Normal view

Today — 25 April 2026Main stream

Azərbaycan idmançısı Daşkənddə 5-ci oldu

25 April 2026 at 17:45

“Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə “Mantena” Kuboku turnirində iştirak edib.

Futbolpress.az xəbər verir ki, beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə Hümbətov “Aqat” ləqəbli atla hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub.

O, hündürlüyü 115 sm olan maneələrin keçilməsində isə 6-cı nəticə göstərib.

Turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.

Qəbələdə heyətlər açıqlandı

25 April 2026 at 17:30

“Qəbələ” Misli Premyer Liqasının XXIX turunda bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 18:30-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov22. Fərid İsgəndərov74. Süleyman Damadayev66. Nuğay Rəşidov 12. İbrahim Sanqare 3. Eduardo Kunde
Baş məşqçi: Kaxaber Sxadadze
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 10. Felipe Santos 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

 

“İnter” onun transfer hüquqlarını alacaq

25 April 2026 at 17:15

“İnter” icarə əsasında komandada çıxış edən Manuel Akanjinin transfer hüquqlarını alacaq.

Futbolpress.az xəbər verir ki, “neradzurra” isveçrəli müdafiəçi üçün klubu “Mançester Siti”yə 15 milyon avro ödəyəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Akanji mövsümün əvvəlində “Mançester Siti”dən “İnter”ə keçib. O, Milan təmsilçisi ilə 42 oyunda 2 qol vurub.

“Neftçi” və “Qarabağ”ın birgə bəyanatı

25 April 2026 at 16:10

“Neftçi” Misli Premyer Liqasının XXIX turunda sabah “Qarabağ”la qarşılaşacaq.

Futbopress.az xəbər verir ki, hər iki komanda matçdan öncə birgə bəyanat yayıb:

“26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları iki dəfə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Neftçi” və “Qarabağ” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da start götürəcək.

Sərxan Hacıyev: “Finalın Azərbaycanda keçirilməsini istəyirik”

25 April 2026 at 15:53

– Aprelin 13-dən U-20 yığma komandası təlim-məşq toplanışına yığılıb. Sabah toplanışın son günüdür. Toplanış zamanı 2 futbolçu zədələnib. Biri əvvəldən zədələnmişdi deyə başqa futbolçu çağırıldı. Digəri isə toplanış zamanı zədə aldı. Hazırlıq davam edir, yeni məşqçilər heyəti var. Sabah son gündür. Bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.

– Növbəti təlim-məşq toplanışının harada keçirilməsi planlaşdırılır?
– Mayın sonunda başlayacaq və iyunun əvvəlinə kimi planlaşdırılır. O da Qəbələdə baş tutacaq.

– Yoxlama oyunları olacaq?
– Bu toplanışda olmadı. Bunu baş məşqçi xahiş etdi. Toplanışı daha çox futbolçuları tanımaq üçün etdik. İkinci hazırlıqda artıq fikir var ki, yoxlama oyunu olsun. Ancaq hələ qərar verilməyib. Rəqibi məşqçilər korpusu seçəcək.

– U-20 dünya çempionatına hazırlıq necə gedir?
– Qurumlarla əlaqədəyik. FIFA və Özbəksitandan olan həmkarlarla sıx danışıqlar olur. Hazırlıqlar davam edir. Detallı məlumatlar yoxdur. Açılış və bağlanış oyunu ilə bağlı da hələ qeyri-müəyyənlik var. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarından oktyabrın əvvələrinə təsadüf edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.

– Futbolçuların oyun praktikasının artırılması ilə bağlı hansısa addım atılacaq? Əvəzedicilər Liqasının da ləğvi müzakirə olunub. Premyer Liqa və ya I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?
– Bu qərar verilmədi və olmayacaq. Komanda hazırda gördüyünüz kimi, bir ayda təxminən iki həftəlik toplanış keçəcək. Sual yaranır ki, çempionatlar necə olacaq? Çünki bəzi futbolçular Gənclər Liqasında, bəziləri Əvəzedicilərdə oynayır. PFL və Gənclər Liqasını keçirən daxili departamentlə danışdıq və yarışları müvəqqəti dayandırdıq. Bunu etmək məcburiyyətində idik. Əvəzedicilər Liqasının ləğvi müzakirə olunur, amma hələ qərar verilməyib. Ləğv olunmasa belə, böyük ehtimalla format dəyişikliyi nəzərdə tutulur. U-20 yığmasının məşqçilər korpusu artıq 17 aylıq məşq vaxtlarını veriblər. Bu gün artıq bilirik ki, milli necə məşq edəcək. Dünya çempionatı bizim üçün prioritetdir.

– Bəs, Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?
– Bəli, bu məsələ var, amma detallı müzakirə edilməyib. “Qarabağ”la məşq keçən bir futbolçumuz var. Premyer Liqada oynayan bu yaşlı futbolçular demək olar, əsas heyət deyillər. Düzdür, “Sumqayıt”da var və buna görə indi ordakı uşaqları çağıra bilmədik. Gələcəkdə klublarla da danışıqlar olacaq. Premyer Liqanın dayandırılmaslı məsələsi gündəmdə deyil (gülür).

– Heyətin gücləndirilməsi yönündə ölkə xaricində çıxış edən futbolçularla bağlı hansısa addımlar atılıb?
– Bu toplanışa da ölkə xaricində çıxış edən futbolçuları dəvət edirdik. Təəssüflər olsun ki, onlar liqada davam etdiyinə görə, futbolçular toplanışa qoşula bilmədi. Gələcəkdə əlbəttə ki, onları yenidən dəvət etmək fikrimiz var. Hazırkı toplanışda ölkə xaricindən bizdə ancaq “Marset” futbol məktəbindən oyunçu var.

– Siyahıda olanlar hansı ölkədə oynayan futbolçulardır?
– Türkiyə və İsveçdə oynayanlar var. Hansı ki, bundan əvvəl də yığmaya dəvət ediliblər. Almaniyadan da 1-2 oyunçumuz nəzarətdədir. Amma detallı məlumat verə bilmirəm. Çünki Azərbaycanla bağlılıqları olsa da, pasportları hələ ki yoxdur.

– AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov hazırda FIFA-da çalışır. Onunla əlaqə necədir, dünya çempionatının keçirilməsi yönündə hansı köməyi var?
– Bununla bağlı Elxan Məmmədovla müəyyən əlaqələrimiz olur, ancaq o, FIFA-da milli assosiasiyalar üzrə rəhbərdir. Sırf dünya çempionatının keçirilməsi ilə bağlı kontaktlar isə FIFA-nın Yarışların Keçirilməsi üzrə Departamenti ilə qurulur.

– Finalın Azərbaycanda, yoxsa Özbəkistanda keçirilməsi sizin üçün prinsipial məqamdır?
– Bu məsələ ilə bağlı Özbəkistandan olan həmkarlarımızla danışıqlar gedir. Finalın Azərbaycanda keçirilməsini istəyirik.

– Çempionatlardakı yeni formatlar necə olacaq?
– Bu məsələni hələ detallı danışmamışıq. Sadəcə bir variantdır. Toplanışdan sonra məşqçilər heyəti ilə də müzakirə ediləcək.

– Premyer Liqada hakimliklə bağlı fikirləriniz nədir?
– Xahiş edirəm, bu mövzuya toxunmayaq. Mediatur U-20 yığmasının toplanışı ilə bağlıdır və suallar da bu haqda istiqamətdə olsun.

– U-19 və U-20 yığma komandalarının təlim-məşq toplanışları üst-üstə düşsə, prioritet hansı olacaq?
– Yaxşı sualdır. Bu məsələ ilə bağlı onu deyim ki, belə bir şey baş verə bilər. Məşqçilərlə birlikdə qərar veriləcək, amma burada daha çox U-20 yığması prioritet götürüləcək.

– U-20 yığmasının dünya çempionatına qarşısına hansı hədəf qoyulacaq?
– Yığma komandamız və baş məşqçi qarşısında əsas hədəf qoyulub- komandamız elə çıxış etməlidir ki, sadəcə iştirakçı kimi görünməyək. DÇ-də iz qoymuş komanda kimi yadda qalmaq istəyirik. Ən azından mübarizə aparaq, asan şəkildə məğlub olmayaq. Çünki dünya çempionatıdır, reallıqları da nəzərə almaq lazımdır. Keçmiş dünya çempionatlarının qrup mərhələlərinə nəzər salsaq, görərik ki, iştirakçıların hər biri çox güclü komandadır. Elə yaş qrupudur ki, bu turnirə xüsusi əhəmiyyət verilir. Bunlar 17 yaşlılar səviyyəsində deyil – peşəkar müqaviləsi olan, böyük klublara məxsus oyunçuların çıxış edəcəyi turnirdir. Biz də AFFA olaraq reallığı anlayırıq. Əsas istiqamətimiz odur ki, komandamız çempionatda mübarizə aparsın.

