşdırmaq daha da çətin ola bilər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

Onu da xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

20:00. Zirə – Torpedo
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
“Sumqayıt Arena”.

Dambrauskas: “Hər bir lider öz işi ilə məşğul olmalıdır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində TNS-ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionlarının bu gün Masazırda baş tutmuş ilk görüşü “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Azərbaycanlı futbol azarkeşlərini ÇL-dəki ilk qələbə münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bildirmişdik. Oyunçularıma deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha çox səbirli olmalısan. Çox məmnunam. Amma hələ heç nə bitməyib. Bizi çətin səyahət gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Stiv Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməyəcək. Amma onu əvəz edə biləcək kifayət qədər oyunçumuz var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq.

Ötən mövsüm bəzi oyunlarda Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.

Təbii ki, daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bu matçdan fərqli olaraq, evdə daha cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır”.

“Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın”

ABŞ prezidenti DÇ-2026-da amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi üçün FİFA-ya müraciət etmiş və onun bağışlanmasına nail olmuşdu. Hansı ki, son günlərdə bütün dünya futbol ictimaiyyəti bu qərardan danışır. Dambrauskas Stiv Solvetə göstərilmiş qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməklə bağlı müvafiq suala maraqlı cavabı ilə diqqət çəkib:

“Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət olunur. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider öz işi ilə məşğul olmalıdır”.

Dambrauskas səfər oyununa hazırlıq planlarından da söhbət açıb:

“Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını bilmirik, bunun üçün tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklənəcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik. Onlar bura necə gəlibsə, biz də o qədər uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu, bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın”.

“Evdə yaxşı nəticəyə ümid edirik” – Kreyq Harrison

TNS-in baş məşqçisi Kreyq Harrison da matçdan sonra fikirlərini bölüşüb:

“Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq.

İlk hissədə güc sərf etdik. Hücumameyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik.

Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, “Sabah”a qarşı da bu uğurlu nəticəni qazanacağıq”.

“Sabah” ÇL-də inamlı qələbə ilə debüt etdi!

Futbol üzrə Azərbaycan çempionatının sonuncu qalibi “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, ÇL-də debüt edən paytaxt klubu startda Uels çempionu TNS ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk oyun Masazırda baş tutub. Bu oyunu polşalı hakimlər briqadası idarə edib.

Cavab görüşü səfərdə keçiriləcəyi üçün Azərbaycan çempionu ilk oyundan mümkün qədər müsbət nəticə ilə ayrılmalı idi. Əks halda bu rəqibi səfərdə mübarizədən kənarlaşdırmaq xeyli çətinləşə bilərdi. Amma Valdas Dambrauskasın kollektivi istəyinə 2 cavabsız qolla çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması iyulun 14-də Osvestridəki “Park Holl” stadionunda keçiriləcək.

Bu cütün qalibi növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul

Sabah – TNS 2:0
Qollar: Velko Simiç, 66, Kahim Parris, 83.
Hakimlər: Patrik Qriçkeviç, Marçin Bonyek, Bartoş Kazinski,Voyçex Miç (Polşa).
Masazır Arena.

Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 19. Aaron Maluda, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

TNS: 1. Natan Şepperd, 4. Dominik Korness, 6. Cek Bodenham, 10. Daniel Redmond, 14. Danuiel Uilyams, 15. Eoyn Farrel, 16. Daynel Simeu, 17. Cordan Uilyams, 19. Ben Klark, 20. Ris Hyuces, 21. Leo Smit.
Ehtiyat oyunçular: 30. Cek Edvards, 3. İsaak Qodvin, 8. Rayan Brobbel, 12. Harvi Qodsmkar-Ford, 22. Daniel Deyvis, 23. Zak Nolan, 24. Cek Nadin, 26. Luis Fillips, 27. Ceyk Kanavan, 31. Ben Vullam, 34. Coşua Lok.
Baş məşqçi: Kreyq Harrison.

Zamir Həsənov “İmişli”də

UEFA Pro lisenziyalı futbol mütəxəssisi Zamir Həsənov bundan sonra Premyer Liqa təmsilçisi “İmişli”nin məşqçilər korpusunda çalışacaq.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Həsənov əsas komandada köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.

Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” və “Səbail” Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.

Xatırladaq ki, “İmişli” bir neçə gün öncə baş məşqçi postuna sabiq çalışdırıcısı Fərid Namazovu gətirdiyini açıqlayıb.

Vüsal Əliyev və Cavad Qurbanlı “Səbail”də!