– Təqvimlə bağlı açıq qalan məsələlər – şəhərlər və tarixlər – bunlara nə vaxt aydınlıq gətiriləcək?
– Yayda keçiriləcək əsas dünya çempionatından sonrakı həftələrdə bəlli olacaq. Təxminən iyul-avqust aylarında.

“İmişli” – “Sumqayıt”: heyətlər

25 April 2026 at 15:03

“Sumqayıt” Misli Premyer Liqasının XXIX turunda bu gün “İmişli”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 16:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“İmişli”: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 79. Dioqo Kardozu 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 64. Kənan Feyziyev 75. Nadir Orucov 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 80. Keffel Resende

Baş məşqçi: Saşa İliç

Jorje: “Elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək”

25 April 2026 at 14:54

Azərbaycanın U-20 yığmasının baş məşqçisi Ruy Jorje Qəbələdə təşkil olunan təlim-məşq toplanışında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Toplanış necə keçir?

– Keyfiyyətli məşqlər keçmişik. Oyunçulardan istədiyimiz geridönüşü ala bilirik. İki həftəlik təlim-məşq toplanışından razıyam.

– Yoxlama oyununu olmamasının səbəbi nədir?

– Oyunçuları daha yaxından tanımaq lazımdır. Əvvəlcə hansı səviyyədə olduğumuzu bilmək istəyirdik.

– Komanda ilə bağlı təəssüratlarınız necədir?

– Futbolçuların yanaşmasından razıyam. Çox istəklidirlər və bizim oyun fəlsəfəmizə uyğun gəlirlər. Görürük ki, öyrənməyə və inkişaf etməyə can atırlar.

– Oyun fəlsəfəniz necə olacaq?

– Hazırda bunu demək çox çətindir. Sözsüz ki, hamı hücumameyilli oynamaq istəyər. Çalışacağıq ki, bu istiqamətdə gedək. Amma bunun üçün keyfiyyət lazımdır. Bunu da əldə etmək üçün çox çalışmalıyıq.

– Qarşıdakı toplanışda yoxlama oyunları nəzərdə tutulub?

– Bəli, olacaq. Çox güman ki, xarici milli komandaya qarşı oynayacağıq.

– Heyəti yığarkən yerli məşqçilərdən fikir almısınız, yoxsa öz seçimlərinizdir?

– Bu yaş kateqoriyasında bundan əvvəl milliyə dəvət olunmuş oyunçulardır. Son oyunları izləmişik.

– Sizdən əvvəl burada tanınmış məşqçilər çalışıb, amma heç biri uğur qazanmayıb. Artıq komanda ilə tanışsınız. Şanslarınızı necə qiymətləndirirsiniz?

– Keçmiş məşqçilər barədə danışmaq düzgün olmazdı. Bura oyunçuların keyfiyyətini artırmaq üçün gəlmişəm. Gələcəyə fokuslanmışam. Bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram, elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək. Bu, mənim üçün çox vacibdir. 2027 FIFA U-20 Dünya Çempionatına ev sahibi kimi qatılacağıq. Sözsüz ki, bizimlə dünya çempionatına vəsiqə qazanacaq komandalar arasında güc nisbəti var. Digər iştirakçılarla aramızdakı fərqi azaltmaq üçün işləməliyik.

– Qəbələdə şərait necədir?

– Çox razıyam. Bizim üçün əla şərait yaradılıb. Hara getsən, hər yerdə qonaqpərvər insanlarla rastlaşırsan. Dəstəyə görə hamıya təşəkkür edirəm.

Şahin Cəfərov 

Arteta: “Bütün gücümüzü qoymalıyıq”

25 April 2026 at 14:15

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında çempionluq yarışından danışıb.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis hələ heç nəyin dəqiqləşmədiyini bildirib:

“Qarşıda oyunlar var. Necə olacağını bilmirik. Fərqli ssenarilər üzərində işləyirik. Məncə, vəziyyətə görə başqa şeylər düşünə bilərik. Önümüzdə 5 oyun var və bütün gücümüzü qoymalıyıq”.

“Arsenal” 33 turdan sonra 70 xalla ikincidir. Eyni xala sahib “Mançester Siti” isə birinci pillədə qərarlaşıb.

“Barselona” 18 yaşlı vingerlə maraqlanır

25 April 2026 at 13:52

“Barselona” Belçikanın “Brügge” klubunun futbolçusu Cessi Bisivu ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Xəbərdə Kataloniya təmsilçisinin 18 yaşlı vingeri transfer etmək üçün danışıqlara başladığı bildirilib.

Bisivu “Brügge”nin B komandasında çıxış edir. O, bu mövsüm 15 oyunda 2 məhsuldar ötürmə edib.

Türkiyə klubu Levandovski üçün təklif göndərməyə hazırlaşır

25 April 2026 at 13:26

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” polşalı forvardın xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.

Türkiyə təmsilçisi Kataloniya klubu ilə anlaşması yaya qədər olan Levandovskiyə 2 illik müqavilə təklif etməyə hazırlaşır.

37 yaşlı hücumçu bu mövsüm La Liqada 25 oyunda 12 qol vurub.

“Qalatasaray”ın Çempionlar Liqasından qazancı bilindi

25 April 2026 at 13:00

“Qalatasaray”ın bu mövsüm UEFA Çempionlar Liqasından qazandığı məbləğ məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbek Türkiyə mətbuatına açıqlamasında deyib.

Turnirdə 1/8 final mərhələsinə qədər irəliləyən “cim-bom” ümumilikdə 60 milyon avro gəlir əldə edib. “Qalatasaray” 1/4 final yolunda “Liverpul”a uduzub (0:1, 0:4).

“Neftçi” – “Qarabağ”: neçə bilet satılıb?

25 April 2026 at 12:24

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

Futbolpress.az xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

Sabah keçiriləcək matça saat 19:00-da start veriləcək.

Azərbaycanın 4 boksçusu yarımfinalda

25 April 2026 at 12:00

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri başa çatıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə rinqə çıxan 4 idmançısının hamısı yarımfinala vəsiqə əldə edib.

50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb. Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşündə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) da mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinala Kaian Reisi (Braziliya) sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.

Yarımfinala yüksələn 4 boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.

Terziç ispanlara “hə” dedi

25 April 2026 at 11:52

Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziç yeni mövsümdə İspaniyada çalışacaq.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Atletik”in təklifini qəbul edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Terziç ilə razılaşma yaxın zamanda rəsmən açıqlanacaq.

Bilbao təmsilçisinə hazırda Ernesto Valverde rəhbərlik edir. O, yayda komandadan ayrılacaq.

“Atletiko” La Liqada 32 turdan sonra 41 xalla 9-cu sıradadır.

MS-dən ayrılacağı açıqlanan futbolçu “Real”a təklif olundu

25 April 2026 at 11:16

“Mançester Siti”dən ayrılacağı açıqlanan Bernardu Silva karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Futbolçunun meneceri Jorje Mendeş onu “Real”a təklif edib. Madrid klubu hələ qərar verməyib.

31 yaşlı futbolçu yayda azad agent olacaq.

Silva bu mövsüm 46 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Konte Premyer Liqaya qayıda bilər

25 April 2026 at 10:45

“Napoli”nin çalışdırıcısı Antonio Konte İngiltərəyə qayıda bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” komandanın “sükanı”nı mütəxəssisə tapşırmaq niyyətindədir. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

Kontenin adı İtaliya yığması ilə də hallanır.

“Çelsi” bir neçə gün əvvəl baş məşqçi Liam Rosenyor ilə yollarını ayırıb.

Konte 2016-2018-ci illərdə “Çelsi”yə rəhbərlik edib. Komanda onun dövründə İngiltərə Premyer Liqasını və İngiltərə Kubokunu qazanıb.

“Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm”

25 April 2026 at 10:27

“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah” oyunundan sonra baş hakim Rəvan Həmzəzadə ilə mübahisəsindən danışıb.

Futbolpress.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi həmin epizodların yer aldığı videoya bu şərhi yazıb:

“Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:

Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı?

Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli və yalnız 1 nəfər haqlı olsun?

Aranızda heç özünə sual verən olubmu ki, hakimin hansı sözü və ya hərəkəti, məndə belə bir reaksiya doğurdu?

Və xeyr, bu, penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə deyil, dəfələrlə və yalnız mənə yox! Üstəlik, meydanda ən sakit davranmalı olan şəxs – hakim, məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir. Fikirləşin”.

“Qarabağ” “Sabah”a 1:2 hesabıyla uduzub.

“Fabreqas istəsə, “Çelsi”yə gedə bilər”

25 April 2026 at 10:16

İtaliyanın “Komo” klubunun rəhbəri Mirvan Suvarso komandanın baş məşqçisi Sesk Fabreqasın adının “Çelsi” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az “City AM” portalına istinadən xəbər verir ki, funksioner mütəxəssisin istəyəcəyi halda, ona qarşı çıxmayacaqlarını bildirib:

“Komo” Fabreqası buraxmağa hazırdır? Bəli, özü istəsə, gedə bilər. Fabreqas komandada möhtəşəm işlər görür. Biz onun yolunu kəsmək niyyətində deyilik. Əslində, istərdik ki, uzun müddət bizimlə qalsın, amma yenə də özü qərar versə, “Çelsi”yə gedə bilər”.

Nigar qələbəni kənardan izlədi

25 April 2026 at 09:54

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nürnberq”lə qarşılaşıb. Matç “Hamburq”un qələbəsiylə başa çatıb – 1:0.

Nigar bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Hamburq” 23 turdan sonra 18 xalla 14 komanda arasında 12-cidir.

“Çox istərdim ki, Ronaldo dünya çempionu olsun”

25 April 2026 at 09:29

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi açıqlama verib.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun yayda keçiriləcək dünya çempionatını qazanmasını istədiyini deyib:

“Arzum odur ki, Ronaldo dünya çempionu olsun. Mundiala baxıb, zövq almaq istəyirəm. İnanıram ki, Portuqaliya millisi və Ronaldo üçün uğurlu yarış olacaq”.

Portuqaliya millisi K qrupunda Özbəkistan, Kolumbiya və Konqo ilə mübarizə aparacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-də start götürəcək.

Paytaxtda derbi, Tovuzda prinsipial oyun

25 April 2026 at 09:12

Bu gün Misli Premyer Liqasında XXIX tura start veriləcək. “Sumqayıt” səfərdə “İmişli”nin qonağı olacaq, “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şamaxı”nın bu turdakı rəqibi “Kəpəz” olacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Turan Tovuz” “Zirə”nin, “Sabah” isə autsayder “Karvan-Yevlax”ın müqavimətini qırmağa çalışacaq.

25 aprel
16:00 İmişli – Sumqayıt
Əvvəlki oyunlar: 0:1, 0:3 (texniki məğlubiyyətlə)

Tura Qubada start veriləcək. Son üç matçda uduzmayan “İmişli” ötən turda qələbəsizlik seriyasını qıran “Sumqayıt”ı qəbul edəcək. Hər iki komanda liqadakı yerini demək olar, qoruyub. “İmişli” son turlarda qazandığı xallarla autsayderlər zonasından uzaqlaşa bilib. Jorj Jaşkilyanın yetirmələrinin sonuncu olmayacağı dəqiqləşib. “İmişli” kompakt müdafiəsi və standart vəziyyətlərdə təhlükəli oyunu ilə fərqlənir. “Sumqayıt” bu gün Qubadan xalla dönmək üçün ilk növbədə standartlarda maksimum diqqətli oynamalıdır. Görüşdə məhsuldarlığın aşağı olması gözlənilir.

25 aprel
18:30 Qəbələ – Araz-Naxçıvan
Əvvəlki oyunlar: 2:1, 1:2
“Qəbələ” liqada qalmaq uğrunda mübarizə aparır. Autsayder “Karvan-Yevlax”ı 5 xal qabaqlayan “qırmızı-qaralar” pley-off zonasından da qurtulmağın yollarını axtarır. Ötən turda “Sumqayıt”a qarşı böyük üstünlüklə oynayan, ancaq heç cür qol vura bilməyən “Qəbələ” uğursuz sindromunu azarkeşləri önündə qırmaq niyyətindədir. Yevlax klubunun bu turda lider “Sabah”la oyunu var və “Qəbələ” qalib gələcəyi halda, yenidən sonuncu ilə xal fərqini artıra bilər.

“Araz-Naxçıvan”ın isə iddiası qalmayıb. Komanda avrokuboklara vəsiqə verən yerlərlə xal fərqini açıb. Baş məşqçi Andrey Demçenko üçün qarşıdakı turlar komandanı görmək adına daha mühüm olacaq.

26 aprel
16:00 Şamaxı – Kəpəz
Əvvəlki oyunlar: 2:0, 1:4
“Şamaxı” liqada yerini təmin edib. Ayxan Abbasovun yetirmələri “Qarabağ” və “Zirə”dən xal aldıqdan sonra ötən turda gözlənilmədən autsayder “Karvan-Yevlax”a uduzub. “Şirlər” çempionatda 4 oyundur, qələbə qazana bilmir. “Kəpəz”lə matç seriyanı qırmaq üçün önəmlidir. Liqada iddiası qalmayan “Şamaxı”nın bundan sonra həm də daha çox gənclərə üstünlük verəcəyi ehtimal edilir.

“Kəpəz” isə ardıcıl üç oyundur, uduzur. Gəncə təmsilçisi pley-off zonasından qurtulmaq üçün səfərdən qələbə ilə dönmək niyyətindədir. Klubda baş məşqçi Azər Bağırovla bağlı çıxan ayrılıq iddiaları komandaya da təsirsiz ötüşmür. Situasiyadan çıxmaq üçün qələbə vacibdir və bu tur qazanılacaq üç xal həm turnir cədvəli, həm də komanda üçün xüsusi əhəmiyyət daşıyacaq.

26 aprel
19:00 Neftçi – Qarabağ
Əvvəlki oyun: 0:2
Bu mövsüm komandalar bir dəfə üz-üzə gəlib. Dövrənin 2-ci oyunu “Qarabağ”ın Çempionlar Liqasında “Nyukasl”la matçına görə təxirə salınıb və beş gün sonra – 30 apreldə oynanılacaq. “Qarabağ”da liqada çempionluq əldən gedib, bir neçə gün əvvəl də kuboka vida oldu. Bu mövsüm Çempionlar Liqasında tarix yazan, Premyer Liqaya isə heç cür köklənə bilməyən “Qarabağ” derbi qələbəsi ilə azarkeşlərini ruhlandırmaq niyyətindədir.

“Neftçi” üçün isə demək olar, rəqibin bu durumu fürsətdir. Komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Əsas rəqiblərdən “Zirə” bu turda “Turan Tovuz” səfərinə yollanacaq və “qartallar”ın xal itirmə ehtimalı böyükdür. “Neftçi” bu şansdan yararlanıb, həm “Qarabağ”ı məğlub etməklə derbidəki uğursuz seriyasını sonlandırmaq, həm də dördüncü yerə yüksəlmək niyyətindədir.

27 aprel
18:00 Turan Tovuz – Zirə
Əvvəlki oyunlar: 2:0, 0:0
Komandalar Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gəlib və “Zirə” finala yüksəlib. Tərəflər arasındakı ilk matçda yaşanan hakim səhvləri nəticəyə böyük təsiri göstərib. Ona görə də bu tur görüşün prinsipial keçəcəyi gözlənilir. “Turan Tovuz” yerli publika önündə rəqibinə gücünü göstərməyə çalışacaq. Həm də komandanın gümüş medallar qazanmaq şansı var. “Qarabağ”ın “Zirə”yə məğlub olması tovuzlularçün ikiqat motivasiya olacaq.

“Zirə” çempionatda dördüncü sıradadır və kubokda finalda. Rəşad Sadıqovun yetirmələri kuboku qazana bilməzsə və mövsümü dördüncü pillədə bitirərsə, komanda avrokuboklara yollanacaq. İndiki məqamda “qartallar”ın şansları böyükdür. Buna görə “Zirə” hər iki fürsətdən maksimum yararlanmağa çalışacaq.

27 aprel
20:00 Sabah – Karvan-Yevlax
Əvvəlki oyunlar: 4:1, 2:0
Premyer Liqada birinci sırada qərarlaşan “Sabah” bu turda tarixinin ilk çempionluğunu rəsmiləşdirə bilər. “Qarabağ”ı 13 xal qabaqlayan “bayquşlar” “atlılar”ın “Neftçi”yə uduzacağı və özünün qələbə qazanacağı halda, sona dörd tur qalmış qızıl medalları təmin edəcək. “Sabah” kubokda da finala yüksəlib. Mövsümü iki titulla başa vurmaq arzusunda olan “Sabah”ın autsayderlə oyunda büdrəyəcəyi gözlənilmir.