2026/2027 mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha 2 futbolçu – Vüsal Əliyev və Cavad Qurbanlı ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”da çıxış etmiş bu iki futbolçu ilə 1 illik müqavilə bağlayıb.

Vüsal Əliyev “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2025-ci ilin sentyabr ayından “Şahdağ Qusar”da çıxış edirdi. 23 yaşlı futbolçu vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Cavad Qurbanlı isə “Neftçi”nin yetirməsidir. 24 yaşlı futbolçu mərkəz müdafiəçisidir. O, karyerası ərzində “Zirə-2” və “Zaqatala”da da çıxış edib. Müdafəçi 2025-ci ilin sentyabrından “Şahdağ Qusar”ın uğurları üçün çalışırdı.

“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov, Vüsal Məsimov və Zeynəddin Abdurrahmanovu heyətinə qaytarmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu, “İmişli”dən Abbas Ağazadəni, “Mingəçevir”dən isə Kənan Quliyevi transfer edib.

Mustafa Əhmədzadə daha 2 il “Araz-Naxçıvan”da!

2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Araz-Naxçıvan” dayaq yarımmüdafiəçisi Mustafa Əhmədzadə ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 23 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək.

Mustafa Əhmədzadə “Araz-Naxçıvan”a 2024-cü ilin yayında İspaniyanın “Montanesa” klubundan cəlb edilib. O, Naxçıvan klubunun əsas komandasının heyətində 46 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi 2025-ci ildə Azərbaycan milli komandasında da debüt edib. O, millimizin heyətində cəmi 1 oyun keçirib.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev və İssuf Paro ilə də yeni müqavilə bağlamışdı. Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera və Rövlan Muradovu heyətinə qatmış Naxçıvan klubu Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasovla da yollarını ayırıb.

“Qarabağ” “Vestri” ilə oyunlar üçün iştirak ərizəsini açıqladı

“Qarabağ” Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Vestri” (İslandiya) ilə matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.

A vərəqindəki “20-liy”ə aşağıdakı futbolçular daxil edilib:

Qapıçılar: 99. Mateuş Koxalski, 1. Şahrudin Məhəmmədəliyev;

Müdafiəçilər: 2. Mateus Silva, 5. Bruno Lanqa, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 7. Jali Muaddib, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 88. Samuel Lobato;

Hücumçular: 11. Zəkəriyyə Savo, 17. Kamilo Duran, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas.

B vərəqində isə 4 futbolçu yer alıb:

Qapıçılar: 12. Teymur Həsənov, 77. Bilal Hacıyev;

Yarımmüdafiəçilər: 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.

Qeyd edək ki, “Qarabağ”ın “Vestri” ilə ilk oyunu iyulun 9-d Bakıda, cavab görüşü ayın 16-da İslandiyada baş tutacaq.

Eduardo Kunde “Qəbələ”dən getdi

Azərbaycan Premyer Liqasında 2026/2027-cı illər mövsümünə hazırlaşan “Qəbələ” braziliyalı müdafiəçisi Eduardo Kunde ilə yollarını ayırıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Monteneqro əsilli braziliyalı futbolçuya xidmətləri üçün təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Eduardo Kunde 2025-ci ilin avqust ayından “Qəbələ”nin sıralarında idi. O, əyalət təmsilçisinin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 27 oyun keçirib.

Kunde daha öncə Bolqarıstanda “Botev” (Vratsa), Braziliyada “Operario”, “Bruske”, Yaponiyada “Saqamihara”, İndoneziyada “Persis Solo” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” daha öncə İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu, Okan Təhməzli və Seydina Keyta ilə də yollarını ayırmışdı.

Gedənlərin əvəzində Kouya Mabena və Natan Monzanqonu transfer etmiş “Qəbələ” Səlahət Ağayevlə də yeni müqavilə bağlayıb.

Camal Cəfərov da “Kəpəz”lə vidalaşdı

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “Kəpəz” daha bir futbolçusu – Camal Cəfərov ilə də yollarını ayırıb.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub Camala xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Camal Cəfərov bu ilin fevral ayından “Kəpəz”in uğurları üçün çalışırdı. O, daha öncə də icarə əsasında Gəncə klubunun formasını geyinmişdi. Camal bu komandanın heyətində bütövlükdə 59 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Rusiyanın “Anji” (Mahaçqala) klubunun yetirməsi olan Cəfərov daha öncə “Sabah” və “Səbail”in də formasını geyinib.

“Kəpəz” bu yay Rauf Hüseynli, Məmməd Hüseynov, Luis Paçu, Fərid Nəbiyev və Yusif İmanovla da yollarını ayırmış, Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlamışdı.