“Karvan-Yevlax” son iki oyunda qazandığı qələbələrlə 11-ci pillədəki “Qəbələ” ilə fərqi 5-ə endirib. Yevlax təmsilçisinin riyazi şansları davam edir, lakin komandanın sərgilədiyi oyun liqada qalmaq mübarizəsində güclü inam yaratmır. Ötən tur “Şamaxı”ya qarşı böyük qüvvə ilə müdafiə olunan bölgə klubu bu dəfə “Sabah”a qarşı da eyni taktikadan istifadə etməyə çalışacaq. Lakin “bayquşlar” bu mövsüm əla formadadır və son mərhələdə bolqollu və gözəl oyunla fanatlarına zövq yaşatmaq niyyətindədir.

Şahin Cəfərov

Mahirin yoxluğunda məğlubiyyət

25 April 2026 at 08:39

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Braunşveyq”lə qarşılaşıb. Matç “Kayzerslautern”in məğlubiyyəti ilə başa çatıb – 0:2.

Mahir görüşdə iştirak etməyib. Onun adı heyətə daxil edilməyib.

“Kazyerslautern” 31 turdan sonra 46 xalla 7-ci sıradadır.

“Real”da itki

25 April 2026 at 08:25

“Real” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kilian Mbappe zədələnib. Bu barədə komandanın baş məşqçisi Alvaro Arbeloa La Liqada “Betis”lə matçdan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib. O, Mbappeni zədə aldığına görə ikinci hissədə əvəzlədiyini deyib.

Fransalı hücumçu bu mövsüm 41 oyunda 41 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Sumqayıt” fərqi artırdı – YENİLƏNİR

25 April 2026 at 17:53

Bu gün Misli Premyer Liqasında XXIX tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçiriləcək.

Günün birinci matçında “Sumqayıt” “İmişli”nin qonağı olacaq. Digər görüşdə “Qəbələ” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Misli Premyer Liqası
XXIX tur

25 aprel

16:00 İmişli – Sumqayıt 0:2
Qolkar:
Ramalinqom, 34, 88
Baş hakim: Elçin Məsiyev
Quba OİK stadionu

18:30 Qəbələ – Araz-Naxçıvan
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

“Real” son dəqiqədə qələbəni əldən verdi

25 April 2026 at 01:05

İspaniya La Liqasında XXXIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Real” səfərdə “Betis”lə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb.

İspaniya La Liqası
XXXIII tur

24 aprel

Betis – Real 1:1
Qollar: Bellerin, 90+4 – Vinisius, 17

“Napoli”dən darmadağın

25 April 2026 at 00:42

İtaliya A Seriyasında XXXIV tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Napoli” azarkeşləri önündə autsayder “Kremoneze”ni darmadağın edib.

İtaliya A Seriyası
XXXIV tur

24 aprel

Napoli – Kremoneze 4:0
Qollar: S.Maktominey, 3, F.Terraçiano, 45 (avtoqol), K.De Bruyne, 45+3, A.Santos, 52

Bundesliqa: “Leypsiq” 3 xalı 3 qolla qazandı

25 April 2026 at 00:38

Almaniya Bundesliqasında XXXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Leypsiq” azarkeşləri önündə “Yunion”u məğlub edib.

Almaniya Bundesliqası
XXXI tur

24 aprel

Leypsiq – Yunion 3:1
Qollar: M.Frinkqrafe, 22, R.Kardoso, 25, R.Baku, 62 – D.Doeki, 78

Super Liqa darmadağınla başladı

24 April 2026 at 23:35

Türkiyə Super Liqasında XXXI tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Başakşəhər” azarkeşləri önündə “Kasımpaşa”nı darmadağın edib.

Türkiyə Super Liqası
XXXI tur

24 aprel

Başakşəhər – Kasımpaşa 4:0
Qollar: E.Şomurodov, 5, 87, B.Yıldırım, 22, D.Selke, 81

Əliyeva: “Məqsədim çempion olmaq idi”

24 April 2026 at 22:54

Qadın güləşi üzrə Avropa üçüncüsü Jalə Əliyeva (57 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, bürünc medal qazanan idmançı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

FİF “Şəmkir” rəhbərliyi ilə görüşdü

24 April 2026 at 22:16

Bu gün “Şəmkir” Futbol Klubunun rəhbəri Adil Əliyev ilə Futbolun İnkişaf Fondunun kollektivi arasında görüş baş tutub.

Futbolpress.az xəbər verir ki, görüş zamanı Fondun bu günədək “Şəmkir” FK ilə bağlı gördüyü işlər barədə məlumat verilib, klubun növbəti ev oyununun birgə təşkili ilə bağlı planlar müzakirə olunub. Eyni zamanda oyunların təşkili istiqamətində dəstək mexanizmləri, dayanıqlı maliyyə kanallarının formalaşdırılması və klubun inkişafına töhfə verəcək növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlıq çərçivəsində klubun inkişaf perspektivləri, azarkeşlərlə işin gücləndirilməsi və s. planları nəzərdən keçiriblər. Görüşün yekununda qarşıdakı dövrdə birgə fəaliyyətin genişləndirilməsi, uzunmüddətli və dayanıqlı əməkdaşlığın qurulması istiqamətində razılıq əldə olunub.

Yesterday — 24 April 2026Main stream

“Beşiktaş”ın sabiq hücumçusu vəfat etdi

24 April 2026 at 21:29

Nigeriyalı keçmiş futbolçu Maykl Eneramo vəfat edib.

Futbolpress.az xəbər verir ki, sabiq hücumçu 40 yaşında ürəktutmasından dünyasını dəyişib.

Eneramo Türkiyə klublarındakı çıxışı ilə daha çox tanınıb. O, müxtəlif illərdə “Beşiktaş”, “Sivasspor”, “Başakşəhər”, “Manisaspor” kimi komandaların formasını geyinib.

Əliyeva Tiranada “bürünc” qazandı

24 April 2026 at 21:18

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, qadınların yarışında Jalə Əliyeva bu gün mükafatçılar sırasına düşüb.

57 kq çəki dərəcəsində güləşən Əliyevə üçüncü yer uğrunda görüşdə Arina Demçenkaya qalib gələrək, bürün medal qazanıb.

Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo yarışı

24 April 2026 at 20:52

Aprelin 30-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, turnir Cəbrayıl rayonunun Horovlu kəndində təşkil ediləcək.

Bildirilib ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

AÇ: Bazarqanov finalda

24 April 2026 at 20:30

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.

Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Rou üçün “elçilər”

24 April 2026 at 20:16

“Bolonya”nın futbolçusu Conatan Rou yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Aston Villa”, “Mançester Yunayted”, “Çelsi” və “Qalatasaray” 22 yaşlı vingerin xidmətində maraqlıdır.

“Bolonya” Rou üçün 40 milyon avro tələb edir.

Vinger bu mövsüm A Seriyasında 23 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Noyerə təklif

24 April 2026 at 19:45

“Bavariya” qapıçısı Manuel Noyerə yeni müqavilə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen klubu 40 yaşlı qolkiperlə sözləşməsi 2027-ci ilin yayına kimi artırmaq niyyətindədir.

Noyer bu mövsüm 34 oyunda 33 qol buraxıb. Onun müqaviləsi yayda başa çatır.

“Ayaks” “Real”ın futbolçusu ilə maraqlanır

24 April 2026 at 19:29

Mövsümün sonunda “Real”dan ayrılacağı gözlənilən Dani Sebalyos karyerasını Nİderlandda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Ayaks” ispan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Sebalyos qərar verməkdə tələsmir. O, yayda seçimini edəcək.

Dani bu mövsüm La Liqada 15 oyuna çıxıb.

MLS klubunda Xavi səsləri

24 April 2026 at 19:15

“Barselona”nın sabiq baş məşqçisi Xavi ABŞ-də çalışa bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. “İnter Mayami” klubu baş məşqçi postuna Xavini gətirmək istəyir. Tərəflər arasında danışıqlar artıq başlayıb.

Xavi 2021-2024-cü illərdə “Barselona”ya rəhbərlik edib.

AFFA məşhur institut ilə əməkdaşlığa başladı

24 April 2026 at 18:22

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbolpress.az xəbər verir ki, məqsəd qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə verməkdir. Əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər AFFA vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır.

Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.

Bu əməkdaşlıq AFFA-nın futbol təhsili sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş strategiyasının bir hissəsidir. AFFA bununla ölkədə bu institutla əməkdaşlıq quran ilk idman federasiyası olub.

Qeyd edək ki, Yohan Kroyff İnstitutu idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik sahələrində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. 1999-cu ildən fəaliyyət göstərən institut hazırda 90-dan çox proqram təqdim edir və 11 mindən artıq məzunu ilə geniş qlobal şəbəkəyə malikdir.

Tofiq Musayev: “Hamını pul maraqlandırır, amma heç kim sağlamlığımı soruşmur”

24 April 2026 at 18:04

“Qələbədən sonra hamı eyni sualı verir — nə qədər qazandım. Amma demək olar ki, heç kim bu həqiqətən qanlı döyüşdən sonra qolumun və ya ayağımın hansı vəziyyətdə olduğunu soruşmur”.

Futbolpress.az xəbər verir ki, bu sözləri UFC-də qələbəsindən sonra Tofik Musayev PODKAT layisəndə bildirib

Döyüşçü həmçinin bildirib ki, parlaq çıxışlarına baxmayaraq, hələ də heç bir sponsor təklifi almayıb. Onun sözlərinə görə, ən çətin məqamlar yalnız oktaqondakı döyüş deyil, həm də qəfəs bağlandıqdan sonra tək qaldığı düşüncələrdir.

Musayev vurğulayıb ki, həyatda qalib gəlmək üçün insan özü ilə dialoq aparmağı, daxili maneələri aşmağı və hər gün daha yaxşı olmağı bacarmalıdır. Onun fikrincə, məhz bu, həqiqi uğura aparan yoldur.

Döyüşçü xarakterinin necə formalaşdığını isə idmançının məşqçisi İbrahim Məmmədəliyev danışıb.

Tam müsahibəni bu link vasitəsilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=ux_pvCK7jdE&t=1566s

Ardadan türkləri sevindirən xəbər

24 April 2026 at 17:46

“Real”ın zədəli futbolçusu Arda Gülerin son durumu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi yayda keçiriləcək dünya çempionatına qədər hazır olacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Arda “Real”da mövsümün qalan oyunlarını buraxacaq və bərpa keçəcək.

Türkiyə millisi dünya çempionatında D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə bir qrupda mübarizə aparacaq. Yarışa iyunun 11-də start veriləcək.

AFFA təlimçi bazası formalaşdırır – çağırış

24 April 2026 at 17:29

AFFA futbolun müxtəlif sahələri üzrə təlimçi bazasının və şəbəkəsinin formalaşdırılması üçün çağırış elan edir.

Futbolpress.az xəbər verir ki, Azərbaycanda futbolun əsas hədəf auditoriyasının potensialının artırılması məqsədilə təlim və inkişaf fəaliyyətlərinin icrası üçün təlimçi bazası formalaşdırılır. Bu təşəbbüs AFFA-nın uzunmüddətli təhsil strategiyasının bir hissəsi olaraq ölkədə keyfiyyətli, sistemli və davamlı futbol təhsil mühitinin inkişafına xidmət edir.

Kimlər müraciət edə bilər?
Futbolun aşağıda qeyd edilən və digər sahələri üzrə təcrübəsi olan, müvafiq təhsilə və ya sertifikatlara sahib və təlimçilik təcrübəsi olan şəxslər müraciət edə bilər.

Seçilmiş şəxslər:
AFFA-nın platformaları vasitəsilə futbol ictimaiyyətinə töhfə vermək imkanı əldə edəcək;
AFFA-nın ehtiyaclara uyğun müxtəlif təhsil proqramlarında təlimçi qismində iştirak edəcək;
Müxtəlif formatda təlimlər keçəcək (oflayn, onlayn və ya hibrid);
Qısa və uzunmüddətli əməkdaşlıq imkanları əldə edəcəklər.

Xaricdə yaşayan və Azərbaycan dili biliklərinə malik futbol mütəxəssisləri də müraciət edə bilərlər.

Aşağıdakı sahələr üzrə müraciətlər qəbul edilir:
İdman psixologiyası
Uşaq müdafiəsi və təhlükəsizliyi
İlkin tibbi yardım və zədələrin qarşısının alınması
Anti-dopinq
Klub və akademiya idarəçiliyi
Futbolda marketinq və kommunikasiya
Futbolda media və PR işinin təşkili
Futbolda maliyyənin idarəedilməsi
Futbol meydançasının qazon örtüyünün baxımı
Futbolda oyun analizi (video analatika)
Məşqçilik (UEFA məşqçilik yolu üzrə əsas istiqamətlər – D, C, B, A, Pro)
Məşqçilik (UEFA məşqçilik yolu üzrə ixtisaslaşmış istiqamətlər – qapıçı, fitness, futzal və s.)
Futbolda skoutinq
İstedadların aşkarlanması
Digər

Tələblər
Müraciət etdiyi sahəyə uyğun təhsil və ya sertifikat;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Təlimçilik üzrə təcrübə;
Müraciət etdiyi sahə üzrə təlim vəsaitlərinin və sillabusun (tədris proqramının) olması üstünlükdür;
Səlis Azərbaycan dili bilikləri.

Seçim prosesi:
Namizədlərin ərizələri təhsil, təcrübə və bacarıqları əsasında qiymətləndiriləcək;
Uyğun namizədlərlə müsahibə keçiriləcək;
Seçilmiş şəxslər AFFA-nın təlimçi bazasına daxil ediləcək.

“Roma”da ayrılıq

24 April 2026 at 17:14

“Roma” klubunun İdarə Heyətinin müşaviri Klaudio Ranyeri vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə Ranyeri ilə əməkdaşlığın başa çatdığı bildirilib.

Ranyeri ötən ilin yayından “Roma”da müşavir vəzifəsini icra edirdi.

Ukraynalı futbolçu Türkiyə klubuna keçə bilər

24 April 2026 at 16:45

İtaliyanın “Cenoa” klubunun futbolçusu Ruslan Malinovski karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Trabzonspor” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa təmsilçisi yayda ukraynalı futbolçunun transferi üçün danışıqlara başlayacaq.

Malinovski bu mövsüm “Cenoa”da 30 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

“İmarət”in tikintisinə başlanıldı

24 April 2026 at 16:30

Ağdam şəhərində yeni “İmarət” stadionunun tikintisinə başlanılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İctimai Televiziyada yayımlanan reportajda bildirilib. Açıqlama verən Gənclər və İdman Nazirliyinin şöbə rəisi Elmir Mehdiyev stadionun təməl hissəsində torpaq işlərinin icrasının həyata keçirildiyini deyib.

“İmarət”in 2028-ci ilə qədər tam hazır olacağı gözlənilir. Arenanın tutumu 11 min 700 nəfərlik olacaq.

“Qəbələ” – “Qarabağ” oyununun vaxtı bilindi

24 April 2026 at 16:15

Misli Premyer Liqasında XXXI turun oyun cədvəli müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
XXXI tur

8 may (cümə)

“İmişli” – “Zirə”
Quba OİK stadionu, 16:30

“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 19:30

9 may (şənbə)

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:00

“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30

10 may (bazar)

“Turan Tovuz” – “Karvan Yevlax”
Tovuz şəhər stadionu, 17:00

“Neftçi” – “Şamaxı”
“Palms Sports Arena”, 19:30

AÇ: Azərbaycanın iki güləşçisi finalın bir addımlığında

24 April 2026 at 15:45

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda Arıyan Tsyutrini (UWW), Cəbrayıl Hacıyev (79 kq) isə  Aksarbek Qulayevi (Slovakiya) məğlub edib.

Bazarqanov final yolunda Gürcüstanı təmsil edən Roberti Dinqaşvili, Hacıyev isə Maqamedxabib Kadimaqamedov (UWW) ilə qarşılaşacaq.

 

Adı “Qarabağ” və “Neftçi” ilə hallanan futbolçudan AÇIQLAMA

24 April 2026 at 15:30

Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun futbolçusu Məhəmməd Cavad Hosseynejad adının “Qarabağ” və “Neftçi” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, o, “Championat.com”a açıqlamasında heç kimin onunla əlaqə saxlamadığını deyib:

“Klubumla müqaviləm davam edir. Bütün diqqətim qalan oyunlardadır. Mövsümün son mərhələsidir və bizim üçün önəmli perioddur. O ki qaldı transfer xəbərlərinə, şəxsən mənimlə heç kim danışmayıb”.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm26 oyudan 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Yeni müqavilə imzalayan futbolçu ailəsi ilə münasibətlərini pozdu

24 April 2026 at 15:16

Belçikalı futbolçu Jorti Mokio “Ayaks”la müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Mokio klubla sözləşmədən sonra ailəsi ilə münasibətlərini pozub. Bu barədə “Voetbal İnternational” nəşri məlumat yayıb. Mokio bundan öncə qazancının hamısının valideynləri tərəfindən alınmasına görə ailəsindən imtina edib. Futbolçunun artıq sevgilisi ilə ayrı yaşadığı bildirilir.

Mokio bu mövsüm 22 oyunda 2 qol vurub.

Azərbaycan Türkiyədə 10 idmançı ilə təmsil olunacaq

24 April 2026 at 14:43

24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində karate üzrə Şotokan Dünya Çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, nüfuzlu beynəlxalq yarışda Azərbaycanı 10 deflimpiyaçı idmançı təmsil edəcək.