Rəşad Sadıqov: “Hazırlıq üçün vaxtımız az idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan komandaları arasındakı ilk oyun sabah Sumqayıtda baş tutacaq.

Rəşad Sadıqov bu gün təşkil edilmiş mətbuat konfransında Kutaisi təmsilçisi ilə ilk oyundan gözləntilərini paylaşıb:

“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqibimiz təcrübəlidir. Sabit olaraq avrokuboklarda çıxış edirlər. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Bəzi matçlarına baxmışıq, təhlil etmişik. Avrokuboklara xüsusi hazırlıq olur. Futbolçular da bunu hiss edirlər”.

Rəşad Sadıqov komandasındakı itkilərdən də söhbət açıb:

“Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır. Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. Maykonun zədələnməsi bizi narahat etməyə bilməz. Amma inanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək”.

Baş məşqçi bir neçə futbolçu ilə yolları ayırdıqlarını söyləyib:

“Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaqlar. Bütün məqamları futbolçularla danışmışıq. Bəzi futbolçular toplanışa artıq çəki ilə gəldilər. Çünki avrokuboklarda iştirak planda yox idi. Bəlkə daha əvvəl vəsiqə qazansaydıq, belə olmazdı və futbolçular da düşərgəyə daha intizamlı gələrdilər”.

Mətbuat konfransında iştirak edən “Zirə”nin kapitanı Qismət Alıyev də “Torpedo”” ilə ilk oyundan öncə fikirlərini bölüşüb:

“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq”.

Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu sabah Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 16-da baş Kutaisidə tutacaq.

Azərbaycan Premyer Liqasında yay bazarlığı – Yenilənir

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar yay transfer pəncərəsində heyətlərini gücləndirməyə çalışırlar.

Arena.az sizi Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni transferləri, eləcə də komandalardan göndərilən futbolçuların siyahısı ilə tanış edir:

SABAH

Gələn: Eyden Makkarti (“Kayzer Çifs”, CAR), Yunes Laşaab (“Lill”, Fransa, icarə), Junior Almeyda (“Maritimo”, Portuqaliya), Ksander Severina (“Makkabi”, Hayfa, İsrail), Amin Ramazanov (“Qarabağ”)
Gedən: Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev (“Zirə”), Nicat Mehbalıyev (“Şəfa”), İqor Noqeyra, Andrey Santos (“İberiya, Gürcüstan, icarə), Seymur Məmmədov (“Şahdağ Qusar”, icarə)
Müqavilə müddətini artıran: Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov, Patrik Mbina

QARABAĞ

Gələn: Zəkəriyyə Savo (“Yurqorden”, İsveç), Jali Muaddib (“Omoniya”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaegerseq”, Macarıstan), Cebrail Makreçkis (“Ferentsvaroş”, Macarıstan)
Gedən: Toral Bayramov (“Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov (“Sabah”), Leandro Andrade (“Polesye”, Ukrayna), Sadiq Məmmədzadə (“İmişli”), Kamilo Duran (“Seltik”)
Müqavilə müddətini artıran: Pedro Bikalyo, Bədavi Hüseynov

TURAN TOVUZ

Gələn: Dioqo Balau (“Şamaxı”), Aleksey Kenyaykin (“Rubin”, Rusiya)
Gedən: Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov (“Zirə”), Fərid Yusifli (“Şəfa”)
Müqavilə müddətini artıran: İbrahima Vadji

NEFTÇİ

Gələn: Rüfət Abbasov (“Şamaxı”), Rza Cəfərov (“Qəbələ”, icarədən qayıdıb), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon (“Peskara”, İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan)
Gedən: Vensan Abubakar, Edvin Kuç (“Balkani”, Kosovo), Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Kipr), Cordan Rezabala
Müqavilə müddətini artıran: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev

ZİRƏ

Gələn: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Ayxan Hüseynov (“Turan Tovuz”), Vieyrinya (“Olimpiakos”, Nikosiya, Kipr), Hüseynəli Quliyev (“İmişli”), Kris Diqbeu
Gedən: Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə (“Varajdin”, Xorvatiya, icarə müddəti bitib), Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov (“Araz-Naxçıvan”), Fuad Bayramov (“Səbail”)
Müqavilə müddətini artıran: Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