Hikmət Ağayev, Sahib Sahibli, Səma Tağıyeva, Aytən Qədriova, Maral Orucova, Əliəkbər Əlizadə, Elnur Qasımzadə, Nizaməddin Əzimzadə, Yusif Əzimzadə və Elmin Hüseynli dünya çempionatında mübarizə aparacaq.

Azərbaycan Kubokunun final oyununun nominal meydan sahibi məlum oldu

24 April 2026 at 14:31

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” mətbuat katibi Elmar Abdullazadə, “Sabah” isə klubun meneceri İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

MY-də sevinc – 5 ay sonra qayıtdı

24 April 2026 at 14:13

“Mançester Yunayted”in zədəli futbolçusu Matteys de Liqt məşqlərə başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

De Liqt ötən ilin noyabrında “Kristal Pelas”la matçda (2:1) zədə almışdı.

Müdafiəçi bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb.

Yalan açıqlama və ya qeyri-peşəkarlıq

24 April 2026 at 13:45

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan “Mingəçevir” qeyri-peşəkar davranışı ilə gündəmə gəlib.

Bölgə təmsilçisi martın 17-də qapıçı Orxan Sadıqlı ilə yollarını ayırdığını elan edib. İddiaya görə, klub “Səbail”lə matçda buraxılan şübhəli qoldan sonra qolkiperlə vidalaşmağa qərar verib. Səslənən iddia rəsmi təsdiqini tapmayıb, tərəflərin yollarını ayırması da bir futbol klubunda yaşanacaq normal haldır.

Anormal olan nədir? Sadıqlı ilə yolların ayrılmasına baxmayaraq, qapıçının adı I Liqada son üç oyunda iştirak ərizəsində yer alıb. O, ehtiyat oyunçu kimi matçları kənardan izləyib.

Klub qolkiperlə yolları ayırıbsa, nə üçün hələ də komandadadır? Bağışlanıbsa, niyə rəsmi açıqlama yoxdur? Ümumiyyətlə, klub bu məsələdə sosial şəbəkə hesablarında edilən paylaşımdan əlavə, hansı rəsmi addımı atıb?

I Liqada son illərin rəqabətli mövsümü keçir. “Mingəçevir” sona 4 tur qalmış 42 xalla 3-cü sıradadır və ikinci pillədən bir xal geri qalır. Liqada gümüş medalları qazanan komanda elitaya vəsiqə uğrunda Premyer Liqanın 11-cisi ilə bir oyundan ibarət pley-off oynayacaq.

Benzemanın qayıtmaq planı yoxdur

24 April 2026 at 13:30

Fransalı hücumçu Kərim Benzema sabiq klubu “Lion”a qayıtmayacaq.

Futbolpress.az xəbər verir ki, “Əl İttihad”da çıxış edən forvard bununla bağlı sosial şəbəkədə qatıldığı canlı yayımda bildirib. O, futbolçu kimi Fransa klubuna dönməyəcəyini qeyd edib.

Benzema 2005-2009-cu illərdə “Lion”da forma geyinib. O, daha sonra “Real”, “Əl Hilal” kimi klublarda da çıxış edib.

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

24 April 2026 at 13:16

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

Futbolpress.az xəbər verir ki, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.

Səfər çərçivəsində E.Məmmədov, həmçinin UEFA-nın müxtəlif departament rəhbərləri ilə işgüzar görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

FIFA referisi II Liqa oyununda

24 April 2026 at 12:56

Azərbaycan II Liqasında XXIV turun təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Xankəndi” – “Qaradağ Lökbatan” matçını FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

26 aprel (bazar)

“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Ağstafa şəhər stadionu, 16:30

“Dinamo” – “Şirvan”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 16:30

27 aprel (bazar ertəsi)

“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
Saatlı OİK stadionu, 16:00

“Sheki City” – “Ağdaş”
Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zaqatala OİK stadionu, 16:30

28 aprel (çərşənbə axşamı)

“Xankəndi” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Şamaxı OİK stadionu, 16:00

“Şəmkir” – “Quba”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şəmkir OİK Stadionu, 16:30

“Mançester Siti” “Çelsi”nin vitse-kapitanını istəyir

24 April 2026 at 12:30

“Çelsi”nin futbolçusu Enzo Fernandes yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Siti” argentinalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Mançester Siti” klubdan ayrılacağı açıqlanan Bernardu Silvanın əvəzinə Enzonu transfer etmək niyyətindədir.

25 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin yayına kimidir. O, klubda vitse-kapitandır.

İspaniya klubunda Terziç səsləri

24 April 2026 at 12:13

Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziç İspaniyada çalışa bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Atletik”də baş məşqçi postuna əsas namizəddir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bilbao klubu yayda çalışdırıcısı Ernesto Valverdenin ayrılacağını açıqlayıb. La Liqa təmsilçisinin nümayəndələri postu Terziçə tapşırmağı düşünür.

Edin Terziç 2018-2014-cü illərdə “Borussiya”da işləyib.

“Sabah” legionerini saxlamaq istəyir

24 April 2026 at 11:46

“Sabah” qapıçısı Stas Pokatilovu komandada saxlamaq istəyir.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” qazaxıstanlı qolkiperlə danışıqlara başlayıb. Müqaviləsi yaya qədər olan Pokatilova daha bir illik sözləşmə təklif olunub.

Stas özü də komandada qalmaq və yeni mövsümdə avrokuboklarda oynamaq niyyətindədir.

Pokatilov ötən ilin əvvəlindən “Sabah”da çıxış edir. O, bu mövsüm 39 oyunda 38 qol buraxıb.

Renarın əvəzinə Donis

24 April 2026 at 11:30

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Georgios Donisə tapşırılıb. Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Donis bu postda Erve Renarı əvəzləyib.

Səudiyyə Ərəbistanı yığması yayda ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatında H qrupunda Uruqvay, İspaniya və Kabo-Verde ilə qarşılaşacaq.

Mundial 11 iyunda start götürəcək.

Lempard “Çelsi”də? – AÇIQLAMA

24 April 2026 at 11:16

“Koventri” klubunun baş məşqçisi Frenk Lempardın adı “Çelsi” ilə hallanır.

Futbolpress.az xəbər verir ki, Çempionşipdə lider olan və elitaya vəsiqə qazanan klubun rəhbəri Daq Kinq mütəxəssislə bağlı çıxan xəbərlərə münasibət bildirib:

“Lempardın qazandığı nəticə ortadadır. Futbol da bir karuseldir və indi onu bir neçə klubla hallandıracaqlar. Qısa zamanda məşqçi dəyişikliyini sevmirəm. Bu, hardasa işlərin səhv olduğuna işarədir.

Frenk də burda xoşbəxtdir və düşünürəm ki, özü üçün rahat yer tapıb”.

“Barselona” Reşfordla bağlı qərarını verdi

24 April 2026 at 10:54

“Barselona” icarə əsasında komandada çıxış edən Markus Reşfordun transfer hüquqlarını almaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb. Kataloniya klubu hücumçu üçün müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə 40 milyon avro ödəmək niyyətində deyil.

Klub rəhbərliyi oyunçunun performansından razı deyil və yeni mövsüm üçün alternativ variantları nəzərdən keçirir.

Reşford bu mövsüm 44 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.

İtaliya klubu Silva ilə danışıqlara başladı

24 April 2026 at 10:30

“Mançester Siti”dən ayrılacağı açıqlanan Bernardu Silva karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Matteo Moretto məlumat yayıb. Turin klubu 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Bernardu 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, “şəhərlilər”lə 453 oyunda 76 qol vurub, 77 məhsuldar ötürmə edib.

Sona 5 tur qala

24 April 2026 at 10:15

Azərbaycan futbolunda son illərin ən maraqlı mövsümü başa çatmaq üzrədir. Ölkə Kubokunda finalçılar, liqada isə demək olar, mükafatçılar məlumdur.

Çempionluğun taleyi böyük ölçüdə həll olunub. “Sabah” sona beş tur qalmış ikinci yerdə olan “Qarabağ”ı 13 xal qabaqlayır. Tarixinin ən yaxşı mövsümünü keçirən “bayquşlar” kubokda da finala yüksəlib.

“Qarabağ” və “Turan Tovuz” isə müvafiq olaraq iki və üçüncü sırada qərarlaşıb. Mövqelərin dəyişməsi real görünmür.

Dördüncü pillə uğrunda isə “Zirə” və “Neftçi” arasında gərgin mübarizə davam edir. Birincilər kubokda finala vəsiqə qazanıb və titulu qazanacağı halda, Avropa Liqasına “bilet” alacaq.

Turnir cədvəlinin sonuncusu olan “Karvan-Yevlax” liqanı tərk etməyə ən real namizəd sayılır. Komanda son turlarda qələbə qazanmasına baxmayaraq, ümumi potensialı nibkin düşünməyə əsas vermir. 11-ci yer – pley-off zonasında mübarizə “Qəbələ” və “Kəpəz” arasında gedir. Gəncəlilər xal baxımından öndədir, lakin “Qəbələ”nin döyüşkən oyunu komanda haqqında müsbət fikir formalaşdırır.

Sona yaxınlaşdıqca kritik oyunlarda kifayət qədər gərginlik müşahidə olunur. Xüsusilə həlledici oyunlarda verilən yanlış hakim qərarları əsəbləri tarıma çəkir. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov mübaliğəsiz hər həftə hansısa referinin səhvini etiraf edir. Lakin bir neçə cümlədən ibarət təsdiqləyici fikirlər təsirsiz qalır, nəticə dəyişmir. Bəlkə də, bu səhvlər mövsümün sonunda hansısa komanda üçün daha çətin situasiya yaradacaq.

Digər məqam isə qərarların sərgilənən yaxşı oyuna kölgə salmasıdır. Tək bir klub deyil, çempionatda geridə qalan 28 tur ərzində hər komandanın həm lehinə, həm də əleyhinə qərarlar verilib. Hər mövsüm təkrarlanan yanlış qərarlar futbolun bir parçasıdır. Dünya praktikasında da belədir. Məsələn, son dövrlərdə İspaniyanın “Barselona” klubu həm La Liqada, həm Çempionlar Liqasında hakimlikdən şikayətlənir. İngiltərə Premyer Liqasında “Mançester Yunayted” tez-tez hakim qərarlarından narazılığını bildirir. Eləcə də, Avropanın digər  TOP-5 liqalarında oxşar hallar yaşanır. Azərbaycanda da bunun olması anormal deyil.

Səhvlər olub və bundan sonra da olacaq. Əsas məsələ yaranan situasiyalardan düzgün çıxış yolu tapmaq, gündəmi əlavə mövzularla deyil, futbolla məşğul etməkdir.

Şahin Cəfərov

Hansı oyun, hansı kanalda? – TV

24 April 2026 at 09:48

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Türkiyə, Super Liqa
21:00 Başakşəhər – Kasımpaşa (Futbol 3, beİN Sports 1)

İtaliya, A Seriyası
22:45 Napoli – Kremoneze (Futbol 1)

İspaniya, La Liqa
23:00 Betis – Real (İdman TV)

İngiltərə, Premyer Liqa
23:00 Sanderlend – Nottingem Forest (beİN Sports 3)

“Ən uğurlu qərarlarımdan biri Enrikenin təyinatıdır”

24 April 2026 at 09:30

PSJ-nin prezidenti Nasser Əl Xəlaifi müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan funksioner komandanın baş məşqçisi Luis Enrikeni tərifləyib:

“Ən uğurlu qərarlarımdan biri Enrikenin təyinatıdır. O, bütün lazımi keyfiyyətlərə malikdir. Möhtəşəm iş görür. Onun yanaşması və klubun sistemli işinin nəticəsində komanda ötən il Çempionlar Liqasını qazandı. Bu mövsüm də finalın bir addımlığındayıq. Böyük bir layihəmiz var və hamı buna inanır”.

Premyer Liqada iki oyunun təyinatları açıqlandı

24 April 2026 at 09:18

Misli Premyer Liqasında sabah baş tutacaq iki oyuna təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “İmişli” – “Sumqayıt” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Misli Premyer Liqası
XXIX tur

25 aprel

“İmişli” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu, 16:00

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30

Qvardiolaya əvəzləyici tapıldı

24 April 2026 at 08:47

“Mançester Siti” mövsümün sonunda baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. “Şəhərlilər” artıq ispan mütəxəssisə əvəzləyici tapıb.

Qvardiola klubdan ayrılsa, baş məşqçi postu Enzo Mareskaya tapşırılacaq. Daha əvvəl klubun U-21 komandasında çalışan mütəxəssis özü də “Mançester Siti”ni çalışdırmağa razıdır.

Mareska son olaraq “Çelsi”yə rəhbərlik edib. O, ötən il “zadəganlar”la Klublararası Dünya Çempionatını qazanıb. Mütəxəssis 2026-cı ilin yanvarında isə istefaya göndərilib.

“Bavariya”nın finaldakı rəqibi məlum oldu

24 April 2026 at 08:26

Almaniya Kubokunda ikinci finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Ştutqart” yarımfinalda “Frayburq”la üz-üzə gəlib. Matç “Ştutqart”ın qələbəsiylə başa çatıb – 2:1.

Qolları Deniz Undav və Tyaqu Tomas vurub. “Frayburq”da isə Maksimilian Eqqeştayn fərqlənib.

“Ştutqart” finalda “Bavariya” ilə qarşılaşacaq.

“Cüdo bir döyüş növündən daha artıqdır”

24 April 2026 at 08:12

Fransız sözü olan “klişe” qəlibləşmiş sözləri və ya düşüncələri ifadə edir. Milli düşüncəmizin bir küncündə klişeyə çevrilmiş, lakin həqiqəti ifadə edən fikir var – əziyyət çəkən həmişə bəhrəsini görür.

Son dövrlər federasiyalarımızın fəaliyyətinə nəzər saldıqda cüdo sahəsində görülən işləri yüksək qiymətləndirməmək mümkün deyil. Bu idman növünün gənclər arasında bir nömrəyə çevrildiyini də demək olar.

Yaxın günlərdə Avropa çempionatı öncəsi Cüdo Federasiyası millinin mətbuata açıq məşqini təşkil etdi. Gördüyümüz mənzərə, şərait və şəffaflıq idmançılarımızın nə üçün uğurlu olduqlarının əsas cavabı oldu. Sevindirici haldır ki, oğlanlar qədər qızlar da cüdonun populyarlığına ayaq uydura bilirlər. Cüdo dünyada olduğu kimi, ölkəmizdə də trendə çevrilib və gənclər də həmişə bu cür tendensiyalara meyl göstərirlər.

Mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının Marketinq şöbəsinin rəhbəri Ülkər Abbasovayla danışdıq:

“Cüdonun bu qədər populyarlaşması təsadüfi deyil. Bu, federasiyanın uzunmüddətli, sistemli və məqsədyönlü brendinq və kommunikasiya strategiyasının nəticəsidir. Biz cüdonu sadəcə idman növü kimi deyil, dəyərlər üzərində qurulan inkişaf mühiti kimi təqdim edirik. Strategiyamız gənclərin dilində danışmaq, onların aktiv olduğu platformalarda düzgün məzmunla iştirak etmək və cüdonun insana verdiyi real faydaları göstərmək üzərində qurulub. Bu marağın formalaşmasında idman uğurlarının da böyük rolu var. Xüsusilə 2024-cü il Paris Olimpiya Oyunlarında qazanılan iki qızıl medal cüdonun ölkəmizdə nə qədər güclü və perspektivli idman növü olduğunu bir daha nümayiş etdirdi. Bu gün gördüyümüz maraq onu göstərir ki, seçdiyimiz yanaşma işləyir və cüdo gənclər üçün getdikcə daha cəlbedici və düzgün seçimə çevrilir.

Cüdo bizim üçün sadəcə döyüş texnikası deyil. Bu, hörmət, özgüvən, intizam və insanın özünü daha yaxşı kəşf etməsi üçün bir mexanizmdir. “Özünü kəşf et” sloqanımız da məhz bu yanaşmanı ifadə edir. Cüdo uşaqlara həyat bacarıqları qazandırır. Hansı peşəni seçmələrindən asılı olmayaraq, cüdoda formalaşan keyfiyyətlər — nizam-intizam, özünəinam, düzgün qərarvermə, məsuliyyət və dözümlülük — onların gələcəkdə seçəcəyi istənilən yolda üstünlük verir. Məhz buna görə biz cüdonu bir döyüş növündən daha artıq hesab edirik”.

Federasiyanın ölkədə bu marağı yaratmaq yolunda gördüyü işlər illəri əhatə edir. Əsas məsələ əldəki vəsaitin düzgün istiqamətlərə xərclənməsidir. Ötən il Cüdo Federasiyasının başlatdığı “doğru yol budur” hərəkatını xüsusilə vurğulamaq lazımdır. Kampaniya çərçivəsində hazırlanmış klip qısa müddətdə ölkəyə səs salmağı bacardı. Yenə gənclər arasında populyar olan sima Orxan Zeynallının layihəyə cəlb edilməsi effektini göstərdi. “Bir də gəlsəm” trekinin hazırda 2 milyondan artıq baxışı var.