ARAZ-NAXÇIVAN

Gələn: Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (“Cəbrayıl”), Alberto Fernandes (“Akritas Xlorakas”, Kipr), Alexandro Herrera (“San Kristobal”, Dominikan), Rövlan Muradov (“Zirə”), Artur Auqusto Da Silva (“Semen Padanq”, İndoneziya), Məhəmməd Mara (“Kançanaburi Pover”, Tailand)
Gedən: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə (“İmişli”), Coşqun Diniyev, Kristian Avram (“Petrokub”, Moldova), Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov
Müqavilə müddətini artıran: Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə

SUMQAYIT

Gələn: Xeymes Almeyda (“Pasuş de Ferreyra”, Portuqaliya)
Gedən: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə), Mehdi Cənnətov (“Səbail”)
Müqavilə müddətini artıran: Emil Mustafayev

ŞAMAXI

Gələn: Uğur Cahangirov (“Karvan”), Emin Rüstəmov (“Karvan”), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə (“Qəbələ”), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev (“Difai”), Emil Süleymanov (“Qəbələ”), Nicat Qaragözlü (“Neftçi”), Jota (“San Juan de Ver”, Portuqaliya), Rui Paçeko (“Paredes”, Portuqaliya), David Deqo (“İroni”, Modiin, İsrail)
Gedən: Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov (“Şəfa”), Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov (“Neftçi”), Karim Rossi (“Qəbələ”), Bilal İsmayılov, Sezar Henrike (“Alaşkert”, Ermənistan), Ravil Qafarov, Dioqo Balau (“Turan Tovuz”)
Müqavilə müddətini artıran: Abdulla Seydəhmədov, Həbib İsmayılov

İMİŞLİ

Gələn: Seyxan Fərəcov (MOİK), Fərid Nəbiyev (“Kəpəz”), Bəxtiyar Həsənalızadə (“Araz-Naxçıvan”), Sadiq Məmmədzadə (“Qarabağ”), Yusif İmanov (“Kəpəz”)
Gedən: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə (“Səbail”), Hüseynəli Quliyev (“Zirə”), Rafael Vyeqas, Andrey Sinenka
Müqavilə müddətini artıran: Tuncay Yusifli, İdris İnqilablı, İmam Əli

KƏPƏZ

Gələn: Rojerio Santos (“İroni Tiberias”, İsrail)
Gedən: Rauf Hüseynli (“Şəfa”), Məmməd Hüseynov (“Şəfa”), Fərid Nəbiyev (“İmişli”), Luis Paçu, Yusif İmanov (“İmişli”), Camal Cəfərov, Ehtiram Şahverdiyev (“Səbail”), Olavale Onanuqa
Müqavilə müddətini artıran: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

QƏBƏLƏ

Gələn: Kouya Mabena (“Floriana”, Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi (“Şamaxı”)
Gedən: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (“Stellenboş”, CAR, icarə müddəti bitib), Rza Cəfərov (“Neftçi”, icarə müddəti bitib), Sambu Sissoko (“Valensyen”, Fransa, icarə müddəti bitib), Murad Musayev (“Şəfa”), Adriel Ba Lua, Ceyhun Bağırzadə (“Şamaxı”), Domi Massumu (“Alaşkert”, Ermənistan), Okan Təhməzli (“Şamaxı”), Seydina Keyta, Eduardo Kunde, Emil Süleymanov (“Şamaxı”)
Müqavilə müddətini artıran: Səlahət Ağayev

ŞƏFA

Gələn: Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Arsen Ağcabəyov (“Şamaxı”), Murad Musayev (“Qəbələ”), Məmməd Hüseynov (“Kəpəz”), Vlad Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Draqu (“Unirea Sloboziya”, Rumıniya), Dilan Mertens (“Telstar”, Niderland), Mussa Quel (“Tikves”, Şimali Makedoniya), Fərid Yusifli (“Turan Tovuz”)
Gedən: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqavilə müddətini artıran: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama oyununu keçirib

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, milli komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.

The post Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama oyununu keçirib appeared first on Komanda.az.

“Sabah” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start veriləcək.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. Turnir cədvəlinin vahid lideri “Sabah” Masazırda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Günün ikinci oyununda “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Turun qalan oyunları sabah və birigün keçiriləcək.

Azərbaycan Premyer Liqası, 19-cu tur

8 fevral

Sabah – Araz-Naxçıvan
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”, 16:00

Sumqayıt – Zirə
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30

9 fevral

İmişli – Kəpəz
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu, 14:30

Turan Tovuz – Karvan-Yevlax
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 18:30

10 fevral

Şamaxı – Qarabağ
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu, 14:30

Neftçi – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”, 19:00

The post “Sabah” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR appeared first on Komanda.az.

❌