Gənclərin zərərli vərdişlərdən yayınması üçün ən yaxşı üsullardan biri də məhz idmandır. Daha bir klişe, amma həqiqət… Federasiyanın mesajı o qədər effektiv oldu ki, qısa müddətdə cüdoya yönələn, marağı artan yeniyetmələrin sayı daha da artdı. Reklam, təbliğat, propaqanda, nə ad verirsinizsə verin, “Bir də gəlsəm” bunların hamısına ölkə səviyyəsində ən yaxşı misallardan biridir.

“Son illərdə bir neçə sosial layihələr keçirmişik. Bunlar doğru mesajın doğru auditoriyaya çatdırılması idi. Bunu gözəl bacardıq. Zeynallı ilə əməkdaşlıq gənclərlə emosional bağ qurmağa, cüdonu onların dilində izah etməyə kömək etdi. Bu, həm də gəncləri zərərli vərdişlərdən uzaq tutmağa hesablanmış bir layihə idi. Bunun faydasını gördük. Layihə nəticəsində 700-dən çox uşaq, gənc, yeniyetmə cüdoya yazıldı”.

Cüdo tək kişilər arasında deyil, son dönəmlərdə qadınlar arasında da geniş müraciət olunan idman sahələrindən birinə çevrilib. Beynəlxalq arenada qadın idmançıların qazandığı nəticələr bu prosesi daha sürətləndirən amillərdəndir. Abbasova qızların cüdoya marağının artmasına toxundu:

“Qızların idmanla məşğul olması ilə bağlı cəmiyyətimizdə stereotiplər var. Lakin son aylarda müsbət dinamika müşahidə olunur. Valideynlər cüdo ilə bağlı müraciətlər edir. Onlar da qızlarının özünəinamlarını artırmaq, özlərini müdafiəetmə bacarıqlarının olmasını istəyir. Qadın idmançıların uğurları, valideynlərin rəyləri, sosial mediada görülən işlər, layihələr qızlarla bağlı mesajlarımızı çatdırmağa kömək edir. Valideynlərin də yanaşması artıq dəyişir. Düşünürəm ki, getdikcə qızların da cüdoya marağı artacaq”.

Abbasova rəhbəri olduğu Marketinq şöbəsinin cüdonun təbliği ilə bağlı gördüyü işlərdən söz açdı:

“Ən vacibi insanların gözləntilərini düzgün anlamaq və qarşılamaqdır. Böyük büdcə imkanları genişləndirir, amma nəticəni təkbaşına təmin etmir. Əgər mesaj auditoriyanın gözləntilərinə uyğun deyilsə, maliyyə belə effekt vermir.

Bizim yanaşmamız ondan ibarətdir ki, əvvəl insanları dinləyirik, nə istədiklərini anlayırıq və buna uyğun doğru mesaj və güclü bağ qururuq. Daha sonra büdcə bu ideyanın maksimum effektiv çatdırılması üçün istifadə olunur. Yəni nəticə gətirən balansdır, amma başlanğıc nöqtəsi həmişə auditoriyanı düzgün anlamaqdır. Bu proses marketinq və kommunikasiya komandası tərəfindən koordinasiya olunur.

Biz idmançıların sosial media fəaliyyətinə tam nəzarət etmirik, amma onlara strateji istiqamət veririk və lazımi dəstək göstəririk. Mütəmadi olaraq sosial media istifadəsi ilə bağlı təlimlər keçiririk və onları daha aktiv olmağa təşviq edirik. Bu yanaşma həm idmançılar üçün əlavə imkanlar yaradır, həm də ümumi olaraq cüdonun imicini daha da gücləndirir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

“Bürünc” qazanan güləşçi: “Gələn il daha yaxşı olacaq”

23 April 2026 at 23:45

Qadın güləşi üzrə Avropa üçüncüsü Günay Qurbanova (59 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, bürünc medal qazanan idmançı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Çox sevinirəm. Bu, mənim böyüklər arasında Avropa çempionatında ilk iştirakım idi. Özümdən qızıl medal gözləyirdim. Heyif ki, alınmadı. İnşallah ki, gələn il daha yaxşı olacaq. 15 saniyə qalmış qələbəni əldən verdim. Yəqin ki, təcrübəm çatmadı.

Olimpiya Oyunlarında iştirak etmək üçün 57 yoxsa 62 kq-a keçmək məsələsinə mən yox, Toğrul Əsgərov qərar verəcək. Hansı çəkini məsləhət bilsə, həmin çəkidə də güləşəcəyəm”

“Beşiktaş” və “Trabzonspor” yarımfinalda

23 April 2026 at 23:24

Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçirilib.

“Beşiktaş” “Alanyaspor”u, “Trabzonspor” isə “Samsunspor”u üstələyib.

“Beşiktaş” yarımfinalda “Konyaspor”la, “Trabzonspor” isə “Gənclərbirliyi”ilə qarşılaşacaq.

Türkiyə Kuboku
1/4 final mərhələsi

23 aprel

Samsunspor – Trabzonspor 0:0 (penaltilər 0:1)

Beşiktaş – Alanyaspor 3:0
Qollar: E.Ture, 17, Oh, 83, O.Kökçü, 85

Before yesterdayMain stream

Elitaya hazırlaşan klubda maliyyə sıxıntısı

23 April 2026 at 22:15

Türkiyənin “Pendikspor” klubunun futbolçuları boykot qərarı verib.

Futbolpress.az xəbər verir ki, uzun müddətdir, maaşlarını ala bilməyən oyunçular məşqə çıxmaqdan imtina edib. Onlar məvaciblərini aldıqdan sonra məşqə başlayacaqlarını bildirib.

“Pendikspor” I Liqada 36 turdan sonra 69 xalla 6-cı sıradadır. Komanda Super Liqaya vəsiqə uğrunda pley-off oynayacaq.

İki oyunda darmadağın

23 April 2026 at 21:51

Futzal üzrə Yüksək Liqada 17-ci turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk matçda son çempion “Araz-Naxçıvan”la ortabab “Şuşa” qarşılaşıb.

“Qırmızı-ağlar” bu görüşdə darmadağına seviniblər.

Turun ikinci oyununa isə “Neftçi” İK böyük hesabla qalib gəlib.

“Baku Fire” isə 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılır.

Araz-Naxçıvan – Şuşa 18:1

Qollar: Ədalət Ələkbərov, 1:29, 7:42, 36:48, 37:10. Felipe De Lima, 4:05. Ülvi Əliyev, 6:46, 19:50, 28:18. Covanni, 17:49, Peruzzo, 19:28, 21:58, Aleks, 24:47, 25:11, Amirhossein Rasuli, 25:23, 26:45, Mirzə Əmirov, 29:33, Teixeira Barbosa, 29:58, 38:18 – Elmin Qaçaylı, 35:36.

Neftçi İK – U-19 16:3

Qollar: Allef Maiolli, 9:02, 15:29, 21:15, 16:03, 30:25, 38:41, 39:06, 39:31. Lukas Ramos, 15:51, 26:03. Leonildo Rodriges, 22:14, 36:17. Yaqo Henrique, 23:58, 24:35, 36:26. Qustavo Rodriqes, 24:48 – İsmayıl Əhmədov, 13:53. Pünhan Qasımzadə, 25:50, Oqtay Mahm udzadə, 30:15.

Qurbanova Avropa üçüncüsü oldu

23 April 2026 at 21:37

Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanova ilə qarşılaşıb. Qurbanova 7:5 hesabla qalib gələrək, bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Sahil Babayev yenidən ABF-nin prezidenti seçildi

23 April 2026 at 20:36

Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıb. Habelə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib.

Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.

Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib.

Azərbaycanın üç güləşçisi üçün bürünc medal şansı

23 April 2026 at 20:23

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andrixə və inlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olan Əliyeva sabah bürünc medal uğrunda Tamara Dollak (Macarıstan) – Arina Demçanka (Belarus) qarşılaşmasının qalibiylə güləşəcək.

Ruzanna Məmmədova (62 kq) ukraynalı İlona Prokopevniuka tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:5. Ruzanna sabah bürünc medal görüşündə almaniyalı Naemi Laystnerlə üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) rumıniyalı 4 qat Avropa mükafatçısı Krista İntseyə 3:1 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finala yüksəlməyə də çox yaxın olub. Rusiyalı dünya ikincisi Alina Kasabiyeva ilə görüşdə 8:0 hesablı üstünlük əldə edən Soltanova tədricən təşəbbüsü əldən verib və minimal fərqlə (10:11) məğlub olub. Birgül sabah bürünc medal uğrunda türkiyəli Beyza Akkuşla güləşəcək.

❌
❌